Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
16-10-2025, 15:13
Bakıda hərbi parad keçiriləcək - RƏSMİ


Bakıda hərbi parad keçiriləcək - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir.
Hazırlıq məşqləri zamanı Bakı şəhəri və ətraf ərazilərdə aviasiya vasitələrinin uçuşları, avtomobil və döyüş texnikalarının, həmçinin gəmilərin müəyyən edilmiş marşrutlar üzrə hərəkəti və yerdəyişməsi icra olunur.
16-10-2025, 14:55
“Yabançı damat"ın Memik dədəsi öldü


]“Yabançı damat"ın Memik dədəsi öldü

Türkiyəli məşhur aktyor Arif Erkin Gözelbeyoğlu 90 yaşında dünyasını dəyişib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edək ki, Gözelbeyoğlu “Yabançı damat" filmindən Memik dədə obrazı ilə tanınır. O, bir sıra məşhur seriallarda da rol alıb.
16-10-2025, 14:42
Əmək qabiliyyətinə dair qaydanı Nazirlər Kabineti müəyyən edəcək


Əmək qabiliyyətinə dair qaydanı Nazirlər Kabineti müəyyən edəcək

İstehsalat qəzaları nəticəsində vətəndaşın orqanizm funksiyasının pozulma dərəcəsi 30 faizdən yuxarı olurdusa, əlillik təyin olunur. Lakin 30 faizdən aşağı pozuntu hallarında qanunvericilikdə konkret mexanizm mövcud deyil. Bu isə praktiki boşluq yaradır.
Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
İdarə Heyətinin sədri bildirib ki, bu boşluğun aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən beynəlxalq təcrübəyə əsaslanan yeni yanaşma hazırlanıb və qanunvericiliyə dəyişiklik təklifi hazırlanaraq parlamentə təqdim olunub.
“Təklifə əsasən, artıq əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyən olunması qaydası müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.
Yeni qaydanın layihəsi artıq hazırlanıb və Nazirlər Kabinetinin təsdiqindən sonra hüquqi qüvvəyə minəcək. Bu qayda tətbiq edildikdən sonra əmək qabiliyyətinin itirilməsi dərəcəsi daha dəqiq, vahid və operativ mexanizmlərlə müəyyən olunacaq.
Həkim-ekspertlərimiz bu sahədə yetərincə təcrübəyə malikdir və yeni metodologiyanın tətbiqi ilə bağlı təlimlərə cəlb olunublar”, - deyə R.Rzayev qeyd edib.
16-10-2025, 14:37
Zəngəzur dəhlizinin əsas hissəsi üzərində iş gedir - Paşinyan


Zəngəzur dəhlizinin əsas hissəsi üzərində iş gedir - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, hazırda TRIPP layihəsinin (Zəngəzur dəhlizi) əsas hissəsi üzərində iş gedir. Baş nazir jurnalistlərə açıqlamasında deyib:
"Hazırda biz mətn üzərində işləyirik, layihənin məzmununu formalaşdırırıq. Müəyyən elementlər artıq müzakirə olunur və biz onları vahid sənəddə birləşdirməliyik”.
O, aydınlaşdırıb ki, proses birinci, ikinci və üçüncü mərhələlərin qəbulunu nəzərdə tutur, bundan sonra məsələ məntiqi növbəti mərhələyə keçməlidir.
"Lakin mən bir daha vurğulamaq istəyirəm: istənilən qərar Vaşinqtonun Sülh Bəyannaməsində göstərilən çərçivədən kənara çıxa bilməz", - baş nazir əlavə edib.
16-10-2025, 14:26
Aşıq Yadigar xəstəxanada infeksiyaya yoluxub


Aşıq Yadigar xəstəxanada infeksiyaya yoluxub

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağırdır.
Onun oğlu Yaşar Muradov bildirib ki, sənətçi xəstəxanada infeksiyaya yoluxub.
“Hazırda atamın vəziyyəti ağırdır. Təzyiqi düşüb, yüksək qızdırması var. Mərkəzi Klinika Xəstəxanada infeksiyaya yoluxub. Reanimasiya şəraitində müalicəsi davam edir”.
“Hazırda müraciət etdiyimiz əsas xəstəlik kənarda qalıb, həkimlər atamın yoluxduğu infeksiyanın müalicəsinə çalışırlar. Vəziyyəti ağırdır. Həkimlər cəhd edir ki, qanını yusunlar. Qanı yuyulduqdan sonrakı mərhələni gözləyirik” – deyə o qeyd edib.
16-10-2025, 14:18
Narkokuryerlik edən şəxs həbs olundu


