Zəngəzur dəhlizi ilə bağlı tarix AÇIQLANDI .....                        Kəlbəcərdə 4-cü yaşayış kompleksinin təməli qoyuldu - FOTO .....                        Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? - Paşinyan AÇIQLADI .....                        Gәncә Memorial Kompleksində görülən işlərlə tanışlıq - FOTO .....                        Rusiyada sərhəddə əməliyyat keçirdi: azərbaycanlı tutuldu .....                        Xətaidə yanğın .....                        Makron Ərdoğana zəng etdi: Vaşinqton görüşü də müzakirə edildi - YENİLƏNİB .....                        Azərbaycanda internet kiberhücuma görə kəsilib - RƏSMİ - YENİLƏNİB .....                        Kürdəxanıda dəhşət: kişi əvvəlcə arvadını, sonra özünü öldürdü .....                       
Bu gün, 21:49
Zəngəzur dəhlizi ilə bağlı tarix AÇIQLANDI


Zəngəzur dəhlizi ilə bağlı tarix AÇIQLANDI

Zəngəzur dəhlizi ilə bağlı işlər 4-5 ilə tam başa çatacaq.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "CNN Türk"ün efirində deyib.
O, bildirib ki, xarici kredit sənədləri imzalandığı üçün heç bir maliyyə problemi yoxdur: “Şirkət maliyyələşdirməni gözləmə nöqtəsində deyil, 2,4 milyard dollarlıq layihədir. O, Türkiyədə iki güclü şirkətin konsorsiumu tərəfindən tikiləcək. Bu, 43 kilometrlik xəttdir. Dörd, ən geci beş il sonra bu dəhlizi tam şəkildə işə salacağıq”.
“İddiaları ortaya qoyub həyata keçiririk. Sərhədlərimizin içərisində 224 kilometrlik xətt keçir. Naxçıvan sərhədində 170 kilometrlik xətt var; 150 kilometr hazırdır və bərpa olunacaq, 20 kilometr isə salınacaq. Bunu Azərbaycan edəcək. İş bizimlə eyni vaxtda tamamlanacaq. Qarsda minən adam yolu Bakıya qədər davam edə biləcək. Məqsədimiz işi eyni vaxtda tamamlamaqdır. Zəngəzur 43 kilometrlik xətdir, ən gec burası başlayacaq. Dəhliz beş il sonra tam istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars xətti olduğundan bu yeni dəhliz türk dünyasına daha qısa və problemsiz bir marşrut təqdim edəcək. Bakı-Tbilisi-Qars müəyyən imkanlara malikdir və o tutuma çatanda yeni dəhlizlərə ehtiyac yaranacaq”, - nazir bildirib.
A.Uraloğlu qeyd edib ki, Zəngəzurla bağlı ətraflı müzakirələr gedir, lakin təfərrüatlar dəqiqləşməyib.
Bu gün, 17:52
Kəlbəcərdə 4-cü yaşayış kompleksinin təməli qoyuldu - FOTO


Kəlbəcərdə 4-cü yaşayış kompleksinin təməli qoyuldu - FOTO

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəsi Bəşir Hacıyev kompleksdə yaradılacaq şərait barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.
Bildirildi ki, bu yaşayış kompleksinin ərazisi 10 hektara yaxın olacaq. Buraya ümumilikdə 807 ailənin köçürülməsi nəzərdə tutulur. Yaşayış kompleksində 128 birotaqlı, 304 ikiotaqlı, 293 üçotaqlı, 82 dördotaqlı olmaqla 807 mənzil inşa ediləcək. Burada 4 mərtəbəli 26 binanın inşası planlaşdırılır. Binaların 1-ci mərtəbəsində məişət və ticarət obyektləri yaradılacaq. Yaşayış kompleksində sakinlərin rahatlığı və asudə vaxtlarının səmərəli təşkili üçün idman meydançaları, velosiped yolları salınacaq, istirahət guşələri, söhbətgahlar, uşaqlar üçün oyun guşələri inşa olunacaq. Binaların hamısı daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. Ərazidə, həmçinin geniş miqyasda yaşıllıq zonalarının salınması nəzərdə tutulur.

