ABŞ-də atışma - 2 nəfər öldü .....                        Rusiyada həbsdən buraxılan azərbaycanlı iş adamı Bakıya gəldi .....                        “Çelsi” öz meydanında məğlub oldu .....                        İlk təyyarələri gələn il alacağıq - Zelenski .....                        İsrail Hizbullah komandirini öldürdü .....                        Hərbçilərimiz Türkiyədə hərbi təlimlərə qatıldı .....                        Əli Nağıyev Gürcüstanda .....                        Avropa Çindən asılı olmaq istəmir .....                        Orban səfərə hazırlaşır - Gündəm Ukraynadır .....                       
Dünən, 17:07
Günay Ağamalı qalmaqaldan danışdı: “Atam istefa verməyib!”


Günay Ağamalı qalmaqaldan danışdı: “Atam istefa verməyib!”

Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib.
Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yaranıb. Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub.
Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb.
Elçin Ağamalı qurultayda partiya sədri seçildiyi bildirir, atası isə iddiaları təkib edib.
Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, Partiyanın sədri Fəzail Ağamalı qarşı tərəfdən qaynaqlanan, əvvəlcədən hazırlanmış və qurultayın gedişinə mane olan qeyri - etik, qalmaqal, təhdid xarakterli davranışlar səbəbindən növbədənkənar qurultayı qeyri-müəyyən müddətə təxirə saldı:
"Qarşı tərəf sosial media üzərindən özünü partiyanın sədri seçilməsi haqqında dezinformasiya yayır. Qeyd etmək istəyirəm ki, bütün bunlar əsassızdır. Qurultayın aparılması üçün sədr seçilən Fəzail Ağamalı və Nuranə Axundova fasilə elan edildikdən sonra zalı tərk etdilər".
G.Ağamalı vurğulayıb ki, Fəzail Ağamalı qurultayın açılışı ilə bağlı etdiyi çıxışda partiya sədrliyindən istefa vermək istəyini bildirsə də, bu məsələ rəsmi olaraq həllini tapmayıb:
"Qeyd edilən faktlar qurultayın gedişatına mane olmaqla yanaşı, o cümlədən qurultay iştirakçılarına hörmətsizlik, prosesin pozulması və sədrliyə namizədliyi irəli sürülən digər üç nəfərin hüquqlarının və qanunun kobud şəkildə pozulmasıdır. Partiyamız təməl prinsipləri və ənənəvi xarakter daşıyan siyasi xətt üzrə bundan sonra da öz fəaliyyətini ən yüksək səviyyədə davam etdirəcəkdir".
Dünən, 16:40
Mehdiyevə görə 100-dən çox adam dindirilib - Siyahıda kimlər var?


Mehdiyevə görə 100-dən çox adam dindirilib - Siyahıda kimlər var?

Cinayət məsuliyyətinə cəlb edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq davam edir.
Onunla bağlı artıq 100-dən artıq adamın istintaq tərəfindən dindirildiyi ilə əlaqədar məlumatlar yayılır.
Bunların arasında kimlərin olduğu isə istintaq sirri olduğundan açıqlanmır. Ehtimal edilir ki, onlar arasında keşmiş və indiki məmurlar, deputatlar var.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli bildirib ki, dindirilənlər arasında deputatların, hətta siyasi partiya rəhbərlərinin olma ehtimalı yüksəkdir:
"Ümumiyyətlə, Ramiz Mehdiyevin əlaqədə olduğu və ona qarşı irəli sürülən cinayətləri yerinə yetirmək üçün müxtəlif vəzifədə çalışan adamlarla birlikdə işləməsi lazımdır. Bu sıraya ən yüksək strukturlardan tutumuş icra başçıları, deputatlar, hətta siyasi partiya rəhbərləri də daxil ola bilər. Mən düşünürəm ki, dindirilənlər arasında məhz bu şəxslər var. Çünki irəli sürülən ittiham kifayət qədər geniş fəaliyyəti və cinayəti əhatə edir. Çox güman ki, istintaq sirri olduğundan bütün bunlar açıqlanmır. Amma istintaq başa çatan kimi bu kateqoriyadan insanların həmin siyahda olacağını görə bilərik".
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Dünən, 16:30
“Sputnik Azərbaycan”ın şef redaktoru da Bakıdan getdi


