Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
27-08-2025, 16:11
Bu şəxs 30 min manatadək cərimələnə bilərlər - XƏBƏRDARLIQ


Bu şəxs 30 min manatadək cərimələnə bilərlər - XƏBƏRDARLIQ

"Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir".
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova səsləndirib.
Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir:
"Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər".
T.Həsənova qeyd edib ki, belə hallarda plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır:
"Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş AEM əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir.

Yoxlama nəticəsində qanunsuz tibbi fəaliyyət təsdiqlənərsə:

- Fiziki şəxslərə 2 000 - 3 000 manat,

- Vəzifəli şəxslərə 5 000 - 10 000 manat,

- Hüquqi şəxslərə isə 20 000 - 30 000 manat cərimə nəzərdə tutulur.

Cərimənin tətbiqi barədə protokol məhkəməyə göndərilir və yalnız məhkəmənin qərarından sonra qüvvəyə minir".
T.Həsənova sonda qeyd edib ki, əgər həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir. Bundan sonra məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir:
"İnsan sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluqda araşdırılır".
27-08-2025, 15:36
Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib


Azərbaycanda 2700-dən artıq qadın 20 yaşına çatmamış abort etdirib

Azərbaycanda ötən 78 mindən artıq qadın aborta məruz qalıb.
Bu barədə məlumatı Dövlət Statistika Komitəsindən məlumat verilib.
Abort etdirən qadınların yarısı gəncdir (15-29 yaş).
Onlardan 2700-dən çoxunun yaşı 20-dən az olub. Məlumata görə, 15-17 yaşında olan 72 qadın, 18-19 yaşında olan 2679 qadın abort elətdirib.
27-08-2025, 14:45
MİQ-də vakansiya seçimi: 1300-dən çox namizəd müəllim işləyəcək


MİQ-də vakansiya seçimi: 1300-dən çox namizəd müəllim işləyəcək

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 22-25 avqust tarixlərində keçirilmiş vakansiya seçimində 1305 namizəd uğur qazanaraq müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib.
Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
27-08-2025, 14:20
Putinlə İlham Əliyev Çində görüşəcək? - Kremldən cavab


Putinlə İlham Əliyev Çində görüşəcək? - Kremldən cavab

31 avqust-1 sentyabr tarixlərində Çinin şimalında, Tyantszin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Çin lideri Si Cinpin ŞƏT Dövlət Başçıları Şurasının 25-ci iclasına və ŞƏT Plus iclasına sədrlik edəcək.
Sammit çərçivəsində Si Cinpin liderlər üçün rəsmi nahar verəcək və iştirak edən liderlərlə ikitərəfli görüşlər keçirəcək. Rusiya Prezidenti Vladimir Putin, BMT Baş katibi Antonio Quterreş, Hindistanın Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pezeşkian və Malayziya Baş naziri Anvar İbrahim tədbirə qatılacağı təsdiqlənən adlar arasındadır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan da sammitə dəvət olunub. Paşinyan iştirakını təsdiləyib, İlham Əliyev isə aprel ayında sammitə dəvəti qəbul edib.
Kremlə Azərbaycan və Rusiya prezidentlərinin sammit çərçivəsində görüşüb-görüşməyəcəyi ilə bağlı sual ünvanlanıb.
Kremlin mətbuat katibi Dmitri Peskov görüşün mümkünlüyünü şərh etməyib və Putinin ikitərəfli görüşlər qrafikinin hələ hazırlanma mərhələsində olduğunu bildirib.
"Biz indi ikitərəfli görüşlərin qrafikini hazırlayırıq, onu çinli dostlarımızın təşkil edəcəyi tədbirlərə uyğunlaşdırmaq lazımdır, bu iş tamamlandıqdan sonra sizi məlumatlandıracağıq", - o qeyd edib.
27-08-2025, 14:02
Kəlbəcərdə şagirdlər bu məktəbdə oxuyacaq - RƏSMİ


