Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
19-07-2025, 15:27
Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü


Gəncədə ata 22 yaşlı qızını döyüb öldürdü

Gəncə şəhərində 22 yaşlı qız qətlə yetirilib.
Hadisə şəhərin Bayan küçəsində baş verib.
Məlumata görə, 1978-ci il təvəllüdlü Səməd Həsənli doğma qızını, 2003-cü il təvəllüdlü Leyla Həsənlini döyərək öldürüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
19-07-2025, 15:13
Siyəzəndə maşın aşdı - Dağlıq ərazidə yanğın oldu


Siyəzəndə maşın aşdı - Dağlıq ərazidə yanğın oldu

Siyəzən rayonunun Beşdam kəndində “Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə FHN-dən bildirilib.
Yanğın nəticəsində “Nissan” markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 ha sahədə quru ot və kol-kos yanıb yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
19-07-2025, 14:59
İran Qərbi hədələdi: sanskiyalar davam edərsə...


İran Qərbi hədələdi: sanskiyalar davam edərsə...

Sanksiyalar təzyiqi davam edərsə, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa və uranı 60%-dən yuxarı zənginləşdirməyə başlaya bilər.
Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin nümayəndəsi İbrahim Rezayi deyib.
“İran hazırda yalnız Əlavə Protokolun könüllü icrasını dayandırıb, lakin hələ də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin üzvü olaraq qalır. Bununla belə, sanksiyaların təzyiqi davam edərsə, gündəliyə müqavilədən çıxmaq, uranın 60%-dən yuxarı səviyyəyə qədər zənginləşdirilməsi, modernləşdirilmiş sentrifuqların istehsalı və ixracı, nüvə sahəsində əlaqələrin genişləndirilməsi daxil ola bilər”, - o qeyd edib.
19-07-2025, 13:36
ZİYALILIQ ZİRVƏSİ


ZİYALILIQ ZİRVƏSİ


Elm yolunu seçən insan üçün Allah da behiştə sarı bir yol açır...
Məhəmməd peyğəmbər (ə.s.)

Keçmişimizdən ta müasir dövrümüzə qədər “Ziya” kimi Allah nemətinin yer üzərindəki təcəssümü Azərbaycan ziyalılarına olan hörmət daim baş ucalığımızın günəş rəmzi olub. Bu rəmzi qoruyub saxlayan və bu ucalığı yüksək tutan Azərbaycan ziyalıları dünya mədəniyyətinin ən gözəl təmsilçiləri hesab olunmalıdır. Bu məqalə mövcud mənəvi dəyərlərimizi daim uca tutan və yorulmadan tədqiq edən alimlərimizdən birinə həsr olunmuşdur.
Bir övlad kimi Azərbaycanımızın sayılıb seçilən ziyalılarından birinin həyat və yaradıcılığını əks etdirən məqalə yazmaq mənim üçün həm şərəfli, həm də məsuliyyətli bir iş oldu. Bu məsuliyyətli işi mənə həvalə etdiyi üçün t.ü.f.d, professor Hacı Nuru oğlu Həsənova dərin minnətdarlığımı bildirirəm.
Elmin inkişafı- ölkənin inkişafı deməkdir. Hər bir dövlətin gələcəyi, zənginləşməsi onun elm sahəsində, təhsildə və maariflənmədə əldə etdiyi uğurlarla və nailiyyətlərlə möhkəm bağlıdır. Bu bağlılığın kökü isə ziyalılardan bəhrələnir.
Həqiqətən də ömrünü, yaradıcılıq qabiliyyətini və fəaliyyətini Vətənə həsr edən alim həyatı mənalı və məsuliyyətli olduğu qədər də, dəyərlidir. Tarix elmləri doktoru, professor Tofiq Talış oğlu Vəliyev məhz belə ziyalılarımızdan olaraq bir salnaməyə bənzər ömür həsr etmişdir Azərbaycana. 1934 -cü il 7 may tarixində Azərbaycanın dilbər Qarabağ guşəsində, Ağdam rayonunun Kürdlər ( Qurdlar) kəndində xeyirxah və mötəbər bir ailədə dünyaya göz açmışdır Tofiq Vəliyev. O, hələ uşaq yaşlarından məhrumiyyətlərlə üzləşərək, çalışmış və valideynlərinin adına, hörmətinə layiq olmaq üçün bütün varlığı ilə təhsilə - elmə yiyələnmişdir. Belə ki, Ağdamda nüfuzlu bir ziyalı kimi tanınan, haqsevər insan, xeyriyyəçi şəxs olan rus dili müəllimi – görkəmli pedaqoq o dövrün ədalətsizliyinin qurbanı olanlar cərgəsində həbs edilən Talış Fərzalı oğlu Vəliyev Sibirə sürgün edilmişdir. Elə o gündən həyatda nifrətin gözünə dik baxmağa qadirliyi örnək tutan ömrünün son günlərinə qədər hər zaman və hər yerdə bacardığı qədər haqq söyləməyi və həqiqət tərəfdarı olmağı özünə bir yol seçir. Odur ki, uca Tanrımız nurlu yollarla inkişaf etməsi üçün zirvələrə doğru yoluna işıq saçmış, “Vətən xaininin övladı” olan ədalətsiz damğaya baxmayaraq yüksək pillələri qalxması üçün zamininə almışdır.
İbtidai təhsili doğma kənddə, orta təhsili isə (7 illik məktəbdə) Əlimədədli kəndində alan Tofiq Vəliyev 1948-ci ildə Ağdam Pedaqoji Texnikumuna daxil olur. 1951-ci ildən pedaqoji təhsilini başa vuraraq Yevlax rayonu Qoyunbinəsi kəndində müəllim kimi ilk əmək fəaliyyətinə başlayır. O, təhsilini davam etdirərək, APİ – yə qəbul olunur və I kursu başa vurduqdan sonra ADU-nun ( indiki BDU) tarix fakültəsinə qəbul olunur. Tələbə ikən Stalin təqaüdü alan Tofiq Vəliyev universitetdən elmi ixtisasçı kimi AMEA-nın Tarix İnstitutuna göndərilir. Çalışdığı 40 ildən çox müddətdə kiçik elmi işçi vəzifəsindən aparıcı elmi işçi vəzifəsinədək yüksələn Tofiq Vəliyev elmi işlər üzərində çalışmış və tədqiqatlar apararaq, nailiyyətlər qazanmışdır. O, ömrünün 30 ilindən çoxunu kapitalizm dövründə Azərbaycanın sənaye tarixinin tədqiqinə həsr etmiş, Tarix İnstitutunda
müdafiə etdiyi namizədlik və doktorluq dissertasiyası mövzuları da bu mühüm problemlə bağlı olmuşdur.
XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanın ən geridə qalmıs feodal-patriarxal münasibətləri ölkəsi olması haqqında tarixşünaslıqda, hətta bolşevik partiyasının qərarlarında kök atmış müddəanın heç bir elmi osası olmadığını öz əsərlərində ilk dəfə olaraq Tofiq Vəliyev sübuta yetirmişdir.
1960-ci ildə Tarix Înstitutunun əyani aspiranturasına daxil olmuş və 1966-ci ildə namizədlik dissertasiyası müdafia etmiş, 1970-1973-cü illərdə Tarix Înstitutunun elmi katibi vəzifəsində işləmişdir.

