Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
23-08-2025, 14:00
Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı, deportasiya edilir


Azərbaycanlı tələbə Türkiyədə saxlanıldı, deportasiya edilir

İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbə Nənəxanım Babazadə saxlanılıb.
İş yerində saxlanılan tələbə Baş Mühafizə İdarəsinə göndərilib. O, daha sonra deportasiya olunmaq üçün Çatalca Geri Dönüş Mərkəzinə aparılıb.
Magistratura pilləsi üzrə təhsil alan N.Babazadə bir müddət əvvəl universitetin yeməklə bağlı qiymət artımlarına etiraz etdiyi üçün xarici terror təşkilatı ilə əlaqədə ittiham olunub.
O, hazırda Geri Dönüş Mərkəzində saxlanılır.
23-08-2025, 13:54
Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən AĞIR CƏZA


Küçədən tapdığı 8 yaşlı uşağı zorla diləndirdi - Məhkəmədən AĞIR CƏZA

Bakıda valideyn himayəsindən məhrum edilən azyaşlını zorla diləndirən şəxsə hökm oxunub.
İlqar adlı şəxs 2017-ci il təvəllüdlü, valideyn himayəsindən məhrum qalan Nihadı (ad şərtidir - red.) 2023-cü ilin sentyabrından 2024-cü ilin yanvarınadək nəzarəti altında saxlayaraq küçələrdə dilənməyə məcbur edib.
Məlumata görə, İlqar azyaşlını 2023-cü ilin sentyabrında Qaraçuxur qəsəbəsində küçədən apararaq evində saxlayıb və onu dilənçiliyə məcbur etmək üçün hədə-qorxu ilə psixoloji təzyiq göstərib.
Uşaqdan gündə 30–120 manat arası pul tələb edən İlqar verdiyi "tapşırıqları" eləmədiyi üçün azyaşlını döyüb, siqaret kötüyü ilə yandıraraq işgəncə verib.
Azyaşlı məhkəmədə ifadəsində bildirib ki, qazandığı bütün pulları İlqar əlindən alıb, müqavimət göstərdikdə isə döyülüb. Hadisənin şahidləri də uşağın dəfələrlə avtomobillərə yaxınlaşıb pul istədiyini, sonra isə həmin pulları İlqara verdiyini təsdiqləyiblər. Bəzi sürücülər isə uşağın "İlqar əmi məni döyəcək" deyə kömək istədiyini ifadələrində qeyd ediblər.
2024-cü ilin yanvarında Sabunçu rayonu, Zabrat qəsəbəsində marketin qarşısındakı işıqforun yanında dilənən Nihad sürücülərdən birinə kömək üçün yalvarıb. Həmin şəxs dərhal polisə məlumat verib və bundan sonra əməliyyat tədbirləri nəticəsində azyaşlı sığınacağa yerləşdirilib.
Tofiq isə ittihamı qəbul etməyərək, sadəcə kirayədə yaşadığını və uşağa nəzarət etməyi xahiş olunduğunu deyib. Lakin məhkəmə şahid ifadələri, polis araşdırması və ekspertiza rəylərini əsas götürərək onun günahını sübuta yetirilmiş hesab edib.
İlqar Cinayət Məcəlləsinin müvafiq maddəsi (144-2.2.3 - Məcburi əmək, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
23-08-2025, 13:33
Polisə vatsapla şikayət edildi: sürücü cəzalandırıldı


Polisə vatsapla şikayət edildi: sürücü cəzalandırıldı

BDYPİ-yə edilən müraciət əsasında təhlükəli manevr edən sürücü məsuliyyətə cəlb olunub.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Baş Dövlət Yol Polisi İdarəsinin “050 8000 902” nömrəli “WhatsApp” qaynar xəttinə daxil olmuş vətəndaş müraciətində bir avtomobil sürücüsünün digər nəqliyyat vasitəsinin hərəkətinə maneə yaratdığı və təhlükəli manevrlərlə qəza şəraiti yaratdığı əks olunub.
Dərhal aparılan araşdırma nəticəsində həmin sürücü müəyyən edilib və barəsində inzibati protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, yol hərəkəti qaydalarına əməl etmək, digər hərəkət iştirakçılarına hörmətlə yanaşmaq həm şəxsi təhlükəsizlik, həm də ümumi yol hərəkəti təhlükəsizliyinin qorunması baxımından zəruridir.
23-08-2025, 13:01
Sabahın havası: 38 dərəcə isti olacaq


Sabahın havası: 38 dərəcə isti olacaq

Avqustun 24-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 22-27° isti olacaq.
23-08-2025, 12:43
Bu kəndin bütün məzunları tələbə oldu


Bu kəndin bütün məzunları tələbə oldu

İşğaldan azad olunmuş Ağdərə rayonu Talış kənd tam orta məktəbinin məzunlarının hər biri ali təhsil müəssisələrinə qəbul olunaraq tələbə adını qazanıb.
Talış kənd tam orta məktəbini 2024-2025-ci tədris ili üzrə 4 nəfər bitirib. Məktəbin məzunu Nigar Məmmədli imtahanda yüksək nəticə göstərərək 609 balla Bakı Dövlət Universitetinə qəbul olub. Digər məzunlar Sirat Qarayev Xəzər Universitetində, Çinarə Qarayeva Gəncə Dövlət Universitetində, Lalə Alışova isə Memarlıq və İnşaat Universitetində təhsil alacaqlar.
23-08-2025, 12:36
Kürdə balıqlar məhv oldu - Araşdırma APARILIR


Kürdə balıqlar məhv oldu - Araşdırma APARILIR

Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.
Qeyd edilib ki, Xidmətim həyata keçirdiyi nəzarət tədbirləri zamanı aşkarlanan hallarla əlaqədar ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.
Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!