Bu ölkə ABŞ-dən kömək istədi .....                        Azərbaycanda sadəcə müəllimlər saathesabı işləyir - Nazir .....                        Tanınmış həkimin hesabından 11 min manat oğurlandı .....                        Şagirdlərə universitetə məktəbin özündə hazırlaşacaq - Nazir detalları açıqladı .....                        İki cüdoçumuz medal qazandı .....                        Azərbaycanda bu maşınlar 100 faiz bahalaşdı .....                        Müəllimlərin bir çoxu məktəbdə oturmağa yer tapa bilmir - Nazir .....                        20 min tamştatlı müəllim - İlk bu məktəblərdə olacaq .....                        Lavrov iranlı həmkarı ilə danışıqlar apardı .....                       
24-10-2025, 17:18
Sərdar Səfərova “general-mayor” rütbəsi verildi - SƏRƏNCAM


Sərdar Səfərova “general-mayor” rütbəsi verildi - SƏRƏNCAM

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Səfərova “general-mayor” ali hərbi rütbəsi verilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, sözügedən vəzifəyə bu gün təyin edilib.
24-10-2025, 00:36
Messi ilə müqavilə uzadıldı


Messi ilə müqavilə uzadıldı

ABŞ-ın "İnter Mayami" komandası argentinalı hücumçu Lionel Messi ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yeni sözləşmə 2028-ci ilin sonunadək nəzərdə tutulub.
2023-cü ildən “İnter Mayami”də çıxış edən 38 yaşlı futbolçu bu müddət ərzində 82 matçda 71 qolla yadda qalıb.
24-10-2025, 00:30
İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?


İranda siyasi qalmaqal - Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?

İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır.
Nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib.
Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından keçməkdən imtina edib.
Hadisə şahidlərinin bildirdiyinə görə, nazirin hava limanı əməkdaşları ilə arasında mübahisə yaranıb. Sadəq əsəblə “bu hava limanının qapılarını da bağladacağam” deyə hədə-qorxu gəlib və sonda təyyarə ilə uçmaqdan imtina edərək Tehrana avtomobillə yola düşüb.
Növbəti gün hökumətin qərarı ilə Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib. Rəsmi açıqlamada bu qərarın “idarəetmə qiymətləndirməsi nəticəsində” verildiyi bildirilsə də, ictimaiyyət və deputatlar bu hadisəni nazirin davranışı ilə əlaqələndirirlər.
İran mətbuatında, xüsusən "Hashmehri Online" portalında sərt tənqidlər səslənib: “Əgər nazirdə gizli sənədlər olubsa, niyə onlar qaydalara uyğun təqdim edilməyib? Əgər şəxsi əşyalar idisə, o zaman təhlükəsizlik əməkdaşlarını təhdid etmək nədən irəli gəlirdi?”
Məqalədə vurğulanır ki, təhlükəsizlik qaydaları istisnasız bütün sərnişinlərə, o cümlədən nazirlərə şamil olunur.
İranlı politoloq Əlirza Ərdəbili bildirib ki, hadisə sıradan insident deyil: “İranın aviasiya sistemində belə hadisələrin ictimailəşməsi indiyədək görünməmiş haldır. Lakin burada əsas məsələ qadın nazirin şəxsiyyətidir. Mühafizəkar dairələr onun varlığından narahatdır.”
Ərdəbilinin fikrincə, bu insident vasitəsilə Pezeşkian hökumətindəki islahatçı qanada qarşı hücum başladılıb:
“Radikal dindar qüvvələr qadının nazir postunda olmasını qəbul edə bilmir. Hadisəni şişirdərək, onun istefasını tələb etməyə başladılar.”
Qeyd olunur ki, Fərzanə Sadiqinin Bakıya səfəri zamanı “Şimal–Cənub” dəhlizinin sürətləndirilməsi barədə razılıq əldə olunmuşdu. Bu layihə Tehranın illik 40 milyon ton tranzit yük və milyardlarla dollar gəlir gözlədiyi strateji istiqamətdir. Buna görə də, hökumət çevrələri hesab edir ki, qalmaqal uğurlu səfəri kölgəyə salmaq məqsədi daşıyır.
Nazirin çantasında nə olduğu hələ də bəlli deyil. Bəzi versiyalara görə, orada mühüm sənədlər, bəzilərinə görə isə şəxsi əşyalar olub. Lakin ekspertlər qeyd edir ki, məsələ artıq təkcə “çanta qalmaqalı” deyil, İranda qadınların və islahatçıların hökumətdəki rolu uğrunda mübarizənin yeni mərhələsidir.
Fərzanə Sadəqin istefa ehtimalı isə az qiymətləndirilir: çünki onun təyinatı Ali Rəhbər Əli Xameneinin fərmanı ilə təsdiqlənib və bu qərarın açıq şəkildə şübhə altına alınması Tehran siyasətində “qırmızı xətt” sayılır.
24-10-2025, 00:08
İki universitetə 45 milyon ayrılacaq


