Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                        Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər imzalandı .....                        Paşinyan Əliyevin dəvət olunduğu sammitə gedir .....                        Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ .....                        NATO-nun baş katibi Kiyevə gəlib .....                       
Bu gün, 22:07
Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz!


Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz!

“Mən Zəngəzur dəhlizinin nə olduğunu bilirəm, buna heç kim müqavimət göstərə bilməz!”
Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Çin mətbuatına müsahibəsində deyib.
Belarus lideri bildirib ki, Ermənistan üçün Azərbaycanla əlaqə yaratmaq çox lazım idi.
“Mən ABŞ Prezidenti Donald Trampı Azərbaycan və Ermənistan arasında sülh sazişinin təşəbbüskarı kimi təbrik etdim. Trampa bildirdim ki, Azərbaycanla Ermənistanı yaxşı fürsət tapıb danışıqlar masasına oturtdunuz ”, - deyə, Lukaşenko bildirib.
O, Zəngəzur dəhlizinə İranın münasibətindən də danışıb:
“Təbii ki, İranın xoşuna gəlmir, çünki İranla sərhəddədir. Amma buna heç kim müqavimət göstərə bilməz. Bu, sülh müqaviləsidir, ABŞ bu dəhlizin Ermənistan ərazisindən çəkilməsinə kömək edəcək. Beləcə, Azərbaycan öz əraziləri ilə təkcə hava yolu ilə birləşməyəcək”, - deyə, Belarus lideri vurğulayıb.
Bu gün, 22:03
ƏSAS ALTMIŞI ADLAMAQDIR


