İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 20-08-2025, 19:54
Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək


Azərbaycan qazı Türkiyənin şərq bölgələrinə ötürüləcək

Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilən üçtərəfli görüşün yekunlarına dair Birgə Bəyannamə imzalayıblar.
Sənəddə qeyd olunur ki, Ermənistan ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan bağlantı layihəsi həyata keçiriləcək. “Bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səylər göstərməyə dair qətiyyətimizi ifadə edirik”, – bəyannamədə bildirilir.
Qeyd edək ki, TRIPP layihəsi (Zəngəzur dəhlizi) yalnız nəqliyyat məqsədləri ilə məhdudlaşmır. Tarixi Vaşinqton görüşündən sonra Prezident İlham Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, dəhliz yalnız dəmir yolu infrastrukturu ilə kifayətlənmir.
“Elektrik ötürücü xətləri, fiber-optik rabitə xətləri və gələcəkdə Xəzərin o tayındakı qonşularımızla birlikdə Azərbaycan enerji resurslarının nəqlinə imkan verəcək digər enerji infrastrukturu da nəzərdə tutulur”, – dövlət başçısı vurğulayıb.
Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban qeyd edib ki, bu ilin mart ayından etibarən İğdır–Naxçıvan qaz boru kəməri istifadəyə verilib:
“Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra, Cənab Prezidentin də qeyd etdiyi kimi, dəhliz təkcə dəmir yolu və avtomobil yolu ilə məhdudlaşmayacaq. Bu həm də enerji dəhlizi rolunu oynayacaq. Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik xətləri çəkiləcək. Eyni zamanda, sovet dövründə olduğu kimi, qaz boru kəmərinin də çəkilməsi nəzərdə tutulur”.
İ.Şaban bildirib ki, burada belə bir sual meydana çıxır:
“İğdır-Naxçıvan boru kəmərinə bu qədər investisiya qoymağa dəyərdimi?
Məsələ ondadır ki, Azərbaycan və Türkiyə liderləri təkcə bugünü deyil, gələcəyi də nəzərə alaraq hərəkət edirlər. Bu boru kəmərinin ötürmə qabiliyyəti təxminən 1,5 milyard kubmetrdir. Halbuki, Naxçıvanın illik qaz tələbatı cəmi 400 milyon kubmetrdən bir qədər çoxdur. Naxçıvanda alternativ və yaşıl enerjinin inkişaf perspektivlərini - xüsusilə 2030-cu ilə qədər olan dövrü nəzərə alsaq, qaz tələbatının artması gözlənilmir, əksinə, bu rəqəmin aşağı düşəcəyi ehtimal olunur. Bu isə o deməkdir ki, boru kəmərinin ötürmə gücündə kifayət qədər ehtiyat qalır".
O, həmçinin əlavə edib ki, gələcəkdə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən enerji və qaz infrastrukturu eyni zamanda əks istiqamətdə də istifadə edilə bilər:
“Beləliklə, artıq istifadəyə verilmiş İğdır-Naxçıvan qaz boru kəməri vasitəsilə Azərbaycanın qazının Türkiyənin şərq bölgələrinə ötürülməsi gündəmə gələcək. Bu isə Azərbaycanın təkcə Gürcüstan üzərindən deyil, həm də Naxçıvan vasitəsilə Türkiyəyə qaz ixracı imkanını yaradacaq”.
İlham Şaban sonda vurğulayıb ki, bütün bunlar onu göstərir ki, atılan hər bir addım strateji və gələcəyə hesablanmış qərarlardır:
“Bu yanaşma həm Azərbaycanın Cənubi Qafqazda mövqeyini gücləndirir, həm də qardaş və strateji tərəfdaşımız olan Türkiyə ilə enerji əməkdaşlığını daha da şaxələndirir”,- deyə o bildirib.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!