İki universitetə 45 milyon ayrılacaq

Qarabağ Universitetinin fəaliyyətinin 2026-cı ildə təmin edilməsi məqsədilə 39 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.
Bu barədə "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.
Qarabağ Universitetində 6 istiqamət və 34 ixtisas (o cümlədən, tibb ixtisası üzrə 100 nəfər) üzrə 2 500-dək tələbənin təhsil alması planlaşdırılır.
2025/2026-cı tədris ilindən etibarən isə universitetdə 4 000-dək tələbənin təhsil alması və onların yataqxanalarda yerləşdirilməsi nəzərdə tutulur.
Həmçinin 2025/2026-cı tədris ilindən fəaliyyətə başlayacaq "Azərbaycan-Türkiyə Birgə Universiteti"nin mühəndislik və tibb ixtisasları üzrə 300 nəfər tələbənin təhsil alması planlaşdırılır.
Yeni ali təhsil müəssisəsinin fəaliyyətinin növbəti ildə təmin olunması üçün 6 milyon manat vəsait nəzərdə tutulub.
23-10-2025, 23:58
Kahramanmaraşda zəlzələ


Kahramanmaraşda zəlzələ

Türkiyənin Kahramanmaraş vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkan Türkiyə vaxtı ilə saat 22:08-də qeydə alınıb.
Zəlzələ yerin 7,11 kilometr dərinliyində olub.
23-10-2025, 23:41
Bu dəfə Rusiyadakı miqrantları hədəfə aldı


Bu dəfə Rusiyadakı miqrantları hədəfə aldı

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ölkədə çalışan miqrantlarla bağlı sərt bəyanatla çıxış edib.
O bildirib ki, əmək miqrantları Rusiyada yalnız əmək müqaviləsində göstərilən şərtlər çərçivəsində qalmalı və iş bitdikdən sonra ölkəni tərk etməlidirlər.
“Bizim ərazimizdə olan hər kəs, ölkəyə hansı müqavilə ilə daxil olubsa, həmin müqavilənin şərtlərinə tam əməl etməli və tapşırıqlar yerinə yetirildikdən sonra ölkəni tərk etməlidir”, – deyə Medvedev miqrasiya məsələlərinə həsr olunan iclasda bildirib.
O, bu tədbirin cəmiyyətdəki gərginliyi azaltmağa və qarşıdurmaların qarşısını almağa kömək edəcəyini qeyd edib.
“Qeyri-qanuni və nəzarətsiz miqrasiya yolverilməzdir, çünki bu, terrorçu və ekstremist qruplar üçün çox əlverişli şərait yaradır,” - deyə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.
Medvedev əlavə edib ki, bundan sonra miqrasiya proseslərinə nəzarətin əsas yükü Rusiya Daxili İşlər Nazirliyinin üzərinə düşəcək.
23-10-2025, 23:15
Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - VİDEO


