CHP-dən Zəngəzur açıqlaması: Azərbaycanın nəzarətində olsun .....                        SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirir .....                        Atəşkəs olmazsa ABŞ Ukraynaya hərbi yardım edəcək .....                        Təkəri partlayan yük maşını aşdı, sürücü yaralandı .....                        Türkiyədə təyyarə qəzası - yaralılar var .....                        Kollektorda ata və oğul boğuldu .....                        Tramp Medvedevin sözlərinə görə atom sualtı qayıqları göndərir .....                        Can Azərbaycana böhtan atan siz deyildinizmi? - Ərdoğan .....                        Azərbaycanda klinika direktoru bütün orqanlarını bağışladı .....                       
Dünən, 10:33
“Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsi uğurla başa çatıb


“Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsi uğurla başa çatıb

“Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində sosial xidmətlərin rolu” layihəsini həyata keçirir. Layihənin əsas məqsədini uşaq hüquqlarının qorunması və təbliği işini həyata keçirməkdə sosial mütəxəssislərin rolunun gücləndirmək və müvafiq dövlət qürumları ilə müzakirələrin aparılması təşkl edir.

Layihə çərçivəsində son tədbir olaraq, Qəbələ rayon İcra Hakimiyyəti və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Qəbələ rayonunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masada sosial mütəxəsislərin rolunun gücləndirilməsi, uşaqların sosial mühitə inteqrasiya olunmasıın təşkilində və hüquqi, sosial-psixoloji dəstəyin həyata keçirilməsində sosial mütəxəssislərin rolu məsələləri müzakirə edilib. Tədbirdə 26 sosial- psixoloji xidmət göstərən mütəxəssis, müvafiq dövlət qürumlarının əməkdaşları iştirak edib.
Tədbiri Qəbələ rayon icra hakimiyyətinin Uşaq hüquqlarının müdaiəsi üzrə komissiyanın psixoloqu Mələkxanım Ədilova açaraq, qonaqları salamlamış, həyata keçirilən layihəni yüksək qiymətləndirərək, belə müzakirələrin keçirilməsinin xüsusi əhəmiyyətini qeyd etmişdir. Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Nərmin Cabbarlı həyata keçirilən layihənin işinə uğurlar arzulamış, uşaqların təhlükəsizliyi və hüquqlarının qorunmasında həyata keçirdikləri fəaliyyətlər haqqında ətraflı məlumat vermişdir.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri, layihə rəhbəri Zaur Quliyev layihənin məqsəd və vəzifələri, layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər haqqında geniş məlumat vermiş, müasir dünyada sosial mütəxəssislərin üzərinə də ciddi və məsuliyyətli bir vəzifənin düşdüyünü bildirib. Qeyd edilib ki, layihə çərçivəsində “Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi” mövzusunda dəyirmi masaların təşkil olunmasında əsas məqsədin bu sahədə bölgədə mövcud vəziyyətlə tanış olmaq, spesifik ehtiyacların müəyyən edilməsi üçün müzakirələrin təşkil olunmasından ibarətdir.

Digər çıxış edənlər Qəbələ rayon Polis Şöbəsinin əməkdaşı Nadirli Şəmsiyyə, Şəki-Zaqatala regional təhsil İdarəsinin Qəbələ üzrə təhsil sektorunun əməkdaşı Məlahət Hüseynova, Sosial Xidmətlər Agentliyinin Şəki-Zaqatala Regional filialının aparıcı mütəxəssisi Xəyal Nəzirov uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində görülən işlər haqqında məlumat vermiş, layihənin qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini vurğulamışlar.

