Əbədiyaşarları yaşadanlar .....                        Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                       
15-08-2025, 16:24
Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ


Qərbi Azərbaycan İcması buraxılır? - Əziz Ələkbərli CAVAB VERDİ

Avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında görüş olub. Görüş zamanı tərəflər sülh sazişini paraflayıblar. Zəngəzur dəhlizinin açılması və dəhlizin Ermənistan ərazisinə düşən 42 kilometrlik ərazisinin 99 illiyinə ABŞ-nin nəzarətinə verilməsi razılaşdırılıb.
Görüşdən sonra sosial şəbəkələrdə Qərbi Azərbaycan İcmasının ləğv ediləcəyi ilə bağlı iddialar yayılıb.
Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib ki, son günlər mətbuatda Qərbi Azərbaycanla bağlı qurumların, o cümlədən Qərbi Azərbaycan İcmasının buraxılacağı barədə yayılan məlumatlar və onun Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri olaraq guya bu barədə kimlərəsə müsahibə verməsi tamamilə qondarma xəbərdir:
"İcma rəhbəri olaraq rəsmən bildirirəm ki, Qərbi Azərbaycan İcmasının Qayıdış ideyası Azərbaycan və Ermənistan arasında münasibətlərin gərginləşməsinə yox, əksinə, bu münasibətlərin etibarlılığının möhkəmlənməsinə xidmət edir, çünki bu ideyanın təməlində həm də Azərbaycan və erməni xalqlarının birgəyaşayış prinsipi dayanır".

15-08-2025, 16:22
Tramp Putinlə görüşə yollandı - Bu heyəti apardı


Tramp Putinlə görüşə yollandı - Bu heyəti apardı

ABŞ Prezidenti Donald Tramp bu axşam rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün bir qədər öncə Alyaskaya yola düşüb.
Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün Alyaska ştatının Ankoric şəhərinə hansı heyəti aparacağı məlum olub.
Ağ Evin məlumatına görə, Tramp özü ilə dövlət katibi Marko Rubio, maliyyə və ticarət nazirləri Skott Bessent və Hovard Lutnik, həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff və xüsusi elçi Stiven Vitkoffu aparacaq.
Trampın nümayəndə heyətinə həmçinin ABŞ protokolunun rəhbəri Monika Krouli, Ağ Evin aparat rəhbəri Syuzan Uayls, onun müavinləri Ceyms Bleyr, Bo Harrison, Den Skavino, kommunikasiyalar üzrə direktor, ABŞ prezidentinin katibi və köməkçisi Stiven Çun, Karolin Levitt və Nik Luna daxildir. Trampın spikeri Ross Vorthington və köməkçisi, Ağ Ev aparatının icraçı katibi Vill Scharf da onunla birlikdə Ankoricə uçur.
Xatırladaq ki, Tramp-Putin görüşü bu axşam Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov daxildir. Rusiyanın müdafiə naziri Andrey Belousov və maliyyə naziri Anton Siluanov da sammitdə iştirak edəcək.
Rusiyanın xüsusi nümayəndəsi Kirill Dmitriev də sammitə qoşulacaq. Rusiyanın RDIF suveren sərvət fonduna rəhbərlik edən Dmitriev əvvəllər Trampın xüsusi nümayəndəsi Steve Vitkoff ilə danışıqlar aparıb.
15-08-2025, 15:54
Gəncədə ağaclar niyə nömrələnir? - Səbəb açıqlandı


