Zəngəzur dəhlizinə heç kim müqavimət göstərə bilməz! .....                        “Qarabağ” “Sumqayıt”a uduzdu .....                        Ağdərədə yanğın söndürüldü - VİDEO .....                        Şahin Mustafayev Rusiyada nələrdən danışdı? .....                        Güləşçimiz erməni rəqibini məğlub etdi: dünya çempionu oldu .....                        Füzuli və Arxadağ qardaşlaşdı .....                        Xarici agent elan edilən Markovdan AÇIQLAMA .....                        Liderlərin birgə bəyanatı - TAM MƏTN .....                        Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                       
Dünən, 17:57
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər imzalandı


Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər imzalandı

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzaladılar.
“Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokol”u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzaladılar.
“Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlxom Maxkamov imzaladılar.




Dünən, 17:45
Paşinyan Əliyevin dəvət olunduğu sammitə gedir


Paşinyan Əliyevin dəvət olunduğu sammitə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcək.
Bu barədə Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan yerli KİV-ə bildirib.
Qeyd edək ki, ŞƏT sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyantszin şəhərində keçiriləcək. ŞƏT-in illik sammiti beşinci dəfə Çində keçiriləcək.
Azərbaycan Prezidenti İlham Əliyevin də ŞƏT-in sammitinə dəvət olduğu bildirilir.
Dünən, 17:27
Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ


Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ

Moskva və Bakının birgə fəaliyyət üçün əsas istiqamətləri müəyyən ediblər.
Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Overçukun sözlərinə görə, hər iki ölkə üçün prioritet sahələr enerji sahəsində əməkdaşlıq və nəqliyyat əlaqələrinin inkişafıdır.
"Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı faydalıdır. Prioritetlərimiz sırasında regionda nəqliyyat bağlantılarının inkişafı, qarşılıqlı hesablaşmalarda müstəqil maliyyə arxitekturasının möhkəmləndirilməsi, energetika sahəsində əməkdaşlıq, sənaye kooperasiyasının inkişafı, o cümlədən gəmiqayırma və kənd təsərrüfatı sahəsində və Xəzərdə əməkdaşlıq var," – deyə Baş nazirin müavini bildirib.
O qeyd edib ki, tərəflər turistlərin Xəzəryanı ölkələrin limanlarına səyahət edə biləcəyi kruiz marşrutlarının açılmasına dəstək vermək barədə razılığa gəliblər. Bu təşəbbüs, həm turizmin inkişafına, həm də Xəzər regionunda qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət edəcək.
Xatırladaq ki, bu gün Həştərxanda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilir. Görüşdə hər iki ölkənin müxtəlif nazirlik və dövlət qurumlarının nümayəndələri, gömrük xidmətləri, bank sektorunun təmsilçiləri daxil olmaqla 40-dan çox rəsmi iştirak edir.
Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədrləri - Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevdir.
Dünən, 17:12
NATO-nun baş katibi Kiyevə gəlib


NATO-nun baş katibi Kiyevə gəlib

“Hazırda biz Ukrayna üçün təhlükəsizlik təminatının müəyyənləşdirilməsi üzərində işləyirik”.
Bu barədə Kiyevdə olan NATO-nun baş katibi Mark Rutte Ukrayna prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı deyib.
"Bu etibarlı təhlükəsizlik təminatları mühüm rol oynayacaq. Ona görə də biz indi onların müəyyənləşdirilməsi üzərində işləyirik”, - Rutte bildirib
Zelenski qeyd edib ki, o, Rutte ilə xüsusilə də müharibənin başa çatması üçün təhlükəsizlik məsələləri ilə bağlı danışıb.
"Birincisi təhlükəsizlik zəmanətləridir. Bütün tərəfdaşlarımızla birlikdə biz Amerika Birləşmiş Ştatları ilə mühüm anlaşma əldə etmişik. Birləşmiş Ştatlar Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmağa hazırdır. Və biz ilk dəfədir ki, belə hazırlığa nail oluruq", - o qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik təminatlarının konkret yerinə yetirilməsi ilə bağlı danışıqlar hazırda təhlükəsizlik müşavirləri, hərbçilər və bütün komandanlıqların diplomatları səviyyəsində gündəlik olaraq davam etdirilir.
Dünən, 17:00
Zelenski hər şeyə "yox" dedi - Lavrov


Zelenski hər şeyə "yox" dedi - Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putinin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşün təfərrüatlı gündəliyi olduqda görüşə hazır olduğunu, lakin hələlik belə bir plan olmadığını bildirib.
Bu barədə o, NBC telekanalına müsahibəsində deyib.
"Bu gündəm qətiyyən hazır deyil. Prezident Tramp Ankoricdəki görüşündən sonra bizim paylaşdığımız bir neçə məqamı təklif etdi və biz onların bəziləri üzrə çeviklik nümayiş etdirməyə razılaşdıq", - Lavrov bildirib.
O qeyd edib ki, Tramp bu məqamları Vaşinqtondakı görüşdə Zelenskiyə və Avropa liderlərinə təqdim edib.
"Vaşinqtonun qəbul etməli olduğu bir neçə fundamental məqam var, o cümlədən Ukraynanın NATO-ya üzvlüyü və ərazi məsələlərinin müzakirəsi. Və Zelenski hər şeyə "yox" dedi", - nazir deyib.
“Özünü lider kimi göstərən adamla necə görüşə bilərik?", - Lavrov qeyd edib.
Dünən, 16:53
47 yaşlı qadın qətlə yetirildi - Şübhəli oğludur


47 yaşlı qadın qətlə yetirildi - Şübhəli oğludur

Astarada qətl hadisəsi baş verib.
1978-ci il təvəllüdlü Məhəbbət Nurəddin qızı Qasımovaya 4 bıçaq zərbəsi endirilib.
İlkin məlumata görə, onu oğlu Astara şəhər sakini, 1999-cu il təvəllüdlü Murad Kazım oğlu Kazımzadə aralarında yaranmış mübahisə zəminində bıçaqlayıb.
Hadisə qısqanclıq zəminində baş verib. Meyit müayinə olunması üçün morqa təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Dünən, 16:50
Qadının üzərinə beton aşdı - GÖRÜNTÜLƏR


Qadının üzərinə beton aşdı - GÖRÜNTÜLƏR

Lənkəran şəhərində qadının üzərinə beton aşıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, vətəndaş - 1964-cü il təvəllüdlü Babayeva Brilyant Davud qızının fərdi yaşayış evinin beton piltədən ibarət hasarının uçması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında köməksiz vəziyyətdə qaldığı müəyyən olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin tətbiqi ilə həyata keçirilən operativ tədbirlər nəticəsində B.Babayeva xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Dünən, 16:34
İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi


İlham Əliyevə “Axaltəkə” atı hədiyyə edildi

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənbaşı şəhərində “Axaltəkə” atlarına və milli “Galkynysh” atlı qrupunun çıxışına baxıblar.
Sonda Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və türkmən xalqının adından dövlətimizin başçısına “Taus” ləqəbli “Axaltəkə” atını hədiyyə edib.
Dünən, 16:19
Köç karvanı Ağdamın Xıdırlı kəndində - FOTO


Köç karvanı Ağdamın Xıdırlı kəndində - FOTO

Avqustun 22-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.
Bu mərhələdə köçürülən 252 nəfərdən ibarət 68 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çoxinsan yaşayır.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!