Suriya ilə danışıqlarda irəliləyiş var - Netanyahu .....                        Polşa ilə döyüşmək istəmirik - Xrenin .....                        Gürcüstan Prezidenti ABŞ-yə getdi .....                        Rusiya Ukraynanın 19 PUA-sını vurdu .....                        Peruda etirazçılarla polis arasında toqquşma .....                        "Formula 1": Bakıdakı sıralama turunda yeni rekord .....                        Britaniya qırıcıları Polşa səmasında .....                        Türkiyədə zəlzələ oldu .....                        İsrail İordan çayının sahilinə əlavə qüvvələr yerləşdirir .....                       
15-08-2025, 14:56
Azərbaycan əhalisi ilin əvvəlindən bu qədər artıb


Azərbaycan əhalisi ilin əvvəlindən bu qədər artıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 16 833 nəfər və ya 0,2 faiz artaraq 2025-ci il iyul ayının 1-i vəziyyətinə 10 milyon 241 min 722 nəfərə çatıb.
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Bu ilin iyul ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,8 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,2 faizi Dağlıq Şirvan, 3 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
15-08-2025, 14:37
MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi


MİQ-in müsahibə mərhələsinə keçən namizədlərə müraciət edildi

Təhsil İnstitutu nəzdindəki İnsan Resursları Mərkəzi müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edəcək namizədlərə müraciət edib. Müraciətdə deyilir:

"Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə gələrkən aşağıdakı sənədlərin əslini gətirmək mütləqdir:

– şəxsiyyəti təsdiq edən sənəd;

– ali, orta ixtisas, magistratura və ya yenidənhazırlanma təhsili haqqında sənəd və ona əlavə;

– xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnamə.

Nəzərinizə çatdırırıq ki, faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu müəssisələr üzrə vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər əlavə olaraq faktiki yaşayış yeri ilə bağlı arayış təqdim etməlidirlər.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq".
15-08-2025, 14:33
Trampın Azərbaycanla bağlı imzaladığı sənəd yayımlandı - NƏLƏR VAR... - FOTO


Trampın Azərbaycanla bağlı imzaladığı sənəd yayımlandı - NƏLƏR VAR... - FOTO

ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan Azərbaycana aid 907-ci düzəlişin dayandırılması barədə rəsmi sənəd yayımlanıb.
Memorandum Federal Hökumətinin rəsmi jurnalı "Federal Register" saytında yerləşdirilib.
Sənəddə qeyd edilir ki, bu qərar ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək üçün vacibdir. Həmçinin, memorandum ABŞ və müttəfiq qüvvələrin döyüş hazırlığını gücləndirir, Azərbaycanın sərhəd təhlükəsizliyi üçün əhəmiyyətlidir.
Sənəddə vurğulanır ki, bu addım Ermənistan və Azərbaycan arasında sülh sazişinə nail olmaq üçün aparılan danışıqlara mane olmayacaq və Ermənistana qarşı hücum məqsədilə istifadə olunmayacaq.
Tramp Dövlət katibinə göstəriş verib ki, qərar Federal Register-də dərc olunsun və ABŞ Konqresinin müvafiq komitələrinə təqdim edilsin.
Xatırladaq ki, sənəd Prezident İlham Əliyevin avqustun 8-də Vaşinqtonda səfəri zamanı imzalanıb.

15-08-2025, 14:15
Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı


Saakaşvili Trampın Azərbaycana münasibətindən yazdı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ABŞ Prezidenti Donald Trampın Azərbaycana münasibəti barədə fikrini bildirib.
Bununla bağlı o, öz "Facebook" hesabında paylaşım edib.
"2012-ci ildə Donald Tramp Batumidə "Tramp Tower"in tikintisinə başladı.
2013-cü ildə İvanişvili tikintini dayandırdı və bütün bunları görən Azərbaycan 2013-cü ildə Bakıda tez bir zamanda "Tramp Tower"i inşa etdi.
Təsadüfi deyil ki, ABŞ Prezidenti Azərbaycana qarşı xüsusi dost münasibəti göstərir", - deyə o, paylaşımda yazıb.
15-08-2025, 14:10
Qardaşımın nəşi indiyədək tapılmayıb - Erməni təcavüzünə məruz qalan şəxs


