Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
18-08-2025, 14:42
SOCAR-ın obyektinin vurulmasına Zelenskidən reaksiya


SOCAR-ın obyektinin vurulmasına Zelenskidən reaksiya

Xəbər verdiyimiz kimi, ötən gecə Rusiya Silahlı Qüvvələri Odessada SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub.
Odessa Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper bildirib ki, hava hücumundan müdafiə qüvvələrinin aktiv fəaliyyətinə baxmayaraq, Odessa rayonunda zərbələrin nəticələri qeydə alınıb.
Onun sözlərinə görə, hücum nəticəsində şəhər ətrafında yerləşən yanacaq-enerji infrastruktur obyektində və ikimərtəbəli binada yanğın olub.
Hücum zamanı 17 ədəd yanacaq çəni, nasosxana binası, operator və texniki otaqlar, eləcə də çəki məntəqələri zədələnib, ərazinin hasarı dağıdılıb.
Neft bazasının ümumi tutumu 16 min kubmetrdən çoxdur.
Ukrayna prezidenti Volodimir Zelenski də SOCAR-a məxsus neft bazasına hücuma münasibət bildirib.
O, hücumun Rusiya tərəfindən məqsədli şəkildə həyata keçirildiyini deyib.
"Rusiya tərəfindən Odessada Azərbaycan şirkətinə məxsus enerji obyektinə qəsdən hücum olub. Bu bizim münasibətlərimizə və enerji müstəqilliyimizə hücumdur", - Zelenski qeyd edib.
Ukrayna lideri Rusiyanın məqsədyönlü olaraq mülki şəxsləri və infrasturkturları hədəfə aldığını bildirib.
Zelenski müharibənin dayanmalı olduğunu və bunun üçün Rusiyanın addım atmalı olduğunu bəyan vurğulayıb.
18-08-2025, 14:17
Ailəmizin 4 üzvü həlak oldu - Məhkəmə


Ailəmizin 4 üzvü həlak oldu - Məhkəmə

Avqustun 18-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslərin hüquqi varisi Çingiz Alməmmədov ifadə verib.
O, Laçın rayonundan məcburi köçkün düşdüyünü deyib. Zərərçəkmiş şəxs polis əməkdaşı kimi Laçının müdafiəsində iştirak etdiyini də söyləyib. Laçının işğalı zamanı Ermənistanın Gorus rayonundan açılan top atəşləri nəticəsində atası İdris Alməmmədov, qardaşı Ehtiram Alməmmədov, qardaşının həyat yoldaşı Mahirə Alməmmədova və qardaşının körpə övladı həlak olub. Ç.Alməmmədov onların Ağcabədi rayonunda dəfn edildiyini deyib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
18-08-2025, 08:52
Təbrik edirik!


Təbrik edirik!

Bu gün Bəxşeyiş Ələmşahovun doğum günüdür. O Bəxşeyişin ki, 1957-ci ildə Zəngəzur mahalının Həçəti kəndində dünyaya gəlib. Böyüyüb ərsəyə gələndən, ali təhsil alıb tarix müəllimi olandan sonra gənclərimizə həqiqi tariximizi öyrətmək arzusu ilə dogma yurda qayıdıb. Zəngəzuru qarış-qarış gəzərək xalqımızın ulu keçmişindən soraq verən nə tapıbsa toplayıb. Gərgin zəhməti nəticəsində, 1985-ci ildə Qafan rayonunun Müsəlləm kəndində-işlədiyi orta məktəbdə Tarix-diyarşünaslıq muzeyi yaradıb. Təəssüf ki, 3 il sonra erməni faşistləri gənc tarixçinin şagirdlərini məktəbindən, ailəsini od-ocağından didərgin salıb. Onun gənclərimizə həqiqi tariximizi öyrətmək arzusunu gözündə qoyub.
1988-ci ildə indi Ermənistan adlanan Qərbi Azərbaycandan soydaşlarımızın silah gücünə, qanlı qırğınlarla deportasiya olunub, son nəfərinədək ata yurdundan qovulması zamanı Bəxşeyiş Ələmşahov öz həyatını təhlükəyə ataraq qeyri-adi fədakarlıq göstərib. Yaratdığı muzeyi gecə ikən maşına yükləyərək Sumqayıta gətirib. İndi adi sözlə ifadə olunan bu hadisənin o qanlı günlərdə nə qədər əzabverici, nə qədər məşəqqətli olduğunu təsəvvür etmək çox çətindir. Amma 29 yaşlı eloğlumuz bunu bacardı…

Silahlanıb savaşmağa nə var ki?! Milli sərvəti, mənəvi xəzinəni əliyalın qorumaq, ona təkbaşına sahiblənmək hünər istəyir.
Bəxşeyiş müəllimin balaca bir kənddə yaratdığı həmin muzey indi gənclərimizin vətənpərvərlik məktəbinə çevrilib.
Əziz Bəxşeyiş müəllim, sizi təbrik edirəm, sağlamlıq, ictimai fəaliyyətinizdə uğurlar arzulayıram. Sizin bu xidmətiniz qanlı tariximizin Şanlı bir səhifəsidir…

Sayğılarla: Tamxil Ziyəddinoğlu,
Hərbi Jurnalistlər Birliyinin sədri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!