İranın lazımi addımlar atmasını gözləyirik - Rəsmi Bakı .....                        Rusiyadan Ermənistana XƏBƏRDARLIQ .....                        Əməkdar artist xəstəxanaya yerləşdirildi .....                        3 kəndi birləşdirən yol yararsız vəziyyətə düşüb - FOTO .....                        Ukrayna “Şahed”lərə qarşı belə mübarizə aparır .....                        “Azərbaycanfilm”də əvvəl də partlayış olubmuş .....                        Arxiyepiskop İstintaq Komitəsinə getdi .....                        Qusarda ağır qəza: yaralılar arasında əcnəbilər də var .....                        10-cu sinif şagirdi kanalda batdı .....                       
7-05-2025, 13:52
Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər


Moskvada Əliyev-Paşinyan görüşü keçirilə bilər

Rəsmi Moskvanın açıqlamasına görə, mayın 9-da keçiriləcək Qələbə paradında 29 xarici ölkə liderinin iştirakı planlaşdırılıb. Rusiya paytaxtına gedəcək liderlərin siyahısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın da adı qeyd edilib.
Maraqlıdır, eyni tədbirdə iştirak edəcək Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilərmi?
9 may tarixli Qələbə paradında liderlərin ayrı-ayrılıqda ikitərəfli təmasları nəzərdə tutulmayıb və buna dair hər hansı rəsmi açıqlama da yoxdur. Lakin bu cür tədbirlərin əvvəlki praktikasını nəzərə alsaq, onda Əliyevlə Paşinyan arasında mümkün görüş haqda ehtimal irəli sürmək olar.
Üstəlik Azərbaycan və Ermənistan liderləri arasında çoxdandır birbaşa təmas da qurulmur. İlham Əliyevlə Paşinyan arasında sonuncu görüş 2024-cü il oktyabrın 24-də Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında baş tutub. Həmin görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etmişdilər.
Liderlərin sonuncu görüşündən sonra ikitərəfli sülh gündəliyində xeyli dəyişikliklər baş verib. Belə ki, Bakı ilə İrəvan arasında 17 paraqrafdan ibarət sülh müqaviləsinin mətni tam razılaşdırılıb.
Daha sonra Ermənistan Azərbaycanın irəli sürüdüyü digər iki şərtə də qismən razılaşıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin aprel ayında verdiyi açıqlamalarda ATƏT-in Minsk qrupunin ləğv edilməsinə və konstitusiya dəyişikliyinə gediləcəyini bildirib. O, yeni konstitusiya layihəsində Azərbaycana ərazi iddiasını nəzərdə tutan müstəqillik aktına istinadın olmayacağını vurğulayıb. Lakin Paşinyan bunları hələ ki sözdə deyib, əməli addım isə atmayıb.
Digər tərəfdən Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı yeni mərhələnin başlanması da gecikir... Halbuki tərəflər 2025-ci il yanvarın 16-da baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayev səviyyəsində növbəti delimitasiya prosesinin sərhədin şimal hissəsindən - Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin qovşağından başlamaq barədə razılığa gəliblər. Prosesin aprel ayında başlanacağı gözlənilirdi...
Beləliklə, yeni reallıqları nəzərə alanda, ikitərəfli sülh gündəliyinin irəli aparılması üçün sözdən əmələ keçməyin vacibliyi önə çıxır. Bütün bunlar isə Azərbaycan və Ermənistan liderlərinin yeni görüşünü labüd edir...
7-05-2025, 13:40
Lənkəranda balıqçını "tok" vurub öldürdü


Lənkəranda balıqçını "tok" vurub öldürdü

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
7-05-2025, 13:40
Lənkəranda balıqçını "tok" vurub öldürdü