Rəşad MƏCİD - 61

ƏSAS ALTMIŞI ADLAMAQDIR

Son illərdə mənə elə gəlir ki, xüsusilə vəzifə, mənsəb sahibləri dostlarıma qarşı bir az ədalətsiz olmuşam, bircə addım atmadığım halda, özümə qarşı diqqət gözləmişəm. Beləcə, neçə dostdan uzaq durmuşam, bunu bir Allah bilir. Bu da xarakterdir, dəyişəsi deyil. Ancaq bu gün 70-ə çathaçatda artıq nə isə təmənnada olmağıma güman yeri qalmadığı bir vaxtda mehriban, diqqətcil tələbə yoldaşıma layiq olduğu ad günü təbrikini yazmağım, yəqin ki, kimsədə səmimiyətimə zərrəcə şübhə doğurmaz.
Jurnalistika fakültəsinin köhnə binasında hamı bir-birini yaxşı tanıyırdı. Çünki hamı özünü tez tanıtmaq həvəsində idi, filan qəzetdə işləyirəm, filan qədər məqaləm, şeirim çap olunub və sair və ilaxir. Bizim qrupun əksər istedadlı uşaqlarını rəhmətlik Qulu Xəlilov ilk dərs günündə, özü də haqlı olaraq qamçıladı; - bir neçə nəfərdən başqa jurnalistika sahəsində işləyən yox idi! Mən Zəngilandan gəlib neft sahəsində çalışırdım (çalışmağa fəhləlikdən başqa bir yer tapmaq olmurdu), cəlilabadlı İlham kolxozda hesabdar, qubalı Rahim konserv zavodunda nəzarətçi işləyirdi. İş yerimizi dedikcə kişinin başından alov qalxırdı sanki. Bu gün respublikamızın tanınmış jurnalisti Rövşən Binətlinin özünü komsomolçu kimi təqdim etməsi Qulu müəllimi lap hövsələdən çıxardı:
- Ay, qızıldiş kamsamol, ay uşaqlar, Allah evinizi tiksin, niyə bu istedadlı uşaqların qarşısını kəsirsiniz, diplom almaq üçün gərək jurnalistika fakültəsinə girəydiniz, hə? Bura istedadlı adamların yeridi axı. Gedin hüquqa girin, müəllimliyə girin, dədənizin puluynan katib olun, prokuror olun! Görün nə qədər istedadın qarşısına keçmisiniz axı?!...
Hələ orta məktəbdə oxuyandan rayon qəzetində yazılarım çıxsa da, ən böyük arzum jurnalist olmaqdısa da, bu irad mənə çox təsir eləmişdi. Ona görə də tənəffüslərdə çox vaxt itirmirdim, evdə çatdırmadığımı fakültənin 3-cü mərtəbəsindəki boş otaqlarda tamamlamağa çalışırdım.
Tələbə yoldaşlarım, o cümlədən Rəşad Məcidlə də qısa salam-əleykümlərim elə o dövrdən başlamışdı. Bir də Zeynəb xalanın çayxanasında 2-3 sosiska (birini pişik ayağıma dolaşıb əlimdən alardı) ilə bir çaynik çayla nahar edəndə bu gursəsli tələbə yoldaşımızın adətən başda oturduğu, çox zamanda hesabı ödədiyi məclisə dəvət alsam da, oturmağa vaxt eləmirdim. Bu məclislərin birində Aqil Abbası başda gördüm, birində digər məşhur jurnalisti, başqa bir vaxt respublikada tanınmış adamla masalar qoşalaşar, stulların sayı artardı, səs-küy də çoxalardı. Mən isə yerində olmayan tələbə kimi özümə qapanardım. Bu şeiri də o vaxt yazmışam:
Yersiz görünməkdən qorxduğumdandır,
Hələ də yerimi tapa bilmirəm.
İllər keçdi, 525-ci qəzet fəaliyyətə başladı və doğrudan da maraqlı mətbu orqana çevrildi. Mən MTN orqanı olan, əslində sərhədlərimizdən yazan “Sərhəd” qəzetində məsul katib idim. Qəzetin hər bir əməkdaşı, o cümlədən redaktor, məsul katib sərhəd və müharibə bölgələrinə səfərlər edir, məqaləsini tamamlayan kimi dərhal ezamiyyət kağızını hazırlayardı. Hərbi müxbir kimi daha çox ermənilərin qaniçənliyindən, vəhşiliklərindən yazırdım. Bir gün zəng olundu ki, Xocalı faciəsi ilə bağlı müsabiqənin münsif heyətinə seçilmişəm. Şifrələnmiş 70-dən çox yazı oxudum, qiymətləndirdim, indi adını çəkmək istədiyim bir nəfərdən zəng gəldi, mənə yazısının adını və məzmununu bildirmək istədi, qəti surətdə haqsızlığa yol verməyəcəyimi bildirdim.