Ərini basdırdığı yerə "giriş qadağandır" nişanı qoyubmuş - VİDEO

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 10 ay əvvəl itkin düşən 1985-ci il təvəllüdlü Samir Arif oğlu Əliyevin 39 yaşlı həyat yoldaşı Elmira Vidadi qızı İbrahimova tərəfindən odlu silahla qətlə yetirildiyi və meyiti yaşadığı evin həyətində basdırdığı müəyyən edilib.
Hadisə Sabunçu rayonunda yerləşən evlərin birində baş verib. Ötən ilin sonunda kişinin itkin düşməsi ilə bağlı ailə üzvləri polisə məlumat veriblər. Mərhumun yaxınları bildirirlər ki, gəlinləri özünü şübhəli aparıb. Nəticədə də hadisənin üstü açılıb.
Məlumata görə, qətl gündüz törədilib. Hadisənin səbəbi isə dəqiq məlum deyil.
Mərhumun əmisi oğlu deyir ki, həyətləri yaxın olsa da, nə silah səsi eşidilib, nə də hadisə barədə məlumatları olub.
Qonşular isə bildirirlər ki, ailədə hansısa problem yaşandığının şahidi olmayıblar. Samir də ərazidə hörmətli şəxs kimi tanınıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Daha ətraflı "Xəzər TV"nin süjetində:



23-10-2025, 22:24
Rusiya bu ölkənin hava məkanını pozdu


Rusiya bu ölkənin hava məkanını pozdu

Litva Prezidenti Gitanas Nauseda oktyabrın 23-ü axşam saatlarında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Litvanın hava məkanını pozduğunu bəyan edib.
Litva Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Hərbi Hava Qüvvələrinin “Su-30” qırıcı təyyarəsi və “İl-78” yanacaqdaşıyan təyyarəsi Kıbartay şəhəri yaxınlığında, Kalininqrad vilayəti ilə sərhəd zonasında – Litva hava sərhədini keçib. Təyyarələr təxminən 700 metr məsafədə Litva üzərində uçduqdan 18 saniyə sonra yenidən Rusiya ərazisinə qayıdıb.
Hadisədən dərhal sonra NATO-nun hava patrul missiyası çərçivəsində İspaniyaya məxsus iki “Eurofighter Typhoon” qırıcısı havaya qalxıb.
Litva Müdafiə Nazirliyi hadisənin havada yanacaq doldurma təlimi zamanı baş verdiyini istisna etmir.
Prezident Nauseda isə Rusiyanın bu addımını “beynəlxalq hüququn və Litvanın ərazi bütövlüyünün kobud şəkildə pozulması” kimi qiymətləndirib:
“Bu hadisə Avropanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin vacibliyini bir daha göstərir,” – deyə dövlət başçısı bildirib.
Litva Xarici İşlər Nazirliyi hadisə ilə bağlı Rusiyanın Vilnüsdəki səfirliyinin nümayəndələrini çağıraraq “təhlükəli və məsuliyyətsiz davranışa” etiraz notası təqdim edəcək.
23-10-2025, 21:37
Bu xidmət ödənişli olacaq - DİM sədri açıqladı


