Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
20-08-2025, 21:20
Daha bir İŞİD lideri öldürüldü


Daha bir İŞİD lideri öldürüldü

İŞİD terror qruplaşmasının liderlərindən biri, Suriyada təşkilatla əlaqəli qruplara rəhbərlik edən Salah Numan beynəlxalq koalisiya qüvvələrinin ölkənin şimal-qərbində keçirdiyi əməliyyat nəticəsində öldürülüb.
Bu barədə “Al-Ikhbaria” telekanalına Suriya təhlükəsizlik xidmətindəki mənbə bildirib.
Onun sözlərinə görə, "Əli" ləqəbi ilə tanınan İraq vətəndaşı Salah Numan İdlib vilayətinin şimalındakı Atma kəndində gizlənib. Koalisiya qüvvələri evə hava zərbəsi endirib və binanı mühasirəyə alıb. Ekstremist qaçmağa çalışsa da, yerindəcə güllələnib.
Əməliyyatda Suriya və İraqdan olan təhlükəsizlik qüvvələrinin iştirak etdiyi vurğulanır.
20-08-2025, 21:00
İsrail Qəzzada əməliyyata başladı


İsrail Qəzzada əməliyyata başladı

İsrail Qəzza şəhərinə planlaşdırdığı hücumun ilk mərhələlərinə başlayıb və artıq şəhərin kənarında möhkəmlənib.
Bu haqda İsrail ordusunun sözçüsü Effie Defrin bildirib.
Qeyd olunur ki, avqustun 20-də İsrail ordusu Qəzza zolağında yeni əməliyyata hazırlıq məqsədilə 60 min ehtiyatda olan əsgərə çağırış vərəqəsi verib.
20-08-2025, 20:08
5 ay əvvəl itkin düşmüşdü: öldürülüb basdırılıbmış


5 ay əvvəl itkin düşmüşdü: öldürülüb basdırılıbmış

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması məqsədilə Baş Prokurorluq tərəfindən kompleks tədbirləri həyata keçirilir.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, həyata keçirilən tədbirlərin davamı olaraq, 5 ay əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi faktı müəyyən olunub.
Belə ki, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Tamerlan Sadıqovun cari il martın 20-də itkin düşməsi faktı üzrə Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Prokurorluq tərəfindən icra olunan çoxsaylı istintaq hərəkətləri, verilmiş əməliyyat tapşırıqları və digər prosessual hərəkətlər nəticəsində Tamerlan Sadıqovun həmkəndlisi, 1998-ci il təvəllüdlü Xaliq Məmmədrzayev tərəfindən qəsdən öldürüldükdən sonra fərdi yaşayış evinin həyətində basdırılmasına əsaslı şübhələr müəyyən olunub.
T.Sadıqovun meyiti basdırıldığı yerdən qazılaraq çıxarılıb və aidiyyəti üzrə müayinənin aparılması üçün ekspertizaya təqdim edilib.
Xaliq Məmmədrzayev avqustun 20-də cinayət işi üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə istintaq davam etdirilir.
20-08-2025, 19:54
Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək


Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunlarına dair Birgə Bəyannamə imzalayıblar.
Sənəddə qeyd olunur ki, Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan bağlantı layihəsi həyata keçiriləcək. “Bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səylər göstərməyə dair qətiyyətimizi ifadə edirik”, – bəyannamədə bildirilir.
Qeyd edək ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) yalnız nəqliyyat məqsədləri ilə məhdudlaşmır. Tarixi Vaşinqton görüşündən sonra Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, dəhliz yalnız dəmir yolu infrastrukturu ilə kifayətlənmir.
“Elektrik ötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarının nəqlinə imkan verəcək digər enerji infrastrukturu da nəzərdə tutulur”, – dövlət başçısı vurğulayıb.
Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, bu ilin mart ayından etibarən İğdır–Naxçıvan qaz boru kəməri istifadəyə verilib:
“Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra, Cənab Prezidentin də qeyd etdiyi kimi, dəhliz təkcə dəmir yolu və avtomobil yolu ilə məhdudlaşmayacaq. Bu həm də enerji dəhlizi rolunu oynayacaq. Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkiləcək. Eyni zamanda, sovet dövründə olduğu kimi, qaz boru kəmərinin də çəkilməsi nəzərdə tutulur”.
İ.Şaban bildirib ki, burada belə bir sual meydana çıxır:
“İğdır-Naxçıvan boru kəmərinə bu qədər investisiya qoymağa dəyərdimi?
Məsələ ondadır ki, Azərbaycan və Türkiyə liderləri təkcə bugünü deyil, gələcəyi də nəzərə alaraq hərəkət edirlər. Bu boru kəmərinin ötürmə qabiliyyəti təxminən 1,5 milyard kubmetrdir. Halbuki, Naxçıvanın illik qaz tələbatı cəmi 400 milyon kubmetrdən bir qədər çoxdur. Naxçıvanda alternativ və yaşıl enerjinin inkişaf perspektivlərini - xüsusilə 2030-cu ilə qədər olan dövrü nəzərə alsaq, qaz tələbatının artması gözlənilmir, əksinə, bu rəqəmin aşağı düşəcəyi ehtimal olunur. Bu isə o deməkdir ki, boru kəmərinin ötürmə gücündə kifayət qədər ehtiyat qalır".
O, həmçinin əlavə edib ki, gələcəkdə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən enerji və qaz infrastrukturu eyni zamanda əks istiqamətdə də istifadə edilə bilər:
“Beləliklə, artıq istifadəyə verilmiş İğdır-Naxçıvan qaz boru kəməri vasitəsilə Azərbaycanın qazının Türkiyənin şərq bölgələrinə ötürülməsi gündəmə gələcək. Bu isə Azərbaycanın təkcə Gürcüstan üzərindən deyil, həm də Naxçıvan vasitəsilə Türkiyəyə qaz ixracı imkanını yaradacaq”.
İlham Şaban sonda vurğulayıb ki, bütün bunlar onu göstərir ki, atılan hər bir addım strateji və gələcəyə hesablanmış qərarlardır:
“Bu yanaşma həm Azərbaycanın Cənubi Qafqazda mövqeyini gücləndirir, həm də qardaş və strateji tərəfdaşımız olan Türkiyə ilə enerji əməkdaşlığını daha da şaxələndirir”,- deyə o bildirib.
20-08-2025, 19:20
Netanyahudan Makrona sərt sözlər


Netanyahudan Makrona sərt sözlər

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronu beynəlxalq ictimaiyyəti Fələstin dövlətini tanımağa çağırmaqla Fransada antisemitizmin alovlanmasına səbəb olmaqda ittiham edib.
Bu barədə o, rəsmi məktubunda bildirib. Məktub AFP-yə təqdim olunub. Fransa isə bu ittihamlara sərt cavab verib: "Fransa antisemitizmlə mübarizədə heç kimdən dərs almağa ehtiyac duymur."
“Sizi zəifliyi fəaliyyətlə, sakitləşdirməni isə iradə ilə əvəz etməyə çağırıram. Bunu açıq şəkildə müəyyən olunmuş tarixədək – yəhudi yeni ili, 23 sentyabr 2025-dək etməyinizi istəyirəm”, - deyə Netanyahu Makrona yazdığı məktubda qeyd edib.
O, Fransada antisemitizmin artmasından və Fransa hökumətinin qərarlı tədbirlər görməməsindən dərin narahatlıq keçirdiyini bildirib. Netanyahu qeyd edir ki, Makronun İsrailə qarşı tənqidi çıxışları və Fələstin dövlətinin tanınmasını dəstəkləməsi Fransadakı antisemit əhvali-ruhiyyəni daha da alovlandırıb.
Netanyahu məktubda bildirir ki, Fransa şəhərlərində yəhudilərə qarşı qorxu, vandalizm və zorakılıq kampaniyası başladılıb.
O, son aylarda Fransada baş verən bir neçə hadisəni - El Al aviaşirkətinin Parisdəki ofisinin dağıdılması, Livry-Gargan şəhərində bir yəhudinin hücuma, eləcə də bir neçə ravvinin Paris küçələrində fiziki zorakılığa məruz qalması kimi hadisələri nümunə göstərib. Netanyahu bu hadisələri izolyasiya olunmuş yox, ümumi bir bəlanın əlaməti adlandırıb.
Məktubda Makronun Fələstin dövlətinə dəstəyinin antisemit odunu alovlandırdığı və Fransadakı yəhudilərə qarşı nifrəti təşviq etdiyi bildirilir.
Netanyahu məktubunda ABŞ Prezidenti Donald Trampı da nümunə kimi göstərərək, onun Amerikadakı yəhudiləri qorumaq və antisemit cinayətlərə qarşı mübarizə aparmaq istiqamətindəki səylərini yüksək qiymətləndirib.
20-08-2025, 19:11
Hövsanda cinayət - 31 yaşlı kişi öldürüldü