Lənkəranda balıqçını "tok" vurub öldürdü

Lənkəranda 66 yaşlı kişini elektrik cərəyanı vurub.
Hadisə Lənkəran rayonunun Velədi kəndi ərazisində baş verib.
Rayon sakini 1966-cı il təvəllüdlü Əzizağa Ağayev səhər saatlarında balıq tutmaq məqsədi ilə Lənkəran çayına gedib. O, balıq tutmaq istəyərkən qarmaq yüksək gərginlikli elektrik xəttinə toxunub. Bu zaman Ə.Ağayevi elektrik cərəyanı vurub. Ə.Ağayev hadisə yerində ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
7-05-2025, 12:54
Xankəndi şəhər stadionu yenidən qurulur


Xankəndi şəhər stadionu yenidən qurulur

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, III MDB Oyunlarına hazırlıq prosesi ərəfəsində işlər daha da intensivləşib. Stadionun tikintisinin bu ilin sentyabr ayına qədər başa çatdırılması nəzərdə tutulur. Ümumiyyətlə, 15 min tamaşaçı tutumuna malik olan Xankəndi stadionu 1956-cı ildə istifadəyə verilib. Sovet dövründə Ağdamın "Qarabağ" klubu ev oyunlarını bu stadionda keçirib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar nəzərdə tutulub. Eyni zamanda, layihəyə əsasən stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq.

Qeyd edək ki, III MDB Oyunlarının kamandan oxatma yarışlarının sentyabrda Xankəndi şəhər stadionunda keçirilməsi nəzərdə tutulur.



7-05-2025, 07:44
Niyə məhz İmam Hüseyn?


Niyə məhz İmam Hüseyn?

"Aşura günlərində kütlələr niyə məhz İmam Hüseynin şəhidliyinə ağlaşma qurur? Heç düşündünüzmü bu barədə? Çünki İmam Hüseyn fars Sasani kralı Yəzdigərdin qızı Şəhrəbanının əri idi. Ərəb Xilafətinə məğlub olmuş farslar (Sasani Dövləti) Şüubiyyə ideologiyası uğrunda mübarizə aparırdılar. Şüubiyyəlik zərbə aldığına görə, farslar dərhal bu olaydan Aşura mərasimləri düzəldərək məğlub olmuş farsı ərəb qarşısında diri tutdular.
Ey türk, bu olayda, tarixi hadisələrdə sənin yerin haradadır? Bu olayların sizə heç bir aidiyyatı yoxdur axı. Nə İslamda, nə Quranda, nə şəriətdə aşura mərasimi anlayışı yoxdur. Aşura İslamda fikir ayrılıqlarının, siyasi qarşıdurmaların nəticəsində meydana çıxmış bir siyasi hadisədir. Aşura-dini mərasim deyil, fars etnik mərasimidir. İslam dinində bu mərasimi yerinə yetirmək məcburiyyəti yoxdur. Aşura-fars ritualıdır və fars dövləti olmuş Sasanilərin Ərəb Xilafəti tərəfindən məğlub edilməsinə İmam Hüseyn üzərindən ağlayışdır.
Aşurada Hüseynə ağlaşma qurmaq Türkün öz türklüyünü unutması üçündür. Biz türklər Midiya dövlətimizdəki Qaumatanın, Göytürk dövlətimizin sərkərdəsi Gül Tiginin, Gürşadın, Oğuzların Xaqanı Alp Ər Tonqanın ölümlərinin Türk millətinin tarixində, milli inkişafında yaratdığı boşluğu dərk etsəydik, bir dəfə də oturub onlara, heç olmasa Ənvər Paşaya, Sarıqamışda şəhid olmuş 100 min şəhidimizə ağlayardıq".
Yasəmən Qaraqoyunlu, fəlsəfə doktoru, tarixçi.
6-05-2025, 22:56
Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var