1973 – 1988 -ci illərdə İnstitutda baș elmi işçi, 1988-1990 cı illərdə isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır, 1986-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. AMEA-nin Tarix Ïnstitutunda işlədiyi illərdə Tofiq Vəliyev orada hazırlanmış çoxcilidli “Azərbaycan tarixinin” IV cildinin müəlliflərindən biri kimi böyük işlər görmüşdür. Professor Tofiq Vəliyev elmi fəaliyyəti dövründə XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi, "İmperializm dövründə Azərbaycanın sənayesi və proletariatı", "İnqilab barikadalarında, “XX əsrin əvvəllərində sənaye fəhlələrinin vəziyyəti və tətil mübarizəsi” monoqrafiyalarını və onlarca sanballı məqalələrini yazmışdır. Professor Tofiq Vəliyevin elmi axtarışları çox cəhətlidir. Onun elmi tədqiqat işləri təkcə sənaye tarixinin öyrənilməsi ilə məhdudlaşmır. Sənaye tarixi ilə yanaşı fəhlələrin təşəkkülü, onların vəziyyəti və tətil mübarizəsi də bu əsərlərdə öz əksini tapmışdir. XIX-XX əsrin əvvəllərində Azərbaycan kənd təsərrüfatında kapitalizmin inkisaf məsələləri, müstəmləkə əleyhinə çevrilmiş üsyanlar, kəndli çıxışları, qaçaq hərəkatı, XX əsrin əvvəllərində ölkəmizdə baş vermiş milli-azadliq hərəkatı tarixi, siyasi partiyalar və siyasi təşkilatlarin fəaliyyəti, ayrı-ayrı şəxsiyyətlər haqqında, eləcə də bir çox digər mühűm məsələlər Tofiq Vəliyevin elmi maraq dairəsinə daxildir.