Bu xidmət ödənişli olacaq - DİM sədri açıqladı

"Biz hər ay peşə testlərini açıq şəkildə ictimaiyyətə təqdim edirik. Qeydiyyatdan keçən şagirdlər və abituriyentlər gəlib bu testlərdən keçə bilirlər".
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, hazırda testlər DİM-in binasında keçirilir, lakin yaxın müddətdə platformanın onlayn versiyası da istifadəyə veriləcək:
"Yaxın vaxtlarda testləri onlayn formada təqdim etməyi planlaşdırırıq ki, hər kəs evdən keçə bilsin. Əsas şərt budur ki, cavabları verən şəxs səmimi olsun və testləri başqasına tapşırmasın. Əks halda, insan yalnız özünü aldatmış olur. Bu testlər diaqnostik xarakter daşıyır. Daha geniş və fərdi məlumat almaq istəyənlər mərkəzin psixoloqlarına müraciət edə bilərlər".
Məleykə Abbaszadə qeyd edib ki, testdən sonra psixoloqlarla individual məsləhət almaq mümkündür, lakin hələlik bu xidmətə müraciət edənlərin sayı azdır.
Testlərin müddəti və sualların həcminə gəlincə, DİM sədri bildirib ki, bu testlər ciddi elmi əsaslarla hazırlanıb və onların "yüngülləşdirilməsi" məqsədəuyğun deyil:
"Həkimə gedəndə dəqiq diaqnoz istəyirsinizsə, müxtəlif müayinələrdən keçmək lazımdır. Bu test də həmin prinsipə əsaslanır. Məqsəd sürətli yoxlama deyil, dəqiq nəticədir".
O həmçinin əlavə edib ki, hazırda testlər oflayn şəkildə pulsuz keçirilir, lakin onlayn versiya ödənişli olacaq:
"Hələlik ödənişin məbləği müəyyənləşdirilməyib. Bu məsələ müvafiq orqanlarla razılaşdırıldıqdan sonra ictimaiyyətə açıqlanacaq".
Abituriyentlərin ixtisas seçimi zamanı qarşılaşdığı çətinliklərə toxunan M.Abbaszadə bildirib ki, bir çox hallarda valideynlər və şagirdlər qərarı yanlış verir, nəticədə hətta yüksək bal toplayan abituriyentlər belə qəbul ola bilmirlər.
"Peşə seçimi yalnız toplanan bala görə yox, həm də maraq və istəyə uyğun olmalıdır. Peşə testlərinin keçirilməsinin məqsədi də məhz budur - uşaqlar öz meyillərinə əsasən peşə seçsinlər".
Onun sözlərinə görə, hazırda Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzləri (AMM) bu sahədə ödənişsiz xidmət göstərir:
"Bu mərkəzlərdə süni intellekt tətbiq olunmur, məsləhətlər birbaşa mütəxəssislər tərəfindən verilir. Artıq 9 ali təhsil müəssisəsində belə mərkəzlər yaradılıb və abituriyentlər istənilən vaxt müraciət edə bilərlər".
23-10-2025, 21:09
Putin Qərbi hədələdi: “...cavabımız ciddi olacaq!”


Putin Qərbi hədələdi: “...cavabımız ciddi olacaq!”

Rusiya Prezidenti Vladimir Putin Budapeştdə keçiriləcək sammitə hazırlıqsız getməyin “böyük səhv olacağını” bildirib. Onun sözlərinə görə, bu görüşün təşəbbüsü ABŞ tərəfindən irəli sürülüb.
Putin qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı elan etdiyi yeni sanksiyalar ölkə iqtisadiyyatına ciddi təsir göstərməyəcək:
“Bu, Rusiyaya təzyiq göstərmək cəhdidir. Lakin özünə hörmət edən heç bir dövlət təzyiq altında qərar qəbul etmir”, – deyə prezident vurğulayıb.
O, Rusiyanın qlobal enerji balansındakı rolunun hələ də böyük olduğunu xatırladıb:

“Rusiya və Səudiyyə Ərəbistanı daha çox neft satır, ABŞ isə daha çox istehlak edir. Rus neftinin bazarda tam əvəzlənməsi vaxt tələb edir”.
Putin ABŞ Prezidenti Donald Trampın yeni sanksiyalar qərarını “dostluqdan uzaq addım” adlandırıb və bunun Moskva-Vaşinqton münasibətlərini möhkəmləndirmədiyini deyib. Bununla belə, o, iki ölkə arasında “ciddi dialoqa keçid baş tutarsa, əməkdaşlıq üçün geniş sahələrin” mövcud olduğunu vurğulayıb.
Rusiya lideri, həmçinin Ukraynaya “Tomahawk” raketlərinin verilməsi ehtimalını “təxribat və eskalasiyaya cəhd” kimi qiymətləndirib və xəbərdarlıq edib:
“Əgər bu silahlarla Rusiya hədəflərinə zərbə endirilsə, cavabımız ciddi olacaq.”
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!