Ermənistan prezidenti Misirə getdi .....                        Şeyx İlham Əliyevin salamını Roma Papasına çatdırdı .....                        Bakı metrosunda YENİLİK .....                        Tramp Orbanın xahişini rədd etdi .....                        Rusiya Ukraynanı “İsgəndər”lə vurdu: ölən və yaralananlar var .....                        Putin Azərbaycan əsilli jurnalistə səfir rütbəsi verdi .....                        Sabahın hava proqnozu .....                        Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı .....                        Bakıda Avrasiya Gənc İş Adamları Forumu keçirilir .....                       
17-10-2025, 11:30
Bərdədə maarifləndirici tədbir keçirilib


Bərdədə maarifləndirici

tədbir keçirilib
- FOTOLAR

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mili-mənəvi dəyərlərin aşılanmasında məktəb və ailənin rolu" adlı layihəsi çərçivəsində fəaliyyət planına uyğun olaraq növbəti tədbirini Bərdə Şəhər 3 saylı tam orta məktəbdə keçirib.

QHT sədri Könül Quliyeva əvvəlcə layihə mövzusu, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərlə bağlı tədbir iştirakçılarına qısa məlumat verib. O, qeyd edib ki, milli-mənəvi dəyərlərin qorunması, gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindəndir. K.Quliyeva vurğulayıb ki, gənclərin sağlamlığının qorunmasına yalnız bədən tərbiyəsi və idmanın təbliğ edilməsi ilə deyil, həm də maarifləndirmə işinin təkmilləşdirilməsi ilə nail olmaq olar.

QHT sədri yeniyetmə və gənclərin pis vərdişlərini təkcə onlar üçün deyil, bütün cəmiyyət üçün böyük bəlaya çevrildiyini qeyd edərək onları sağlam həyata səsləyib:
"Bu gün narkomaniya gənclərimiz üçün bir bəlaya çevrilib. Rəsmi statistikaya görə, bu gün ölkədə 40 minə yaxın narkotik istifadəçisi var ki, onların da əksəriyyəti gənclərdir. Narkomaniya artıq məktəb və universitetlərə üz tutub, biz narkomanlarla hətta nəqliyyatda və digər xidmət sahələrində üzləşirik. Əlbəttə, kütləvi hal almış bu bəlanın qarşısını almaq çox çətindir. Amma mümkündür. Bu sahədə maarifləndirmə işini genişləndirməli və təkmilləşdirməliyik. Narkomaniyaya qarşı mübarizə yalnız xəbər formatlı televiziya proqramlarında bu mövzuda kriminal xəbərlər təqdim etməklə məhdudlaşmamalıdır. Layihənin məqsədi dövlət qurumları ilə sıx əməkdaşlıq çərçivəsində daha təsirli üsullardan istifadə etmək, maarifləndirmə işini məzmunlu və mənalı təşkil etməkdir. Biz hamımız sağlam gəncliyin yetişməsində səylərimizi birləşdirməliyik".

QHT sədri onu da vurğulayıb ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Daha sonra Bərdə Şəhər 3 saylı tam orta məktəbin direktoru Elgün Qocamanov, Bərdə Şəhər İcra hakimiyyətin məsul əməkdaşı Leyla Mehdiyeva mövzu ilə bağlı çıxış edərək fikirlərini söyləyiblər.
Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova isə “Sağlam ailə-məktəb münasibətləri sağlam həyat tərzinin mühüm amili kimi” mövzusunda tədbir iştirakçılarını maarifləndirib.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb.



17-10-2025, 10:32
17 Oktyabr - Füzuli şəhəri günüdür


17 Oktyabr - Füzuli şəhəri günüdür

Füzuli rayonu Azərbaycanın ən iri yaşayış məskənlərindən biridir. Rayonun əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır.
Füzuli rayonu işğaldan əvvəl tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Rayonda mövcud olan abidələr sırasına Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
23 avqust 1993-cü il tarixində Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Erməni işğalçıları ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
Lakin, hələ müharibədən əvvəl 5 yanvar 1994-cü il tarixdə Azərbaycanın igid, vətənpərvər oğulları Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişlər. Rayonunun digər əraziləri - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr 2020-ci il tarixində işğaldan azad edilmişdir.

