Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
Bu gün, 14:20
Ağdərənin Vəngli kəndinə növbəti köç oldu


Ağdərənin Vəngli kəndinə növbəti köç oldu - FOTO

Oktyabrın 30-da Ağdərənin Vəngli kəndinə növbəti qayıdış oldu.Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bugünkü köç mərhələsində 38 nəfərdən ibarət 9 ailə kəndə dönüb.Kənddə keçmiş məcburi köçkünlər üçün zəruri infrastruktur tam bərpa olunub. Su, qaz, elektrik enerjisi və internet xidməti fasiləsiz şəkildə təmin edilib. Həmçinin yeni məktəb binası istifadəyə verilib və təhsil müəssisəsində dərs prosesi üçün bütün şərait yaradılıb.
Kənddə həyata keçirilən son mərhələ ilə birlikdə Ağdərənin Vəngli kəndində daimi məskunlaşanların ümumi sayı 329 nəfərə çatıb.







Bu gün, 14:00
dalanda “Qərbi Azərbaycan həqiqətləri”   mövzusunda bilik yarışı keçirilib


Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri”

mövzusunda bilik yarışı keçirilib


Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qərbi Azərbaycan İcmasının Abşeron bölməsinin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə rayonun ümumtəhsil məktəbləri arasında Qərbi Azərbaycan həqiqətləri mövzusunda bilik yarışı keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova bildirib ki, regionlarda gənclərlə keçirilən bu kimi maarifləndirici tədbirlər Qərbi Azərbaycanla bağlı tarixi faktların gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışan G.Rəhimova Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycana qayıdış məsələsinə xüsusi önəm verdiyini vurğulayaraq qeyd edib ki, bu gün Ulu Öndərin siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz möhtəşəm Zəfər qazanaraq öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Onun sözlərinə görə, üçrəngli dövlət bayrağımız artıq əzəli və əbədi torpaqlarımızda, işğaldan azad olunan ərazilərdə qürurla dalğalanır, Qarabağ sürətlə bərpa olunur, soydaşlarımız doğma ata-baba yurdlarına qayıdırlar.
Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin sədri Bilman Vəliyev çıxışında bildirib ki, İcma tərəfindən yüz minlərlə Qərbi azərbaycanlının hüquqlarının bərpası və onların doğma torpaqlarına – ata-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirilir. O vurğulayıb ki, bu məqsədyönlü və əzmkar fəaliyyət nəticəsində Qərbi azərbaycanlıların haqlı mübarizəsi bu gün təkcə dünya azərbaycanlıları deyil, həm də bir çox xarici ölkələrin vətəndaşları tərəfindən dəstəklənir.

Tədbirdə həmçinin Qərbi Azərbaycan İcmasının Abşeron rayon nümayəndəliyinin gənclərlə iş üzrə məsul şəxsi Heydər Vəliyev və Uşaq Səfirlər Məclisinin Abşeron rayonu üzrə nümayəndəsi Ayxan Abbaszadə çıxış ediblər. Onlar Azərbaycanın tarixi və Qərbi Azərbaycan İcmasının fəaliyyəti barədə gənclərə ətraflı məlumat verərək, tariximizin qorunmasında və nəsildən-nəslə ötürülməsində gənclərin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar.
Bilik yarışında Abşeron rayonunun müxtəlif ümumtəhsil məktəblərini təmsil edən şagirdlər Qərbi Azərbaycanın tarixi, mədəni irsi və ədalətli qayıdış ideyası barədə biliklərini nümayiş etdiriblər. Yarışın qalibləri təşkilatçılar tərəfindən sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.




