Türk Dünyası Mediatorlar Birliyi təsis edildi .....                        Ersin Tatar Qəbələ zirvəsindən danışdı .....                        Bakı metrosunda yenilik: Qatarın nə vaxt gələcəyi ekranlarda görünür .....                        Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş .....                        Bakı Avrasiya Universitetində əcnəbi tələbələrlə "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib .....                        Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı .....                        İmişlidə 74 nəfərin zəhərlənmə səbəbi AÇIQLANDI .....                        Tramp Ərdoğandan nə xahiş edib? - Türkiyə lideri açıqladı .....                        Tramp Çikaqonu “işğal edəcək”? .....                       
Bu gün, 15:14
Ceyhun Bayramov İspaniyanın dövlət katibi ilə görüşdü


Ceyhun Bayramov İspaniyanın dövlət katibi ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin ölkəmizdə səfərdə olan xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belionu qəbul edib.
Bu barədə XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə siyasi dialoqun əhəmiyyəti, iqtisadi, enerji, turizm, nəqliyyat, humanitar və mədəni sahələrdə əməkdaşlıq, eləcə də regional məsələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İspaniya ilə münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayaraq, iki ölkə arasında mövcud siyasi dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Liderlər arasında ötən ilin noyabr ayında COP29 çərçivəsində Bakıda, cari ilin may ayında isə Tiranada keçirilmiş görüşün əhəmiyyəti vurğulanıb.
Bununla yanaşı, cari ilin mart ayında Bakıda keçirilmiş Azərbaycan və İspaniya arasında Strateji İqtisadi Dialoqun 1-ci iclasının vacib platforma olduğu bildirilib.
Görüş zamanı tərəflər həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri, enerji təhlükəsizliyi, yaşıl enerji və nəqliyyat-kommunikasiya layihələri üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə regionda yaranmış yeni reallıqlar, sülh prosesi, tarixi Vaşinqton görüşünün nəticələri, habelə Azərbaycanın bölgədə davamlı yinkişaf və sabitlik naminə atdığı addımlar barədə qarşı tərəfə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.
Eyni gündə həmçinin Azərbaycan Respublikası ilə İspaniya Krallığı Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Nümayəndə heyətinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, İspaniya tərəfindən isə Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyinin xarici və qlobal məsələlər üzrə dövlət katibi Dieqo Martinez-Belio başçılıq ediblər.

Bu gün, 15:10
Yadigar Muradovun son durumu AÇIQLANDI


Yadigar Muradovun son durumu AÇIQLANDI

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır okaraq qalır.
Mərkəzi Klinikadan bildirilib ki, Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır. Reanimasiya və intensiv terapiya şöbəsində müalicəsi davam edir.
Qeyd edək ki, o, oktyabrın 4-də Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Bu gün, 14:55
Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşdü


Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşdü

Azərbaycannın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets ilə görüşüb.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, görüşdə Səbinə Əliyeva qonağa Azərbaycan və Ukrayna arasında bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin, dostluq münasibətlərinin mövcud olduğunu bildirib.
İki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.
Tərəflər müharibə şəraitində humanitar məsələlər, mülki əhalinin, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.
Müvəkkil ölkələrin uzun illər müharibədən əziyyət çəkdiyini, məcburi köçkün və qaçqın probleminin uzun illər Azərbaycanda aktual olduğunu, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yüz minlərlə insanın öz dədə-baba yurdundan didərgin salındığını bildirib.
Ombudsman İkinci Qarabağ müharibəsi nəticəsində otuzillik işğala son qoyularaq torpaqların işğaldan azad edildiyini, keçmiş məcburi köçkünlərin hüquqlarının bərpa olunduğunu, onların öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib.
Eyni zamanda, qonağa Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalar, eləcə də həmin missiyaların nəticələrinə əsaslanan hesabatlar barədə məlumat verilib.
Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Dmitri Lubinets öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, Ukraynaya humanitar dəstəyinə, ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkür edib.
Görüşdə, həmçinin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bu gün, 14:50
Vətəndaşlarımız Rusiyada aeroportda saxlanılıb - “Qapını arxadan bağlayıblar”


Vətəndaşlarımız Rusiyada aeroportda saxlanılıb - “Qapını arxadan bağlayıblar”

