Putin Trampı məyus edib .....                        Bəşər Əsədin həbsinə order verildi .....                        Britaniya parlamentində etiraz .....                        İranın təxribatçı səfirinin fəaliyyəti başa çatdı .....                        Bakının bu küçələridə hərəkət dayandırılır .....                        14 yaşlı uşağa işgəncə verən xalası SAXLANILDI .....                        Lənkəranın dağ kəndində yanğın .....                        Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                       
13-08-2025, 15:32
Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı reaksiya - RƏSMİ


Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı reaksiya - RƏSMİ

Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Zəngəzur dəhlizi) detallarını öyrənmək niyyətindədir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib.
O qeyd edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək.
Diplomatın sözlərinə görə, Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı Rusiyanın sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.
Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb.
13-08-2025, 15:12
Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək


Qarabağ iqtisadiyyatın yeni inkişaf drayverinə çevriləcək

"İşğaldan azad olunmuş ərazilərimizin ümumi iqtisadi potensialı yüksək qiymətləndirilir".
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
“Nəzərə alsaq ki, hər bir rayon üzrə iqtisadi potensial ayrıca dəyərləndirilir, görürük ki, bəzi rayonlarda sənaye, digərlərində aqrar sahə, bəzilərində isə turizm və nəqliyyat sektoru ön plana çıxır. Bu da onu göstərir ki, işğaldan azad olunmuş hər bir rayon kifayət qədər böyük və müxtəlif iqtisadi imkanlara malikdir.
Təbii ki, bu potensialdan tam istifadə olunması üçün genişmiqyaslı yenidənqurma və bərpa işləri aparılır. Artıq biz Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialının tədricən bərpa olunduğunu və bu ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiya prosesinin getdiyini müşahidə edirik. Bu, bir tərəfdən ölkə iqtisadiyyatına əlavə dəyər yaradırsa, digər tərəfdən həmin bölgələrdə məskunlaşma prosesini də sürətləndirir”.
Millət vəkili bildirib ki, artıq 50 mindən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərdə yaşayır və çalışır:
“İlkin qiymətləndirmələrə əsasən, Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycan iqtisadiyyatına 15 milyard manata yaxın əlavə dəyər qazandıra bilər.
Konkret sektorlar üzrə aparılan qiymətləndirmələr isə göstərir ki, hər bir rayonun özünəməxsus müqayisəli üstünlüyü mövcuddur. Məsələn, Ağdam rayonunun sənaye sahəsində önə çıxacağı gözlənilir. Füzuli rayonu isə nəqliyyat-logistika baxımından strateji əhəmiyyət daşıyır. Şərqi Zəngəzur bölgəsində aqrar sahə və turizm inkişaf etdiriləcək. Xankəndi və Şuşa şəhərlərində isə həm turizm, həm də sənaye sektorunun inkişafı nəzərdə tutulur”.
Son olaraq V.Bayramov əlavə edib ki, işğaldan azad olunmuş rayonlarımızın iqtisadi potensialı kifayət qədər böyükdür. Bu potensial isə yaxın gələcəkdə Qarabağın Azərbaycan iqtisadiyyatının yeni inkişaf drayverinə çevrilməsinə imkan verəcək.
13-08-2025, 14:25
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi


Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

"Biz Ukrayna üçün çox vacib və çox lazım olan yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk".
Bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev Bakıdan Ukraynaya humanitar yardımın yola salınma mərasimində deyib.
O bildirib ki, humanitar yardımın tərkibinə daxil olan elektrik avadanlıqlarından Ukrayna bütün elektrik sistemini bərpa etmək üçün istifadə edəcək.
13-08-2025, 14:09
Bakıdan Ukraynaya növbəti humanitar yardım göndərildi


