Ağdaşda iki bacını maşın vurub öldürdü .....                        Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar .....                        Orbanın səfəri başa çatdı .....                        Ərdoğanın Azərbaycana səfəri başa çatdı .....                        Türkiyənin Qarabağda həyata keçirdiyi layihələrin dəyəri açıqlandı .....                        Liderlərin şərəfinə rəsmi nahar verildi .....                        Tokayev Bəxtiyar Vahabzadədən sitat gətirdi .....                        TDT Baş katibi İlham Əliyevə təşəkkür etdi .....                        Bu gün Azərbaycanda qızlar üçün ilk dünyəvi məktəb açıldı... - FOTO .....                       
Dünən, 15:41
Azərbaycanla Gürcüstanın hərbi mütəxəssisləri görüşdü


Azərbaycanla Gürcüstanın hərbi mütəxəssisləri görüşdü

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına müvafiq olaraq, hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.
MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə rabitə sistemləri, informasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.
İşçi görüşündə, həmçinin birgə əməkdaşlığa dair bir sıra digər məsələlər müzakirə edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.
Dünən, 15:35
Azərbaycanla bağlı yayılan saxta xəbərə Türkiyədən RƏSMİ REAKSİYA


Azərbaycanla bağlı yayılan saxta xəbərə Türkiyədən RƏSMİ REAKSİYA

Bəzi sosial media hesablarında “İsrailin 7 oktyabrda Qəzzaya qarşı başlatdığı soyqırımın ildönümündə Azərbaycanda bayraqlar yarıya endirilib” iddiası ilə bağlı yayılan məlumatlar dezinformasiyadır.
Bu barədə Türkiyənin Rabitə İdarəsinin Dezinformasiyaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu məlumat ictimaiyyəti çaşdırmaq xarakteri daşıyır: “Azərbaycanı Fələstin əleyhdarı kimi qələmə verməyə çalışan bu iddialar ictimaiyyəti çaşdırmaq, Türkiyə-Azərbaycan münasibətlərinə mənfi təsir göstərmək, qardaş ölkəmiz Azərbaycanın nüfuzuna xələl gətirmək, türk-islam dünyası daxilində həmrəyliyi sarsıtmaq və Fələstin xalqına qarşı soyqırımını ört-basdır etmək məqsədi daşıyan düşünülmüş və sistemli əməliyyatın tərkib hissəsidir.
İctimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür yalan məlumatlara etibar etməmək və rəsmi mənbələrdən gələn məlumatlara diqqət yetirmək çox vacibdir”.
Dünən, 15:33
Türkmənistan Füzulidə məscid tikir


Türkmənistan Füzulidə məscid tikir

Füzuli məscidinin oktyabrın 7-də təməlqoyma mərasimi keçirilib.
Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünün iştirakçıları prosesi onlayn formatda müşahidə ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib:
"Əziz qardaşım, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov iyul ayında Qarabağa səfəri zamanı Füzulidə Türkmənistan tərəfindən məscidin tikintisini təklif edib. Biz bu hədiyyəyə görə qardaş Türkmənistana təşəkkür edirik".


Dünən, 15:23
Qəbələdə olmaqdan qürur duyuram - Şavkat Mirziyoyev


Qəbələdə olmaqdan qürur duyuram - Şavkat Mirziyoyev

Qədim ticarət mərkəzlərindən biri kimi tanınan Qəbələdə olmaqdan qürur duyuram. Bu qədim diyarın tarixi, mədəni irsi və inkişaf potensialı bizə türkdilli ölkələr arasında əməkdaşlığın dərin köklərə malik olduğunu bir daha xatırladır.
Bu sözləri Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə səmimi təşəkkürünü bildirib.
“Ermənistanla imzalanmış bəyannamə regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində mühüm addımdır. Bu nailiyyət Azərbaycanın siyasi iradəsinin və liderliyinin bariz göstəricisidir.
Biz dünyanın güclü dövlətləri ilə əməkdaşlığı davam etdirməli və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın regionda sabitlik və tərəqqi uğrunda göstərdiyi səyləri yüksək qiymətləndirməliyik. Hesab edirəm ki, qarşılıqlı əməkdaşlığımız çərçivəsində daha sıx və müntəzəm görüşlər keçirilməlidir. Bu, bizim siyasi dialoqumuzun intensivləşməsinə və ortaq hədəflərimizin reallaşmasına əlavə təkan verəcək”, - deyə Şavkat Mirziyoyev əlavə edib.
Dünən, 15:16
Liderlər Qəbələ Bəyannaməsini imzaladı


