Gəncədə təcili yardım avtomobili qəzaya düşdü .....                        Nazir Rəşad Nəbiyev Hao Zhichen ilə görüşdü .....                        Bulvarda dənizdə batma təhlükəsi olan şəxs xilas edildi - VİDEO .....                        Bağçada azyaşlıya şiddət göstərən dayə İŞDƏN ÇIXARILDI .....                        Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                       
9-10-2025, 17:15
Astarada 55 kq narkotik aşkarlandı - VİDEO


Astarada 55 kq narkotik aşkarlandı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə ölkəyə külli miqdarda narkotik vasitənin gətirilərək satılmasının qarşısı alınıb.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, Astara rayonunda baş tutan tədbir zamanı 1977-ci il təvəllüdlü əvvəllər də narkotiklərin satışını təşkil etdiyi üçün məhkum olunmuş Elçin Cavadov saxlanılıb. Ondan 55 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana,metamfetamin və tiryək aşkarlanıb. Araşdırma zamanı E.Cavadovun ölkəyə qaçaqmalçılıq yolu ilə narkotikləri keçirən əsas şəxslərdən biri olması müəyyən edilib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə fasiləsiz davam etdirilir.

9-10-2025, 17:02
Gəncədə binada partlayış - Sakinlər təxliyə edildi


Gəncədə binada partlayış - Sakinlər təxliyə edildi

Gəncədə evdə qaz partlayıb.
Şəhərdə 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə, 1985-ci il təvəllüdlü E.Qurbanov xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Bina sakinləri təxliyə edilib. Əraziyə FHN əməkdaşları cəlb edilib.


9-10-2025, 16:59
Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr yüksək səviyyədədir


Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr yüksək səviyyədədir

Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib.
Rusiya Lideri bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.
“Sizin bu məsələyə diqqətiniz sayəsində humanitar əlaqələrimiz həmişə yüksək səviyyədə olub”, - deyən Rusiya Prezidenti Moskvanın da öz növbəsində bu dinamikanı saxlamaq üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.
9-10-2025, 16:55
Azərbaycanla münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvarıq - Putin


Azərbaycanla münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvarıq - Putin

Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə görüşündə Moskva ilə Bakı arasında münasibətlərin müttəfiqlik ruhunda davam edəcəyinə ümidvar olduğunu bildirib.
Rusiya Lideri deyib: "Ümid edirəm ki, bu əməkdaşlıq, sadəcə olaraq, bərpa edilməyəcək, münasibətlərimizin ruhunda, müttəfiqliyimiz ruhunda davam edəcək. Biz bunu heç vaxt unutmuruq, bu yaxınlarda imzalanmış müqaviləni xatırlayırıq və onun bütün əsas müddəalarının həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik".
9-10-2025, 16:51
Borcumuz baş verənlərə obyektiv qiymət verməkdir - AZAL təyyarəsinin qəzasından danışdı


Borcumuz baş verənlərə obyektiv qiymət verməkdir - AZAL təyyarəsinin qəzasından danışdı

Rusiya Prezidenti Vladimir Putin AZAL təyyarəsinin qəzasına obyektiv qiymət verilməsini vacib hesab edir.
O, bunu Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
"Bizim borcumuz baş verən hər şeyə obyektiv qiymət vermək və əsl səbəbləri müəyyənləşdirməkdir. Lakin bu, müəyyən vaxt tələb edir. Bu məsələni sona çatdırmaq üçün yəqin ki, bir qədər də vaxta ehtiyac var”, - deyə Prezident Putin əlavə edib.
9-10-2025, 16:43
Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin


Bütün istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib - Putin

Azərbaycan ilə Rusiya arasında əmtəə dövriyyəsinin artmasında yaxşı dinamika mövcuddur.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə deyib.
“Siz qeyd etdiyiniz kimi, bu il təkcə iqtisadi-ticari münasibətlər deyil, həm də bütün digər istiqamətlər üzrə əlaqələr uğurla inkişaf edib. <…> Əmtəə dövriyyəsinin artımında yaxşı dinamika mövcuddur”, - deyə dövlətimizin başçısı bildirib.


9-10-2025, 16:39
Azad edilmiş ərazilərdə 80-nə yaxın şəxsə aid qalıqlar tapılıb


Azad edilmiş ərazilərdə 80-nə yaxın şəxsə aid qalıqlar tapılıb

İşğaldan azad edilmiş ərazilərdə 80-nə yaxın şəxsə məxsus sümük qalıqları müəyyən edilib.
Bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
O bildirib ki, indiyədək 187 şəhidin qalıqları ailələrinə təhvil verilib.
9-10-2025, 16:33
İlham Əliyev Putinə minnətdarlığını bildirdi


İlham Əliyev Putinə minnətdarlığını bildirdi

Azərbaycan Prezidenti İlham Əliyev AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı vəziyyəti şəxsən nəzarətdə saxladığına görə rusiyalı həmkarı Vladimir Putinə təşəkkür edib.
Bu barədə Prezident İlham Əliyev Düşənbədə Putinlə görüşü zamanı bildirib.
"Bu vəziyyəti şəxsən nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Siz istintaqın gedişinə şəxsən nəzarət edirsiniz və bizim şübhəmiz yox idi ki, o, hər şeyi obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə Sizin məhz bu məsələyə aydınlıq gətirməyi lazımlı hesab etdiyinizə görə bir daha minnətdarlığımı bildirmək istərdim”, - deyə dövlətimizin başçısı bildirib.
9-10-2025, 16:23
Təyyarə qəzasının bir neçə səbəbi var - Putin sadaladı


Təyyarə qəzasının bir neçə səbəbi var - Putin sadaladı

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündə AZAL təyyarəsinin qəzaya uğramasına səbəb olan bir sıra halları açıqlayıb.
Dövlət başçısı deyib: “Birincisi ondan ibarətdir ki, səmada məhz Ukraynaya məxsus pilotsuz uçuş aparatı olub. Biz faciə baş verən gecə Rusiya Federasiyasının sərhədini keçən üç pilotsuz təyyarəni idarə edirdik. İkinci səbəb isə Rusiyanın hava hücumundan müdafiə sisteminin özündə texniki nasazlıqlardır”.
Onun sözlərinə görə, buraxılan iki raket birbaşa təyyarəyə dəyməyib - əgər bu baş versəydi, təyyarə elə yerindəcə məhv olardı.
Putin vurğulayıb ki, zərbə məhvedici döyüş elementləri ilə vurulmayıb, yəqin ki, raketlərin özlərinin parçaları ilə dəyib.
Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
9-10-2025, 16:17
Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı


Azərbaycan mədəniyyətinə ağır itki - Nazirlik məlumat yaydı

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov), “Ana tarla” (Ç.Aytmatov), “Şeytanın şagirdi” (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.
1974-cü ildə “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Əminə Yusifqızı “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.
Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.
Mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!