Bakıdan Ukraynaya növbəti humanitar yardım göndərildi

Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib.
Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yükün ilk hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 11 avqust tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilir.
Humanitar yükün tərkibinə ümumilikdə 90 min metrə yaxın elektrik kabelləri və naqillər, həmçinin 25 ədəd generator və 7 dəst transformator daxildir. Ukraynada davam edən müharibədən zərər görmüş bölgələrin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək məqsədilə göndərilən bu avadanlıqların ilk hissəsi 10 yük avtomobilindən ibarət karvanla yola salınıb. Ukrayna tərəfinin müraciətləri əsasında təşkil edilən və ümumi dəyəri 2 milyon ABŞ dolları olan sözügedən yardımın növbəti hissəsinin də yaxın günlərdə yola salınması planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Hazırkı müharibə şəraiti ilə əlaqədar olaraq, ölkəmizin Ukraynaya göstərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidənqurma yönümlü yardımların ümumi dəyəri artıq 44 milyon ABŞ dollarını keçib.
13-08-2025, 10:33
TRT-nin VERİLİŞİ ANTİ-TÜRK AKTIDIR


Şapur QASİMİ

15.07.2025
+99455 522-36-15


TRT-nin VERİLİŞİ ANTİ-TÜRK AKTIDIR

.Güneyli-Quzeyli Azərbaycan türkləri son dövrlərdə dünya türklərinin milli azadlıq mayakı olan Türkiyəmizin beynəlxalq müstəvidə söz sahibinə çevrilməsini böyük ümid və ruh yüksəkliyi ilə izləməkdədir. Xüsusilə erməni-rus alyansının son 30 ildə işğal edib, xarabalığa çevirdiyi Qarabağ torpaqlarından çıxarılmasında haqlı olaraq daim, dövrümüzün ikinci Atatürkü adlandırdığımız sayın Rəcəb Tayyıp Ərdoğanın şəxsində Türkiyəmizin mühüm rolu olduğunu nəzərə alaraq, beynəlxalq prosseslərin ən azı Güney Azərbaycanımızın torpaqlarının və onun 45 milyon civarında olan Azərbaycan və 5 milyon civarında olan türkmənlərin bütövlükdə, 63 milyon Qacar yurdu türklərinin doğma milli torpaqları ilə birgə şovinist fars faşizminin 100 (yüz) ildən bəri davam edən əsarətindən qurtarılması ilə yanaşı, Türkiyə, Bütöv Azərbaycan, Bütöv Türkmənistan. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Quzey Kipr türklərinin torpaqları ilə birlikdə cəmiyyətlərinin də bütövləşərək vahid iqtisadi, hərbi, siyasi cəhətdən dünyada söz sahibinə çevriləcəyinə ümidlərimiz son dərəcədə artıb. Bunu, dünənə qədər de-yure rus imperiyasından 34 il bundan qabaq ayrılmış 5 türk respublikası rəhbərlərinin davranışlarında, onların de-fakto, bu əsarətdən qurtara bilmədiyi aydın göründüyü halda, hazırda bu ölkə rəhbərlərinin müstəqil davranışı, qərarları onların artıq türk milli birliyi ideyası altında Türkiyəmiz ətrafında birləşməyə yönəldiyini göstərir. Məhz bu amil 100 ildən bəri şovinist fars molla faşizminin daim qətliamlara, assimilyasiyaya, hər cür fəlakətə məruz qoyduğu türk Qacar yurdunda öz milli ərazilərində yaşayan 63 milyon civarında türkün tezliklə milli azadlığa qovuşacağını düşünməyə real əsas verir.