Layihə üzrə ekspert, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov Sosial xidmətlər- uşaqların təhlükəsizliyi və hüquqlarının müdafiəsində əsas amil kimi,
uşaqların təhlükəsizliyi və həssas kateqoriyadan olan uşaqlara sosial xidmətlərin göstərilməsinin gücləndirilməsinin vəziyyəti, yeni yanaşmalar mövzusunda təqdimat etmiş, çətin həyat şəraitində, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlara sosial xidmətlərin göstərilməsinin vəziyyəti: uğurlu təcrübələr, ehtiyaclar mövzusu ətrafında müzakirələr təşkil olunmuş, müvafiq təkliflər verilmişdir.

Tədbir iştirakçıları vacib və aktual layihəni dəstəklədikləri üçün Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin uğurlu icrasına görə “Hüquq Dünyası” Hüquqi Təblığat İctimai Birliyinə öz təşəkkürlərini bildirmiş, gələcəkdə belə layihələrin davam etdirilməsinin faydalı, maraqlı olmaqla bərabər, gələcəyimiz olan uşaqların təhlükəsiz, sosial-psoxoloji və emosional baxımdan sağlam böyüməsində mühüm rolu olduğunu ifadə etmişlər.
Sonda iştirakçılarla çay- kofe fasiləsi zamanı da müzakirələr davam etdirilmiş, xatirə fotoşəkili çəkilmişdir.

“Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi.
Dünən, 10:30
Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı


Bakıda məşhur klubun fəaliyyəti dayandırıldı

Fövqəladə Hallar Nazirliyi Nərimanov rayonunda yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.
Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olması barədə müvafiq sənədlər mövcud deyil;

- obyektin elektrik təsərrüfatına və elektrik qurğularına profilaktiki baxış keçirilməyib və nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülməyib;

- obyektdə sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur;

- obyekt havadəyişmə ventilyasiya qurğusu ilə təmin olunmayıb;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib;

- obyektdə layihədən kənar taxta materiallardan istifadə olunmaqla arakəsmə otaqlar quraşdırılıb;

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nərimanov rayonu, ev 103 C ünvanında yerləşən “İcon-karaoke” klubunun fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Dünən, 10:22
Yeniyetmə Tərtər çayında boğuldu


Yeniyetmə Tərtər çayında boğuldu

Tərtər çayının Bərdə rayonundan keçən hissəsində toplanmış su hövzəsində yeniyetmə boğularaq ölüb.
Hadisə rayonun Zümürxan kəndində baş verib.
Belə ki, 26.12.2009-cu il təvəllüdlü Rüstəmov Nihad Bəhrəm oğlu Tərtər çayının sözügedən kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.
Dünən, 10:14
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür


Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərib. 1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu.
Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Dahi rəhbərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. Ümummilli Liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.
Ana dilimizi qorumaq üçün mühüm addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” 2004-cü il 14 yanvar tarixli, “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” 2007-ci il 30 dekabr tarixli sərəncamları ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqinə imkan yaradıb.
Azərbaycan Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Xatırladaq ki, 2024-cü il sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil edilən “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası olub. İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirib. Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Ortaq Türk Əlifbası türk xalqları arasında yazılı ünsiyyəti və ortaq mədəni inteqrasiyanı gücləndirmək məqsədilə hazırlanıb. Bu əlifba əsasən latın qrafikasına əsaslanır və müxtəlif türk dillərinin fonetik xüsusiyyətlərini nəzərə alaraq tərtib olunub.
Dünən, 10:07
Arif Babayev vəfat etdi


Arif Babayev vəfat etdi

Xalq artisti Arif Babayev dünyasını dəyiyişib.
Xanəndə bu gün səhər saatlarında vəfat edib.
O, iyulun 23-də kəskin tənəffüs çatışmazlığı diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı Mərkəzi Klinikaya təxliyə edilib.
"Bu gün səhər saat 06:30 radələrində xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hər tərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat etmişdir. Mərkəzi Klinikanın kollektivi xalqımıza və mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verir", - klinikadan bildirilib.
Arif Babayev 1938-ci ildə Ağdamın Sarıhacılı kəndində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.
1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.
1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konnservatoriyanın Muğam kafedrasına rəhbərlik edib. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!