Bakıdan Rusiyaya yollanan Azərbaycan vətəndaşları bir neçə gündür Jukovski hava limanında saxlanılır.
Azərbaycan vətəndaşları oktyabrın 6-da Bakıdan Moskva vilayətinə yollanıblar və Jukovski aeroportunda yerə eniblər.
Sərnişinlərdən birinin sözlərinə görə, o və daha iki azərbaycanlı heç bir səbəb göstərilmədən hava limanının əməkdaşları tərəfindən saxlanılıb və terminalın ikinci mərtəbəsinə aparılıb.
Həmyerlilərimiz orada qapalı bir məkana yerləşdirilib. Onlarla birgə orada Mərkəzi Asiya ölkələrinin vətəndaşlarının da olduğu bildirilib. Bununla yanaşı, məkanın qapısının arxadan kilidli olduğu vurğulanıb.
Videomüraciət yayan sərnişinlərdən biri onların orada qida ilə təmin edilmədiyini deyib. Onlar Azərbaycan rəhbərliyindən məsələ ilə bağlı yardım istəyiblər.
Azərbaycanın Rusiyadakı Səfirliyi bildirib ki, Jukovski hava limanında saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı məsələ səfirliyinin nəzarətindədir və hazırda konsulluğun əməkdaşları bu məsələnin həlli ilə məşğuldurlar.
Səfirlikdən o da qeyd olunub ki, Azərbaycan vətəndaşları Rusiya Federasiyasına gəlməmişdən 72 saat öncə müvafiq proqramda qeydiyyatdan keçib icazə almalıdırlar, lakin təəssüflər olsun ki, vətəndaşlarımız buna əməl etmirlər: “Ona görə də, bu problemlərlə qarşılaşırlar. Bir məsələ də var. Belə ki, Jukovski hava limanında saxlanılanlar orada bir həftəyə qədər də saxlanıla bilirlər. Çünki orada saxlanılanları Rusiya tərəfi özləri ölkələrinə geri qaytarırlar. Belə ki, Jurkovski hava limanına Azərbaycan təyyarələri uçmur, ancaq Rusiya təyyarələri uçur. Bu reyslər də həftədə iki dəfə: birinci və dördüncü günlər həyata keçirilir. Ona görə də, sabah təyyarə dolu olmasa, yer olsa, videosu yayılan vətəndaşlarımızı Azərbaycana sabah göndərsinlər. Yer olmasa, gələn həftənin birinci günü göndəriləcəklər”.
Bu gün, 14:46
“Bakı Metropoliteni”nin rəhbər şəxsi işdən çıxdı


“Bakı Metropoliteni”nin rəhbər şəxsi işdən çıxdı

"Bakı Metropoliteni” QSC-nin şöbə rəisi işdən çıxıb.
“Bakı Metropoliteni”nin İnsan hüquqları departamenti daxilində şöbə rəisi vəzifəsində çalışan Rüfət Qədeşov öz xahişi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Qədeşov daha öncə Metropolitenin Təlim Tədris Mərkəzinin direktoru vəzifəsində çalışıb. Metronun hazırkı rəisi Vüsal Aslanov ötən ilin dekabr ayında vəzifəsinin icrasına başladıqdan bir neçə ay sonra R.Qədeşov Mərkəzin direktoru vəzifəsindən azad edilərək şöbə rəisi vəzifəsinə təyin olunub.
R.Qədeşovdan öncə bu il Metropolitendə rəhbər vəzifələrə təyin edilmiş daha bir neçə şəxs də işindən ayrılıb. Belə ki, bu ilin avqust ayında metronun Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Satınalmalar departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb. Adıçəkilən şəxslər həmin vəzifələrə cari ilin mart ayında təyin olunmuşdular. Hər iki şəxs bu vəzifəyə qədər digər şirkətlərdə rəhbər mövqelərdə çalışıblar.
Əlavə olaraq qeyd edək ki, “Bakı Metropoliteni”ndə son dövrlər işçilərə əmək haqqlarının verilməsi ilə bağlı narazılıqlar yaşanır. Mətbuatda yayılan məlumatlara görə, bu ilin yanvar ayından metro əməkdaşlarının əmək haqqı artımları ödənilmir. Məsələ ilə bağlı qurumdan verilən açıqlamada əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələrin aparıldığı bildirilib.


Bu gün, 14:38
Ronaldo futbol tarixində ilk milyarder oldu


Ronaldo futbol tarixində ilk milyarder oldu

Portuqaliya milli komandasının və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo futbol tarixində ilk milyarder oyunçu olub.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
40 yaşlı oyunçunun sərvəti 1,4 milyard dollar olaraq qiymətləndirilir. Bu məbləğə sponsor müqavilələrindən əldə olunan gəlirlər, klubdan aldığı maaş və kommersiya fəaliyyətlərindən qazancı daxildir.
Ronaldo 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir. Futbolçu bu yay imzaladığı yeni müqaviləyə əsasən, ildə 400 milyon avrodan çox gəlir əldə edir.
Bu gün, 14:10
“QAZ-53”lə qadının üzərindən keçdi - Sürücülük vəsiqəsi yox imiş