Lakin, türk düşmənləri də sakit oturmayıb. Son illərdə Türkiyənin Kreml və Qərbin, o cümlədən Tehranın yaradaraq maliyyələşdirib, silahlandırıb, illərlə Türkiyəni daxildən parçalamaq üçün istifadə ediyi kürd quldur dəstələrini məğlub edərək ölkənin sərhəddlərindən belə uzaqlaşdırması ilə barışa bilmir. Bir-biri ilə iki düşmən cəbhəyə bölünmüş iri düşmən gücləri türk dövlətlərini inkişafdan, inteqrasiya edərək bütövləşmə prossesindən ayırıb. Onları toplumlar şəklində saxlayaraq yağmalamaq, assimilyasiyaya məruz qoymaqla türk milləti və dövlətini yer üzündən silmək istəyirlər.
1915-ci ilin 24 Aprel tarixində Rusiya Türk dövlətini ermənilər vasitəsilə hərbi çevriliş edərək erməni dövlətinə çevirə bilməsə də 1925-ci ildə ingilislər Qacar türk dövlətini hərbi çevriliş vasitəsilə fars dövlətinə çevirə bildilər. 100 (yüz) ildən bəri daim ölkənin əsil sahibi olan türklərə bir ovuc farsların divan tutması və bu gün də fahişələr erkəklərini daim dəyişdiyi kimi, ağalarını öz maraqlarına uyğun olaraq daim dəyişən fars faşizmi dünyada türkün ən qatı, əbədi barışmaz düşməni olduqlarını bu gün də nümayiş etdirirlər. Tarixi prosses və hadisələrə nəzər saldıqda türkün alicənablığından, başqa millətlərin varlığına həddsiz hörmət və həssaslığından sui-istifadə edərək türk millətinin bütövlükdə bu günkü fəlakətli hala gətirildiyi göz qabağındadır.
Hələ XIX əsrdə Karl Marks yazırdı ki, – «Bu gün Osmanlını Türk dövləti adlandırmaq çox çətindir». Həm də o çox haqlı idi. Çünki, hələ Sutan Səlim Xəlifə adını daşımaq xatirinə Ərəbistandan 2 min ərəb ailəsini gətirib Osmanlı ərazisində yerləşdirərək, onlara yaşamaq üçün türklərdən daha yaxşı şərait yaratmışdı. Dövlətin dilini ərəb, fars dilləri etməklə doğma türk dili aşağılanaraq qeyri-rəsmi dil statusuna malik olmuş, İstanbul fəth edildikdən sonra, yunanların it yerinə qoymadığı ermənini İstambulun həndəvərinə qoymadığı halda, 3 Osmanlı Sultanı əyalətlərdən erməniləri yığıb gətirərək qədim, möhtəşəm arxitektura nümunələri olan monastırları ermənilərə vermişdi.
Türk insanları, onların dili, mədəniyyəti, yad düşmən millətlərin ayaqları altına atıldığından 1915-ci illərdə xristian ölkələri Osmanlı üzərinə xaç yüyürüşü təşkil etdikləri zaman Osmanlıda hərbi qüvvələrin idarəçiliyi almanların əlində, orduda 29 erməni generalı, o cümlədən tayqulaq Andronik, diplomatik korpusda çoxsaylı ermənilər 7 Səfir, 11 Baş Konsul var idi. 22 nazir erməni idi. Ölkə daxilində ədalət mühakiməsi ərəbin islam ideologiyasına əsaslanırdı. Fransız yazıçısı Rone dediyi kimi, – «Osmanlıda bütün millətlərə yer var, o cümlədən türklərə də». Tarix boyu türklərin qanadının altına alıb qoruduğu, himayə edib ocağının, süfrəsinin başında oturtduğu ermənilər təkcə XX əsrdə Türkiyədə 4 milyon, Türküstanda 6 milyon, Güneyli-Quzeyli Azərbaycanda 2,5 milyondan çox türk insanını qətlə yetirmişlər. Son yüz ildə Güney Azərbaycanda farslar 2 milyon 200 min civarında, Türkiyədə təkcə PKK Öcalan dövründə 35 min civarında türk insanını qətlə yetirmişlər.