Müəyyən olunmuş vaxtda yazı müəllifləri və münsiflər bir zala toplaşdıq. Əsas təşkilatçılardan biri də Rəşad Məcid idi. O, çox mehribancasına dəvət etsə də, 7 nəfərlik münsifdə mənim soyadım qeyd olunmuş yanındakı stola əyləşmədim, zalda özümü daha rahat hiss edirəm, dedim. Fürsətdən istifadə edən bir jurnalist cəld özünü yuxarı saldı, mənə ayrılmış yeri tutub, adım yazılı lövhəni üzüqoylu çevirdi. Rəşad Məcidin səmimi təbəssümü zaldakıların, həm də mənim diqqətimdən qaçmadı. Bir azdan qızğın mübahisə getdi, kimsə birinci yerə layiq olduğunu iddia etməyə çalışdı. Biri lap irəli gedərək “kimdir axı Mahir Cavadlı ki, bizim yazılara o qiymət verə, mən belə bir jurnalist tanımıram”- dedi.
Onda Rəşad Məcid haqqımda xoş sözlər deyərək, bu qədər ağrılı yazını oxuyub qiymətləndirdiyimə görə minnətdarlığını bildirdi, məni zala təqdim elədi. Ayağa qalxanda o jurnalist pul kimi qızardı,- onun “Sərhəd” qəzetinə gətirdiyi yazıları yanındaca redaktə edir, qaçqın olduğu üçün yaxşı da qonorar yazırdım (baş redaktorumuz mərhum şair Ramiz Duyğun bir-iki dəfə qonorar cədvəli ilə dəqiqləşdirmə apardıqdan sonra bir daha bu məsələ ilə maraqlanmazdı).
Rəşad Məcidin təklifi ilə mükafata layiq görülmüş üç yazı oxundu və seçimin düzgün aparıldığına şübhə yeri qalmadı. Tədbiri yekunlaşdırıb çay süfrəsinə gedəndə gülümsəyərək atmaca da atdı: “Allah insaf versin, dedim gəl otur rəyasətdə, bilmirsən adamların əksəriyyəti yuxarı tribunalardan qorxur?”
Düz sözə qarşılıq heç nə deyə bilmədim. Rəşad Məcid həm məclisi ələ alaraq haqqı bərpa etmiş, həm də mənim pərtliyimi aradan götürmüş oldu. Belə situasiyalarda onun məharəti danılmazdır.
Bilərəkdən R.Məcidin şeirləri və mətbu yazıları haqqında fikirlərimi yazmıram, çünki onun qələmindən çıxan hər bir sətir, hər bir misra geniş müzakirəyə səbəb olur, haqqında ustad şairlər söz deyiblər, “Ulduz” jurnalının baş redaktoru istedadlı şair Qulu Ağsəsin şeir kitabına ön söz əvəzi yazdığı fikirləri ən azı təkrarlamaq üçün hər iki şairin fikir dəryasında üzməyi bacarmalısan.
Rəşad Məcid, demək olar ki, gündəlik sosial şəbəkə istifadəçisidir. Feysbuk paylaşımlarında, yazdığı şərhlərdə təkcə məsuliyyətini çiynində daşıdığı Mətbuat Şurasının, Yazıçılar Birliyinin mövqeyində dayanmır, dövlətin, dövlətçiliyin, azad və doğru sözün, müstəqil düşüncənin, saf məsləkin qoruyucusu kimi çıxış edir. Bilik və çoxillik təcrübəsi ilə mətbu orqanları, onları yönəldənləri düzgün fikirləri dolğun ifadələr fonunda oxucuya çatdırmağı tövsiyə edir, şok effekti yarada biləcək yanlış sərlövhələrlə ictimai rəyi çaşdırmamağa çağırır. Dünyanı düşündürən qlobal problemlərlə bağlı şərhləri də mətbuat başçısının sağlam bəşəri düşüncəyə malik olmasının ifadəsidir.
Avqustun 21-də yazıçı, şair, jurnalist, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcidin doğum günüdür. Tələbə yoldaşım, həmkarım, yazılarımı ən çox çap etdirdiyim qəzetin rəhbəri, üzvü olduğum AYB-nin məsul şəxsi, mətbuatımızın baş sözçüsü kimi Rəşad Məcidlə müəyyən tədbirlərdə qısa söhbətlərimiz olub, inanıram ki, bundan sonra da görüşməkdən çəkinməyəcəyik. Təmsil etdiyim Zəngilan rayonunun yaradıcı heyətinin Azərbaycan Yazıçılar Birliyi və yeni fəaliyyətə başlayan “Yeni Zəngilan” qəzeti ətrafında sıx birləşməsi naminə səylərimiz tezliklə səmərəsini verəcək.
Əsas 60 yaşı adlamaqdır, dəyərli Rəşad Məcid, ondan sonra qəti qorxusu yoxdur! Təbrik edirəm, xoş arzularla,