“QAZ-53”lə qadının üzərindən keçdi - Sürücülük vəsiqəsi yox imiş

Ramana qəsəbəsində baş verən ölümcül qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.
Hadisə bu ilin may ayında baş verib.
1959-cu il təvəllüdlü sürücü “QAZ-5327” markalı çirkab su maşınını idarə edərkən ehtiyatsızlıqdan hasarın yanında dayanan qadının üzərindən keçib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Məlum olub ki, sürücünün etibarlı sürücülük vəsiqəsi olmayıb. O, illər əvvəl aldığı “C” kateqoriyalı vəsiqənin müddəti bitdiyi halda avtomobili etibarnamə ilə idarə edib.
Məhkəmə onun hərəkətlərini “Yol hərəkəti haqqında” Qanunun pozulması kimi qiymətləndirib. Təqsirləndirilən şəxs özünü günahkar bilib və zərərçəkmişin ailəsi ilə barışıb.
Sürücü 5 il müddətinə həbs edilib və 3 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum olunub.
Bu gün, 14:07
Gəncədə 11-ci sinif şagirdi qətlə yetirildi


Gəncədə 11-ci sinif şagirdi qətlə yetirildi

Gəncə şəhərində qətl hadisəsi baş verib.
Cinayət şəhər ərazisində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli bıçaqla qətlə yetirilib. Mərhumun 11-ci sinif şagirdi olduğu bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.
Bu gün, 13:55
Azərbaycan bu oyunlara ev sahibliyi edəcək


Azərbaycan bu oyunlara ev sahibliyi edəcək

Amputant futbolu üzrə 2025-ci il Millətlər Liqasının C qrupunun oyunları Bakıda keçiriləcək.
Matçlar oktyabrın 17-19-da təşkil olunacaq.
Açılış mərasimi oktyabrın 17-də “ASCO Arena”da olacaq və saat 11:30-da başlayacaq.
Qeyd edək ki, bu turnirin Azərbaycanda keçirilməsi ölkəmizdə mina probleminin dünyaya çatdırılması, minadan zərərçəkənlərin beynəlxalq idman platformalarında bir araya gəlməsi baxımından əhəmiyyətlidir.
Bu gün, 13:51
Baş prokuror Səudiyyə Ərəbistanında səfərdədir - FOTO


Baş prokuror Səudiyyə Ərəbistanında səfərdədir - FOTO

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 8-də Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə qurumunun (Nazaha) rəhbəri Mazin İbrahim Əl-Kahmusun dəvəti ilə Ciddə şəhərində təşkil olunan beynəlxalq konfransda iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığında işgüzar səfərdədir.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, işgüzar səfər zamanı Baş prokuror Nazaha qurumunun rəhbəri Mazin İbrahim Əl-Kahmus ilə ikitərəfli görüş keçirib.
Görüşdə Mazin İbrahim Əl-Kahmus dövlətlərimiz arasında bütün sahələrdə daim inkişaf edən tərəfdaşlıq münasibətlərindən, eləcə də ölkələrimizin hüquq mühafizə orqanları arasında yüksək əlaqələrin daha da inkişafından məmnunluq ifadə edib.
Baş prokuror səmimi qəbula görə minnətdarlığını bildirərək Səudiyyə Ərəbistanı Krallığının aidiyyəti səlahiyyətli orqanları ilə və beynəlxalq təşkilatlar çərçivəsində cinayətkarlıqla mübarizə sahəsində, xüsusilə də Nazaha ilə cinayət yolu ilə əldə edilmiş əmlakın bərpası sahəsində ikitərəfli əməkdaşlığın daha da artacağına əminliyini ifadə edib.
Səfər çərçivəsində Baş prokuror Kamran Əliyev, həmçinin Somali Ədliyyə və konstitusional işlər naziri Hasan Moallim Mahmud Şeyx Əli ilə ikitərəfli görüş keçirib.
Görüş zamanı Baş prokuror Somali prezidenti Hasan Şeyx Mahmudun bu il fevralın 12-də Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və bu səfər çərçivəsində imzalanmış sazişləri vurğulayaraq, dövlət başçıları arasındakı yüksək əlaqələrin qurumlararası əməkdaşlığın daha da inkişaf etməsinə təkan verməsini bildirib.
Hasan Moallim Mahmud Şeyx Əli çıxış edərək Azərbaycan və Somali arasında artan ikitərəfli əməkdaşlığın cinayətkarlıqla mübarizə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində birgə səylərə də töhfə verdiyini qeyd edib.
Bundan başqa, səfər çərçivəsində Baş prokuror Kamran Əliyev Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi ilə ikitərəfli görüş keçirib.
Görüşdə Baş prokuror iki ölkə arasında dostluq əlaqələrinin inkişafından və qurumlararası əməkdaşlığın güclənməsindən məmnunluğunu ifadə edib. Qətər Dövlətinin Baş prokuroru İssa bin Səad əl-Cufali əl-Nuaimi həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyini qeyd edərək, iki dövlətin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Nümayəndə heyətinin səfəri davam edir.




����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!