Hövsanda cinayət - 31 yaşlı kişi öldürüldü

Suraxanı rayonunda qətl hadisəsi baş verib.
Avqustun 20-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində 31 yaşlı Rasim Lariyonov münaqişə zəminində bıçaqla qətlə yetirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini 47 yaşlı Emil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
20-08-2025, 18:46
Zəngəzur dəhlizi üçün önəmli gün


Zəngəzur dəhlizi üçün önəmli gün

Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xəttinin təməlqoyma mərasimi avqustun 22-də keçiriləcək.
Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bəyanat verib.
Türkiyəli nazirin sözlərinə əsasən, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Pekindən Londona qədər davam edən şərq-qərb xətti daha məhsuldar şəkildə fəaliyyət göstərəcək.
Uraloğlu sözügedən xəttin Türkiyənin logistika qabiliyyətini artıracağını və Asiyaya gedən ticarət marşrutlarında geostrateji əhəmiyyətini çoxaldacağını bildirib.
“Qars-İğdır-Aralık-Dilucu dəmiryolu xətti 224 kilometr uzunluğunda, qoşa xətli, elektrifikaiyalı olacaq və siqnalizasiya ilə təchiz ediləcək. Bu xətt oldə 5.5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə sahib olacaq”- nazir qeyd edib.
O əlavə edib ki, Lahiyədə 24 tunel, 10 körpü, 171 keçid və s. yer alacaq
20-08-2025, 18:20
Azərbaycan xalqına davamlı sülh və rifah arzulayıram - Mirziyoyev


Azərbaycan xalqına davamlı sülh və rifah arzulayıram - Mirziyoyev

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu, dəyərli Qardaşım,

Sizin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqton şəhərində imzaladığınız Birgə Bəyannamə barədə xəbəri böyük məmnuniyyətlə qarşıladım.
Bu sənədi, ilk növbədə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası, Cənubi Qafqaz regionunda davamlı sülhün və dayanıqlı inkişafın təmin olunması istiqamətində Sizin uzun illər ərzində yorulmaz səylərinizin, qətiyyətli siyasi iradənizin, eləcə də cəsarətli və ədalətli təşəbbüslərinizin aydın nəticəsi kimi qiymətləndirirəm.
Sizin rəhbərliyiniz altında son illərdə Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin imzalanması yolunda əldə olunmuş əhəmiyyətli irəliləyiş xüsusi təqdirə layiqdir.
Bizim üçün həqiqətən qardaş olan Azərbaycan xalqının ciddi sınaqlar və sürətli dəyişikliklər dövründə belə yüksək nailiyyətlər əldə etməsindən sonsuz qürur duyuruq.

Hörmətli İlham Heydər oğlu,

Sizin müdrik və uzaqgörən siyasətiniz təkcə qardaş Azərbaycan xalqının uzun illərdən bəri bəslədiyi ümidlərin tam gerçəkləşməsinə, beynəlxalq arenada nüfuz və hörmətinin artmasına deyil, həm də regionda davamlı sülhün və tərəqqinin möhkəmlənməsinə etibarlı əsas yaradır.
Fürsətdən istifadə edərək, Sizi bu tarixi uğur münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti, məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə davamlı sülh və rifah arzulayıram".
20-08-2025, 17:44
Daha iki ünvanda minib-düşmə yeri yaradıldı


Daha iki ünvanda minib-düşmə yeri yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək üçün xüsusi yerlərin yaradılması davam etdirilir.
AYNA-dan bildirilib ki, növbəti belə yerlər Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrinin (“Caspian Plaza”nın qarşısı), eləcə də 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində (2 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığı) təşkil edilib. Hər iki ünvanda müvafiq lövhələr yerləşdirilib.
Minib-düşmə yerlərinin yaradılmasında məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib-düşməsinə imkan yaratmaqdır.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
20-08-2025, 17:31
İranın eks-prezidenti xəstəxanaya yerləşdirildi


İranın eks-prezidenti xəstəxanaya yerləşdirildi

İranın keçmiş prezidenti Məhəmməd Hatəmi ürək xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Bu barədə “Mehr” agentliyinin məlumatında bildirilib.
Sabiq prezidentin qardaşı Rza Hatəmi "Cənab Məhəmməd Hatəminin səhhəti yaxşıdır və hazırda həkimlərin nəzarəti altında müalicə olunur" deyib.
Məhəmməd Hatəmi 1943-cü ildə anadan olub. O, 1997-2005-ci illərdə İran İslam Respublikasının 5-ci prezidenti vəzifəsini tutub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!