İranın baş Ayətulasından tutmuş yala hürən Amolisinə qədər Quzey Azərbaycan Respublikasının ərazisi olan türk milli torpaqlarını, Qacar yurdunun bütün türklərini iranlı olaraq adlandırması faktiki olaraq Quzey Azərbaycan Dövlətini dövlət kimi tanımaq istəmədiyini sübut edir. Düşmənlərimizin bu qəbillərdən olan hiyləgər, ikibaşlı və üstüörtülü, sadə insanların mahiyyətini dərk edə bilməyəcəyi belə ifadələrlə öz murdar niyyətlərini təbliğ etməsinə Türk dövlətlərinin nümayəndələri sərt cavab verməli, ziyalılarımız belə ifadələrin mahiyyətini açıqlamalı, kütləvi informasiya vasitələrimiz düşmənin belə məkrli təbliğatının məzmun və mahiyyətini daim işıqlandıraraq xalqımızı maarifləndirməklə düşmənin mənhus təbliğatı qarşısına daim keçilməz sədd çəkməlidir.
Bu gün nəinki dünya türklərinin, hətta Türk Dövlətləri Təşkilatı üzvləri olan dövlətlərin arasında ən əhəmiyyətli və ilk növbədə reallaşdırılmalı olan iqtisadi, hərbi sahələrdəki intensiv inteqrasiya qarşısında ən azından bir neçə ciddi maneələr durur. Hətta böyüklü, kiçikli türk düşmənlərinin bu prosesə gizli-aşkar maneələr törətməsini bir kənara qoysaq belə, bu prosesə türk dövlətləri başçılarının şəxsi mənafe və ambisiyaları, ümumtürk ədəbi dilinin mövcud olmaması və türkləri min ildən çox dövrdən bəri ideoloji cəhətdən parçalayıb, hətta türk dövlət və toplumlarının bir-birinə düşmən münasibəti belə sərgiləməsinə səbəb olan din amilinin də mövcudluğudur.
Məsələn, son günlərdə Fələstin-İsrail, İran-İsrail hərbi toqquşmasını Türkiyə cəmiyyətindəki insnaların əksəriyyəti dini nöqteyi nəzərdən dəyərləndirərək, bu məsələni milli maraqları, daha dəqiq desək Fələstin ərəblərinin və əslində müsəlman olmayıb, müsəlman çuluna bürünmüş islam dininin düşmənləri olan şovinist fars molla faşizminin Azərbaycana, Türkiyəyə və ümumilikdə türk millətinə qarşı daim açıq sərgilədiyi barışmaz qatı düşmənçiliyinə adekvat münasibət sərgiləyən Azərbaycan dövləti və vətəndaşlarına qarşı Türkiyədə neqativ münasibət, çıxışlar sərgiləndi. Məhz belə anormal proseslərin nəticəsidir ki, 10 iyul 2025-ci ildə Türkiyənin ən böyük və nüfuzlu media vasitəsi olan TRT-nin TRT kürd kanalında Güney Azərbaycanın Urmu vilayətinin videogörüntülərin müşayiəti ilə Kürdüstan ərazisi kimi qələmə verildi. Bu, ortaya bir çox əsaslı suallar qoyur. Həm də bu olayın PKK-nın rəsmən silahı yerə qoyması barədə elan edilməsindən dərhal sonra baş verməsi bir çox məsələlərdən xəbər verir. İlk növbədə Türkiyə dövləti PKK-nın uzun illər ölkə daxilində törətdiyi qanlı cinayətlərindən sonra kürd silahlılarının ölkə daxilindən çıxarmaqla yanaşı, qonşu Suriyada ABŞ-ın öz himayəsində olan kürd silahlılarından, İraqdakı kimi «Kürdüstan» dövləti yaradaraq Türkiyənin ətrafında «Anakonda kəməri»

