Sudanda döyüşlər şiddətlənir - Ordu qərargahı ələ keçirildi .....                        Sumqayıtda maşın divara çırpıldı - 6 yeniyetmə yaralandı .....                        İran Suriya ilə münasibətləri bərpa etmək istəyir .....                        Çin sahillərində gəmilər toqquşdu - 2 nəfər itkin düşdü .....                        Çinlə yaxşı razılaşma ola bilər - Tramp .....                        Türkiyədə zəlzələ oldu .....                        Ağ Evdə qadın prezident görəcəklər - Harris .....                        PKK Türkiyə ilə sərhəddəki düşərgə və mağaralardan da çıxacaq .....                        Rusiyanın cavabı sərt olacaq - Peskov .....                       
Bu gün, 12:12
Qardaşlıq, tərəfdaşlıq və strateji əməkdaşlığın yeni mərhələsi


Qardaşlıq, tərəfdaşlıq

və strateji

əməkdaşlığın

yeni mərhələsi


Astanada keçirilən Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası iki qardaş ölkə arasında münasibətlərin daha da dərinləşdiyini və yeni strateji mərhələyə qədəm qoyduğunu təsdiqlədi. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat və çıxışı bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan təkcə dost və tərəfdaş deyil, həm də ortaq dəyərlər, mənəvi köklər və gələcəyə yönəlmiş strateji baxışlarla birləşən iki dövlət kimi çıxış edirlər.
Prezident İlham Əliyev çıxışında Qazaxıstanın inkişaf yolunu yüksək qiymətləndirərək bildirdi ki, Prezident Kasım-Jomart Tokayevin müdrik rəhbərliyi ilə ölkədə aparılan islahatlar, müasir texnologiyaların və süni intellektin tətbiqi Qazaxıstanı modern və güclü dövlətə çevirib. Qazaxıstanın beynəlxalq nüfuzunun artdığını vurğulayan dövlət başçısı qeyd etdi ki, bu ölkə dünyanın etibarlı tərəfdaşlarından biri kimi öz müstəqil kursu ilə irəliləyir və Azərbaycana daim səmimi dost münasibəti nümayiş etdirib.
Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, Qazaxıstan işğal dövründə də, müharibədən sonrakı illərdə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək göstərib. Prezident Əliyev sülh prosesinə toxunaraq, Vaşinqtonda əldə olunan sazişin regionda yeni sabitlik dövrü başlatdığını və bu prosesdə Qazaxıstanın ilk dəstək verən ölkələrdən biri olduğunu vurğuladı. Azərbaycan tərəfindən Ermənistana tranzit məhdudiyyətlərinin aradan qaldırılması, o cümlədən Qazaxıstandan Ermənistana taxıl daşınması faktı sülhün praktik müstəvidə təzahürü kimi qiymətləndirildi.
Dövlət başçısı xalqlarımızı birləşdirən çoxəsrlik qardaşlıq və mədəni yaxınlığın bu münasibətlərin bünövrəsini təşkil etdiyini qeyd etdi. Qarşılıqlı səfərlərin intensivliyi, hökumətlərarası komissiyaların fəaliyyəti və konkret nəticələr əldə edilməsi bu əlaqələrin səmərəsini göstərir. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq yalnız ikitərəfli münasibətləri deyil, həm də Avrasiya regionunun geosiyasi sabitliyini və iqtisadi inteqrasiyasını gücləndirir.
Prezidentin çıxışında regional layihələr xüsusi yer tutdu. O, Orta Dəhliz və Zəngəzur dəhlizi layihələrinin gələcək potensialını qeyd edərək bildirdi ki, Azərbaycan ərazisində bütün işlər gələn ilin ortalarında başa çatacaq və 2028-ci ilin sonuna qədər dəhlizin tam açılışı mümkündür. Bu layihələr Asiya ilə Avropanı birləşdirən nəqliyyat-logistika sisteminin genişlənməsinə xidmət edəcək.
İlham Əliyev həmçinin Qazaxıstanın Qarabağın bərpasında göstərdiyi dəstəyə xüsusi minnətdarlıq ifadə etdi. Füzulidə açılmış Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki ölkə arasında qardaşlığın canlı rəmzi kimi dəyərləndirdiyini bildirdi.
Energetika və investisiya sahələrində də əməkdaşlıq genişlənir. Xəzərin dibi ilə elektrik kabelinin tikintisi üzrə üçtərəfli sazişin həyata keçirilməsi, Birgə İnvestisiya Fondunun yaradılması və bir sıra konkret layihələrin reallaşması iki ölkə iqtisadi münasibətlərinə yeni dinamika qazandırır.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birilərini daim dəstəkləyirlər. Gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitlərində Qazaxıstanın fəxri qonaq kimi iştirakı iki ölkə arasında sıx münasibətlərin növbəti göstəricisi olacaq.
Beləliklə, Astanadakı görüş bir daha sübut etdi ki, Azərbaycan və Qazaxıstan münasibətləri regionda sabitlik, inkişaf və əməkdaşlığın mühüm dayağıdır. Qardaşlıq və etimad üzərində qurulan bu tərəfdaşlıq yeni əsrdə Avrasiya məkanında birliyə, sülhə və rifaha xidmət edən strateji əməkdaşlıq nümunəsi kimi çıxış edir.

Zəminə Nurayeva,
Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin direktoru
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!