Bu gün, 17:36
Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? - Paşinyan AÇIQLADI


Azərbaycanlılar Zəngəzur dəhlizindən necə gedəcəklər? - Paşinyan AÇIQLADI

“Vaşinqton Bəyannaməsində (Azərbaycan, Ermənistan, ABŞ prezidentlərinin imzaladığı birgə sənəd-red.) beş prinsip - ərazi bütövlüyü, suverenlik, yurisdiksiya, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq aydın şəkildə ifadə olunub. Vaşinqton sazişi onların əsasında fəaliyyət göstərəcək”.
Bunu baş nazir Nikol Paşinyan Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi ilə Naxçıvana gedərkən Ermənistan sərhədçiləri ilə qarşılaşıb-qarşılaşmayacağ haqda sualı cavablandırarkən deyib.
Baş nazir qeyd edib ki, dünyanın bir çox ölkələrində biometrik pasportlar və rəqəmsal texnologiyalar vasitəsilə gömrük və sərhəd prosedurları təkmilləşdirilir. Onun sözlərinə görə, tezliklə Ermənistandakı keçid məntəqələrində də sadələşdirilmiş prosedurlar qüvvəyə minəcək ki, bu da biznes üçün tranzit və ixracı asanlaşdıracaq:
"Dünyanın bir çox inkişaf etmiş ölkələri artıq son onilliklərdə adət etdiyimiz gömrük və sərhəd nəzarəti formalarını tətbiq etmirlər. Xüsusilə, biometrik pasportlardan istifadə zamanı tamamilə yeni prosedurlar tətbiq olunur. Rəqəmsal texnologiyaların inkişafı başqa yanaşmaları da diktə edir. Belə demək mümkünsə, "insana toxunmağı" tələb edən üsullar keçmişdə qalacaq. Bu nəzarət formaları yalnız illər ərzində yox olacaq - Ermənistan və Azərbaycan sərhədində, həm də bütün keçid məntəqələrimizdə”.
Paşinyanın sözlərinə görə, hökumət biznes mühitinin, tranzitin və ixracın inkişafına kömək etmək üçün bütün sərhədlərdə sadələşdirmələrə çalışacaq:
"Əminliklə deyə bilərəm: biz yuxarıda göstərilən beş prinsip çərçivəsində uyğun gələn istənilən sadələşdirməyə hazırıq".
Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz 99 illiyə ABŞ şirkətinə icarəyə verilib.
Bu dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.
Bu gün, 17:22
Gәncә Memorial Kompleksində görülən işlərlə tanışlıq - FOTO


Gәncә Memorial Kompleksində görülən işlərlə tanışlıq - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 20-də Gәncә Memorial Kompleksində görülən işlərlə tanış olublar.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma burada həyata keçirilən işlər barədə məlumat verib.
Qeyd edək ki, Gəncə Memorial Kompleksinin təməlini Prezident İlham Әliyev 2022-ci ilin yanvarında qoyub. 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətləri özündə əks etdirəcək Kompleks raket zәrbәlәrinә mәruz qalmış yaşayış binalarının vә keçmiş parkın yerlәşdiyi ərazidə yaradılır. Ümumi sahəsi 4 hektar təşkil edəcək Kompleksdə ikimәrtәbәli muzey binası və sәrgi zalı olacaq. Burada mülki әhaliyə qarşı törәdilmiş cinayәtlәrlə bağlı ekspozisiya, həmçinin dağıdılmış binaların yerlәri ziyarәtçilәrә nümayiş etdirilәcәk. Kompleksdə, həmçinin konfrans zalı da yaradılacaq. Ərazidəki parkda yaşıllaşdırma işlәri aparılacaq, 700-ә yaxın ağac, 12 mindәn çox dekorativ kol vә güllәr әkilәcәk. Ermənistan ordusu tərəfindən atılmış raketin izini simvolizә edәn spiralvari kraterin dәrinliyi 13 metrdir. Hazırda muzey binasının tikintisi ilə bağlı son tamamlanma, həmçinin ekspozisiyanın tәşkili vә әrazinin abadlaşdırılması işləri həyata keçirilir.
Qeyd edək ki, Azərbaycan müharibədən dərhal sonra sülh təşəbbüsləri ilə çıxış edib, sülh gündəliyinin reallaşması üçün ardıcıl iş aparıb və artıq sülh müqaviləsi tərəflər arasında paraflanıb. Buna baxmayaraq, xalqımıza qarşı törədilmiş müharibə cinayətlərinin unudulmaması, tariximizin gələcək nəsillərə çatdırılması baxımından bu cür komplekslər mühüm rola malikdir.