Mahir Cavadlı
İstanbul.
Bu gün, 21:43
“Qarabağ” “Sumqayıt”a uduzdu


“Qarabağ” “Sumqayıt”a uduzdu

Misli Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
Günün ikinci matçında “Qarabağ” “Sumqayıt”ı qəbul edib.
“Azersun Arena”dakı qarşılaşma “gənclik şəhəri” təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Görüşdəki yeganə qolu 72-ci dəqiqədə Ronaldo Vaskez vurub.
“Sumqayıt” xallarının sayını 6-ya çatdırıb. Ağdam klubu isə xalsızdır. “Köhlən atlar”ın ilk turda “Sabah”la oyunu təxirə salınmışdı.
Qeyd edək ki, günün ilk matçında “Neftçi” “İmişli” ilə qolsuz heç-heçə edib. Turun digər qarşılaşmaları 23, 24 və 25 avqustda olacaq.
Bu gün, 20:44
Ağdərədə yanğın söndürüldü - VİDEO


Ağdərədə yanğın söndürüldü - VİDEO

Ağdərə rayonu, Oratağ kəndi istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri iştirak edib.

Bu gün, 20:26
Şahin Mustafayev Rusiyada nələrdən danışdı?


Şahin Mustafayev Rusiyada nələrdən danışdı?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan vilayətində səfərdə olub.
Həştərxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib.
İclasdan əvvəl Hökumətlərarası Komissiyanın Azərbaycan və Rusiya tərəfdən həmsədrləri - Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun məhdud tərkibdə görüşü keçirilib.
Daha sonra hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Hökumətlərarası Komissiyanın iclası baş tutub.
İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələr nəzərdən keçirilib.
İclasın yekunlarına dair Ş.Mustafayev və A.Overçuk Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclasının Protokolunu imzalayıblar.
Daha sonra Baş nazirin müavini Şahin Mustafayevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olub.
Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu gün, 18:15
Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ


Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ

Rusiya Ədliyyə Nazirliyi politoloq Sergey Markovu xarici agentlər siyahısına daxil edib.
Bu barədə “İnterfaks” məlumat yayıb.
O, xarici agent materiallarının yaradılması və yayılmasında iştirak, arzuolunmaz təşkilatların materiallarının yayılması, xarici agent platformalarında respondent kimi iştirak və Rusiya hakimiyyətinin hərəkətləri haqqında yalan məlumatların yayılmasında ittiham edilir.
Bu gün, 17:57
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər imzalandı


Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər imzalandı

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzaladılar.
“Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzaladılar.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlxom Maxkamov imzaladılar.




Bu gün, 17:45
Paşinyan Əliyevin dəvət olunduğu sammitə gedir


Paşinyan Əliyevin dəvət olunduğu sammitə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan yerli KİV-ə bildirib.
Qeyd edək ki, ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək. ŞƏT-in illik sammiti beşinci dəfə Çində keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin də ŞƏT-in sammitinə dəvət olduğu bildirilir.
Bu gün, 17:27
Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ


Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ

Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən ediblər.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.
"Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalıdır. Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var," – deyə Baş nazirin müavini bildirib.
O qeyd edib ki, tərəflər turistlərin Xəzəryanı ölkələrin limanlarına səyahət edə biləcəyi kruiz marşrutlarının açılmasına dəstək vermək barədə razılığa gəliblər. Bu təşəbbüs, həm turizmin inkişafına, həm də Xəzər regionunda qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Xatırladaq ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir. Görüşdə hər iki ölkənin müxtəlif nazirlik və dövlət qurumlarının nümayəndələri, gömrük xidmətləri, bank sektorunun təmsilçiləri daxil olmaqla 40-dan çox rəsmi iştirak edir.
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.
Bu gün, 17:12
NATO-nun baş katibi Kiyevə gəlib


NATO-nun baş katibi Kiyevə gəlib

“Hazırda biz Ukrayna üçün təhlükəsizlik təminatının müəyyənləşdirilməsi üzərində işləyirik”.
Bu barədə Kiyevdə olan NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bu etibarlı təhlükəsizlik təminatları mühüm rol oynayacaq. Ona görə də biz indi onların müəyyənləşdirilməsi üzərində işləyirik”, - Rutte bildirib
Zelenski qeyd edib ki, o, Rutte ilə xüsusilə də müharibənin başa çatması üçün təhlükəsizlik məsələləri ilə bağlı danışıb.
"Birincisi təhlükəsizlik zəmanətləridir. Bütün tərəfdaşlarımızla birlikdə biz Amerika Birləşmiş Ştatları ilə mühüm anlaşma əldə etmişik. Birləşmiş Ştatlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmağa hazırdır. Və biz ilk dəfədir ki, belə hazırlığa nail oluruq", - o qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının konkret yerinə yetirilməsi ilə bağlı danışıqlar hazırda təhlükəsizlik müşavirləri, hərbçilər və bütün komandanlıqların diplomatları səviyyəsində gündəlik olaraq davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!