“Sputnik Azərbaycan”ın şef redaktoru da Bakıdan getdi

"Sputnik Azərbaycan"ın şef redaktoru Yevgeni Belousov həbsdən azad edildikdən sonra Bakıdan gedib.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Belousov barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, bu ilin iyul ayında “Sputnik Azərbaycan”ın əməkdaşları İqor Kartavıx və Yevgeni Belousov eyni məhkəmənin qərarı ilə 4 aylıq müddətə həbs edilmişdi. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə ittiham irəli sürülmüşdü.
Oktyabr ayında İqor Kartavıx barəsindəki həbs-qətimkan tədbiri də ev dustaqlığı ilə əvəz olunmuşdu. Bir neçə gün sonra o, azadlığa buraxılaraq Moskvaya yola salınıb.
Dünən, 16:10
Çinlilər Gürcüstanda uran axtarışına çıxdılar


Çinlilər Gürcüstanda uran axtarışına çıxdılar

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Tbilisidə 3 Çin vətəndaşı saxlanılıb.
Bu barədə brifinqdə xidmət rəisinin birinci müavini Laşa Maqradze bildirib.
“Dövlət Təhlükəsizliyi Xidmətinin əks-kəşfiyyat və xüsusi əməliyyat idarələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat zamanı Tbilisidə 2 kq uran nüvə materialı almağa cəhd edən 3 Çin vətəndaşı saxlanılıb.
Cinayətkar qruplaşmanın üzvləri Tbilisidə qanunsuz olaraq 400 min dollara uranı almağı və daha sonra Rusiya Federasiyası vasitəsilə Çinə daşımağı planlaşdırırdılar”, - Maqradze bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin qeyd edib ki, Gürcüstanda qeyri-qanuni yaşayan Çin vətəndaşı Çindən daha iki mütəxəssis gətirib və onlar bütün ölkə ərazisində fəal şəkildə uran axtarışına başlayıblar.
Dünən, 15:13
Yanvarın 15-də müharibə bitəcək! - PROQNOZ


Yanvarın 15-də müharibə bitəcək! - PROQNOZ

Ukraynanın Dnepr şəhərinin baş ravvini Şmuel Kaminetski Rusiya və Ukrayna arasındakı müharibənin yaxın aylarda başa çatacağını bildirib.
O, bu fikri "Inspira" biznes-kluby ilə görüşü zamanı səsləndirib.
Ravvinin sözlərinə görə, müharibə 2026-cı il yanvarın 15-dək bitəcək və bundan sonra Ukraynaya böyük həcmdə investisiya axını başlayacaq.
“Bu, nə dua, nə də arzudur. Mən bunu gələcəyi görən şəxs kimi yox, ABŞ və Avropada bu sahədə anlayışı olan nüfuzlu insanların fikirlərinə əsaslanaraq deyirəm. Rusiya yaxın gələcəkdə Şimali Koreyaya bənzəyəcək, Ukraynanı isə böyük gələcək gözləyir”, - Kaminetski bildirib.
O, həmçinin qeyd edib ki, müharibənin son tarixi hesablanarkən Yeni il bayramı dövrü də nəzərə alınıb: “Yanvarın 15-dən sonra artıq müharibənin sonunu qeyd edəcəyik”.
Dünən, 14:36
Fəzail Ağamalı oğlunu yox, qızını seçdi - Partiya qurultayında QALMAQAL


