Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
29-08-2025, 12:01
Metroda gedişhaqqı 1 manat olacaq? - RƏSMİ


Metroda gedişhaqqı 1 manat olacaq? - RƏSMİ

"Bakı Metropoliteni" QSC metroda gedişhaqqının artırılması barədə xəbərlərə münasibət bildirib.
QSC sədrinin müşaviri Emil Əhmədov bildirib ki, bu məsələ daim müzakirə olunur, amma hazırda bu barədə rəsmi məlumat yoxdur.
"Bir çox ölkələrdə fərqli yanaşmalar var. Məsələn aylıq kartlar, bir səfərlik kartlar. Eyni zamanda tələbələr və sosial həssas qrupa daxil olan insanlar üçün fərqli yanaşmalar tətbiq olunur. Bir çox çox ölkələrdə məsafədən asılı olaraq ödənişlər mümkündür. Bunlar daim bizim gündəmimizdədir, müzakirələr olunur. Hələ ki yekun qərar yoxdur", - o deyib.
Xatırladaq ki, mətbuatda və sosial şəbəkələrdə metro və avtobuslarda gedişhaqqının 1 manat olacağı barədə xəbərlər yayılıb.
İctimai nəqliyyatda gedişhaqqı sonuncu dəfə 2024-cü ilin iyunun 30-da dəyişib. Qərar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası tərəfindən verilib.
29-08-2025, 01:00
Fidan Zəngəzur dəhlizindən danışdı: Azərbaycana güvənirik!


Fidan Zəngəzur dəhlizindən danışdı: Azərbaycana güvənirik!

Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət vəziyyət yaradıb.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber" kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr aparıb.
Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu vurğulayıb:
"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Bizim tutduğumuz mövqe etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik".
Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib: "Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir".
29-08-2025, 00:43
Qarşılaşacağımız komandaların hamısı... - Qurban Qurbanov


Qarşılaşacağımız komandaların hamısı... - Qurban Qurbanov

Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq.
Bunu klubun mətbuat xidmətinə açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının Liqa mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirərkən deyib.
"Öncə öz azarkeşlərimizə bir daha təşəkkür etmək istəyirəm. "Ferentsvaroş"la pley-offun cavab oyunu zamanı stadionda etdikləri azarkeşlik, göstərdikləri dəstək, yaratdıqları atmosferə görə hər birinə təşəkkür edirəm. Bizim azarkeşlər Çempionlar Liqasının Liqa mərhələsini görməyi haqq edirdilər. Onlar üçün çox sevinirəm ki, bu mövsüm Çempionlar Liqasının minimum 4 görüşünü Bakıda canlı izləyəcəklər. Dörd səfər qarşılaşmasına isə ən azı televiziya ilə baxmaq şansları olacaq", - deyə baş məşqçi bildirib.
Qurban Qurbanov Liqa mərhələsindəki rəqiblər barədə də fikirlərini açıqlayıb:
"Qarşılaşacağımız komandaların hamısı çox ciddi rəqiblərdir. Öz ölkələrinin köklü, tarixi olan klublarıdır. "Liverpul", "Çelsi", "Ayaks", "Napoli", həmçinin digərləri "Benfika", "Ayntraxt", "Kopenhagen" və "Atletik" hamının yaxşı tanıdığı güclü komandalardır.
Çalışacağıq ki, bu matçlara yaxşı hazırlaşaq. Çünki bu turnir tam başqa bir səviyyədir. Çempionlar Liqasındakı həyəcan bir neçə dəfə artıq olur. Burada həm güc, həm sürət, həm oyunun gedişatı tam fərqlidir. Çox böyük məsuliyyət olduğunu başa düşürük. Yaxşı mübarizə aparmağa, azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, komandamız Liqa mərhələsində "Liverpul" (İngiltərə), "Benfika" (Portuqaliya), "Napoli" (İtaliya) və "Atletik"lə (İspaniya) səfərdə, "Çelsi" (İngiltərə), "Ayntraxt" (Almaniya), "Ayaks" (Niderland) və "Kopenhagen"lə (Danimarka) evdə qarşılaşacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!