Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
29-08-2025, 23:48
Putin bundan qaça bilməz - Zelenski


Putin bundan qaça bilməz - Zelenski

Rusiyanın Ukraynaya qarşı müharibəsi istənilən halda sona çatacaq. Bütün dünya Moskvanın təcavüzü davam etdirmək üçün gətirdiyi səbəblərin absurdluğunu anlayır.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bəyan edib.
“Müharibə onsuz da başa çatacaq, Putin bundan qaça bilməz. Hələ də bəhanələr tapmaq olar – denasifikasiya, hakimiyyətin qeyri-legitimliyi və s. Hər bir halda bütün bunlar heç nəyi ifadə etmir, dünyada heç kim bunları dəstəkləmir”, – deyə dövlət başçısı vurğulayıb.
Prezident diqqətə çatdırıb ki, müharibəyə görə məsuliyyət Moskvanın üzərindədir və məhz o, bu müharibəni dayandırmalıdır.
“Bu, istənilən halda baş verəcək, müharibə bu və ya digər formatda sona çatacaq”, – deyə Zelenski əlavə edib.
29-08-2025, 22:53
“Neftçi” doğma meydanda məğlub oldu


“Neftçi” doğma meydanda məğlub oldu

Futbol üzrə Misli Premyer Liqasında III tura start verilib.
İlk oyun günündə 2 qarşılaşma keçirilib.
Günün ilk matçında çempionatın lideri “Sumqayıt” “Şamaxı”nı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hazırda “Sumqayıt” 7 xalla turnir cədvəlinə başçılıq edir. İki xalı olan “Şamaxı” 7-ci pillədə qərarlaşıb.
Digər qarşılaşmada isə “Neftçi” doğma meydanda “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
Tovuz təmsilçisi 6 xalla 2-ci, Bakı klubu isə 2 xalla 8-ci sırada yer alıb.
Turun digər oyunları avqustun 30-31-də keçiriləcək.
29-08-2025, 22:43
Tarasov vəfat etdi


Tarasov vəfat etdi

Tanınmış rus politoloq Stanislav Tarasov 72 yaşında vəfat edib.
Bu barədə onun həyat yoldaşı “İzvestiya” qəzetinə məlumat verib.
Tarasov 6 ildir ağciyər xərçənginə qarşı mübarizə aparırdı. Onun dəfni sentyabrın 1-nə planlaşdıırlıb.
Xatırladaq ki, Stanislav Tarasov 1953-cü ildə Gəncədə anadan olub.
29-08-2025, 22:33
Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO


Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada daha bir azərbaycanlı həlak olub.
Rusiya tərəfində hərbi əməliyyatlarda iştirak etmiş Amid İsmayılov həyatını itirib.
Onun hansı istiqamətdə öldüyü məlum deyil.
Amidin Rusiya vətəndaşı olduğu bildirilir.
Onunla vida mərasimi avqustun 30-da anadan olduğu Şəki rayonunun Göybulaq kəndində baş tutacaq.



29-08-2025, 22:19
Azərbaycanlı futbolçu "Barselona" ilə müqavilə imzaladı


Azərbaycanlı futbolçu "Barselona" ilə müqavilə imzaladı

İspaniyanın "Barselona" klubu ilk dəfə Azərbaycanlı futbolçu İbrahim Babayevlə müqavilə bağlayıb.
İbrahim Babaev "Barselona"nın gənclər komandasında (U17) çıxış edəcək.
O, bundan əvvəl İsveçrə "Servett"ində oynayıb.
İmza mərasimində "Barselona" gənclər heyətinin direktoru Soler Ferre və məşhur ispan futbolçusu Xose Ramon Aleksanko iştirak ediblər.
29-08-2025, 21:57
Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident haqlıdır”


Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident haqlıdır”


“Cənab Prezident həmişə haqlıdır, mənimlə bağlı qərarında da haqlıdır. Mənimlə bağlı sərəncamı da qəbul edirəm, başqa cür də ola bilməz”.
Bunu gununsesi.info-ya açıqlamasında Prezident İlham Əliyevin şiddətli töhmət verdiyi Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə deyib.
İcra başçısı bildirib ki, ölkə başçısının bu qərarından ciddi nəticə çıxaracaq: “İş olan yerdə nöqsan da olur. Mən çalışacağam ki, bu nöqsanlardan nəticə çıxarım və cənab Prezidentin etimadını doğruldum”.
29-08-2025, 21:30
Vaşinqton sazişləri Dövlət Departamentinin saytında dərc edildi


Vaşinqton sazişləri Dövlət Departamentinin saytında dərc edildi

Amerika Birləşmiş Ştatları Ermənistan və Azərbaycanla imzalanmış sənədləri, eləcə də Prezident Trampın avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə görüşünün yekun sənədini Dövlət Departamentinin saytında dərc edib.
Sənədlərə Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindəki görüşünün yekunlarına dair Birgə Bəyannamə, Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Anlaşma Memorandumu və Ermənistanla imzalanmış anlaşma memorandumları daxildir.
Azərbaycana aid sənədlərlə aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür.

