Bakıda yanıq xəsarətləri alan qadın öldü .....                        Bakıda daha bir marşrut xəttinin avtobusları yenilənir .....                        Azad edilən fələstinli məhbuslar Ramallah və Qəzzaya aparıldı .....                        Üç qardaş ölkənin spikerləri nələri müzakirə etdilər? .....                        Şimşək çaxacaq, leysan yağış yağacaq - Hava xəbərdarlığı .....                        Ərdoğanın Misir səfərində gərgin anlar: təyyarə ikinci cəhddə yerə endi .....                        Əhali içki və siqaretə 2 milyard manat xərcləyib .....                        Qəzzada Azərbaycanın köməyindən istifadə olunacaq .....                        Azərbaycanda vəzifəli şəxsin oğlu oteldə öldü .....                       
Bu gün, 16:32
Overçuk Şahin Mustafayevlə görüşdü


Overçuk Şahin Mustafayevlə görüşdü

Bu gün Bakıda Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 10%-dən çox artdığı qeyd edilib, bu müsbət dinamikanın cari ildə də davam etdiyi və 8 ay ərzində qarşılıqlı ticarətin ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% artaraq 3 milyard 350 milyon dollar olduğu vurğulanıb.
Şimal-Cənub dəhlizi ilə daşımaların həcmi 2025-ci ilin 9 ayı ərzində 8.3% artıb. Bunun 10.4%-i avtomobil, 2%-i isə dəmiryolu daşımalarının payına düşür.
Bu ilin 8 ayı ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracında 15% artım müşahidə olunub ki, bunun da 23%-i meyvə-tərəvəz məhsullarının payına düşür.
Tərəflər investisiyalar, sənaye, nəqliyyat-tranzit, energetika, gömrük və digər sahələrdə həyata keçirilən birgə layihələrin gedişindən məmnunluq ifadə ediblər.
Nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi kontekstində Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi məsələsinə xüsusi diqqət yetirilib, dəhliz boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin və yük axınlarının davamlı artımının təmin edilməsinin önəmi vurğulanıb.
Görüş zamanı həmçinin əməkdaşlığın mövcud potensialından səmərəli istifadə olunması, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Eyni zamanda Bakıda keçirilən Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünün əhəmiyyətinə toxunulub, aparılan danışıqların və qəbul edilən qərarların əməkdaşlığın müvafiq sahələrdə daha da möhkəmlənməsinə töhfə verməklə, hər üç ölkə üçün və ümumilikdə region üçün faydalı olacağına əminlik ifadə olunub.
Bu gün, 16:29
Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışdı


Tramp Azərbaycan və Ermənistan arasında sülhdən danışdı

ABŞ Prezidenti Donald Tramp bu gün İsrail parlamentində (Knesset) çıxış edərkən yenidən Azərbaycan və Ermənistan arasında sülh nizamlanmasından bəhs edib.
Tramp ABŞ-nin əməkdaşlıq, dostluq və ticarət əlaqələrinə əsaslanan gələcək və irs qurmağa çalışacağını vurğulayıb.
"Təl-Əvivdən Dubaya, Hayfadan Beyruta, Qüdsdən Dəməşqə və Ermənistandan Azərbaycana - daha bir müharibəni dayandırdım", - D.Tramp bildirib.
Bu gün, 16:16
Rusiya ABŞ-a xəbərdarlıq etdi: O raketlər Kiyevə verilsə...


Rusiya ABŞ-a xəbərdarlıq etdi: O raketlər Kiyevə verilsə...

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynaya “Tomaqavk” qanadlı raketlərinin göndərilməsinin nəticələri barədə xəbərdarlıq edib.
Peskov bəyan edib ki, Ukrayna silahlı qüvvələrinin bu raketlərdən istifadə etməsi hamı üçün “pis sonluqla” nəticələnə bilər, çünki bunun üçün amerikalı mütəxəssislərin iştirakı lazımdır.
"Həqiqətən də, belə mürəkkəb raketlərin idarə olunması bu və ya digər şəkildə amerikalı mütəxəssislərin iştirakını tələb edəcək. Bu, aşkar faktdır. Medvedevin bəyanatında belə deyilir", - Kreml sözçüsü bildirib.
Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Ukraynaya “Tomaqavk” raketlərinin mümkün tədarükü ilə bağlı fikirlərinə cavab verib. O, bəyan edib ki, Kiyevə bu cür yardım münaqişənin bütün tərəfləri, o cümlədən Vaşinqtonun özü üçün mənfi nəticələrə səbəb ola bilər.
Sədr müavini hesab edir ki, “Tomaqavk” raketlərini Kiyev deyil, ABŞ işə salacaq. Dmitri Medvedev Donald Trampın sözlərinin “daha ​​bir boş təhdid” olduğuna ümid etdiyini bildirib.
Daha əvvəl Tramp bəyan edib ki, Rusiya-Ukrayna münaqişəsi həll olunmasa, Ukraynaya “Tomaqavk” raketləri göndərəcək.
Bu gün, 16:12
İlham Əliyev Misirdə liderlərlə bir arada