Gəncədə ağaclar niyə nömrələnir? - Səbəb açıqlandı

Gəncə şəhərində qurumuş, qəzalı və ətraf mühitə mənfi təsir göstərən ağacların müəyyən edilərək nişanlanması işlərinə başlanılıb. Bu tədbirlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə yaşıllıq sahələrinin sağlamlaşdırılması, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və bioloji müxtəlifliyin qorunması məqsədilə həyata keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şurasının sədri Amin Məmmədov bildirib ki, Gəncə şəhərində abadlaşdırma işləri çərçivəsində 500-ə yaxın ağacın yerinin dəyişdirilməsi, eyni zamanda şəhərin yaşıllıq fondunun yenidən inventarizasiyası həyata keçirilir.
Onun sözlərinə görə, bu prosesin əsas məqsədi yaşıllıq fondunun vəziyyətini qiymətləndirmək və şəhərin ekoloji balansını qorumaqdır:
“Ağacların nömrələnməsi məhz inventarizasiya məqsədilə aparılır. Minlərlə ağac arasında mütəxəssislər tərəfindən qiymətləndirmə aparılır, qurumuş və bioloji ömrünü başa vurmuş ağaclar müəyyənləşdirilir. Qurumuş ağaclar aktlaşdırılır, yəni müvafiq sənədləşmə aparılaraq hər birinə fərdi nömrə verilir. Sonrakı mərhələdə həmin nömrələr əsasında ağacın köçürülməsi və ya kəsilməsi barədə qərar qəbul olunur”.
O həmçinin bildirib ki, şəhərin estetik görünüşünün yaxşılaşdırılması və yaşıllıq fondunun səmərəli idarə olunması məqsədilə mövcud ağacların hərtərəfli qiymətləndirilməsinə ehtiyac yaranıb:
“Qiymətləndirmə zamanı köküstə bitən ağaclar, onların arasında qurumuş və ya xəstəliklərə yoluxmuş, ətrafdakı digər ağaclara təhlükə yarada biləcək nümunələr də aşkarlanır. Belə ağacların ya yeri dəyişdirilir, ya da bioloji inkişafı tam dayanmışsa, kəsilərək yerində yeni ağacların əkilməsi təmin olunur”.
Amin Məmmədov əlavə edib ki, bütün bu tədbirlər Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun olaraq aidiyyəti dövlət qurumları və yerli icra hakimiyyəti orqanlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir:
“Görülən işlər şəhərin ümumi inkişafına, ekoloji tarazlığın qorunmasına və yerli sakinlərin təbii sərvətlərdən daha geniş faydalanmasına xidmət edir”.
15-08-2025, 15:30
Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin sayı


Azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin sayı

Ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən 01.08.2025-ci il tarixədək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 17204 nəfərdən ibarət 4325 ailənin qayıdışı təmin edilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, həmin tarixə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 35385 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhalinin ümumi sayı 53739 nəfər təşkil edib.
15-08-2025, 14:56
Azərbaycan əhalisi ilin əvvəlindən bu qədər artıb


Azərbaycan əhalisi ilin əvvəlindən bu qədər artıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
15-08-2025, 14:37
MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi


MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək namizədlərə müraciət edib. Müraciətdə deyilir:

"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

– şəxsiyyəti təsdiq edən sənəd;

– ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;

– xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Nəzərinizə çatdırırıq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq".
15-08-2025, 14:33
Trampın Azərbaycanla bağlı imzaladığı sənəd yayımlandı - NƏLƏR VAR... - FOTO


Trampın Azərbaycanla bağlı imzaladığı sənəd yayımlandı - NƏLƏR VAR... - FOTO

ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Azərbaycana aid 907-ci düzəlişin dayandırılması barədə rəsmi sənəd yayımlanıb.
Memorandum Federal Hökumətinin rəsmi jurnalı "Federal Register" saytında yerləşdirilib.
Sənəddə qeyd edilir ki, bu qərar ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün vacibdir. Həmçinin, memorandum ABŞ və müttəfiq qüvvələrin döyüş hazırlığını gücləndirir, Azərbaycanın sərhəd təhlükəsizliyi üçün əhəmiyyətlidir.
Sənəddə vurğulanır ki, bu addım Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq üçün aparılan danışıqlara mane olmayacaq və Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.
Tramp Dövlət katibinə göstəriş verib ki, qərar Federal Register-də dərc olunsun və ABŞ Konqresinin müvafiq komitələrinə təqdim edilsin.
Xatırladaq ki, sənəd Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda səfəri zamanı imzalanıb.

15-08-2025, 14:15
Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı


Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti barədə fikrini bildirib.
Bununla bağlı o, öz "Facebook" hesabında paylaşım edib.
"2012-ci ildə Donald Tramp Batumidə "Tramp Tower"in tikintisinə başladı.
2013-cü ildə İvanişvili tikintini dayandırdı və bütün bunları görən Azərbaycan 2013-cü ildə Bakıda tez bir zamanda "Tramp Tower"i inşa etdi.
Təsadüfi deyil ki, ABŞ Prezidenti Azərbaycana qarşı xüsusi dost münasibəti göstərir", - deyə o, paylaşımda yazıb.
15-08-2025, 14:10
Qardaşımın nəşi indiyədək tapılmayıb - Erməni təcavüzünə məruz qalan şəxs


Qardaşımın nəşi indiyədək tapılmayıb - Erməni təcavüzünə məruz qalan şəxs

Avqustun 15-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.
L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyev təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
15-08-2025, 13:37
Rusiyada güclü partlayış: 5 ölü, 20 yaralı


Rusiyada güclü partlayış: 5 ölü, 20 yaralı

Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə Telrqramdakı Rusiya kanalları məlumat yayıb.
Baza yazır ki, "5 nəfər həlak olub, hələ də dağıntılar altında insanlar var, onlara çatmaq çətindir”. Kanalın mənbələri partlayışın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini iddia edir.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov hadisə yerinə gedib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!