Azərbaycanın ilk üzvi kimya alimi M.Xanlarovun Almaniya həyatı, M.C. Topçubaşov nəslinin düyünə salınmıș tarixinin ilk mənbələr əsasında öyrənilməsi və onların şəcərəsində tam aydınlıq yaradılması da onun xidməti hesab edilmişdir. O, hələ AMEA Tarix İnstitutunda işləyərkən “Azərbaycan Sovet Ensiklopediyası”nın II -X cildləri üçün tariximizin müxtəlif problemlərinə dair 30-a yaxın məqalə yazmışdır. Tofiq Vəliyev 1990-cı ildə BDU-da pedaqoji işə keçməsinə baxmayaraq AMEA Tarix İnstitutundakı fəaliyyətini davam etmişdir. O, elmi işləri tarix fakültəsindəki pedaqoji fəaliyyəti ilə bacarıqla əlaqələndirmişdir. 1993-cű ildən BDU-nun tarix fakültəsinin “Slavyan ölkələri tarixi” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. 1993-1998-ci illərdə Tofiq Vəliyevin rəhbərliyi altında orta məktəbin 5-11-ci sinifləri üçün "Azərbaycan tarixi" dərslikləri çap edilmişdir. O, həm də həmin dərsliklər üzrə proqramın və dərs vəsaitlərinin müəllifidir. Ali məktəblər üçün nəzərdə tutulmuş "XX əsr Azərbaycan tarixi" dərsliyi 2004-cü ildə çapdan çıxmışdır. Bu, Azərbaycan tarixşünaslığında müvafiq əsrin tarixini əks etdirən ilk belə əsərdir. Tofiq Vəliyev 2000-2003-cü illərdə isə Azərbaycanda ilk dəfə olaraq orta məktəblərin 9-10-cu sinifləri üçün "Umumdünya tarixi" dərsliklərini hazırlayıb çap etdirmişdir. O, 250-dən çox elmi əsərin, o cümlədən 5 monoqrafiya, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir. Təhsil sahəsindəki uğurlarına görə 1994-cü ildə Təhsil Nazirliyinin Fəxri formanı ilə təltif olunmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə ona “Respublikanın Əməkdar müəllimi” fəxri adı verilmişdir. O, 2004-cü ildə humanitar elmlər sahəsində BDU üzrə “İlin alimi" və 2007-ci ildə isə "İlin müəllimi" fəxri adlarına layiq görülmüşdür. 2004-cü ildə Tofiq Vəliyev Nyu-York Elmlər Akademiyasınn həqiqi üzvü seçilmişdir. 1993-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-metodik Şurası “Tarix” bölməsinin sədri vəzifəsində işləmişdir. O, 2002-2007-ci illərdə Tarix İnstitutu nəzdindəki doktorluq dissertasiyalarının müdafiə Şurasının sədr müavini və həmsədri olmuşdur. İki elmi jurnalın – “Tarix və onun problemləri” və “Dünyaya baxış” redaksiya heyətinin sədri vəzifəsində çalışmışdır. 20 ildən çox bir müddətdə tarix üzrə Respublika Elmi əlaqələndirmə Şurasının sədr müavini vəzifəsində çalışmışdır. 1995-2002-ci illərdə Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Tarix, etnologiya, fəlsəfə, pedaqogika və psixologiya elmləri" üzrə Ekspert Şurasınin sədri vəzifəsində işləmișdir.
2007-ci ildən Ali Attestasiya Komissiyasmnın "Tarix və siyasi elmlər” üzrə ekspert şurasına sədrlik etmiş professor Tofiq Vəliyev keçmiş SSRİ məkanında, eləcə də Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə keçirilmiş Ümumrespublika və Ümumdűnya elmi konfrans və konqreslərdə respublikamızı layiqincə təmsil etmişdir. O, tarixçi kadrların hazırlanmasında öz əməyini əsirgəməmişdir. Onun rəhbərliyi ilə 7 elmlər doktoru və 16 fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Elmi-pedaqoji fəaliyyəti dövründə onlarla namizədlik və doktorluq dissertasiyasına opponent olmuşdur. Ömrüünün son bir neçə ilini “ Şərqi Avropa kapitalizm dövründə (1800-1917) "Slavyan ölkələri tarixi" dərsliyi üzərində işləmiş və çap etdirmişdir. Professor Tofiq Talış oğlu Vəliyev 2014-cü il may ayının 26-da vəfat etmişdir.
Hazırda Vəliyevlər ailəsində onun adını daşıyan gənc Tofiq Vəliyev böyüyür və babasının dəsti xəttini davam etdirir. Son olaraq demək istərdim ki, 2004-cü ildən atam professor Tofiq Vəliyevin davamçısı olaraq AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda işləyir onun yolunu davam etdirməyə çalışıram. Ruhun şad olsun Ata!