Qardaşımın nəşi indiyədək tapılmayıb - Erməni təcavüzünə məruz qalan şəxs

Avqustun 15-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində ifadə verən zərərçəkmiş şəxs Lalə İsmayılova Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində Zəngilan rayonundan məcburi köçkün düşdüyünü bildirib.
L.İsmayılova qardaşının polis əməkdaşı olduğunu, digər 6 polislə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyini deyib. Onların nəşləri indiyədək tapılmayıb.
Zərərçəkmiş Bikəxanım Quliyeva ifadəsində bildirib ki, yaşadığı Orta Yeməzli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən zaman dördotaqlı evi yandırılıb. B.Quliyeva deyib ki, özündən əvvəl ifadə verən L.İsmayılovanın qardaşı ilə birlikdə qətlə yetirilən polislərdən biri – İlham İmamqulu oğlu Quliyev – onun qardaşıdır.
B.Quliyev təqsirləndirilən şəxs Bako Sahakyanın vəkilinin suallarına cavabında kəndə hücum zamanı atəşlərin Ermənistanın Qafan rayonu istiqamətindən açıldığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
15-08-2025, 13:37
Rusiyada güclü partlayış: 5 ölü, 20 yaralı


Rusiyada güclü partlayış: 5 ölü, 20 yaralı

Rusiyanın Ryazan vilayətindəki “Elastik” zavodunda baş verən partlayış nəticəsində 5 nəfər ölüb, 20 nəfər yaralanıb.
Bu barədə Telrqramdakı Rusiya kanalları məlumat yayıb.
Baza yazır ki, "5 nəfər həlak olub, hələ də dağıntılar altında insanlar var, onlara çatmaq çətindir”. Kanalın mənbələri partlayışın təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini iddia edir.
Ryazan vilayətinin qubernatoru Pavel Malkov hadisə yerinə gedib.
15-08-2025, 12:50
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 16-da Azərbaycanın bəzi yerlərində yağış yağacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə +21 dərəcədən +25 dərəcəyədək, gündüz +28 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +20 dərəcədən +24 dərəcəyədək, gündüz +29 dərəcədən +34 dərəcəyədək, dağlarda gecə +13 dərəcədən +18 dərəcəyədək, gündüz +20 dərəcədən +25 dərəcəyədək olacaq
14-08-2025, 23:40
Prezident AZAL təyyarəsinin vurulmasından danışdı


Prezident AZAL təyyarəsinin vurulmasından danışdı

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib.
Dövlət başçısı, müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.
Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
14-08-2025, 22:34
Netanyahunun 5 əsas prinsipi - SİYAHI


Netanyahunun 5 əsas prinsipi - SİYAHI

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında ölkəsinin təhlükəsizliyini təmin edəcək və qələbəni şərtləndirəcək “beş əsas prinsip”i elan edib.
Netanyahu bildirib ki, bu prinsiplər İsrailin təhlükəsizliyinin təminatıdır və “qələbə” anlayışının həqiqi mənasını ifadə edir.
Sözügedən prinsiplər aşağıdakılardır:

1. HAMAS-ın tam şəkildə silahsızlaşdırılması;

2. Bütün girovların azad edilməsi;

3. Qəzza zolağının tam demilitarizasiyası;

4. Qəzzada, o cümlədən təhlükəsizlik perimetri üzərində İsrailin təhlükəsizlik nəzarətinin təmin edilməsi;

5. Nə HAMAS, nə də Fələstin Milli Administrasiyası tərəfindən idarə olunmayacaq alternativ mülki idarəetmənin yaradılması.

Baş nazir əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üzərində işləyir və “hamı artıq bunu anlamalıdır”.
Onun sözlərinə görə, hökumət bu “beş əsas prinsipi” ötən həftə təsdiqləyib.
14-08-2025, 22:25
3 liderin birgə görüşü olacaq - Tramp AÇIQLADI


3 liderin birgə görüşü olacaq - Tramp AÇIQLADI

ABŞ Prezidenti Donald Tramp həm rusiyalı həmkarı Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenskinin münaqişənin həllinə razılıq verəcəklərinə əmin olduğunu bildirib.
Bunu Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Düşünürəm ki, yaxşı görüş olacaq, amma daha vacib olan ikinci görüşümüz olacaq. Prezident Putin, prezident Zelenski və mənim iştirakımla birgə görüşümüz olacaq və ola bilsin ki, bəzi Avropa liderlərini dəvət edək. Ola bilsin ki, yox, hələ məlum deyil”, - Amerika lideri bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!