Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                        Əfqanıstanda yenidən güclü zəlzələ .....                        CHP-nin İstanbul qurultayının nəticələri LƏĞV EDİLDİ .....                        Putinlə Zelenski təkbətək görüşə hazır deyillər - Ərdoğan .....                        Laçın aeroportunda buraxılış məntəqəsi yaradılır .....                        Azərbaycanda pul bazası azalıb .....                        “Azərbaycan və Ermənistan sülh prosesində son nöqtəyə çatıblar” - Ərdoğan .....                        Sarayda qayın gəlini qətlə yetirdi - YENİLƏNİB .....                       
10-08-2025, 15:42
Cənubi Qafqazda yeni mərhələ başlayır - Türk Dövlətləri Təşkilatı


Cənubi Qafqazda yeni mərhələ başlayır - Türk Dövlətləri Təşkilatı

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə olunan sülh razılaşmasını “tarixi hadisə” adlandırıb. Baş katib həmçinin tərəflərin ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılması və onunla bağlı bütün strukturların bağlanması üçün birgə müraciətini yüksək qiymətləndirib.
Açıqlamada imzalanan Birgə Bəyannamə Cənubi Qafqazda uzunmüddətli sabitliyin, dayanıqlı sülhün və regional iqtisadi inkişafın təmin olunması baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilib.
Baş katib vurğulayıb ki, TDT üzv dövlətləri və tərəfdaş ölkələrlə birlikdə bu prosesə hərtərəfli dəstək verməyə, tərəflər arasında etimadın möhkəmləndirilməsi, ticarət əlaqələrinin genişləndirilməsi və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində əməkdaşlıq etməyə hazırdır.
O əlavə edib ki, əldə olunan razılaşma yalnız iki ölkə üçün deyil, bütün regionun geosiyasi sabitliyi və beynəlxalq əməkdaşlıq mühiti üçün strateji əhəmiyyət daşıyır. TDT-nin bundan sonra da Cənubi Qafqazda sülh və rifahın möhkəmlənməsi naminə təşəbbüslərlə çıxış edəcəyi qeyd olunub.
10-08-2025, 15:16
Vaşinqton razılaşması dayanıqlı sülhə yol açır - Avropa İttifaqı


Vaşinqton razılaşması dayanıqlı sülhə yol açır - Avropa İttifaqı

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Ermənistan və Azərbaycan liderlərinin ABŞ paytaxtında sülh müqaviləsini paraflamasını tarixi hadisə adlandırıb.
O bildirib ki, Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın atdığı bu addım bölgədə uzunmüddətli və davamlı sülhün təmin olunmasına mühüm töhfə verəcək.
Aİ Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə açıqlamasında razılaşdırılmış addımların vaxtında icrasının vacibliyini vurğulayıb və Avropa İttifaqının normallaşma prosesinə dəstəyinin davam edəcəyini bəyan edib.
10-08-2025, 14:55
Papa sülh bəyannaməsini ALQIŞLADI


Papa sülh bəyannaməsini ALQIŞLADI

Roma Papası XIV Leo Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb.
Papa bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb.
"Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək", – deyə XIV Leo bildirib.
10-08-2025, 14:33
Mahmud Abbas BMT-də Fələstin dövlətini elan etmək istəyir


Mahmud Abbas BMT-də Fələstin dövlətini elan etmək istəyir

Fələstin prezidenti Mahmud Abbas sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında Muxtar Vilayətin dövlətə çevrilməsini birtərəfli şəkildə elan etməyi nəzərdən keçirir.
Bu barədə "Al-Araby Al-Jadeed" nəşri məlumat yayıb.
Nəşrə görə, bu addım dövlətin sərhədlərini və əsaslarını müəyyənləşdirəcək konstitusiya bəyannaməsinə əsaslanacaq. Abbas tərəfindən elan ediləcək bu bəyannamə dövlətin sərhədlərini, xarakterini, məzmununu və konstitusiya əsaslarını Fələstin konstitusiyası təsdiqlənənə qədər müəyyənləşdirəcək.
Abbas iyulun 20-də Fələstin Azadlıq Təşkilatının İcraiyyə Komitəsi ilə görüşündə ilin sonuna qədər yeni Fələstin Milli Şurasının seçkilərinin keçiriləcəyini elan edib. Fələstin rəsmilərinə görə, bu qərar Fələstin dövlətinin tanınması üçün beynəlxalq dəstəyi gücləndirmək”məqsədi daşıyır.
Yeni şura 350 üzvdən ibarət olacaq: 200 nəfər İordan çayının qərb sahili, Qəzza və Qüdsdən, 150 nəfər isə İsrail xaricindən seçiləcək. Rəsmi Fələstin xəbər agentliyi "WAFA"nın məlumatına görə, seçkilərdə iştirak etmək istəyən namizədlər Fələstin Azadlıq Təşkilatının siyasi platformasına, beynəlxalq öhdəliklərinə və BMT qətnamələrinə sadiq olmalıdır.
10-08-2025, 14:14
Qəzzada insanlıq dramı - 217 nəfər aclıqdan öldü