Fəzail Ağamalı oğlunu yox, qızını seçdi - Partiya qurultayında QALMAQAL

Bu gün Ana Vətən Partiyasının növbədənkənar qurultayı keçirilib.
Qurultayda Fəzail Ağamalı ilə oğlu Elçin Ağamalı arasında ciddi mübahisə yarandığı və vəziyyətin əlbəyaxa dava həddinə çatdığı iddia olunur.
Buna səbəb isə Fəzail Ağamalının qızı Günay Ağamalını sədr etmək istəməsi olub.
Fəzail Ağamalı qurultayın işinə fasilə verərək, üzvləri zaldan çıxarmaq istəyib. Bu zaman tərəflər arasında mübahisə daha da qızışıb.
Elçin Ağamalı "demokrat.az"a bildirib ki, atası onun 30 illik siyasi fəaliyyətini yerə vurur.
“Atamın mənimlə bacım arasında niyə fərq qoyduğunu hələ də anlamıram. Atam mənim 30 illik siyasi fəaliyyətimi yerə vurur. Amma buna baxmayaraq, mən sədr seçiləndən sonra Günay Ağamalını özümə müavin təyin etməyi düşünürdüm”.
Elçin Ağamalının qurultayda partiya sədri seçildiyi bildirilir.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qeyd edib ki, mübahisə əlbəyaxa həddinə çatmayıb:
"Əlbəyaxa həddində mübahisə olmayıb. Yalandır. Axı, mən imkan vermərəm vəziyyət o səviyyəyə gəlib çatsın. Fikir çəkişməsi oldu, qurultayın gedişinə ciddi müdaxilə oldu, təhlükəsizlik meylləri, qurultayın gedişini pozmaq meylləri oldu.
Ondan sonra qurultayın sədri kimi fasilə elan etdim. Qurultay qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Heç şübhəsiz ki, növbədənkənar qurultayımızı keçirəcəyik".
F.Ağamalı oğlu ilə qızı arasında fərq qoymadığını qeyd edib:
"Bu oğlumun öz fikridir. Mən öz namizədimi irəli sürdüm, sonra digər namizədlər də oldu. Digər namizədlərin də hüquqları tapdalandı, oğlum da reqlamentin əleyhinə hərəkət etdi.
Buna görə də mən düşünündüm ki, qurultayın bu şəkildə getməsi məqsədəuyğun deyil. Sədr olaraq qalıram, növbədənkənar qurultay qeyri-müəyyən vaxta qədər təxirə salındı. Mən Günay Ağamalının namizədliyini irəli sürdüm".
Dünən, 14:25
BMT-nin legitimliyi şübhə altında - İslahatlar olmalıdır!


BMT-nin legitimliyi şübhə altında - İslahatlar olmalıdır!

BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, Təhlükəsizlik Şurasının (TŞ) “kövrək” legitimliyi fonunda onun tıxanmış vəziyyətinin davam etməsi və əsas məqsədini yerinə yetirə bilməməsi qlobal sülhü təhlükə altına ala bilər.
Baş katib BMT-nin təsis edilməsinin 80 illiyi münasibətilə Nyu-Yorkdakı mənzil-qərargahda daimi nümayəndələrin qarşısında çıxış edib. O, BMT-nin qeyri-müəyyən bir gələcəkdə necə hərəkət etməsi ilə bağlı açıq müzakirələr zamanı Vyetnamın paytaxtı Hanoydan video bağlantı vasitəsilə danışıb.
Baş katib diqqətə çatdırıb ki, BMT-nin beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas orqanı olan TŞ-nin sanksiyalar tətbiq etmək və hərbi əməliyyatlara icazə vermək də daxil olmaqla əhəmiyyətli səlahiyyətləri var. Eyni zamanda, onun 15 üzvündən beşi daimi yerə və BMT Nizamnaməsinə uyğun olaraq veto hüququna malikdir. Şura sülhməramlılıqda, münaqişələrin həllində və beynəlxalq hüququn qorunmasında mərkəzi rol oynasa da, onun veto sistemi tez-tez hərəkətləri dayandırıb və tənqidlərə səbəb olub. TŞ-nin strukturu bir çox ölkə və yüksəkvəzifəli şəxs tərəfindən təmsil olunmayan hesab olunur ki, bu da Afrika və Latın Amerikası kimi regionları daimi səssiz qoyur.
Artıq 80 ildir ki, müharibələrə son qoymaq üçün Şuraya müraciət edənlərlə bağlı A.Quterreş bildirib: "Bu masada oturmaq imtiyazı, hər şeydən əvvəl, həmin insanların inancını qorumaq vəzifəsini daşıyır. Məqsədəuyğun Təhlükəsizlik Şurası olmadan dünya ciddi təhlükə altındadır".
BMT-nin rəhbəri Şura qərarlarının planetin sakinlərinə necə təsir edə biləcəyi ilə bağlı fikirlərini ifadə edib: “Təhlükəsizlik Şurası hegemonlar və imperiyalara aid deyil. Bu, uşaqlarını itirən valideynlər, evlərindən uzaqlara atılan qaçqınlar, əzalarını qurban verən əsgərlər haqqındadır. Bu zalın hər qarışında siz ölülərin ruhları ilə əhatə olunmusunuz. Lakin onların yanında başqa bir şey - dirilərin ümidləri də dayanır. Diqqətlə qulaq asın və sülh üçün mitinq edən vətəndaşlarınızın fəryadını, təhlükəsizliyə can atan ailələrin pıçıltılarını eşidəcəksiniz... Birləşmiş Millətlər Təşkilatının emblemi qalibin dəfnə çələngini deyil, sülhməramlının zeytun budaqlı tacını daşıyır”.
O, bəzi üzv dövlətlər tərəfindən BMT Nizamnaməsinin pozulmasının etimadı sarsıtdığını və qlobal sabitliyi təhlükə altına qoyduğunu qeyd edərək bildirib ki, Şuranın legitimliyi hələ də kövrək olaraq qalır.
Baş katib Afrika, Latın Amerikası və Karib dənizi üçün daimi nümayəndəlik də daxil olmaqla, dünya demoqrafik göstəricilərini daha yaxşı əks etdirmək üçün üzvlüyün yaradılmasına və genişləndirilməsinə çağırıb.
Amerika Birləşmiş Ştatlarının daimi nümayəndəsi müzakirələr zamanı əməliyyat islahatlarına, hesabatlılığa diqqət yetirib və 2027-ci ilin yanvarında rəhbərliyə başlayacaq növbəti Baş katibin ləyaqətə əsaslanan seçiminə çağırıb. O, həmçinin milli suverenliyin və seçim prosesində şəffaflığın üstünlüyünü vurğulayıb.
ABŞ nümayəndəsi regionların növbə ilə seçim etməsinə əsaslanan seçim prosesinə son qoymağa çağırıb və iddia edib ki, qlobal namizədlər siyahısından seçim etməyin vaxtıdır.
Dünən, 14:13
Bakıda qumar şəbəkəsi: 12 nəfərlik dəstə saxlanıldı - VİDEO