İlham Əliyev Misirdə liderlərlə bir arada

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb.
Görüşlər bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
Belə ki, Azərbaycanın dövlət başçısı adıçəkilən sammitdə Pakistanın Baş naziri Şahbaz Şərif, İordaniya Kralı II Abdullah, Fələstin Prezident Mahmud Abbas, Macarıstanın Baş naziri Viktor Orban, Niderland Krallığının Baş naziri Dik Sxofla ilə də analoji görüşlər keçirib.
Bu gün, 16:08
154 fələstinli məhbus Misirə gətirildi


154 fələstinli məhbus Misirə gətirildi

154 fələstinli məhbus deportasiya edilmək üçün Misirə gətirilib.
Bu barədə HAMAS-ın Məhbuslar Mediası Ofisi məlumat yayıb.
Qeyd edək ki, HAMAS-İsrail razılaşmasından sonra HAMAS 20 israilli girovu azad edib.
Əvəzində isə İsrail 250 fələstinli məhbusu azadlığa buraxıb.
Ümumilikdə isə 1900-dən çox fələstinli məhbusun İsrail tərəfindən sərbəst buraxılması nəzərdə tutulub.
Bu gün, 15:53
Xəzərin sahilində suiti cəsədləri tapıldı


Xəzərin sahilində suiti cəsədləri tapıldı

Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.
Cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub.
Mövcud vəziyyətlə bağlı aidiyyatı qurumların nümayəndələri dərhal əraziyə baxış keçiriblər.
Xatırladaq ki, sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.
Bu gün, 15:48
Dərnəgül dayanacağının inşası bu ilin sonunadək başa çatdırılacaq


Dərnəgül dayanacağının inşası bu ilin sonunadək başa çatdırılacaq

Bu ilin sonunadək Dərnəgül dayanacağının inşasının başa çatdırılması planlaşdırılır.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən həyata keçirilən layihə çərçivəsində sərnişinlər üçün müasir standartlara cavab verən infrastrukturun yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, cari ildə Bakı–Balakən–Bakı marşrutu yenidən bərpa edilib. Bununla yanaşı, ölkədaxili səyahət istiqamətlərinin artırılması məqsədilə 15 iyundan etibarən Bakı–Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu istiqamətdə ilk dəfə müasir qatarlar hərəkətə başlayıb.
2025-ci il il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub, avqustun 30-da Bakı–Ağdam–Bakı marşrutu üzrə 32 ildən sonra sərnişin daşımalarına başlanılıb. Həmçinin 28 sentyabr 2025-ci il tarixindən etibarən xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb. Müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir. Cari ildə Abşeron dairəvi dəmiryol marşrutu ilə də səyahət imkanları təkmilləşdirilib. Sentyabrın 15-dən qatarların hərəkət qrafiki optimallaşdırılıb, iş günləri reyslərin sayı 92-dən 104-ə çatdırılb. Hazırda Abşeron dairəvidə günlük sərnişin daşıma 42 min nəfəri ötüb.
Bu gün, 15:37
İlham Əliyev Mahmud Abbasla görüşdü


İlham Əliyev Mahmud Abbasla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər.
Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Bu gün, 15:33
Azərbaycan Yaxın Şərqdə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır


Azərbaycan Yaxın Şərqdə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır

Prezident İlham Əliyev Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.
“Bu, Azərbaycanın artan regional rolunun və qlobal xarici siyasətdə “orta güc” (middle power) kimi mövqeyinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi üzrə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır”, - o vurğulayıb.


Bu gün, 15:14
Naxçıvanda 143 nəfər qidadan zəhərlənib


Naxçıvanda 143 nəfər qidadan zəhərlənib

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin ilk 9 ayı ərzində ümumilikdə 143 qida mənşəli zəhərlənmə faktı qeydə alınıb.
Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, zəhərlənmələrin əksəriyyəti məişət şəraitində düzgün saxlanma və istifadə qaydalarına əməl edilmədən istehlak olunan qidalardan qaynaqlanıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!