Qəzzada insanlıq dramı - 217 nəfər aclıqdan öldü

Qəzzadakı ərzaq böhranı fonunda qida çatışmazlığından ölənlərin sayı 217-yə çatıb ki, onlardan da 100-ü uşaqdır.
Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.
"Qəzza zolağının xəstəxanalarında son 24 saat ərzində ikisi uşaq olmaqla, aclıq və qida çatışmazlığından beş ölüm hadisəsi qeydə alınıb. Beləliklə, aclıqdan ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla, 217-yə yüksəlib", - deyə məlumatda bildirilir.
Qəzza rəsmilərinin məlumatına görə, 2025-ci ilin əvvəlindən Qəzzada 163, 2024-cü ildə 50, bir il əvvəl isə daha 4 nəfər aclıqdan ölüb.
10-08-2025, 14:02
İranda polis idarəsinə hücum: Ölən və yaralanan var


İranda polis idarəsinə hücum: Ölən və yaralanan var

İranın Sistan və Bəlucistan əyalətinin Sərəvan şəhərində "Ceyş əl-Ədl" qruplaşmasının üzvləri polis məntəqəsinə hücum ediblər.
Hadisə nəticəsində bir polis əməkdaşı həlak olub, daha bir zabit isə yaralanıb.
Məlumata görə, təhlükəsizlik qüvvələrinin cavab tədbirləri zamanı silahlılardan üçü zərərsizləşdirilib, ikisi isə saxlanılıb.
10-08-2025, 13:40
Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir


Türkiyədə meşə yanğınları - Əhali təxliyə edilir

Türkiyənin Sinop bölgəsində Durağan rayonunda dünən başlayan meşə yanğını davam edir.
Yanğını söndürmək üçün helikopterlər bu səhər erkən saatlarda yenidən işə başlayıb. 100 evdən ibarət Köklen kəndi ehtiyat tədbiri olaraq təxliyə edilib.
Yanğına yaxın ərazidəki çaydan su götürən helikopterlər söndürmə işlərini intensiv şəkildə davam etdirirlər.
Ekipajların fasiləsiz müdaxiləsinin davam etdiyi kənddə Türk Qızıl Aypara Cəmiyyəti də yanğında iştirak edənlərə iaşə xidməti göstərir.
10-08-2025, 13:24
Rezidenturaya qəbul imtahanı keçirilib


Rezidenturaya qəbul imtahanı keçirilib

DİM avqustun 10-da baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) keçirib.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahanın idarə olunması üçün 5 ümumi imtahan rəhbəri, 11 imtahan rəhbəri, 81 zal nəzarətçisi, 12 buraxılış rejimi (mühafizə) əməkdaşı ayrılıb.
Məlumat üçün bildiririk ki, imtahanda iştirak etmək üçün 905 namizəd qeydiyyatdan keçib. Bakıda 879, Naxçıvan isə 26 namizədin imtahan verəcəyi gözlənilirdi.
Avqustun 11-dən etibarən imtahan protokolları və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 3 gün ərzində elan edilməsi nəzərdə tutulur.
10-08-2025, 12:14
Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası


Şimşək çaxacaq, leysan yağacaq - Sabahın havası

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 32-36, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.
10-08-2025, 11:56
Zibil yandırırdı - Yanğına səbəb oldu


Zibil yandırırdı - Yanğına səbəb oldu

Avqustun 9-da Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının kənd sakini Z.Bağırovanın məişət tullantılarını yandırarkən odla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Z.Bağırova məsuliyyətə cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!