Xankəndidə atəşfəşanlıq - FOTO .....                        Avtobus bir göz qırpımında idarəetməni itirdi... .....                        36 yaşlı qadın qətlə yetirildi - Şübhəli həyat yoldaşıdır .....                        Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert - FOTO .....                        Bakıdakı yarışın qalibi bəlli oldu .....                        Naxçıvanda avtobus qəzası: yaralı sayı 16-dır - YENİLƏNİB .....                        Keçmiş səfirə yeni vəzifə verildi .....                        Azərbaycanlı general Serbiyadakı paradda .....                        İlham Zəkiyev Avropa çempionu oldu .....                       
28-08-2025, 18:39
Məktəblərdə yeni dərsliklər olunacaq


Məktəblərdə yeni dərsliklər olunacaq

Yeni tədris ilində ümumtəhsil müəssisələrində Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan yeni dərsliklər tədris olunacaq.
Bu barədə Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.
Xəbərdə bildirilir ki, ARTİ tərəfindən hazırlanan yeni dərsliklər ümumtəhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, müasir təlim yanaşmalarının tətbiqi və şagirdlərin biliklərinin daha sistemli formalaşdırılması məqsədini daşıyır.
2025-2026 -cı tədris ilində istifadəyə veriləcək yeni dərsliklər aşağıdakılardır:

8-ci sinif – Kimya, Fizika, Biologiya (Azərbaycan və rus bölməsi üçün)

7-ci sinif – Coğrafiya (Azərbaycan və rus bölməsi üçün)

6-cı sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili)

3-cü sinif – Həyat bilgisi (azərbaycan və rus bölməsi üçün)

Yeni kurikulumlar əsasında yeni dərsliklərin hazırlanması prosesi bu il də davam edir.
Yeni kurikulumlar əsasında hazırlanan aşağıdakı dərsliklər isə ilkin sınaq məqsədilə pilot siniflərdə istifadəyə veriləcək:

9-cu sinif – Kimya, Fizika, Biologiya, Coğrafiya

8-ci sinif – Coğrafiya, Riyaziyyat, Azərbaycan dili (tədris dili)

7-ci sinif – Riyaziyyat, Azərbaycan dili (tədris dili), Математика, Azərbaycan dili (dövlət dili), Game changer (ingilis dili),

4-cü sinif – Həyat bilgisi

Məlumatda o da bildirilir ki, bu ildən etibarən tədrisi digər dillərdə aparılan 5-ci və 6-cı siniflərdə “Azərbaycan tarixi” fənni Azərbaycan dilində tədris ediləcək.
28-08-2025, 18:32
Rusiyanın atdığı raket səfirliyimizin YANINA DÜŞDÜ


Rusiyanın atdığı raket səfirliyimizin YANINA DÜŞDÜ

Dünən Rusiyanın Ukrayna paytaxtı Kiyevə atdığı raketlərdən biri Azərbaycanın Kiyevdəki səfirliyinin 100 metrliyinə düşüb.
Bu barədə ukraynalı jurnalist Denis Kazanski öz "X" hesabında paylaşım edib.
O, zərbənin nəticələrini əks etdirən foto paylaşıb.
"Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini vurub, lakin bir az yan keçib. Raket binadan təxminən 100 metr aralıya düşüb. Daha əvvəllər ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdılar. İndi açıq şəkildə səfirliyə terror hücumlarına keçiblər", - deyə o yazıb.
Düşən raketin yanğına və güclü partlamaya səbəb olduğu məlum olub.
Məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi də təsdiq edib.
Qeyd edilib ki, raketlərdən biri ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib.
"Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir", - məlumatda deyilir.
28-08-2025, 17:47
Rusiya Kiyevi raketlə vurdu - Azərbaycanlı həlak oldu


Rusiya Kiyevi raketlə vurdu - Azərbaycanlı həlak oldu

Rusiya ordusunun avqustun 28-də Kiyevə endirdiyi raket zərbələri nəticəsində həlak olanlar arasında bir azərbaycanlı da var.
Ukrayna paytaxtının Xarkovsk rayonunda, beşmərtəbəli binanın dağıntılarının altından azərbaycanlının meyiti çıxarılıb.
Raket zərbələri nəticəsində ölən əslən Bakıdan 60 yaşlı Zəkiyev Ramiz olduğunu müəyyən edilib.
28-08-2025, 17:36
87 yaşlı anasını yaraladı, özünü öldürdü


87 yaşlı anasını yaraladı, özünü öldürdü

Sabirabad sakini anasını güllələyərək yaralayıb, özünü isə öldürüb.
Hadisə Sabirabad rayonunun Nizami kəndində baş verib.
Həmin kəndin 1970-ci il təvəllüdlü sakini İsayev Malik Xanlar oğlu 1938-ci il təvəlüdlü anası, Nizami kənd sakini Hüseynova Səbiyyə Astan qızına arxadan ov tüfəngi ilə atəş açaraq yaralayıb. Daha sonra özünü güllələyərək öldürüb.
S.Hüseynova Şirvan xəstəxanasına çatdırılaraq əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.
28-08-2025, 17:14
Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşdü - FOTO


Ərdoğan Azərbaycan millisinin futbolçuları ilə görüşdü - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qadınlardan ibarət “Yüksekovaspor” komandasını qəbul edib.
Görüşdə bu komandada çıxış edən Azərbaycan millisinin futbolçuları Vüsalə Seyfəddinova, Vüsalə Hacıyeva, Jalə Məhsimova və Aytac Şərifova da iştirak ediblər. Kluba yeni transfer olunan Sevinc Cəfərzadə isə heyətə gec qoşulduğu üçün görüşə qatıla bilməyib.
Qeyd edək ki, “Yüksekovaspor” ötən mövsüm 1-ci liqanın qalibi kimi Superliqaya yüksəlib.