Bu gün, 17:20
Rusiyada sərhəddə əməliyyat keçirdi: azərbaycanlı tutuldu


Rusiyada sərhəddə əməliyyat keçirdi: azərbaycanlı tutuldu

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycanla sərhəddə əməliyyat keçirib.
Əməliyyat zamanı 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb.
O, Ukrayna Təhlükəsizlik Xidmətinə işləməkdə ittiham olunur.
Rusiya mətbuatının iddiasına görə, Yadulla Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış.
İddia edilir ki, Rufullayevin qardaşı Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı olub. O, qardaşının göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.
Faktla bağlı FTX-nin Dağıstan üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276.1-ci ("Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək göstərmə") maddəsi ilə cinayət işi açıb. Bu maddə ilə cəza 15 ilə qədər həbsdir.


Bu gün, 17:13
Xətaidə yanğın


Xətaidə yanğın

Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmş sahədə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu gün, 17:08
Makron Ərdoğana zəng etdi: Vaşinqton görüşü də müzakirə edildi - YENİLƏNİB


Makron Ərdoğana zəng etdi: Vaşinqton görüşü də müzakirə edildi - YENİLƏNİB

Fransa prezidenti Emmanuel Makron ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Fransa lideri bu barədə özünün X səhifəsində yazıb.
Tərəflər Ermənistan və Azərbaycan liderləri arasında Donald Trampın vasitəçiliyi ilə baş tutan görüşü müzakirə ediblər:
"Biz avqustun 8-də prezident Trampın himayəsi altında Ermənistan və Azərbaycan arasında keçirilən görüşdən yaranan ümidi də düşündük. Bunun tərəqqinin davam etməsi və bütün sərhədlərin açılmasına və regional əməkdaşlığın gücləndirilməsinə imkan verməsi vacibdir".

***

16:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı Fransanın istəyi əsasında baş tutub.
Liderlər iki ölkə arasındakı münasibətlər, Rusiya və Ukrayna arasında sülh prosesi, Qəzzadakı son vəziyyət başda olmaqla bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Bu gün, 16:52
Azərbaycanda internet kiberhücuma görə kəsilib - RƏSMİ - YENİLƏNİB


Azərbaycanda internet kiberhücuma görə kəsilib - RƏSMİ - YENİLƏNİB

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.
Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.
Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

***

16:46

Hazırda "Aztelekom" MMC-nin şəbəkəsində internet xidmətlərinin göstərilməsində hər hansı nasazlıq və yaxud kəsintilər müşahidə olunmur.
Bu barədə barədə şirkətdən bildirilib.
"Abunəçilərimizə sabit və fasiləsiz internetin təmin edilməsi bizim üçün əsas prioritetdir", - deyə məlumatda qeyd olunub.

***

14:56

Azərbaycanda internet problemi yaşanır.
Problem həm provayderlərdə, həm də mobil operatorlarda qeydə alınıb.
Problemin səbəbi hələlik məlum deyil.
Bu gün, 16:43
Kürdəxanıda dəhşət: kişi əvvəlcə arvadını, sonra özünü öldürdü


Kürdəxanıda dəhşət: kişi əvvəlcə arvadını, sonra özünü öldürdü

Avqustun 21-də paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə rayon Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1979-cu il təvəllüdlü İlham Məmmədovun gecə saatlarında birgə yaşadıqları evdə arvadı 1988-ci il təvəllüdlü Gülnaz Məmmədovaya kəsici-deşici alətlə xəsarət yetirərək öldürməsi, daha sonra isə özünü asaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!