Gəncədə təcili yardım avtomobili qəzaya düşdü .....                        Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü .....                        Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO .....                        Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI .....                        Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                       
2-10-2025, 15:50
Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb


Bakı metrosu sentyabrda 19 milyon sərnişin daşıyıb

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni sentyabr ayında 19 965 597 nəfər sərnişin daşıyıb.
Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda intervalın 1 dəqiqə 45 saniyəyə endirilməsi nəticəsində ay ərzində metro tarixində ikinci ən böyük sərnişindaşıma göstəricisi qeydə alınıb.
Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabr olub. Belə ki, ilk dərs günündə 891 856 nəfər metrodan istifadə edib. Ən sakit gün isə 7 sentyabr tarixində qeydə alınıb. Sentyabrın 7-də metrodan istifadə edənlərin sayı 405 892 nəfər olub.

2-10-2025, 15:39
Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO


Ərdoğan uzun illər sonra Davudoğlu və Babacanla bir arada - FOTO

Ötən gün Türkiyə Böyük Millət Məclisinin yeni sessiyası münasibətilə rəsmi qəbul keçirilib.
Tədbirdə ölkə Prezidenti, AK Partiyanın sədri Rəcəb Tayyib Ərdoğan da iştirak edib.
Hökumət üzvləri, siyasi partiya liderləri, incəsənət nümayəndələri və digər rəsmilərin qatıldığı tədbirdə Ərdoğan Gələcək Partiyasının sədri Əhməd Davudoğlu və DEVA Partiyasının sədri Əli Babacanla yanaşı əyləşib.
Bundan başqa, Ərdoğanla Davudoğlu bir müddət səmimi söhbət edib. Uzun illər sonra ortaya çıxan bu görüntülər maraqla qarşılanıb.
Bildirilir ki, rəsmi qəbulda CHP sədri Özgür Özel və bu partiyanın millət vəkilləri həmçinin İYİ Partiyasının lideri Müsavat Dərvişoğlu iştirak etməyib.
Qeyd edək ki, Ə.Davudoğlu və Ə.Babacan Türkiyənin hakim partiyası AKP-nin keçmiş üzvləridir.



2-10-2025, 15:33
44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır


44 günlük müharibənin hesabatı qapalı müzakirəyə çıxarılır

“44 günlük müharibənin şəraitini araşdıran komissiyanın hesabatı Ermənistan parlamentinin plenar iclasında deyil, qapalı dinləmələrdə müzakirə olunacaq”.
Bunu parlamentin sədri Alen Simonyan bildirib:
"Qapalı dinləmələr keçiriləcək və sənəd bu formatda təqdim olunacaq. Biz indicə parlament şurasında bu məsələnin müzakirəsini aparıb müvafiq qərar qəbul etdik", - Simonyan bildirib.
Bundan əvvəl mətbuat üçün brifinq zamanı jurnalistlər parlamentin spikerinə 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatların hallarını araşdırmaq üçün yaradılmış komissiyanın hesabatının plenar iclasın gündəliyinə daxil edilib-edilməyəcəyi ilə bağlı sual veriblər.
Simonyan bildirib ki, o, komissiya sədri Andranik Köçəryanla həll yolunun tapılması və mövcud hüquqi məsələlərin aydınlaşdırılmasının zəruriliyini müzakirə edib.
Spiker hesabatın dərc edilməməsi tendensiyası ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib və qeyd edib ki, məsələ sənədin dərc edilib-edilməməsindən yox, daha çox onun təqdimat formatından gedir.
2-10-2025, 15:27
Biz bunu qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk - İlham Əliyev


Biz bunu qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk - İlham Əliyev

Prezident İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Əziz Qardaşım,

Sizi və Sizin simanızda qardaş Özbəkistan xalqını Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əlamətdar ildönümü – diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik etməkdən və ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Diplomatik əlaqələrimiz otuz illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri mövcuddur. Ortaq soy-kök, tarix, dil, mədəniyyət, dini-mənəvi dəyərlər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə – müttəfiqlik pilləsinə yüksəlməsi xüsusi məmnunluq doğurur. Keçən il imzaladığımız Müqavilə iki müstəqil, güclü, suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Azərbaycan-Özbəkistan birliyinin və tərəfdaşlığının möhkəmlənməsində və bu səviyyəyə çatmasında Sizin müstəsna rolunuzu və xidmətlərinizi xüsusi vurğulamaq istərdim.
Bu gün Özbəkistan təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkədir. Sizin qətiyyətli rəhbərliyinizlə bütün sahələrdə həyata keçirilən möhtəşəm dəyişikliklərin, sosial-iqtisadi inkişafın, ölkənin iqtisadi potensialının güclənməsinin, qlobal arenada imicinin ildən-ilə artmasının şahidi olmaqdan qardaş ölkə olaraq böyük fərəh hissi duyuruq.
Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığının gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi sevindirir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir.
Özbəkistanın beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç zaman unutmur. Sizin azad olunmuş ərazilərimizə dəfələrlə səfər etməyinizə, Füzulidə özbək xalqının böyük oğlu – Mirzə Uluqbəyin adını daşıyan məktəbin inşasına, Xankəndidə birgə tikiş müəssisəsinin yaradılmasında dəstəyinizə və ikitərəfli əlaqələrimizin dərinləşməsinə xidmət edən digər təşəbbüslərinizə görə Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Biz bunu qardaş Özbəkistanın Qarabağın bərpasına verdiyi dəstəyin, eyni zamanda həmrəyliyimizin, qardaşlığımızın parlaq rəmzi olaraq dəyərləndiririk.
İkitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində ölkələrimizin birgə fəaliyyəti təqdirəlayiqdir. Azərbaycan ilə Özbəkistan arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq uğurla davam edir. Regional və beynəlxalq məsələlərə ortaq baxışlarımız, ümumi məqsədlərimiz və istəklərimiz, o cümlədən üzləşdiyimiz çağırışların həlli istiqamətində bir-birimizə verdiyimiz dəstək xalqlarımızın maraqlarına, dövlətlərimizin mənafelərinə xidmət edir.
Hazırda Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionları vahid geosiyasi regiona çevrilməkdədir. Bu coğrafi müstəvidə gedən müsbət proseslərdə, əlbəttə ki, Azərbaycan ilə Özbəkistan arasında möhkəm əlaqələrin və səmərəli əməkdaşlığın mühüm rolu vardır.

Əziz Qardaşım,

Füsunkar ölkənizə həyata keçirdiyim hər səfərimdə mənə göstərilən xüsusi diqqət və qonaqpərvərliyi, əsl qardaşlıq münasibətini yüksək qiymətləndirir, Sizinlə mehribanlıq və səmimiyyət şəraitində keçən görüşlərimizi ən xoş təəssüratlarla xatırlayıram.
Əminəm ki, bir-birinə qırılmaz tellərlə bağlı olan qardaş xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, müttəfiqliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizi bu əlamətdar tarixi ildönümü münasibətilə bir daha səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!