Yarım tonluq kosmik aparat Yerə yaxınlaşır - Siyahıda Azərbaycan da var

Sovet İttifaqı tərəfindən 1972-ci ildə buraxılmış "Kosmos 482" adlı yarım tonluq kosmik aparat Yer kürəsinə düşəcək.
Kosmik aparat nəzarətsiz qalıb və onun hara düşəcəyi əvvəlcədən bəlli deyil.
Aparatın düşmə riski olan ərazilər sırasında Azərbaycan da var.
"Kosmos 482" kosmik aparatı "Venera 8" planetlərarası tədqiqat proqramının ehtiyat hissəsi kimi Baykonur kosmodromundan buraxılıb. Əslində onun missiyası Veneraya enmək idi. Lakin buraxılış zamanı raket mühərrikində yaranan texniki nasazlıq səbəbindən aparat Yer orbitində ilişib qalıb.
NASA-nın məlumatına görə, 495 kiloqramlıq eniş modulu və mühərrik bloku hələ də orbitdə yüksək elliptik trayektoriya üzrə hərəkət edir. Onun atmosferə nə vaxt daxil olacağı tam dəqiq bilinmir, lakin ehtimallara görə, bu, 8–14 may tarixləri arasında baş verəcək.
Kosmik texnika üzrə ekspert Georgi Trişkin bildirir ki, "Kosmos 482"nin hazırlanma forması (Venera kimi sıx atmosferə malik planetə düşmək üçün dizayn edilib) onun Yer atmosferindən salamat keçmək ehtimalını artırır. Bu da deməkdir ki, aparat parçalanmadan və yanmadan Yerə çata bilər.
Trişkinin sözlərinə görə, aparatdan ayrılan bəzi hissələr artıq əvvəlki illərdə Yeni Zelandiyaya düşüb. İndi isə əsas risk modula aiddir. Onun hesablamalarına görə, bu modul saniyədə 242 km sürətlə düşərsə, təxminən 1,2 meqacoul gücündə partlayış effekti yarada bilər. Bu, bir neçə yüz qram TNT partlayışına bərabərdir.
Risk altında olan ərazilər sırasında Orta Asiya, Orta Şərq və Cənub-Şərqi Avropa ilə yanaşı, Azərbaycan, Türkiyə, Misir və Suriya da var. Hava şəraiti və orbit dəyişiklikləri bu ehtimalları dəyişə bilər.
Xatırladaq ki, bu cür nəzarətsiz düşmələr əvvəllər də olub. Məsələn, Mir kosmik stansiyası 2001-ci ildə planlı şəkildə atmosferə daxil edilib və qalıqları Sakit okeana düşmüşdü. Amma "Kosmos 482"nin düşüşü planlı deyil və trayektoriyası qeyri-müəyyəndir.
Trişkinin fikrincə, modulun paraşüt sistemi artıq sıradan çıxıb, bu da onun zərbə anında struktur bütövlüyünü itirməsinə səbəb ola bilər. Lakin istənilən halda, bu hadisə potensial təhlükə daşıyır və diqqətlə izlənməlidir.
6-05-2025, 22:05
Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO


Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü - VİDEO

Paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə və Bəhruz Nuriyev küçələrinin kəsişməsində yol son 20 gün ərzində ikinci dəfə çöküb.
Aprelin 16-sı baş vermiş çökmə zamanı minik avtomobili həmin çuxura düşərək ciddi zərər görmüşdü.
Sürücülər bildirirlər ki, ötən gün də həmin çuxura digər minik avtomobili düşüb. Onlar deyirlər ki, dayanıqlı təmir işləri aparılmadığından yolda yağış yağan zaman yenidən eyni vəziyyət yaranır.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Xəzər Xəbər”ə bildirilib ki, həmin ərazidə yağış sularının idarə olunması üçün işlər həyata keçirilir. Gün ərzində təmir-tikinti işlərinin yekunlaşdırılması planlaşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə bildirilib ki, təmir-tikinti işləri yekunlaşdıqdan sonra çökmüş hissədə asfalt örtüyü yenidən bərpa ediləcək.

