Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
1-10-2025, 15:58
Bu ölkələrdən Azərbaycana gələn turistlər artıb - SİYAHI


Bu ölkələrdən Azərbaycana gələn turistlər artıb - SİYAHI

2025-ci ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1720,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Gələnlərin 25,5 faizi Rusiya Federasiyası, 16,9 faizi Türkiyə, 7,8 faizi İran, 7,3 faizi Hindistan, 4,6 faizi Səudiyyə Ərəbistanı, 4,1 faizi Gürcüstan, 4,0 faizi Qazaxıstan, 3,4 faizi Pakistan, 2,4 faizi Çin, 2,2 faizi Özbəkistan, 2,1 faizi İsrail, 1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Küveyt, 1,0 faizi Belarus və 13,1 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 66,2 faizini kişilər, 33,8 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Tacikistandan gələnlərin sayı 1,9 dəfə, İsraildən - 1,7 dəfə, Yaponiyadan - 1,5 dəfə, Çindən - 1,5 dəfə, İordaniyadan - 48,7 faiz, Qırğızıstandan - 32,9 faiz, Özbəkistandan - 27,8 faiz, Qazaxıstandan - 19,4 faiz, Pakistandan - 17,2 faiz, Kanadadan - 17,1 faiz, Niderlanddan - 16,5 faiz, Almaniyadan - 15,0 faiz, ABŞ-dan - 14,5 faiz, İtaliyadan - 12,7 faiz, Böyük Britaniyadan - 10,6 faiz artıb.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 7,5 faiz artaraq 73,0 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 6,3 faiz azalaraq 287,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 6,1 faiz azalaraq 600,9 min nəfər olub, digər ölkələrdən gələnlərin sayı isə 3,5 faiz artaraq 758,8 min nəfər təşkil edib.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,0 faizi hava, 22,6 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
2024-cü ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2,7 faiz azalaraq 1419,2 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,7 faiz, İrana gedənlərin sayı 1,5 faiz artıb, Rusiya Federasiyasına gedənlərin sayı 30,0 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,4 faiz azalıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,9 faizi Türkiyəyə, 14,8 faizi Rusiya Federasiyasına, 11,0 faizi Gürcüstana, 8,8 faizi İrana, 23,5 faizi digər ölkələrə səfər edib. Gedənlərin 63,6 faizini kişilər, 36,4 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 70,5 faizi hava, 27,5 faizi dəmir yolu və avtomobil, 2,0 faizi isə dəniz nəqliyyatından istifadə edib.
1-10-2025, 15:49
Qarabağda dəmir yolu xətləri Avropa standartlarına uyğundur


Qarabağda dəmir yolu xətləri Avropa standartlarına uyğundur

Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki dəmir yolu xətləri alternativ cərəyan dartı sistemi ilə fəaliyyət göstərir, Avropa standartlarına uyğundur.
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Kommunikasiya departamentinin müdiri Turxan Əhmədov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, ADY iqlimə uyğun transformasiyaya addım-addım yanaşır: "Bu, sistemimizin bir neçə təbəqəsində addım-addım yanaşma ilə edilməlidir. Buraya infrastruktur, əməliyyatlar və rəqəmsal platformalar daxildir. İnfrastruktur tərəfdən, biz sistemlərimizi müasir AC dartı sisteminə (alternativ cərəyan dartısı sistemu) çeviririk. Bu, daha müasir, daha ekoloji cəhətdən "təmiz texnologiya"dır. Bu, texniki dəyişiklikdir, lakin o, çoxlu enerji sərfiyyatı və digər daha "təmiz elektrik" yanaşmaları təklif edir. Bu elektrifikasiya hissəsində ən vacib məqam odur ki, həm yük, həm də sərnişin xidmətlərində qalıq yanacaqlarından asılılığı azaltmaq üçün böyük potensial vəd edir".

1-10-2025, 15:27
Ərdoğan Trampı təriflədi


Ərdoğan Trampı təriflədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkədəki paylaşımında Ağ Evin rəhbərini tərifləyib. Ərdoğan deyib:
“ABŞ prezidenti cənab Trampın Qəzzada axan qanın dayandırılması və atəşkəsin yaradılması istiqamətində göstərdiyi səylər və liderlik təqdirə layiqdir”.
Ərdoğan öz yazısında Türkiyənin tərəflər üçün qarşılıqlı məqbul, ədalətli və davamlı sülhün bərqərar olmasına yönəlmiş prosesə töhfə verməyə davam edəcəyini də qeyd edib.
1-10-2025, 15:09
Muxtar Babayev Urmiya gölünün qurumasından danışdı


Muxtar Babayev Urmiya gölünün qurumasından danışdı

İranda yerləşən Urmiya gölünün quruması səbəbindən yüzminlərlə insan başqa şəhərlərə köçür.
Bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) üçüncü günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, göl və dənizlərin quruması səbəbindən onların ətraf ərazilərində yaşayan insanlar kəndlərə yox, məhz şəhərlərə üz tutur, bu da şəhərlərdə sıxlıq yaradır:
"Milyonlarla insan şəhərlərdə məskunlaşıb. Çünki artıq məşğuliyyəti itiriblər. Özbəkistan və Qazaxıstan arasında vaxtilə böyük göl olan Aralın 80 faizdən çoxu quruyub. Oradakı insanların əksəriyyəti şəhərlərə köçüb. Bu da o deməkdir ki, iqlimin neqativ təsirləri miqrasiya prosesinə gətirib çıxarır. Bu, ciddi problemdir".
M.Babayev qeyd edib ki, su daşqınları zamanı da yüzminlərlə insan köç edir: "Hətta həmin ərazilərdə yenidən həyat bərpa olunanda insanlar yenidən o ərazilərə köçmürlər. Çünki artıq yeni həyata adaptasiya olurlar. Şəhərlər böyüyür, amma insanlara göstərilən xidmət səviyyəsi artmır".
1-10-2025, 14:54
Bakıda yeni park - Prezident və xanımı açılışda iştirak etdi - FOTO


Bakıda yeni park - Prezident və xanımı açılışda iştirak etdi - FOTO

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov dövlətimizin başçısına və birinci xanıma park barədə məlumat verdi.
Bildirildi ki, yeni istirahət məkanı Əhməd bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin kəsişməsində, İtaliya-Azərbaycan Universitetinin yaxınlığında yerləşir. Ərazisi 3,5 hektar olan parkda sakinlərin istirahəti üçün söhbətgahlar, amfiteatr, tennis meydançası, uşaqlar üçün əyləncə zonaları salınıb, müasir işıqlandırma sistemi qurulub. Burada həm sakit istirahət, həm də idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılıb.
Qeyd edək ki, son illərdə Bakının siması sürətlə dəyişir. Yeni park və xiyabanların salınması, mövcud yaşıllıq və istirahət zonalarının müasir tələblərə uyğun yenilənməsi paytaxtı daha da inkişaf etdirir, onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirir.
Bakının müxtəlif yerlərində açılan yeni istirahət guşələri sakinlərin asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaratmaqla yanaşı, ekoloji mühitin yaxşılaşmasına da xidmət edir.
Yeni park isə paytaxtın "yaşıl xəritəsi”nə əlavə olunmuş daha bir məkan kimi şəhər sakinlərinin və qonaqların ixtiyarına verildi.












����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!