Kəlbəcərdə şagirdlər bu məktəbdə oxuyacaq - RƏSMİ

Kəlbəcər şəhəri Bəhmən Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin sentyabr ayından işğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyətə başlaması nəzərdə tutulub.
Bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, məktəb 108 nəfər şagird yerlik olmaqla modul tipli binada fəaliyyətə başlayacaq.
Kəlbəcərə köç edən şagirdlər təhsillərini bu modul tipli binada davam etdirəcəklər.
Xatırladaq ki, hazırda Kəlbəcərdə yeni məktəb tikilir. Bu barədə Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı bildirib. Məktəbin gələn il istifadəyə verilməsi nəzərdə tutulub.
27-08-2025, 13:55
Azərbaycan Rusiya helikopterini niyə vurmuşdu? - Prezident detalları AÇIQLADI


Azərbaycan Rusiya helikopterini niyə vurmuşdu? - Prezident detalları AÇIQLADI

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsinin sonuncu günündə sərhəddə vurulan rus helikotperindən danışıb.
Dövlət başçısı Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, müharibənin sonuncu günündə - noyabr ayının 9-da Azərbaycan öz sərhədinə yaxınlaşan rus helikopterini təsadüfən vurdu, halbuki o, orada olmalı deyildi.
"Çünki otuz il ərzində rus helikopterləri Ermənistan ərazisindən Azərbaycan sərhədinə heç vaxt yaxınlaşmamışdı. O, Ermənistandan uçaraq gəlirdi. Helikopteri vuranlar üçün açıq-aydın idi ki, Ermənistan helikopteri ərazimizə daxil olur, ona görə də onlar onu vurdular. Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular", - Prezident qeyd edib.
İlham Əliyev vurğulayıb ki, Rusiya tərəfindən belə addımların atıldığını görmədik:
"Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik. Bəli, bu, xalqımızı məyus edib, qəzəbləndirib və qəmginliyə salıb. Biz gözləyirik, gec və ya tez istintaq başa çatacaq. Lakin sonra Rusiyada azərbaycanlılara qarşı səbəbsiz hücumlar başladı. İki insan qətlə yetirilmişdir və işgəncələrə məruz qalmışlar. Sonra da rəsmi məlumata görə, onların ürək tutmasından öldüyü bildirildi. Hətta onlar deyilənlərə görə, 20 il bundan əvvəl cinayət törədiblərsə, onlar insandırlar, onlarla belə davranılmamalıdır. Bu, nə münasibətdir? Onların sırasında Azərbaycan vətəndaşları, Azərbaycan mənşəli Rusiya vətəndaşları da var idi. Bu, bizim xalqımıza qarşı misli görünməmiş hərəkət idi. Münasibətlərin korlanmasına görə məsuliyyət bizim üzərimizə düşmür. Biz yalnız konstruktiv və hüquqi şəkildə cavab veririk, lakin heç vaxt bizə qarşı təcavüz əlamətlərinə və təzahürlərinə, yaxud hörmətsizliyə dözməyəcəyik".
27-08-2025, 13:51
Rusiya Dnepr şəhərinə daxil olub - Ukrayna TƏSDİQLƏDİ


Rusiya Dnepr şəhərinə daxil olub - Ukrayna TƏSDİQLƏDİ

Ukrayna Silahlı Qüvvələri Rusiyanın ölkənin əsas sənaye bölgələrindən biri olan Dnepr şəhərinə daxil olduğunu rəsmən təsdiqləyib.
Dnepr Operativ-Strategiya Qrupunun nümayəndəsi Viktor Trehubov BBC-yə açıqlamasında bunun bölgəyə indiyədək edilən ən böyük hücum olduğunu bildirib.
O, rus qoşunlarının bir baza qurmağa cəhd etdiyini, lakin irəliləyişlərinin dayandırıldığını da qeyd edib.
Rusiya hələ iyunun əvvəlindən Dneprə hücum etdiyini açıqlasa da, Kiyevdən verilən son məlumatlar hücumun yalnız regional səviyyədə irəlilədiyini göstərir.
Ekspertlərə görə, Rusiyanın Dneprə doğru irəliləməsi Ukrayna üçün psixoloji zərbə ola bilər. ABŞ-ın rəhbərliyi ilə aparılan diplomatik səylər davam etsə də, prezident Donald Trampın Alyaskada Vladimir Putinlə görüşündən sonra da proseslərin zəiflədiyi müşahidə olunur.
Rusiya son aylarda ağır itkilərə baxmayaraq Donetsk istiqamətində də müəyyən uğurlar əldə edib. Dneprə doğru addımlar isə müharibənin növbəti mərhələsinə işarə kimi qiymətləndirilir.
27-08-2025, 13:23
Qaz və işıq limitləri ləğv olunsun! - Deputat


