Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
30-10-2025, 23:11
Prezidentin qızları və gəlini minifutbol turnirində


Prezidentin qızları və gəlini minifutbol turnirində

Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə "Şahinlər", "Birlik", "Zəfər" və "Kəpəz" adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq, belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək, uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.
Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
30-10-2025, 22:43
Həbsdən cəmi bir gün əvvəl... - FOTO


Həbsdən cəmi bir gün əvvəl... - FOTO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.
İ.Rzayev ötən gün Balakəndə festivalda iştirak edibmiş.
Belə ki, rayonda ənənə halını alan Xurma festivalında dünən İslam Rzayev ağac əkib, müxtəlif kompozisiyalarla tanış olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.

30-10-2025, 22:10
ABŞ ona qarşı sanksiyaları ləğv etdi


ABŞ ona qarşı sanksiyaları ləğv etdi

ABŞ Bosniya və Herseqovinanın Serbska Respublikasının keçmiş Prezidenti Milorad Dodikə qarşı tətbiq olunan sanksiyaları ləğv edib.
Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Milorad Dodikə, onun ailə üzvlərinə, yüksəkvəzifəli şəxslərə və onlarla əlaqəli şirkətə tətbiq olunan sanksiyaların ləğv edildiyini açıqlayıb. Ümumilikdə 47 şəxsə və şirkətə tətbiq edilən sanksiyaları ləğv olunub.
Qeyd edək ki, Milorad Dodikə qarşı sanksiyalar 2017-ci ildən bəri qüvvədə idi.
30-10-2025, 22:06
Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim"


Əfsanənin atası danışdı: "Hamilə olduğunu toy günü öyrəndim"

Astarada toydan sonra ölən 17 yaşlı hamilə gəlin Əfsanə İmanovanın atası danışıb.
Əfsanənin atası Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:
"Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik".
"Qızınızı niyə erkən yaşda nişanlamısınız?" sualına cavab olaraq isə ata bildirib ki, 18 yaşına 3 ay qalmışdı.
Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:
"Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik".
Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:
"Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım".
O həmçinin mediada yayılan "cütlüyün Bakıda istixanalarda işləməsi" barədə məlumatların həqiqətəuyğun olmadığını da vurğulayıb:
"Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdılar".
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.
30-10-2025, 22:02
Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi?


Ərdoğan kürd deputatlarla nələri müzakirə etdi?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndə heyəti ilə görüşüb.
Görüş PKK-nın silahlarını Türkiyə ərazisindən tamamilə çıxardığını elan etdikdən sonra baş tutub.
Mətbuata qapalı keçirilən görüşdə partiyanın həmsədrləri Mithat Sancar və Pervin Buldan, hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Efkan Ala, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Təxminən bir saat davam edən görüşdə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində mövcud vəziyyət, bunun yerlərdə vəziyyətə təsiri və lazımi hüquqi tədbirlər müzakirə edilib.
Danışıqlar başlamazdan əvvəl Pərvin Buldan jurnalistlərə bildirib ki, "bu, proses başlayandan bəri prezidentlə üçüncü görüş olacaq: "Hamımız başa düşürük ki, tarixi bir dövr yaşayırıq. Ona görə də bugünkü görüş çox mühüm və əlamətdardır. Biz prezidentlə görüşüb prosesin hazırkı mərhələləri, yaranan problemlər və lazımi addımlar barədə müzakirələr aparıb fikir mübadiləsi aparacağıq".
30-10-2025, 21:53
Həbs edilən icra başçısı bu məmurun dayısı imiş


Həbs edilən icra başçısı bu məmurun dayısı imiş

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib, icra başçısı İslam Rzayev saxlanılıb.
Sabiq icra başçısı İslam Rzayev maliyyə nazirinin müşaviri Elman Mehdiyevin dayısıdır.
E.Mehdiyev 2018-ci ildən bu vəzifədə çalışır.
Bundan öncə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə İslam Vahid oğlu Rzayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Qeyd edək ki, İ.Rzayev 2011-ci ildən Balakən RİH-nin başçısı vəzifəsini icra edirdi.
30-10-2025, 21:47
“Yuevntus”un yeni baş məşqçisi məlum oldu


“Yuevntus”un yeni baş məşqçisi məlum oldu

İtaliyanın “Yuevntus” komandasının yeni baş məşqçisi məlum olub.
Bu vəzifəyə təcrübəli mütəxəssis Luçano Spaletti gətirilib.
Turin klubunun rəhbərliyi italiyalı məşqçi ilə bu mövsümün sonuna qədər müqavilə imzalayıb.
Qeyd edək ki, bundan əvvəl İqor Tüdor “Yuventus”un baş məşqçisi olub.
30-10-2025, 21:15
TİKA sədri Hikmət Hacıyevlə görüşdü


TİKA sədri Hikmət Hacıyevlə görüşdü

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren, Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşüb.
Bu barədə TİKA sədri sosial şəbəkələrdə paylaşım edib.
Onun sözlərinə görə, görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparılıb:
"Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyimizin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik".
30-10-2025, 20:45
Məktəb dərslikləri ilə bağlı YENİLİK


Məktəb dərslikləri ilə bağlı YENİLİK

“Dərslik məsələsi hər zaman müzakirə olunur. Bizim ən böyük hədəflərimizdən biri dərsliklərin təkmilləşdirilməsi, kurikulum və standartların yenilənməsi və onların şagirdlər üçün daha maraqlı olmasıdır. Biz aşağı siniflər üçün riyaziyyat dərsliklərində kifayət qədər böyük dəyişikliklər etmişik. Şagirdlər üçün kitablar daha cazibədar, maraqlı, oxunaqlı hala gətirilib”.
Bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Təhsil TV-də yayımlanan “Təhsil saatı” verilişində səsləndirib.
O bildirib ki, riyaziyyat fənninin sevdirilərək öyrədilməsində dərsliklərin rolu çox böyükdür:
“Bizim oxuduğumuz dövrdə dərsliklərdə, ümumiyyətlə, şəkillər, təsvirlər, tətbiqi məsələlər və s. çox az olurdu. Riyaziyyatı daha maraqlı etmək üçün dərsliklərin mövzularının həyata tətbiqi ilə bağlı daha çox məsələlər və tapşırıqlar olmalıdır. Bu tip tapşırıqların daha çox olmasına xüsusi diqqət yetirilir”.
30-10-2025, 20:41
Ərdoğandan Azərbaycana təşəkkür


Ərdoğandan Azərbaycana təşəkkür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra dost və qardaş ölkələrə təşəkkürünü bildirib.
Türkiyə lideri müvafiq mesajı "X" sosial şəbəkəsində paylaşıb.
Ərdoğan orada təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını da yerləşdirib.
"Cümhuriyyətimizin 102-ci yaşını təbrik edən, ölkəmizə xoş arzularını bildirən bütün ölkələrə və beynəlxalq təşkilatlara millətim adına təşəkkür edirəm. Kiprin türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporunun nümayəndələrinə, qardaşlarımıza, dostlarımıza və müttəfiqlərimizə salamlarımı və sevgimi çatdırıram", - o yazıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!