Liderlər Qəbələ Bəyannaməsini imzaladı

Türk Dövlətləri Təşkilatının (TFT) Dövlət Başçılarının 12-ci Zirvə görüşü çərçivəsində Qəbələ Bəyannaməsi imzalanıb.
Bəyannamə təşkilata üzv ölkələrin liderlərinin görüşünün nəticəsi olaraq qəbul edilib.
Dünən, 15:06
Liderlər çay süfrəsi arxasında - FOTO


Liderlər çay süfrəsi arxasında - FOTO

Xəbər verdiyimiz kimi, bu gün Qəbələdə TDT-nin Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilir. Prezident İlham Əliyev görüşdə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb.
Liderlər tədbirdən əvvəl bir araya gəliblər.
Prezidentin tədbir iştirakçıları ilə səmimi görüntülərini təqdim edirik:






Dünən, 14:48
Yeni qaydalar təsdiqləndi: Kimlərin pensiyası artırılacaq? - AÇIQLAMA


Yeni qaydalar təsdiqləndi: Kimlərin pensiyası artırılacaq? - AÇIQLAMA

Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq yeni qaydaları təsdiq edib.
Bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yeni sənədə əsasən, əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim və ya əldə edilə bilər:
"Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Yeni qaydalar pensiyaların təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi ilə bağlı qərarların daha çevik qəbul edilməsinə və nəticənin daha qısa zamanda bölüşdürülməsinə imkan verəcək. Pensiyaların proaktiv təyin olunduğunu nəzərə alsaq, bu qaydalar xüsusən pensiyaların yenidən hesablanması və pensiya növünü dəyişdirilməsi proseslərinin sadələşdirilməsinə imkan verəcək. Məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi şəffaflığın daha da gücləndirilməsinə imkan yaradacaq. Bu, məlumatlara əlçatanlıq baxımından vacibdir.
Yeni qaydalar pensiyalar sahəsində elektronlaşdırmanı genişləndirməklə yanaşı, pensiyalara əlçatanlığı da artıracaq. Bu isə təqaüd növünü dəyişmək istəyən pensiyaçılar və eləcə də pensiyaya çıxmaq istəyənlər üçün yeni imkanlar deməkdir. Pensiyaların yenidən hesablanması sisteminin daha da elektronlaşdırılması isə bir sıra hallarda pensiya məbləğlərini də artıra bilər".
Dünən, 14:45
"Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir" - Şavkat Mirziyoyev


"Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir" - Şavkat Mirziyoyev

Vaşinqtonda avqustun 8-də Azərbaycanın Ermənistanla imzaladığı Birgə Bəyannamə Türk xalqlarının zəfəridir.
Bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
Şavkat Mirziyoyev qeyd edib ki, bu tarixi sənəd iqtisadi, ticari, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir".
Özbəkistan Prezidenti eyni zamanda Şuşa, Xankəndi və Ağdam şəhərlərindəki qısa müddətdə əldə edilən irəliləyişdən böyük mənunluq ifadə edib.
Dünən, 14:40
Türkmənistanla Azərbaycan Axaltəkə və Qarabağ atları üzrə birgə səylər göstərəcək


Türkmənistanla Azərbaycan Axaltəkə və Qarabağ atları üzrə birgə səylər göstərəcək

Gələcəkdə Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinin keçirilməsini planlaşdırırıq.
Bunu Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
Qurbanqulu Berdiməhəmmədov deyib ki, Türkmənistanla Azərbaycan Axaltəkə və Qarabağ atlarının saxlanılması ilə bağlı birgə səylər göstərəcək:
“Biz digər türk dövlətləri ilə də birgə belə fəaliyyətlər həyata keçirə bilərik. Eyni zamanda, birgə tələbə təqaüdləri təşkil oluna bilər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!