Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı... .....                        Körfəzdə faciə - 34 nəfər öldü .....                        Azərbaycan mediasının inkişafı məni çox sevindirir - İlham Əliyev .....                        Sülh üçün cəmi 2 məsələ həll edilməlidir - Prezident AÇIQLADI .....                        Bu dövlətlərlə xüsusi əməkdaşlıq formatımız olacaq .....                        Zuğulba şossesində yanğın - Tıxac yarandı .....                        İlham Əliyev siyasətinin təməl prinsipləri .....                        Süni intellektdən istifadə etmirəm - Prezident .....                        İlham Əliyev təyyarə qəzasından danışdı: Rusiya hələ də cavab verməyib .....                       
Dünən, 11:58
Suriya prezidenti təcili atəşkəs elan etdi


Suriya prezidenti təcili atəşkəs elan etdi

Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şaraa milislərlə Druz dağ özünümüdafiə qüvvələri arasında toqquşmaların baş verdiyi Əs-Suveyda əyalətində dərhal atəşkəs elan edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
"Ölkənin düşdüyü çətin vəziyyəti nəzərə alaraq, suriyalıların həyatını xilas etmək, Suriyanın ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq üçün milli maraqları və humanitar mülahizələri rəhbər tutaraq, Suriya Ərəb Respublikasının Prezidenti dərhal və hərtərəfli atəşkəs elan edir",- rəsmi məlumatda deyilir.
Dünən, 11:40
Cəriməni 10 günə ödəyənlərə 10% güzəşt


Cəriməni 10 günə ödəyənlərə 10% güzəşt

Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Cərimələrin vaxtında ödənilməsini təşviq etmək, gecikmələrin qarşısını almaq məqsədilə Məcəlləyə əlavə edilən 150.1-1-ci maddəyə əsasən, bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Dünən, 11:34
Yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM


Yeni koordinat sistemi tətbiq ediləcək - SƏRƏNCAM

Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya, kadastr işlərində UTM-ə (xəritə proyeksiyası) əsaslanan WGS-84 (beynəlxalq koordinat sistemi) tətbiq ediləcək.
Həmçinin digər geodeziya koordinat sistemləri ilə icrasına başlanılan və tamamlanmayan layihələr üzrə yerinə yetirilən geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işləri başa çatanadək həmin koordinat sistemlərinin tətbiqi davam etdiriləcək.
Dünən, 11:23
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı


Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və pakistanlı həmkarı İshaq Dar arasında telefon danışığı baş tutub.
Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, telefon danışığı zamanı tərəflər ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
XİN rəhbərləri Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyərək, əlaqələrin daha da möhkəmləndirilməsi üçün atılan müştərək addımlardan məmnunluq ifadə ediblər.
Həmçinin, Azərbaycan və Pakistan XİN rəhbərləri BMT və İƏT çərçivəsində iki ölkənin aktiv əməkdaşlığından da razılıqlarını dilə gətiriblər.
Dünən, 11:01
Nazirlikdən çimərliklərlə bağlı MÜRACİƏT


Nazirlikdən çimərliklərlə bağlı MÜRACİƏT

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə təkrar müraciət edib. Müraciətdə deyilir:
“Yay fəslinin gəlişi və havaların isinməsi ilə əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də su hövzələridir.
FHN tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə qeyd edilməlidir ki, bəzi vətəndaşlar tərəfindən bu məkanlarda təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur.
Qeyd olunanları nəzərə alaraq, nazirlik əhaliyə müraciət edərək su hövzələrində, o cümlədən çimərliklərdə təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, aşağıdakılar qadağandır:

- çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

- çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

- küləkli havada dənizə girmək;

- çimərlikdə gecələmək;

- sərxoş halda çimərlikdə olmaq;

- suda kobud hərəkətlər etmək;

- çimərlikdə balıq tutmaq;

- xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

- çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

- qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”
Dünən, 10:52
67 yaşlı süpürgəçini maşın vurub öldürdü


[b]67 yaşlı süpürgəçini maşın vurub öldürdü[/b]

Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.
Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 10:16
Xəstəxanada çəkilən videonun detalları - 3 nəfərə cinayət işi açıldı


Xəstəxanada çəkilən videonun detalları - 3 nəfərə cinayət işi açıldı

Beyləqanda həkimi şantaj etməklə pul tələb edən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının sabiq şöbə müdiri Quliyev Fəxrəddin Əli oğlunun və Nemətli Mehriban Səyyad qızının sosial şəbəkələrdə yayılan görüntülərinin təfərrüatları məlum olub.
Aparılmış araşdırmalarla bir sıra şəxslərin qanunsuz hərəkətləri müəyyən olunduğundan fakta görə cinayət işi başlanıb.
Müəyyən edilib ki, Mehriban Nemətli tanışı Çinarə Nəsirli ilə cinayət əlaqəsinə girərək Fəxrəddin Quliyevlə aralarında 1 ildən artıq olan pul qarşılığında münasibətləri əks etdirən görüntülərin xidməti otaqda gizli çəkilişini aparıblar. Tərəflər həmin görüntüləri F.Quliyevin oğlu, həkim-stomotoloq olan Fuad Quliyevə və digər şəxslərə ötürməklə sosial şəbəkələrdə yayacağı hədəsi ilə pul tələb ediblər.
Qanunsuz tələblə razılaşmayan Fuad Quliyev atasına qarşı törədilən hərəkətlərin onun üzərindən yayındırılması üçün sifarişlə başqa qadın vasitəsilə Mehriban Nemətlini həqiqətə uyğun olmayan başqa video çəkməyə məcbur etməklə, çəkilən videonu sosial şəbəkələrdə yayıblar.
Hazırda Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə, pornoqrafik materialların yayılması maddələri ilə başlanan cinayət işi üzrə Mehriban Nemətli, Çinarə Nəsirli, Fuad Quliyev istintaqa cəlb ediliblər.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Dünən, 09:40
Gəncədə qonşular arasında dava - 3 nəfər xəsarət aldı


Gəncədə qonşular arasında dava - 3 nəfər xəsarət aldı

Gəncədə qonşular arasında davada 3 nəfər xəsarət alıb.
Hadisə şəhərin Bağman yaşayış massivində qeydə alınıb. Dava nəticəsində 1967-ci il təvəllüdlü B.Qasımov, 1964-cü il təvəllüdlü Ə.Bağırov və 1971-ci il təvəllüdlü K.Qasımova xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Dünən, 09:21
Bakıda ağır qəza - 1 ölü, 2 yaralı


Bakıda ağır qəza - 1 ölü, 2 yaralı

Bakıda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Hadisə paytaxtın Xəzər rayonunda baş verib.
Hikmət İskəndərovun idarə etdiyi "VAZ 21011" markalı avtomobilin yol kənarında dayanmış "Mitsubishi" markalı yük avtomobili ilə toqquşması nəticəsində sərnişin 1980-ci il təvəllüdlü Azadə İsgəndərova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü H.İskəndərov və sərnişin 2008-ci il təvəllüdlü Zənurə İsgəndərova müxtəlif xəsarətlər ilə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb.
Dünən, 00:03
Antalya silkələndi


Antalya silkələndi

Türkiyənin Antalya şəhərində 4,1 maqnitudada zəlzələ baş verib.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələnin episentri 18.05 kilometr dərinliyində olub.
AFAD-dan verilən açıqlamada bildirilib ki, dağıntı qeydə alınmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!