Bu gün, 11:51
“MAHİRƏ NAĞIQIZI – 65” MONOQRAFİYA NƏŞR OLUNUB


“MAHİRƏ NAĞIQIZI – 65”

MONOQRAFİYA NƏŞR OLUNUB


“Yazarlar” jurnalının baş redaktoru şair, publisist Zaur Ustacın Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor, eyni zamanda tanınmış şair Mahirə Nağıqızının (Hüseynova) anadan olmasının 65 illik yubileyi münasibətilə “Mahırə Nağıqızı - 65” (monoqrafiya) adlı yeni kitabı işıq üzü görüb.
Butov.az xəbər verir ki, kitab nəfis tərtibatla Mahirə Nağıqızının yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.
“Yazarlar” jurnalının həyata keçirdiyi “Mahirə Nağıqızı - 65” layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas – tənqidçi Qurban Bayramov, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.

Birincisi “Giriş”, sonuncusu “Yekun” olmaqla 6 fəsildən ibarət olan kitabda Zaur Ustacın Mahirə Nağıqızının bayatıları, şeirləri, hekayələri və məqalələri haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr Mahirə Nağıqızının yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Kitab həm mütəxəsislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Monoqrafiya ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.
Bu gün, 00:55
Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ


Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işləri başlayır.
Söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir. Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.
Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.
Qeyd olunub ki, sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.
Qeyd edək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.
Dünən, 23:38
Gənc oğlan idman zalında vəfat etdi


Gənc oğlan idman zalında vəfat etdi

Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.
2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.
Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Dünən, 22:44
Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü


Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

Bakıdakı Heydər Əliyev Mərkəzi 29 oktyabr - Türkiyə Respublikası Günü ilə əlaqədar bu ölkənin dövlət bayrağının təsviri ilə işıqlandırılıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.
"Qardaş Türkiyəni Cümhuriyyət Günü münasibətilə təbrik edirik. Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzi üzərində Türkiyə bayrağının işıqlandırılması qardaşlığımızın növbəti bir nümunəsidir", - o qeyd edib.
Dünən, 22:37
Bələdiyyə sədri əməliyyat zamanı öldü


Bələdiyyə sədri əməliyyat zamanı öldü

Cəlilabad rayonunda vəzifəli şəxs ölüb.
Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd bələdiyyəsinin sədri Əmrah Quliyev 66 yaşında həyatını itirib.
Onun Masallı rayonunda yerləşən xəstəxanaların birində əməliyyat olunan zaman öldüyü bildirilir.
Dünən, 22:28
Suriya Kosovonu tanıdı


Suriya Kosovonu tanıdı

Suriya Kosovonu müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını elan edib.
Bu barədə ölkənin keçid hökumətinin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Suriya Ərəb Respublikası Kosovonu müstəqil və suveren dövlət kimi rəsmi olaraq tanıdığını bəyan edir. Dəməşq Kosovo Respublikası ilə diplomatik münasibətlərin tezliklə qurulmasını və ikitərəfli əməkdaşlığın inkişafını səbirsizliklə gözləyir", - bəyanatda deyilir.
Dünən, 21:27
Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib


Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – RespublikaGünü münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş tədbirdə çıxış edib.
Spiker Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb və tədbir iştirakçılarını və bütün Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə ürəkdən təbrik edib.
Milli Məclisin Sədri çıxışında müasir Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürk dərin ehtiramla xatırlayaraq qeyd edib ki, Böyük Atatürkün respublika quruluşu, dünyəvi dövlətçilik və demokratik dəyərlər haqqında ideyaları qardaş Türkiyə Respublikasının davamlı inkişafının təməlində dayanır.
Sahibə Qafarova vurğulayıb ki, müasir dövrün böyük siyasi və dövlət xadimi, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Bu gün qardaş ölkəmiz yeni beynəlxalq münasibətlər sisteminin cizgilərini müəyyən edən dövlətlər arasında aparıcı yer tutur. Türkiyə müstəqil və çoxvektorlu xarici siyasəti ilə məsuliyyət, prinsipiallıq və uzaqgörənlik nümunəsi göstərir.
Spiker diqqətə çatdırıb ki, Yaxın Şərqdən başlamış Şərqi Avropayadək bir sıra böhranlı regionlarda Türkiyənin göstərdiyi səylər sülhə və dialoqa xidmət edir, bütün dünyada dərin hörmət və rəğbət doğurur.Türkiyənin diplomatiyası çeviklik və müdrikliyin rəmzi, səsi isə sülh, sabitlik və ədalətin sədasıdır.
Milli Məclisin sədri qeyd edib ki, Türk xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi iqtisadiyyat, elm, texnologiya, müdafiə sənayesi və digər sahələrdə heyrətamiz uğurların əldə edilməsinə gətirib çıxarıb. Qardaş ölkə bu gün dünyanın ən böyük iqtisadiyyatları sırasında layiqli yer tutur, strateji sahələrdə mühüm layihələr həyata keçirir. Türkiyə qitələri birləşdirən enerji, nəqliyyat və logistika marşrutlarının əsas mərkəzinə çevrilib.
Sahibə Qafarova bildirib ki, Türkiyə gələcəyə inamla baxan, milli dəyərlərə sadiq və yeniliyə açıq ölkədir. Türkiyənin təcrübəsi sübut edir ki, dövlətin gücü yalnız iqtisadi və hərbi imkanlar ilə deyil, həm də mənəvi məsuliyyəti, qurub-yaratmaq və müdafiə etmək qabiliyyəti ilə ölçülür.
Spiker vurğulayıb ki, qardaş ölkənin uğurlarına Azərbaycanda öz uğurlarımız kimi sevinirik. Ulu Öndər Heydər Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla Türkiyə “bir millət, iki dövlətdir”. Ölkələrimizin dostluq və qardaşlıq münasibətləri ortaq köklərimizdən və milli-mənəvi dəyərlərimizdən güc alır, qarşılıqlı hörmət və etimada əsaslanır.
O, qeyd edib ki, Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldib. Müxtəlif sahələrdə iş birliyimiz dostluq və qardaşlıq münasibətlərimizi daha da möhkəmləndirir, xalqlarımızın rifahına və tərəqqisinə xidmət edir. Birgə strateji layihələrimiz Cənubi Qafqaz bölgəsinin sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə deyilsə, “dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı olsun”.
Milli Məclisin Sədri vurğulayıb ki, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə daim eyni mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatında birgə fəaliyyət isə türk birliyinin möhkəmlənməsinə dəyərli töhfələr verir.
Sahibə Qafarova bildirib ki, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını xalqımız heç zaman unutmayacaq. Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün Türkiyənin verdiyi siyasi və mənəvi dəstək, Türk xalqının tutduğu qəti mövqe Azərbaycan torpaqlarının işğalına son qoyulmasındaönəmli rol oynayıb.
Spiker qeyd edib ki, bu gün Türkiyə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərində və digər məsələlərdə də Azərbaycanın yanında yer alır. O, əminliklə söyləyib ki, Azərbaycanla Türkiyənin birlik və bərabərliyi qarşıdakı illərdə xalqlarımıza yeni-yeni uğurlar gətirəcək.
Sahibə Qafarova çıxışının sonunda Türkiyə xalqını bir daha Cümhuriyyət Bayramı münasibətilə təbrik edib, Türkiyənin tərəqqisi, rifahı və xoşbəxtliyi üçün ən xoş arzularını ifadə edib.

Dünən, 20:56
Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi


Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi

İranın sabiq prezidenti Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimiyə qarşı məhkəmə işi açılıb.
Məlumata görə, Faizə Haşimiyə atasının daxili qüvvələr tərəfindən öldürülməsi ilə bağlı açıqlamasından sonra məhkəmədə hüquqi iş qaldırılıb.
Hökumətyönlü media onun səsləndirdiyi fikirləri "dəqiq olmayan məlumat" kimi qiymətləndirib və Faizə Haşimi izahat vermək üçün məhkəməyə çağırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!