Bakıda qumar şəbəkəsi: 12 nəfərlik dəstə saxlanıldı - VİDEO

Sosial şəbəkələrdə onlayn qumar və mərc oyunlarından əldə edilən pul vəsaitlərinin köçürülməsi və leqallaşdırılmasında istifadə olunan bank kartlarının qanunsuz alqı-satqısını həyata keçirən dəstə üzvlərinə qarşı polis əməkdaşları tərəfindən xüsusi əməliyyat-texniki tədbirlər həyata keçirilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən keçirilən tədbirlərlə qeyd edilən qanunsuz fəaliyyətlə məşğul olan 5 fərqli dəstənin 12 nəfərdən ibarət üzvü - Əjdər Əzizov, Fərman Cəfərov, Hikmət Quliyev, habelə Adəm Əliyev və tanışı Cavid İsmayılzadə, Əlvan Musayev eləcə də onunla əlbir olan Məhərrəm Babayev, Rəvan Mehdiyev, Aydın Məmmədzadə və Adil Məmmədov, həmçinin Alşan Səfərov və Rüstəm Novruzov saxlanılıblar.
Daxil olan əməliyyat məlumatları əsasında müəyyən edilib ki, saxlanılan şəxslər bank kartlarını ayrı-ayrı vətəndaşlara ödənişlər edərək alıblar.
Daha sonra həmin kartların böyük əksəriyyəti cinayət əməllərində istifadə edilməsi məqsədi ilə əsəsən “telegram” sosial şəbəkəsində ölkə xaricində cinayətkar fəaliyyətlə məşğul olan şəxslərə satılıb. Əməliyyat zamanı saxlanılan şəxslərin əldə etdikləri 2 mindən artıq bank kartının cinayətkar fəaliyyətə yönləndirildiyi aşkarlanıb.
Qeyd edək ki, əksər hallarda öz kartını dəstə üzvlərinə təqdim edən şəxslər onların hansı məqsədlər üçün istifadə ediləcəyindən xəbərsiz olublar.
Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
Vətəndaşlara bir daha müraciət edərək bildiririk ki, öz bank rekvizitlərinin üçüncü şəxslərə "drop", yəni cinayət faktlarında istifadə edilməsi məqsədi ilə təqdim olunması yolverilməzdir. Əgər bank kartınızdan qeyri-leqal məqsədlər üçün istifadə edildiyini müəyyən etmisinizsə, hesabınıza mənbəyi şübhəli olan pul vəsaitləri köçürülübsə və ya sizə ödəniş müqabilində kart məlumatlarınızı satmaq təklif edilirsə, bu barədə dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə edilir.

Dünən, 13:57
Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ


Bəylər Eyyubovun təyinatı barədə xəbər TƏSDİQLƏNDİ

İyun ayında Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsindən azad edilən general-polkovnik Bəylər Eyyubovun daha sonra Prezident Katibliyinin rəisi təyin olunması barədə xəbərlər yayılmışdı. Ancaq həmin vaxt bu barədə heç bir rəsmi açıqlama verilməmişdi.
Artıq Azərbaycan Prezidentinin rəsmi saytında bu barədə məlumat yer alıb.
Bəylər Eyyubov orada Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi vəzifəsini daşıdığı qeyd olunub.
General Bəylər Eyyubov 2003-2020-ci illərdə Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi - Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsini tutub.
16 mart 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib. Bu ilin martında onun 74 yaşı tamam olub.
Prezidenti Katibliyinin rəisinin hansı vəzifələr daşıdığı hələlik məlum deyil.
Qeyd edək ki, bu vəzifə əvvəllər də Prezident Administrasiyasının sturuktunda mövcud olub.
1998-1999-cu illərdə Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsini Eldar Namazov tutub. Daha sonra onun yerinə Dilarə Seyidzadə təyin edilib. 2019-cu ildə o, azad edilib və Prezident Katibliyinin rəisi — Prezidentin köməkçisi vəzifəsi ləğv edilib.
Dünən, 12:29
Zabil Qəhrəmanov bu hadisəyə görə saxlanılıb


Zabil Qəhrəmanov bu hadisəyə görə saxlanılıb

Tanınmış vəkil Zabil Qəhrəmanovun saxlanılmasına səbəb olan hadisənin görüntüləri yayılıb.
Videoda vəkilin Göygöl rayonundakı avtoyuma məntəqəsində bir nəfərə təpiklə xəsarət yetirdiyi əks olunur.
Məlumata görə, tərəflər arasında yaranan mübahisə davaya çevrilib və Qəhrəmanov qarşı tərəfə fiziki güc tətbiq edib.
Hadisə ilə bağlı vəkil polis tərəfindən saxlanılıb və ona Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. O, bu gün məhkəməyə çıxarılacaq.
Qeyd edək ki, Zabil Qəhrəmanov Tovuzda 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. Bir neçə gün əvvəl isə onun vəkillik fəaliyyəti müvəqqəti dayandırılmışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!