28-08-2025, 17:03
ABŞ 10 mindən çox azərbaycanlıya viza verib - RƏSMİ


ABŞ 10 mindən çox azərbaycanlıya viza verib - RƏSMİ

ABŞ oktyabrın 1-dən etibarən viza rüsumlarını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır. Turist vizası üçün müraciət haqqı 135 faiz artaraq 185 dollardan 435 dollara qaldırılıb.
Konqresin Büdcə Ofisi yeni ödənişlərlə illik 2,7 milyard dollar əlavə gəlir əldə etməyi hədəfləsə də, turizm sektorunun nümayəndələri 29 milyard dollara qədər itki gözləyir.
Tələbə və mübadilə proqramı vizaları (F, J, M) və iş vizaları (H-1B, L-1, O-1) daxil olmaqla bir çox kateqoriyalarda viza ödənişləri bahalaşacaq.
ABŞ-yə bütün dünya ölkələrindən olduğu kimi Azərbaycandan da getmək istəyənlərin sayı kifayət qədərdir.
ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib ki, ötən il 10 867 nəfər azərbaycanlıya qeyri-immiqrasiya vizası verilib.
“2024-cü maliyyə ilində (1 oktyabr 2023-cü il -30 sentyabr 2024-cü il) Azərbaycan vətəndaşlarına 10 867 qeyri-immiqrasiya vizası verilib”, - Səfirlikdən qeyd edilib.
28-08-2025, 16:19
Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi


Prezidentin bu sözləri rus təbliğatçılarını “dəli” etdi

Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə" kanalına müsahibəsi Rusiya mediasında geniş rezonans doğurub. Dövlət başçısının 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin rus ordusu tərəfindən “işğal edildiyini” deməsi Rusiyanın bəzi dairələrinin diqqətini çəkib.
İlham Əliyev bildirib ki, 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il yaşayıb və 1920-ci ilin aprelində rus ordusu ölkəyə daxil olaraq işğal edib:
“1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi”.
İlham Əliyev, həmçinin qeyd edib ki, bu gün Azərbaycanda bir nəfər də rus hərbçisi yoxdur və münasibətlərin gərginləşməsi Bakının günahı deyil.
Rusiyanın aparıcı KİV-ləri açıqlamaya emosional yanaşıb. RBC, Vzglyad, Life.ru və Pravda.ru müsahibənin bu hissəsini xüsusilə dərc edib. Qəzet və saytların şərhlərində Bakının “işğal” ifadəsini işlətməsi “isterika” ilə qarşılanıb. Həmçinin, Rusiyanın propoqandası ilə məşğul olan ekspertlər narazılıq ifadə ediblər.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, rusların bu ifadəyə təəccüblənməsi özü təəccüblüdür: “İşğala işğal deməyə təəccüblənmələri təəccübləndirir”.
Siyasi şərhçi Fuad Çıraqov isə vurğulayıb ki, Həmin dairələr nədənsə ölkə başçısının FOX TV-yə müsahibədə "Rusiya təyyarəni qəsdən vurmadı" deməsini münasibətləri düzəltmək üçün xoş niyyət və addım kimi görmədilər. Bəli, bilərəkdən olmadı, amma ehtiyazlıqdan olan cinayətin belə öz məsuliyyəti var. Bu cür pis münasibətlər milli maraqlarımıza uyğun deyil, amma hər şeyin öz yeri, mizanı, adı var. Hər şeyi də öz adı ilə çağırmaq lazımdır. İki ölkə arasında münasibətlər yaxşı, qarşılıqlı faydaya, hörmətə əsaslanan və sağlam olmalıdı. Görünür ki, bizim yaxşı münasibətlərin tərifi ilə post-imperiya travmalı qafaların yaxşı münasibətlərə verdiyi tərif başqadı. İşğala işğal deyilməyən və travmalı qafaların istədiyi "yaxşı" münasibətlər iki suveren müstəqil dövlətin münasibəti olmur, bu olur SSRİ-2. Hər şeyin öz adı var, necə deyərlər sazan ayrı, fazan ayrı, işğal faktı tarix kimi ayrı, münasibətlərin yaxşı olması ayrı. O qədər keçmiş koloniyaların bu gün öz metropoliyaları ilə gözəl münasibətləri var ki, baxın, öyrənin nümunə götürün. Ermənilər kimi "Azərbaycan olmayıb, Lenin yaradıb" ifadəsini tutuquşu kimi təkrarlanması isə ümumiyyətlə heç cür kömək etmir, insanları daha da bu münasibətlərin yaxşı ola bilməsi ilə bağlı skeptisizmə aparır",
28-08-2025, 16:09
Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək


Zorakılıq edilən azyaşlılar körpələr evinə yerləşdiriləcək

Ağdamda valideynlərinin zorakılığa məruz qoyduğu azyaşlının kiçik qardaşı da körpələr evinə yerləşdiriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən (SXA) bildirilib.
Məlumata görə, SXA-nın əməkdaşları hər iki uşağın vəziyyəti ilə yaxından maraqlanır və azyaşlıların mənafeyinə uyğun addımların atılması məqsədilə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə iş aparırlar.
"Hazırda Respublika Neyrocərrahiyyə Xəstəxanasında müvafiq tibbi xidmətlər göstərilən azyaşlının müalicə və müayinələri bitdikdən sonra onun körpələr evinə yerləşdirilməsi nəzərdə tutulub.
Həmçinin onun qardaşı, 2024-cü il təvəllüdlü və hazırda Ağdam Rayon Mərkəzi Xəstəxanasında həkimlərin müşahidəsi altında saxlanılan digər azyaşlı da Bakı şəhərinə gətirilərək Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq körpələr evinə yerləşdiriləcək", - deyə əlavə edilib.
28-08-2025, 16:00
Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ


Azərbaycanda xüsusi təhsil ləğv edilir? - RƏSMİ

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün nəzərdə tutulan xüsusi təhsilin ləğv edilməsi ilə bağlı iddialar əsassızdır.
Bu bardədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "report"a məlumat verilib.
Məlumat verilib ki, xüsusi təhsildə təhsilalanların sayı cari vəziyyətdə 11 881 nəfər şagirdir. Həmin şagirdlər dövlət tərəfindən təlim vasitələri ilə (yemək, geyim, ayaqqabı, zəruri avadanlıq və fərdi texniki vasitələrlə və s.) təmin edilir.
Sağlamlıq imkanları məhdud şagirdlər üçün bir sıra ümumi təhsil müəssisələrində xüsusi siniflər də fəaliyyət göstərir. İnklüziv təhsilə cəlb edilən şagirdlərin sayı cari vəziyyətdə 333 nəfər təşkil edir. 2025-ci ildə artıq Bakı şəhərində və bölgələrdə 67 məktəbdə inklüziv təhsil həyata keçirilir.
2025-2026-cı il tədris ilində daha 24 müəssisəsədə (Bakı şəhəri üzrə-11, regionlar üzrə-13) inklüziv təhsil həyata keçiriləcək.
28-08-2025, 15:55
Rusiya Azərbaycandan sonra Türkiyənin şirkətini də hədəfə aldı


Rusiya Azərbaycandan sonra Türkiyənin şirkətini də hədəfə aldı

Rusiya ordusunun ötən gecə Ukraynanın paytaxtı Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Həyatını itirənlərdən 4-ü azyaşlıdır, 40-dan çox adam yaralanıb.
Ukrayna hakimiyyətinin verdiyi məlumata görə, şəhərin Darnitski rayonunda beşmərtəbəli yaşayış binasının bütöv bir hissəsi birbaşa zərbə nəticəsində dağılıb.
Səlahiyyətlilər dağıntılar altında insanların qaldığını bildirir. Daxili İşlər Nazirliyinin məlumatına görə, bir neçə nəfər hələ də itkin düşmüş hesab edilir.
Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenkonun sözlərinə görə, gecə hücumu zamanı bir neçə növ silahdan istifadə edilib: “Şahid” pilotsuz uçuş aparatları, ballistik raketlər, qanadlı raketlər və “Kinjal” raketləri.
“Türkiye Gazetesi”nin məlumatına görə, Kiyevdə inşa edilən və fəaliyyətə başlamaq üzrə olan Türkiyənin “Bayraktar” zavodu da raket atəşinə məruz qalıb.
Bildirilib ki, zavoda iki raket zərbəsi dəyib, milyonlarla dollarlıq investisiyaya ciddi zərər vurulub.
Avropa İttifaqının Kiyevdəki nümayəndəliyinin binasına da ziyan dəyib. “Mən bu qəddar hücumları qətiyyətlə pisləyirəm və bu, Rusiyanın sülhü rədd etdiyini və terroru seçdiyinin əyani sübutudur”, - Aİ-nin genişlənmə üzrə Avropa komissarı Marta Kos bildirib. "British Council" şirkətinin ofisinin yerləşdiyi binaya da ziyan dəyib.
"Rusiyanın bu raketləri və dronları bu gün dünyada həftələr və aylar boyu atəşkəs və real diplomatiya çağıran hər kəsə açıq cavabdır. Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir", - Ukrayna prezidenti Vladimir Zelenski bildirib. O, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə hücuma cavab verməyə çağırıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Ukraynada Azərbaycanın SOCAR şirkətinin obyektlərinə də zərbə endirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!