57 min nəfər tələbə adını qazanıb .....                        MİQ-də müsahibə mərhələsi yekunlaşdı .....                        Yeni tələbələrin nəzərinə! - Təhsil kreditində yenilik var .....                        Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların ümumi həcmi .....                        Stiven Douti Bakıdan sonra İrəvana getdi .....                        MDB oyunlarında 10 ölkənin iştirakı təsdiqlənib - RƏSMİ .....                        Ramiz Rövşənin səhhəti pisləşib? - AÇIQLAMA .....                        Zəngəzur dəhlizi ilə bağlı mühüm AÇIQLAMA .....                        Minsk Qrupu bu tarixdə LƏĞV EDİLİR .....                       
25-08-2025, 15:29
Putin Pezeşkianla danışdı: görüşəcəklər


Putin Pezeşkianla danışdı: görüşəcəklər

Rusiya prezidenti Vladimir Putinlə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.
Bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Telefon danışığı zamanı Vladimir Putin Alyaskada keçirilən Rusiya-Amerika sammitinin əsas nəticələri barədə məlumat verib. Məsud Pezeşkian Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlik davam edən diplomatik səyləri dəstəklədiyini bildirib.
İkitərəfli gündəliyin bir sıra cari məsələləri, o cümlədən enerji və nəqliyyat sektorları müzakirə edilib.
İranın nüvə proqramı ətrafında vəziyyət və Cənubi Qafqaz regionunda baş verən proseslərə də toxunulub.
Vladimir Putin və Məsud Pezeşkian Rusiya-İran əməkdaşlığının müxtəlif sahələrdə daha da genişləndirilməsinə sadiq olduqlarını təsdiqləyib və Çində keçiriləcək ŞƏT sammitində görüşmək barədə razılığa gəliblər.
25-08-2025, 15:23
“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB


“Sədərək”dəki yanğın tam söndürüldü - YENİLƏNİB

"Sədərək" ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

***

09:49

“Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın tam məhdudlaşdırılıb.
Bu barədə FHN-dən bildirilib.
Qeyd edlib ki, bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır.

***

09:09

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın hələ də davam edir.
Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.
Ötən gün günorta saatlarından (11:50 radələrində) başlayan yanğının yayılmasının qarşısı alınıb, eyni zamanda yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinin və digər anbarların mühafizəsi təmin olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
25-08-2025, 15:10
Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır


Şahin Şıxlinskidən xəbər var! - Toyuq hini kimi yerdə saxlanılır, vəziyyəti ağırdır

“Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqdakı 1 saylı istintaq təcridxanasında təkadamlıq kameraya yerləşdirilib.
Regional İctimai Nəzarət Komissiyasının sədri Vladimir Popov onunla görüşüb.
O, görüşdən sonra bildirib ki, Şahin Şıxlinski yanında bir məhbusun da olmasını xahiş edib.
Popovun sözlərinə görə, Şıxlinski saxlandığı kameranı toyuq hininə bənzədib. "Kamera təmirli olsa da, iri bədənli məhbus üçün dar hesab olunur", - o, URA nəşrinə açıqlamasında qeyd edib.
Diaspor rəhbəri həbsxana şəraitində ciddi sağlamlıq problemləri yaşadığını deyib.
"O, yaşlı və xəstə bir insandır, hesab edir ki, heç bir qanunsuz iş görməyib, sadəcə vəziyyətin qurbanı olub. Onun elə bir xəstəliyi var ki, hər an təcili tibbi yardım lazım ola bilər. Arzuolunandır ki, Şıxlinskinin kamerası təkadamlıq olmasın və yanında bir məhbus da olsun ki, lazım gəldikdə həyəcan qaldırıb həkimləri çağırsın", - deyə Popov qeyd edib.
Komissiya üzvləri vəziyyət barədə Sverdlovsk vilayətinin ombudsmanı Tatyana Merzlyakovaya məlumat veriblər. Hüquq müdafiəçiləri bu problemi, həmçinin Penitensiar Xidmətin rəhbərliyinə də çatdıracaqlar.
Xatırladaq ki, ötən ay Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilib.
25-08-2025, 14:19
Müəllimlərin müddətli vakansiya seçimi yekunlaşdı


Müəllimlərin müddətli vakansiya seçimi yekunlaşdı

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi bu gün saat 11:00-da yekunlaşıb.
Bu barədə İnsan Resursları Mərkəzindən bildirilib.
Namizədlərə şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi etmək imkanı yaradılıb.
Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 22 avqust saat 11:00-da başlamışdı.
25-08-2025, 13:57
Mərkəzi Bankda yeni təyinat


Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankının Tədqiqatlar departamentinə yeni direktor təyin edilib.
Bununla bağlı AMB sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə Gülzar İslam qızı Tahirova təyin olunub.
G.Tahirova bu təyinatadək adıçəkilən departamentdə direktor müavini vəzifəsində çalışıb.
25-08-2025, 13:51
Qəzzada daha 4 jurnalist HƏLAK OLDU


Qəzzada daha 4 jurnalist HƏLAK OLDU

Qəzzanın cənubunda yerləşən Nasser xəstəxanasına zərbə endirilib.
Xəbəri "Əl-Cəzirə" və "Reuters" agentlikləri yayıb.
Məlumata görə, İsrailin hücumu nəticəsində azı 15 nəfər həlak olub. Ölənlər arasında jurnalistlər də var.
İsrail Müdafiə Qüvvələri hadisə ilə bağlı rəsmi açıqlama verməyib. "The Times of Israel" nəşri adı açıqlanmayan İsrail rəsmisinə istinadən bildirib ki, İsrail Xan Yunisdəki Nasser xəstəxanasına hava zərbələri endirməyib.
"Əl-Cəzirə" iki jurnalistin öldürüldüyünü bildirib. Daha sonra ölən jurnalistlərin sayının dördə çatdığı bildirilib. Ölənlər arasında "Reuters" agentliyinin operatoru Hossam əl-Masri də var. Məhəmməd Salama, Məryəm əbu Daqa və Moaz əbu Taha adlı jurnalistlərin də həlak olduğu bildirilir.
25-08-2025, 13:30
Mirzoyan Azərbaycanla paraflanmış sazişdən danışdı


Mirzoyan Azərbaycanla paraflanmış sazişdən danışdı

Ermənistan səfirlərinin Qafanda keçirilən görüşündə xarici işlər naziri Ararat Mirzoyan çıxış edib.
Mirzoyan avqustun 8-də Vaşinqtonda keçirilən görüşlər nəticəsində əldə olunmuş razılaşmalara toxunub. Ermənistan və Azərbaycan arasında paraflanmış sazişdən danışan Ararat Mirzoyan bərqərar olmuş sülhün Ermənistan və region üçün əhəmiyyətini vurğulayıb. O bu yeni reallıqlarda Ermənistan Respublikasının xarici siyasətinin baxışını, açılmış yeni imkanları və onların həyata keçirilməsi üçün görülməli olan işləri təqdim edib.
A.Mirzoyan vurğulayıb ki, regionda sülh gündəliyinin ardıcıl həyata keçirilməsi və Ermənistan Respublikası vətəndaşları üçün sabit, təhlükəsiz və firavan mühitin təmin edilməsi hökumətin, o cümlədən diplomatik xidmətin əsas vəzifələridir. Ararat Mirzoyan regional kommunikasiyaların blokunun açılmasının verdiyi imkanlara, beynəlxalq kommunikasiya kanallarının genişlənən şəbəkəsində Ermənistanın səmərəli iştirakını təmin etmək səylərinə və bu məqsədlə Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin həyata keçirilməsi üçün qarşıda duran işlərə toxunub.


25-08-2025, 13:18
Binəqədidə qaz xətti zədələndi: qəsəbələr qazsız qaldı


Binəqədidə qaz xətti zədələndi: qəsəbələr qazsız qaldı

Bakının Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu səbəbdən bu gün saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.
Hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
25-08-2025, 12:41
Çin də Ukraynaya qoşun göndərəcək? - Pekindən CAVAB


Çin də Ukraynaya qoşun göndərəcək? - Pekindən CAVAB

Çin Ukraynaya hərbi kontingent göndərmək niyyətində deyil.
Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bildirib.
O, Almaniyanın “Welt am Sonntag” qəzetinin Çinin sülhməramlılar göndərməyi planlaşdırması ilə bağlı xəbərini belə şərh edib.
"Bu məlumat reallığa uyğun gəlmir", - deyə çinli diplomat brifinqdə bildirib. O əlavə edib ki, Çinin Ukrayna məsələsində mövqeyi aydın və ardıcıldır.
Qəzet yazıb ki, Pekin missiyanın BMT mandatı altında yerləşdirilməsi şərti ilə sülhməramlılar göndərməyə hazırdır.
25-08-2025, 12:27
Sabah bu ərazilərə leysan yağacaq, şimşək çaxacaq


Sabah bu ərazilərə leysan yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında avqustun 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 29-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!