//www.state.gov/wp-content/uploads/2025/08/2025JointDeclaration.AzerbaijanArmenia.pdf

//www.state.gov/wp-content/uploads/2025/08/2025MOUAzerbaijan.pdf
29-08-2025, 21:07
ABŞ Fələstin rəsmilərinə viza verməkdən imtina etdi


ABŞ Fələstin rəsmilərinə viza verməkdən imtina etdi

Tramp Administrasiyası qarşıdan gələn BMT Baş Assambleyası ərəfəsində Fələstin Azadlıq Təşkilatı (FAT) və Fələstin Muxtariyyətinin (PA) üzvlərinə viza verməkdən imtina edəcəyini və mövcud vizaları rədd edəcəyini elan edib.
Hər iki təşkilatın öhdəliklərini yerinə yetirməməsi və sülh perspektivlərini sarsıtması səbəbindən onların məsuliyyətə cəlb edilməsi ABŞ-ın milli təhlükəsizlik maraqlarına uyğun hesab olunur.
Qeyd olunur ki, onları sülhün tərəfdaşı kimi qəbul etmək üçün Fələstin Muxtariyyəti və Fələstin Təhlükəsizlik Təşkilatı terrorizmi, o cümlədən 7 oktyabr hücumunu açıq şəkildə pisləməlidir.
Bəyanatda vurğulanır ki, Fələstin Muxtariyyəti beynəlxalq hüquq kampaniyalarına müraciətləri və Fələstin dövlətinin birtərəfli tanınmasına yönələn səyləri dayandırmalıdır. Çünki bu addımlar danışıqlardan yayınmaq cəhdi kimi dəyərləndirilir və nəticə etibarilə HƏMAS-ın girovları azad etməməsinə, həmçinin Qəzza zolağında atəşkəs danışıqlarının pozulmasına gətirib çıxarır.
Məlumatda qeyd edilir ki, Fələstinin BMT-dəki missiyasına BMT Baş Qərargah Sazişinə uyğun şəkildə güzəştlər tətbiq olunacaq.
“Hər iki təşkilat öz öhdəliklərini yerinə yetirərsə və İsrail ilə konstruktiv, dinc yanaşı yaşama yoluna qayıtmaq üçün konkret addımlar atarsa, ABŞ qanunlarına uyğun olaraq yenidən əlaqəyə açıq olacaq”, - deyə qeyd olunur.
29-08-2025, 20:46
Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO


Bakıda Türkiyənin Zəfər bayramı qeyd olundu - FOTO

Avqustun 29-da Türkiyənin Azərbaycandakı səfirliyi ölkəsinin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Daha sonra Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün Prezident Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər bayramı münasibətilə təbrik məktubunu oxuyub.
Səfir türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi Zəfər qazandığını qeyd edərək ölkəsinin 103 il bundan əvvəl başlatdığı mübarizənin uğurla başa çatdığını vurğulayıb.
O bildirib ki, həm avqustun 30-u, həm də noyabrın 8-i müstəqilliyimiz uğrunda mübarizənin şərəfli qələbələrlə taclandığı günlərdir: “Biz Azərbaycan və Ermənistan arasında sülhün əsas götürülməsinə yönəlmiş son nailiyyətləri alqışlayırıq. Cənubi Qafqazda sülh və firavanlıq üçün tarixi fürsət yaranıb”.
Birol Akgün qeyd edib ki, Türkiyə Azərbaycanın bu istiqamətdə atdığı bütün səyləri dəstəkləyəcək. O bildirib ki, ölkəsi sülh və sabitlik naminə təşəbbüskar mövqelərini qoruyaraq səylərini davam etdirir.
Səfir Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşmalarını yüksək qiymətləndirərək alqışladıqlarını vurğulayıb. Əlavə edib ki, Vətən müharibəsinin Ali Baş Komandanı, qəhrəman Azərbaycan Ordusunun hər bir əsgəri və bu böyük Qələbənin qazanılmasında payı olan xalqımızın igid övladları daim hörmət və ehtiramla yad edilməlidir.
Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, Türkiyənin Qurtuluş savaşında qazandığı Zəfər qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biridir.
Baş qərargah rəisi diqqətə çatdırıb ki, hazırda Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. “Əlaqələrimizin bu səviyyəyə çatmasında Azərbaycanın və Türkiyənin prezidentlərinin müstəsna rolu var. Ölkələrimiz arasında olan tarixi, dini, iqtisadi, mədəni və digər əlaqələr hərbi sahədə əməkdaşlığımızın inkişafı üçün yeni imkanlar açır”, - deyə general-polkovnik vurğulayıb.
“Türkiyənin Quru Qoşunları komandanı, Ordu generalı Selçuk Bayraktaroğlunun yaxın günlərdə ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb. Bu proses bu gün də davam etdirilir. Cari il ərzində ümumilikdə 30-dək hərbi təlim keçiriləcək. Eyni zamanda, 70-dən artıq konfrans, kurs, məşq və seminar təşkil olunub. İlin sonunadək bu tədbirlərin sayının artırılması və miqyasının genişləndirilməsi nəzərdə tutulur", - deyə K.Vəliyev əlavə edib.
Rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.







29-08-2025, 19:27
Bakıda bu yol bağlandı


Bakıda bu yol bağlandı

Bu gün saat 19:00-dan dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində Masazır-Novxanı və Saray-Novxanı avtomobil yollarının kəsişməsində (Masazır gölünün yanı) aparılan tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
“Hərəkətin məhdudlaşdırılması tikinti işləri yekunlaşanadək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, - deyə məlumatda bildirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!