yaratmasına imkan vermədi. Bu «kəmərin» mərkəzi qovşağını Güney Azərbaycan ərazilərində kürdəlri yerləşdirərək formalaşdırmaqla məşğul olan İranın və Rusiyanın özünü də Suriyadan çıxardıqdan sonra, ilk baxışda kürdlərin reallığı dərk edərək, bu ölkələrin oyuncağı olmadan və türkiyə vətəndaşı olaraq rahat yaşayacaqlarını düşünmək olardı. Lakin tarix boyu baş verən proses və hadisələri əks etdirən faktlar bunun belə olmayacağını təsdiqlədi…
İrili-xırdalı türk düşmənlərinin bu gün Türkiyə və digər türk dövlətlərinə qarşı nümayiş etdirdiyi düşmənçiliyi məntiqlə dünya gücləri olan türk düşmənlərinin Türkiyə daxilində bundan sonra da erməni, kürd kartından aktiv istifadə edəcəyini göstərdi. Başqa cür ola da bilməzdi. TRT-nin Güney Azərbaycan türk milli ərazisinin önəmli tarixi, strateji bir hissəsi olan Urmunun, Makunun, Xoyun, Sulduzun kürd milli əraziləri kimi qələmə verməsi bunun ilk sübutu oldu.
Bu, Türkiyə türklərinin də daşıyıcısı olduğu klassik (Peyğəmbər və sünnəyə əsaslanan) islama barışmaz, qatı düşmən olmaqla bərabər şovinist fars molla faşizminin milli ideologiyası, şiəlik əsasında qurulmuş fars dövlətinin əsarətində olan 63 milyonluq türk millətinin həm milli ərazisi, həm də ən böyük türk toplumu olan, Güney Azərbaycan torpaqlarının «Kürdüstan» kimi qələmə verilməsi, ilk növbədə dünyada Türkiyədən sonra ikinci ən böyük türk toplumu olub, artıq tarixdə özünü doğrultmuş sünnü-şiə düşüncəsi əsasında iki türk toplumunu bir-birinə yadlaşdıran, qanlı, faciəli Çaldıran döyüşünün başqa səpkidə həyata keçirilməsidir. Yəni, ərəb islamının daşıyıcıları olan Türkiyə türklərinin şüurunda türk millətinə heç bir aidiyyatı olmayan şiə torpaqlarının kürdləşdirilməsinə biganəlik sindromunun yaradılması cəhdidir. Eyni zamanda 1925-ci ildə Qərbin çevriliş yolu ilə Qacar türk yurdunda hakimiyyəti ələ keçirən fars faşizminin 1930-cu ildə bu ərazini üç Hind-Avropa dil qrupundan biri olan farsdilli qrupun adı ilə İran, yəni, farsdillilərin yaşadığı yer, adlandırmaqla hamıda bu ərazinin fars milli ərazisi olması haqqında saxta təsəvvürün formalaşdırılmasının davamıdır. Bu isə təkcə Güney Azərbaycanda türklərin təklənərək, əridilib yox edilməsi olmayıb, Tehran rejiminin müstəqil Quzey Azərbaycan türk dövlətinin ərazilərinə saxta iddiasını süni surətdə əsaslandırmaq üçün hava və su kimi vazkeçməzdir.
Tehran rejiminin maliyyələşdirib Güney Azərbaycan türklərinə qarşı kürd separatçılarının əli ilə həyata keçirdiyi bu ideoloji terror aktı həm də Türkiyə dövlətinin buna görə, silahı yerə qoymuş PKK-çılara sərt reaksiya verməsinə nail olaraq bu prossesi pozmaq niyyəti güdür. Ancaq yaddan çıxarırlar ki, min ildən bəri farsların, bütün qəbillərindən olan fahişəliklərini, 200 ildən bəri, ermənilərin, 100 ildən bəri farsların hiyləgərliyinin, qorxaqlığının, cinayətkarlığının dəfələrlə şahidi olan türkləri aldadaraq daha, dini nağıllarının, nə Anaid məbədindən miras qalmış gözəlçələrinin, nə də ki, şirin dil vasitəsilə türkü türkə düşmən edə bilməyəcək. Çünki, Bakı-Təbriz-Ankara qatarı, Türküstanla birgə artıq TURANA doğru yol alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!