Vətən müharibəsi zamanı ən ağır döyüşlər demək olar ki, Füzuli uğrunda olmuşdur. Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Bütün bunlara baxmayaraq Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən duruş gətirə bilmədi. Erməni əsgərləri silahlarını yerə qoyub qaçdılar.
Azərbaycan Ordusu 44 günlük müharibədə qalib gəldi. Öz torpaqlarını 30 illik işğaldan azad etdi, erməni tapdağından təmizlədi. Lakin mənfur düşmən geri çəkilərkən Füzuli rayonunun ərazisinə yüz mindən çox mina basdırıb. Müharibənin qanunlarına görə isə müharibə bitdikdən sonra basdırılan minaların xəritəsi təqdim edilməlidir. Lakin Ermənistan tərəfi bu xəritəni təqdim etmək fikrində deyil, bu da qaçqın və köçkünlərimizin doğma yurd yerlərinə qayıtmasını ləngidir. Rəsmi İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür.
Füzulidə isə genişmiqyaslı tikinti bərpa işləri aparılır. Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir.
2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanmışdır və bu proses artan templə davam edir. Rayona ilkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Bu vaxta kimi Füzuliyə 824 ailə (3141 nəfər) köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsində - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.
Prezident İlham Əliyevin 31 iyul2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sərəncama əsasən 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olub. Sevinirik ki, övladlarımızın işğaldan azad etdikləri rayonlarda artıq həyat qaynayır.

Abdulla MƏMMƏDOV,
Şəhid İlkin Məmmədovun atası, Abşeron rayon sakini
17-10-2025, 08:41
Uzaq yaşıl ada

Uzaq yaşıl ada

"...ayrılıq bir dənizmiş..."
.. (V.Səmədoğlu)
Uzaqları yaxın edən qüvvə yaxınları da uzaq edərmiş, arxadaş... həm də nağıllarla həyatın timsalında...
Bəşər övladı yarandığı anından aldadılmış kimidir: İlmələri hörüldükcə də göz qamaşdıran naxışlar ona gördüklərinin tərsini göstərməkdə israrlı olub sanki. Mahiyyət bəlkə də xoş, xeyirxah məqsəd daşıyıb, ancaq ötən nəsillər, fəsillər, buludlar kimi dolub-boşalan ümid dolu sabahlar yaradılmışın ayağını yerdən üzdükcə üzsə də, qəlbini tam-tamına altında doğulduğu ulduzlara bağlaya bilməyib. Səbəb, çox güman ki, bir tərəfdən insan xislətinin tamahından azad ola bilməməsi üzündən Allahı ilə mükəmməl bir rabitəyə girmək qabiliyyətindən uzaq düşməsi, digər tərəfdən isə fitrətən xəyalət aləmi ilə nəfəs almasından qaynaqlanıb. Göründüyü kimi, 1 ruhda 2 əks tələbatın döyüntüsü zavallı kəsi tədirgin etməyə bilməyib var olduğu anından üzübəri. Bəli... o gün, bu gün, o, yağışı sevir, ancaq islanmaq istəmir; Günəşə aşiqdir, ancaq şüaları onun gözlərini yandırır; ulduzlar onu çağırır, onları seyr etməklə bəzən hətta zamanı geri qaytara biləcək bir empati qurur içində, ancaq bununla belə təkəbbürlülük azarından nəinki heç cür qurtulmaq istəmir, hətta onu özündə hiss belə etmir. Beləliklə də, bu azar ona mələk libaslı şeytan xislətini özünə əbədi yoldaş seçməkdə yardımçı olub. Dünya fırlandıqca da "Yox" demək məqamında "hə" və ya əksi kimi həlledici dönümlərdə, habelə kimsəyə dayaq ola biləcək bir yerdə o, hadisələri boz-bulanıq ştrixlərin "təkidilə" görməzdən gəlməyi özünə məqsədyönlülük, vazkeçilməz, xarakterik xüsusiyyət kimi aşılamış olub. Əslində isə həmin "tramplinlər" onunla məhz imtahan qismində qarşılaşdırılmışdı. Heyhat... əgər insan bilsəydi... qəlbinin dərinliklərinə enib Onu (özünü) eşitmək ehtiyacını fərq etsəydi... bunun üçün silkinib, nələrdən arınaraq çıxmalı olduğunu anlasaydı... o zaman ÖZÜnü və demək ki, Allahı məhz lazım olduğu qədər dərk edər, ardınca da daim təbəddülat yaşamaz... yaşatmazdı. Çünki "...hər duyan könlün gizli bir Leylası var..." misalı, hər bir ruha axan şəfəqin ən xəfif, titrək, büllur qədər incə , göy qurşağı timsallı... laubalıcasına toxunduğu zərrəsində bir yaşıl adası olmamış deyil. Pasibanını dimdik saxlayan, onu qüzeyin şaxtasından, güneyin sazağından mümkün qədər ehtiyacsız şəkildə çıxaran İlahi bir dünyası, mənəvi daldanacağı, məlum dünyadan (bəzən hətta özündən belə) xəbərsiz saflığı ilə heyrət doğuran... təpəri, ehtiyacı, inadı qədər böyük, fəqət səbri, iradəsi qədər kiçicik; arzuları qədər xəyali, ancaq qazancı qədər real olan bir dünyası vardır.
...Həyat dənizinin o tayındakı ada: əbədiyyət qədər (məhz) yaşıl... cənnətin özü qədər mütəvazi, ilahicəsinə toxunulmaz...
Hörmətlərimlə: Gülgəz NUR

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!