Xuraman Tofiq qızı Vəliyeva
“Şimali Azərbaycanın XIX –XX əsrin əvvəlləri
tarixi” şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d.
19-07-2025, 13:36
Tanınmış şair vəfat etdi


Tanınmış şair vəfat etdi

Tanınmış şair Soltan İsrafil oğlu Abbasov 92 yaşında vəfat edib.
Şair bu gün yaşadığı evdə dünyasını dəyişib.
Qeyd edək ki, o, 1951- 1953-cü illərdə əmək fəaliyyətinə kənd kitabxanasının müdiri kimi başlayıb və 1953-1955-ci illərdə Boyat kənd İnzibati Ərazi üzrə nümayəndə və Xıllı rayonu mədəniyyət şöbəsinin inspektoru işləyib.
1957-1960-cı illərdə Neftçala rayon Xıllı qəsəbə orta məktəbində, 1960-1973-cü illərdə isə Neftçala rayon Boyat kənd 8 illik məktəbində müəllimlik edib, 1973-1974-cü illərdə "Qələbə" Salyan rayon qəzeti redaksiyasında kənd təsərrüfatı şöbəsinin müdiri, 1991-2006-cı illərdə Boyat kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəsi vəzifələrində çalışıb.
Soltan Abbas 1960-cı illərdən yaradıcılığa başlayıb. "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar- ömür yolum", "Həqiqətin ağzı daş saxlamaz", "Rübailər", "Qəzəllər" və digər əsərlərin müəllifidir.
Şair Soltan Abbas 1980-ci ildə "Azərbaycan SSR Xalq Maarifi əlaçısı" nişanına, 1958-ci ildə Azərbaycan Komsomolu, 1985-ci ildə SSRİ Maarif Nazirliyinin, Fəxri Fərmanlarına, 1987-ci ildə Ali Məktəb Həmkarlar Mərkəzi Şurasının tərifnaməsinə, 1994-cü ildə isə "Məmməd Araz" ali ədəbi mükafatına layiq görülüb.
19-07-2025, 13:06
III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə


III Şuşa Qlobal Media Forumu iştirakçıları Füzulidə

“Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumu iştirakçılarını gətirən təyyarə Füzuli Beynəlxalq Hava Limanında yerə enib.
III Şuşa Qlobal Media Forumunda 52 ölkədən 140-a yaxın xarici qonağın, o cümlədən, 30-dan çox informasiya agentliyi, 7 beynəlxalq təşkilat və 80-ə yaxın media qurumu, həmçinin sahə üzrə əlaqəli digər təşkilatlardan nümayəndələrin iştirakı nəzərdə tutulur.
19-07-2025, 12:56
Suriyada ölənlərin sayı 700-ü ötdü


Suriyada ölənlərin sayı 700-ü ötdü

Suriyanın Suveyda əyalətində azı 718 nəfər həlak olub.
Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günündən indiyədək 146 druz döyüşçüsü və 245 mülki vətəndaşın öldürüldüyünü, onlardan 165-nin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən edam edildiyini bildirib. Həmçinin qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində daha 15 əsgər həlak olub.
Məlumata görə, zorakılıqlar həmçinin 287 hökumət əsgəri və 18 bədəvi döyüşçünün, eyni zamanda “druz silahlıları tərəfindən edam edilən” üç bədəvinin həyatına son qoyub.

19-07-2025, 12:32
Rusiya Ukraynaya 300 raket atdı: Ölən və yaralılar var


Rusiya Ukraynaya 300 raket atdı: Ölən və yaralılar var

"İyulun 19-na keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi hücumlara başlayıb. Düşmən 300-dən çox hücum pilotsuz uçan aparatı və 30-dan çox müxtəlif tipli raketlərdən istifadə edib".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, hücum nəticəsində azı 10 bölgə zərər çəkib, ölən və yaralananlar var:
"Hücum bütün gecə davam edib. Hava hücumlarının qarşısının alınması hələ də davam edir, bəzi pilotsuz uçuş aparatları səmadadır. Donetsk, Kirovoqrad, Dnepr, Sumı, Xerson, Volın, Zaporojye, Nikolayev, Odessa, Jitomir vilayətləri zərər çəkib. Sumıda kritik infrastruktur zədələnib - minlərlə ailə işıqsız qalıb. Odessada yaşayış binasına raket düşüb - biri uşaq olmaqla azı altı nəfər xəsarət alıb. Bir nəfər ölüb. Pavloqradda mərmilər yaşayış evlərinə və mühüm infrastruktura ziyan vurub. Hücum baş verən yerlərdə xilasetmə xidmətləri işləyir, bərpa işləri aparılır".
19-07-2025, 12:26
Bazar günü 41 dərəcə isti olacaq


Bazar günü 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, yarımadanın bəzi yerlərində 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 36-41° isti, dağlarda gecə 11-16° isti, gündüz 28-33° isti olacaq.
19-07-2025, 12:11
Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı


Pirşağıda dənizdə batan şəxsin meyiti tapıldı

İyulun 18-də Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.
Bu barədə FHN-dən bildirilib.
Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

09:16

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!