6-05-2025, 21:32
Turçinin Azərbaycana səfəri başa çatdı


Turçinin Azərbaycana səfəri başa çatdı

Belarus Respublikasının Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Belarusun Baş nazirini Fizuli hava limanından yola salıb.
Qeyd edək ki, mayın 6-da Azərbaycan və Belarus hökumətlərinin başçıları Füzuli və Ağdam rayonlarında olublar. Belə ki, bu gün Baş nazir Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Aleksandr Turçini Füzuli Beynəlxalq Aeroportunda qarşılayıb.
Sonra Ə.Əsədov və A.Turçin iki ölkənin nümayəndə heyətlərinin müşayiəti ilə Ağdam rayonundakı Ağdam Sənaye Parkına gəliblər. Hökumət başçıları sənaye parkının ərazisinə baxış keçirib, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Füzuli və Ağdam rayonlarına səfər çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədov və Belarusun Baş naziri Aleksandr Turçin Ağdamın Sarıcalı kəndində yenidənqurma işləri ilə tanış olublar.
Baş nazirlərə məlumat verildi ki, Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub.
Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.
Baş nazirlər, həmçinin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfər ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov hökumət başçılarına bu kənddə yaradılacaq aqrar şəhərcik haqqında məlumat veriblər.
6-05-2025, 21:01
Güclü yağışa görə bu yolda problem yarandı


Güclü yağışa görə bu yolda problem yarandı

Güclü yağış səbəbindən gələn sel Bakı-Şamaxı-Yevlax yolunun 78-ci kilometrliyində avtomobillərin hərəkətində müəyyən maneə yaradıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yol daş və qumdan təmizləndikdən sonra hərəkətin axını əvvəlki qaydada bərpa edilib.
6-05-2025, 20:35
“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusu nəşr ediləcək


“Zəngəzur yazarlarının Zəfər çələngi” toplusu nəşr ediləcək

“Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Zəngəzur yazarlarının Zəfər çələngi” layihəsinin icrasına başlayıb.
Azərbaycanın Vətən müharibəsində şanlı Zəfərinin 5 illiyinə həsr olunan bu topluda Qərbi və Şərqi Zəngəzur bölgəsini əhatə edən 9 rayonda - Cəbrayıl, Sisian, Meğri, Gorus, Kəlbəcər, Laçın, Qafan, Zəngilan, Qubadlıda doğulub yaşamış, soykökü ilə bu torpaqlara bağlı olan yazarların Zəfər ovqatlı yaradıcılıq nümunələri toplanacaqdır.
Birliyin sədri Hacı Abdulla bildirib ki, 2025-ci ilin ilk qrant müsabiqəsinin qaliblərindən olan layihə çərçivəsində nəşr ediləcək toplunun nüfuzlu peşəkar ədəbiyyatşünas alim, yazıçı, şair, jurnalistlərdən ibarət Redaksiya Heyəti yaradılıb, mətbuatda və sosial şəbəkələrdə elanlar verilib, müəlliflərdən şeir, hekayə, publisistik yazıların toplanması, seçilməsinə başlanıb. Materialların seçimində Vətənimizə, Milli Ordumuza, Şəhid və Qazilərimizə, Böyük Qayıdışa, müasir Azərbaycanın qurucu memarı ümummilli lider Heydər Əliyevə, Azərbaycan Prezidenti və Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunmuş ən yaxşı ədəbi-bədii əsərlərə üstünlük veriləcəkdir. Toplunun yazarların iştirakı ilə təqdimatı keçiriləcək, kitabın nüsxələri şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, müəlliflərə, elm, təhsil, mədəniyyət müəssisələrinə paylanacaq, elektron resurslarda yerləşdiriləcəkdir.
Qeyd edək ki, “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi bundan əvvəl Qarabağ və Zəngəzurun tarixi, mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tədqiqi, öyrənilməsi, təbliğinə, 8 noyabr zəfərindən sonrakı quruculuq, qayıdışa həsr olunmuş, eləcə də Vətənimizin cənub və şimal bölgəsində doğulub yaşayan yazarların qələm məhsullarından ibarət 9 adda kitab nəşr edib, Azərbaycan, Çexiya, Türkiyə, Gürcüstanda təqdimatlarını keçirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!