Qaz və işıq limitləri ləğv olunsun! - Deputat

Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq. Bu, Milli Məclisdə qəbul edilən "Qaz təchizatı haqqında" və "Elektroenergetika haqqında" qanunlarda öz əksini tapıb.
Sözügedən qanunlara əsasən, istehlakçılar qaz və elektrik enerjisi təchizatı sisteminə qoşulan bütün sayğaclara görə aylıq 1 manat sabit tarif ödəməli olacaqlar. Yəni qaz və elektrik enerjisi işlətdin-işlətmədin sabit tarifi aybaay ödəmək lazım gələcək. Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi gündəmə gələ bilərmi?
Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib.
Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.
Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200 - 2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov bildirib ki, "Elektroenergetika haqqında" və "Qaz təchizatı" qanunları dövlət başçısının fərmanı ilə təsdiq olunub:
“Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq”.
Deputat qeyd edib ki, buna baxmayaraq, sabit tarifin tətbiqi heç də aylıq limitlərin ləğvi kimi başa düşülməməlidir:
“Qaz və işıq üçün limitlər qüvvədədir və abonentlər istifadə etdiyi enerjinin həcmindən asılı olaraq müəyyən limitlər çərçivəsində müəyyən olunmuş tariflə borcunu ödəyəcəklər. Amma çox istəyərdik ki, limitlər ləğv olunsun və bütün vətəndaşlar üçün məqbul orta bir tarif müəyyənləşsin. Bu da limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar”.
27-08-2025, 12:46
Xocalının Ballıca kənd sakinlərinə sertifikatlar verilib


Xocalının Ballıca kənd sakinlərinə sertifikatlar verilib - FOTO

Xocalı rayonunun Ballıca kəndinə qayıdan keçmiş məcburi köçkünlərin təsərrüfat fəaliyyəti ilə məşğul olmaları üçün yeni imkanlar yaradılır.Artıq kənd sakinlərinə əkin təyinatlı torpaqların icarəyə verilməsi prosesi başlanıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sakinlərin elektron müraciətlıri əsasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən maarifləndirici təlimlər keçirilib. Onlara səmərəli təsərrüfatçılıq üçün tövsiyələr verilib. Təlimlərdə yüksək nəticə göstərən 104 nəfərə sertifikat təqdim olunub.Ballıca kəndində keçirilən tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Xankəndi, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak edib. Çıxış edənlər bildiriblər ki, Ballıca və Xanyurdu kəndlərində ümumilikdə 552 hektar əkinə yararlı torpaq sahəsi ayrılıb. Bu torpaqlar mərhələlərlə, hər ailəyə 5 hektar olmaqla, sakinlərin istifadəsinə veriləcək.

Uzun illər həsrətindən sonra torpaqlarına qayıdan sakinlər artıq öz zəhmətləri ilə doğma yurdlarını daha da gözəlləşdirəcək, kənd təsərrüfatını inkişaf etdirərək bölgənin iqtisadi həyatına yeni nəfəs verəcəklər. Qeyd edək ki, bugünədək 123 Ballıca kənd sakini Kənd Təsərrüfatı Nazirliyinə elektron müraciət edib.






27-08-2025, 12:19
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər Lənkəran-Astara zonasının bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!