Kəlbəcərin bu kəndinə də KÖÇ OLACAQ .....                        Lavrovla Ceyhun Bayramov danışıqlar apardı .....                        Azərbaycanla Suriya arasında mühüm görüş .....                        Qubada dağlıq ərazi yanır .....                        Əminə Ərdoğan xanım Trampa məktub yazdı .....                        Bu marşrutda da Çin avtobusu istifadə ediləcək .....                        Ümid edirik, Rusiya da Minsk Qrupunun ləğvini dəstəkləyəcək - Bakıdan REAKSİYA .....                        Ukrayna öz torpaqlarını verməyəcək - Zelenski .....                        Yasamalda cinayət: 37 yaşlı qadın öldürüldü .....                       
2-08-2025, 22:27
Pirşağıda dənizdə batan var


Pirşağıda dənizdə batan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2-08-2025, 21:06
Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb


Azərbaycan Qazaxıstandan taxıl idxalını 120 dəfə artırıb


2024-cü ilin sentyabrından 2025-ci ilin iyuluna qədər Qazaxıstan xarici ölkələrə taxıl ekvivalentində 12,4 milyon ton taxıl və un ixrac edib ki, bu da 2023-2024-cü ilin analoji dövrü ilə müqayisədə 34 faiz (9,3 milyon ton) çoxdur.
Yeni məhsul olan taxıl və unun Azərbaycana tədarükü 120 dəfə - 6 min tondan 723 min tona qədər artıb.
Qeyd edilir ki, Qazaxıstanın taxıl tədarükçüləri Azərbaycan, Gürcüstan və Türkiyəyə son 5 il ərzində dayandırılan ixracı bərpa ediblər.
2-08-2025, 20:46
4 ölkə Azərbaycan qazı ilə bağlı bəyanat yaydı


4 ölkə Azərbaycan qazı ilə bağlı bəyanat yaydı

Azərbaycan, Qətər, Suriya və Türkiyə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılması ilə bağlı birgə açıqlama yayıb.
Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə açıqlamada bu hadisə sözügedən 4 ölkə arasında əlaqələrin dərinləşdirilməsində mühüm addım kimi dəyərləndirilib.
Qeyd olunub ki, rekord müddətdə həyata keçirilən bu layihə Suriyanın münaqişədən sonra yenidən qurulması və normallaşması prosesi üçün mühüm əhəmiyyət kəsb edir:
“Türkiyənin Kilis əyaləti ilə Suriyanın Hələb şəhəri arasında uzanan və gündəlik 6 milyon kubmetr qaz ötürmə qabiliyyətinə malik bu yenilənmiş boru kəməri avqustun 22-də rəsmi olaraq fəaliyyətə başlayıb. Qətər Dövləti Qətər İnkişaf Fondu vasitəsilə bu təşəbbüs çərçivəsində elektrik enerjisi istehsalına dəstək verməklə Suriya Ərəb Respublikasının bərpası və sabitləşməsi prosesinə sadiqliyini bir daha təsdiqləyir.
Hələb Elektrik Stansiyasına təbii qaz axınının başlanması ilə Suriyada elektrik təchizatı əhəmiyyətli dərəcədə artacaq. Bu təşəbbüs Suriya iqtisadiyyatının canlanmasına və insanların həyat şəraitinin yaxşılaşmasına bilavasitə töhfə verən mühüm humanitar addımdır.
Bundan başqa, ölkələrimiz regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyirlər”.
2-08-2025, 20:17
Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa aparılır


Şahin Şıxlinski saxlanıldı - Yekaterinburqa aparılır

"Azərbaycan-Ural" ictimai təşkilatının və Yekaterinburqdakı
Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Moskvada saxlanılıb.
Bu barədə E1.RU portalı məlumat yayıb.
Bildirilib ki, Şıxlinski Yekaterinburqa aparılıb.
Nəşrin yazdığına görə, Şıxlinski hazırda istintaq prosesində iştirak edir.
Qeyd edək ki, Şahin Şıxlinski bir müddət əvvəl Rusiya Daxili İşlər Nazirliyi tərəfindən federal axtarışa verilib.
2-08-2025, 19:41
Türkiyədə növbədənkənar seçki? - Nazir tarix AÇIQLADI


Türkiyədə növbədənkənar seçki? - Nazir tarix AÇIQLADI

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.
“Qarşıdan prezident seçkiləri gəlir. Seçkilər 2027-ci ildə olacaq. Mən belə düşünürəm”, - nazir qeyd edib.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl seçkilərin öz vaxtında - 2028-ci ildə keçiriləcəyini bildirmişdi.
2-08-2025, 19:22
Azyaşlı Kürdə batdı


Azyaşlı Kürdə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Kür çayının Salyan şəhərindən keçən hissəsində 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2-08-2025, 18:38
Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ


Peşə məktəblərində təhsil haqqının məbləği artırılıb? - RƏSMİ

Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə məktəblərində birillik təhsil haqqının 1800-2000 manata kimi qaldırılması məsələsinə münasibət bildirib.
Qurumun mətbuat xidmətindən "Oxu.az"a bildirilib ki, təhsil haqqının məbləğinin yüksəldilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi ilə əmək bazarının tələblərinə uyğun keyfiyyətli kadr yetişdirməkdir.
Məlumatda qeyd olunub ki, cari ildə qəbul planının 75%-ni (24 280) dövlət sifarişli yerlər təşkil edib:
"Azərbaycan Respublikasının Nazirlər Kabineti "Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı"nın və "Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları"nın təsdiq edilməsi haqqında 14 iyun 2025-ci il tarixli, 192 nömrəli Qərar qəbul edib.
Adambaşına maliyyələşmə mexanizmi tətbiq edilən peşə təhsili müəssisələrində sözügedən qərara uyğun olaraq təhsil haqları tətbiq edilib. Bundan əlavə, 2024-cü ildən etibarən yüksək texniki peşə təhsilində ödənişli plan yerləri ayrılıb. Həmin ödənişli plan yerlərində də təhsil haqları 192 nömrəli AR Nazirlər Kabinetinin qərarına uyğun olaraq tətbiq olunub".
2-08-2025, 18:16
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişi tutuldu - YENİLƏNİB


Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən kişi tutuldu - YENİLƏNİB[/size]

Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

***

16:31

Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Sosial şəbəkələrdə və xəbər portallarında yayılan görüntülərlə bağlı Sabirabad Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həmin görüntülərdə əks olunan şəxsin Qaratəpə kənd sakini, 64 yaşlı M.Hüseynov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlər görülür.
2-08-2025, 17:25
Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü


Lənkəran sakini Serbiyada binadan yıxılaraq öldü

İşləmək üçün Sebiyaya gedən Lənkəran sakini binanın 7-ci mərtəbəsindən yıxılaraq ölüb.
Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Həsən Mənsubov bir müddət əvvəl işləmək üçün Serbiyaya gedib.
Bir neçə gün əvvəl isə o, binanın 7-ci mərtəbəsindən yerə yıxılıb. Xəstəxanaya yerləşdirilən H.Mənsubov dörd gün komada qaldıqdan sonra ölüb. Meyitin Azərbaycana gətirilməsi ilə bağlı hazırlıq görülür.
Qeyd edək ki, Həsən idmanın ağır atletika (pbuilding) növü ilə məşğul olub.
2-08-2025, 16:04
CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun


CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun

Cənubi Qafqaz və Orta Asiya bölgəsini əhatə edən geosiyasi proseslər, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı perspektivlər Türkiyədə də diqqətlə izlənilir.
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) xarici siyasət koordinatoru İlhan Üzgel Zəngəzur dəhlizinin təkcə regional deyil, beynəlxalq əhəmiyyətə malik olduğunu bildirib.
“Cənubi Qafqaz bölgəsində sülh və sabitliyin davam etməsi bizim üçün önəmlidir. Belə bir mühitdə region ölkələri sahib olduqları potensialı daha səmərəli şəkildə həyata keçirə bilər. Biz bu sabitliyin qorunmasını və inkişaf etdirilməsini dəstəkləyirik” – deyə Üzgel vurğulayıb.
CHP rəsmisi Azərbaycanın Türkiyə üçün qardaş və etibarlı tərəfdaş olduğunu xüsusi qeyd edib:
“Azərbaycan bizim üçün sadəcə dost deyil, qardaş ölkədir. Biz hər zaman Azərbaycanın təhlükəsizlik və rifah içində olmasını istəyirik. Çünki Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyidir. Türk xalqının dünyada ən çox güvəndiyi xalq azərbaycanlı qardaşlarımızdır”.



İlhan Üzgel Zəngəzur dəhlizi layihəsinin region üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıdığını bildirib:
“Zəngəzur dəhlizini biz yalnız Azərbaycanın iki parçasını birləşdirən layihə kimi deyil, eyni zamanda Türkiyədən Orta Asiyaya açılan strateji koridor, Türk dünyasını birləşdirən mühüm bir körpü kimi qiymətləndiririk. Bu layihə təkcə Azərbaycan və Türkiyəyə deyil, bütün bölgəyə iqtisadi fayda gətirəcək bir fürsətdir”.
CHP rəsmisi qeyd edib ki, bu dəhlizin tezliklə açılması həm Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında nəqliyyatı asanlaşdıracaq, həm də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri yeni mərhələyə daşıyacaq:
“Zəngəzur dəhlizi həmçinin Orta Asiya ölkələrinin də Türkiyə və Azərbaycanla bağlarını möhkəmləndirəcək, regional əməkdaşlığa ciddi töhfə verəcək. Bu səbəbdən də biz bu prosesin sürətlə və Azərbaycanın maraqları nəzərə alınmaqla həll edilməsinin tərəfdarıyıq”.
İlhan Üzgel əlavə edib ki, CHP olaraq istər müxalifətdə, istərsə də gələcəkdə iqtidarda olsunlar, Azərbaycanın yanında olmağa davam edəcəklər:
“Biz partiya olaraq bu kimi strateji dəhlizlərin üçüncü ölkələrin nəzarətində deyil, Azərbaycanın razılığı və maraqları çərçivəsində idarə olunmasını dəstəkləyirik. Ən böyük arzularımızdan biri bu xəttin bir an öncə istifadəyə verilməsi və regionda yeni bir iqtisadi canlanmanın başlanmasıdır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!