Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
19-08-2025, 21:53
Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?


Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək?

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda Volodimir Zelenski və Avropa liderləri ilə görüşündən sonra Rusiya və Ukrayna prezidentlərinin birbaşa dialoqu gündəmə gəlib.
Tramp bu görüşün təşkilinə hazır olduğunu bildirib. Bundan dərhal sonra siyasətçilər və media müxtəlif məkan variantlarını irəli sürüblər.

Moskva

Qərb mətbuatı Kreml mənbələrinə istinadən bildirir ki, Vladimir Putin görüşün Moskvada keçirilməsini təklif edib. Lakin Zelenski bu variantı dərhal rədd edib.

Roma

İtaliyanın Baş naziri Meloni Romanı üçtərəfli sammit üçün meydança kimi irəli sürüb. Tramp və Zelenski bu təklifə müsbət yanaşıblar. Lakin bəzi diplomatlar bu ehtimalı zəif sayırlar.

Cenevrə

Fransa Prezidenti Emmanuel Makron görüşün Cenevrədə təşkil olunmasını təklif edib. Məlumata görə, Putin də bu variantı üstün tutur. İsveçrə rəsmiləri Putinə diplomatik toxunulmazlıq veriləcəyini bəyan ediblər. Qeyd edek ki, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) onun barəsində həbs orderi çıxarıb.

Budapeşt

"Reuters" və "Sky News" nəşrlərinin məlumatına görə, ABŞ administrasiyasındakı yüksək vəzifəli mənbələr görüş üçün Budapeştin də müzakirə olunduğunu bildiriblər.

İstanbul

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zelenski ilə son danışıqlarda İstanbulun təcrübəsini əsas gətirərək yenidən bu şəhəri təklif edib. Ankara bu təşəbbüsün hələ də qüvvədə olduğunu vurğulayıb.

Minsk

Belarus Prezidenti Aleksandr Lukaşenko da görüşə ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb. O, “sülh naminə” belə bir toplantını dəstəklədiyini deyib, lakin Zelenskinin Minska gələcəyinə şübhə ilə yanaşıb.

Digər variantlar

Bəzi KİV-lər Helsinki və Yaxın Şərq ölkələrini də mümkün mərkəzlər sırasında göstərirlər.
Hazırda yekun qərar yoxdur. Görüşün yeri yaxın həftələrdə müəyyən ediləcəyi gözlənilir.
19-08-2025, 21:40
Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır


Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır

Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Tunar Məmmədov bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Əməliyyat edilən T.Məmmədovun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma başlanılıb.
19-08-2025, 21:25
30 ukraynalı uşaq Azərbaycana əmanət edildi


30 ukraynalı uşaq Azərbaycana əmanət edildi

Ukraynalı uşaqlardan ibarət növbəti qrup reabilitasiya üçün Kiyevdən Bakıya yola salınıb.
Yolasalma mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, diplomatlar, uşaqların valideynləri iştirak ediblər.
Səfir Seymur Mərdəliyev bildirib ki, növbəti dəfə 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana yola salınır. Üç ildən çoxdur Azərbaycan müharibədən zərər çəkmiş ukraynalı uşaqları qəbul edərək onlara qayğı, istirahət, müalicə və mənəvi dəstək bəxş edir.
Səfirin sözlərinə görə, qrupa Ukraynanın bir sıra bölgələrindən, o cümlədən Xarkov, Odessa, Vinnitsa, Kiyev vilayətlərindən uşaqlar daxildir. Müxtəlif yaş qrupundan olan ukraynalı uşaqlar reabilitasiya və psixoloji bərpa məqsədilə ölkəmizdə müvafiq proqramlarda iştirak edəcəklər. Bundan sonra da ukraynalı uşaqların reabilitasiya məqsədilə Azərbaycana göndərilməsi planlaşdırılır.
Qeyd edək ki, indiyədək 400-ə yaxın ukraynalı uşaq Azərbaycanda reabilitasiya kursu keçib.
19-08-2025, 20:54
Saray körpüsü yaxınlığındakı obyektlər sökülür


Saray körpüsü yaxınlığındakı obyektlər sökülür

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən avtomobil körpüsünün yaxınlığında yerləşən obyektlərin sökülməsinə başlanılıb.
Proses yolun genişləndirilməsi ilə əlaqədar həyata keçirilir.
Hazırda işlər Sumqayıtdan-Bakı istiqamətində yolun sağ tərəfində aparılır.
Qeyd edək ki, hərəkətə məhdudiyyət tətbiq olunmayıb.
19-08-2025, 20:42
Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər...


Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 avqust – Dünya Humanitar Yardım Günü münasibətilə İspaniyanın nüfuzlu "El Pais" qəzeti üçün məqalə yazıb.
“Sərhədləri Aşan Mərhəmət: Sivilizasiyalar İttifaqı və Humanitar Diplomatiya” adlı məqalədə o, humanitar yardımın siyasətdən kənar, vicdan məsələsi olduğunu vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə ilə İspaniya ortaq dəyərlərə sahib iki ölkə olaraq Avropa-Aralıq dənizi regionunun sabitliyi üçün mühüm əməkdaşlıq edir.
Prezident vurğulayıb ki, Türkiyə tarixi ənənələrindən qaynaqlanan yardım missiyasını Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər geniş coğrafiyada davam etdirir. O, İspaniyanın da bu humanitar fəaliyyətlərdə önəmli tərəfdaş olduğunu, xüsusilə 6 fevral zəlzələsindən sonra həkim və xilasedicilərin göstərdiyi dəstəyi minnətdarlıqla xatırladığını bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə BMT-nin Dünya Humanitar Zirvəsinə ev sahibliyi etməsi, AFAD, TİKA və Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti, eləcə də COVID-19 dövründə 160-dan çox ölkəyə yardım göstərməsi ilə beynəlxalq aləmdə seçilir. Qəzzaya 101 min tondan artıq yardım çatdırıldığını vurğulayan dövlət başçısı, “birinin yaşadığı ağrı hamının vicdanında əks-səda doğurur” prinsipi ilə hər bölgədə fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib.
Məqalənin sonunda isə Ərdoğan Türkiyə və İspaniyanın ortaq məqsədlər əsasında daha ədalətli bir dünya qurmaq üçün birgə çalışacağına inam ifadə edib.
19-08-2025, 20:33
Zelenski Putinin təklifinə YOX dedi


Zelenski Putinin təklifinə YOX dedi

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla söhbəti zamanı Rusiya Prezidenti Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək təklifini rədd edib.
Bu barədə AFP məlumat yayıb.
Bazar ertəsi Tramp və Putin arasında telefon danışığı zamanı Rusiya dövlət başçısı Moskvada Zelenski ilə ikitərəfli görüş təşkil etməyi təklif edib. Həmin vaxt Avropa liderləri ilə birgə Ağ Evdə olan Ukrayna prezidenti rədd cavabı verib.

***

18:35

Rusiya Prezidenti Vladimir Putin Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə Moskvada görüş keçirməyi təklif edib.
Bu barədə AFP məlumatlı mənbələrə istinadən bildirib.
Agentliyin məlumatına görə, Putin müvafiq təkliflə ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı çıxış edib.
19-08-2025, 20:21
Mirzoyan  iranlı həmkarı ilə görüşdü


Mirzoyan iranlı həmkarı ilə görüşdü

Avqustun 19-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İran Prezidenti Məsud Pezeşkiyanın nümayəndə heyətinin tərkibində İrəvana gələn iranlı həmkarı Seyid Abbas Əraqçi ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mirzoyan və Əraqçi iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı kontekstində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıb və bu istiqamətdə görüləcək işləri müzakirə ediblər.
Rəhbərlik səviyyəsində müzakirələri davam etdirən XİN başçıları regional kommunikasiyaların blokdan çıxarılması ilə açılan imkanlara və bu məsələdə əldə olunan qarşılıqlı anlaşmaya (“Tramp marşrutu”nu nəzərdə tutulur – red.) da toxunublar.
19-08-2025, 20:13
Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq


Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq

Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Prezident İlham Əliyevə məktub ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli cənab Prezident,
Zəngəzur dəhlizinin fəaliyyətə başlamasına zəmin yaradan və bölgəmizdə tarixi bir səhifə açan Birgə Bəyannamənin imzalanması münasibətilə Zati-alinizi ən səmimi hisslərlə təbrik edirəm.
Bu tarixi hadisə Azərbaycanın strateji mövqeyi və güclü liderliyinin, eyni zamanda Qarabağda qazanılan tarixi Zəfərdən regional sülhə, əməkdaşlığa və inkişafa keçidin konkret təzahürüdür.
Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq, ticarət əlaqələrini gücləndirəcək və xalqlarımız arasında qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək strateji əhəmiyyətə malik bir layihədir.
Zati-alinizin müdrik liderliyi ilə Azərbaycanın bundan sonra da regional sabitliyin və Türk dünyasının birliyinin təmin olunmasında qabaqcıl rol oynayacağına qəti şəkildə inanıram.
Fürsətdən istifadə edərək Türkiyə-Azərbaycan qardaşlığının “Bir millət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə, ölkələrimizin ortaq hədəflərin reallaşması üçün bundan sonra da çoxlu tarixi uğurlara imza atacağına əminliyimi ifadə edirəm.
Sizə cansağlığı, xoşbəxtlik, Azərbaycan Respublikasına davamlı tərəqqi arzulayır, ən dərin ehtiramımı ifadə edirəm".
19-08-2025, 19:46
Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan təklif


Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan təklif

Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında üç əcnəbi turistin nalayiq hərəkətlər etməsi və həmin videogörüntülərin sosial şəbəkələrdə yayılması cəmiyyətimiz tərəfindən haqlı şəkildə sərt tənqid olunmaqdadır. Azərbaycan dövləti bu məsələ ilə bağlı dərhal prinsipial və sərt mövqe sərgiləyib.
Bunu Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.
Deputat qeyd edib ki, Azərbaycan xalqı tarixən şəhidlərinə və qəhrəmanlarına dərin hörmətlə yanaşıb:
“Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bizim milli kimliyimizin, vətənpərvərlik ruhumuzun əsas dayaqlarından biridir. Şəhidlər xiyabanı isə bizim üçün təkcə bir ziyarətgah deyil, həm də xalqımızın milli yaddaşını əks etdirən müqəddəs məkan, qürur yerimizdir. Bu səbəbdən də bu kimi halların cəmiyyət tərəfindən qəbuledilməz hesab olunması, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində geniş müzakirə olunması təbiidir.
Belə halların qarşısının alınması üçün yalnız cəza tədbirləri deyil, qabaqlayıcı hüquqi mexanizmlər də yaradılmalıdır. Düzdür, mövcud qanunvericiliyimiz müəyyən tədbirləri nəzərdə tutur, lakin bu məsələ ilə bağlı daha konkret və sərt tənzimləmələrə ehtiyac var. Milli Məclisin payız sessiyasında bu məsələ ilə yeni qanunverici təşəbbüslər irəli sürməyi planlaşdırıram. Hesab edirəm ki, şəhid məzarları, dini və tarixi abidələr, memorial komplekslər və milli əhəmiyyətli digər məkanlarda ictimai davranış qaydaları hüquqi şəkildə müəyyən edilməli, bu məkanlarda nalayiq hərəkətlərə yol verən şəxslər üçün inzibati və daha sərt cinayət məsuliyyəti nəzərdə tutulmalıdır. Eyni zamanda, bu məkanlarda video və foto çəkilişlərə məhdudiyyət də qoyulmalıdır. Yalnız ziyarət, xüsusi günlər və digər zəruri hallar istisna olmaqla, şəxsi maraqlara xidmət edən çəkilişlərə icazə verilməməlidir. Həmçinin ölkəmizdəki Şəhidlər xiyabanlarını ziyarət zamanı geyimlə bağlı da müəyyən məhdudiyyət qoyulmalıdır. Həmin yerləri şortla, qısa geyimlərlə ziyarət etmək qadağan edilməlidir”.
19-08-2025, 19:26
Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA


Daha bir əməliyyat görüntüsü yayıldı - Nazirlikdən REAKSİYA

Estetik əməliyyatla bağlı yayılan görüntülərdə adı hallanan müəssisənin qanunsuz fəaliyyəti araşdırılacaq
Azərbaycan Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.
Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbədə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.
Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
“Dost Estetik Mərkəzi”nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil.
Araşdırma zamanı müəyyən edilib ki, sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” lisenziya olmadan tibbi fəaliyyət göstərir. Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. “UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılıb, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək Azərbaycan Respublikasının “İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.
Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi 777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!