Narkokuryerlik edən şəxs həbs olundu

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini 38 yaşlı Ramik Quliyev saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan 2 kiloqramdan artıq narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. R.Quliyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə pul müqabilində narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan təbiri seçilib.
16-10-2025, 14:03
Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir


Ermənistan vətəndaşlarının məhkəməsi sənədlərin elan olunması ilə davam etdirilir

Oktyabrın 16-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Məhkəmə iclasında əvvəlcə iqtisadiyyata vurulmuş zərər və iqtisadi itkilərlə bağlı sənəd elan olunub.
Qeyd olunub ki, Ermənistanın hərbi təcavüzü nəticəsində müharibənin birbaşa təsirinə və işğala məruz qalmış Azərbaycan ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb, bölgənin iqtisadi resursları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib (o cümlədən təbii resurslar üzərində istismar hüquqlarının xarici şirkətlərə satılması yolu ilə), Azərbaycan iqtisadiyyatı-əhali, müəssisələr və dövlət böyük zərər və itkilərlə üzləşib.
Həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərini işğal etməsi nəticəsində 30 ilə yaxın müddətdə həmin ərazidə yerləşən mineral xammal ehtiyatları Ermənistan tərəfindən qanunsuz olaraq istismar edilib, böyük məbləğdə qeyri-qanuni gəlir əldə olunub, Azərbaycana böyük iqtisadi zərər vurulub. İşğal dövründə filiz və qeyri-filiz yataqlarında qanunsuz istismar işləri aparılıb, həmçinin bütün növ yeraltı su ehtiyatkarından qanunsuz istifadə edilib.
Sənədlərdə göstərilib ki, Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə, heç bir ekoloji qaydaya əməl edilmədən istismar edilməklə elektrik enerjisi istehsal olunub. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkilərə məruz qalıb.
Bundan başqa, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş Azərbaycan ərazilərində əhalinin kənd təsərrüfatı ilə məşğul olması mümkün olmayıb, bu səbəbdən həm əhali, həm də dövlət böyük məbləğdə iqtisadi itkilərlə üzləşib.

“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər”

“Minalar və partlamamış sursatlarla çirkləndirmənin vurduğu zərər” başlıqlı sənəddə qeyd edilib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin işğalı zamanı işğal edilmiş ərazilərdə yüz minlərlə mina basdırılıb, geniş ərazilər partlamamış hərbi sursatlar ilə çirkləndirilib. Bu səbəbdən, işğaldan azad edilmiş ərazilərin Azərbaycanın digər ərazilərinə tam reinteqrasiyasının təmin etmək üçün uzun zaman və irihəcmli maliyyə vəsaiti tələb olunur.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
16-10-2025, 13:51
Xalq artisti Ramiz Quliyev dəfn olundu


Xalq artisti Ramiz Quliyev dəfn olundu

Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olunub.
Əvvəlcə mərhumla Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.
Daha sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn olunub.

***

10:36

Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
16-10-2025, 13:40
Prezident Avropa İttifaqının yeni səfirinin etimadnaməsini qəbul etdi


Prezident Avropa İttifaqının yeni səfirinin etimadnaməsini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Mariyana Kuyundziçin etimadnaməsini qəbul edib.
Mariyana Kuyundziç etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Dövlətimizin başçısı Tirana və Kopenhagendə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşlərini məmnunluqla xatırlayaraq, həmin görüşlər əsnasında əməkdaşlığımızın inkişaf perspektivlərinə dair ətraflı müzakirələrin aparıldığını bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin son dinamikasını vurğulayaraq, bir il ərzində Avropa İttifaqının 3 komissarının Azərbaycana səfərinə toxundu.
Mariyana Kuyundziç Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə təbriklərini çatdırdı. Azərbaycanın fəal regional diplomatiya siyasəti yürütdüyünü deyən Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni rəhbəri Mariyana Kuyundziç Prezident İlham Əliyevin son dövrlərdəki səfərlərinin və iştirak etdiyi beynəlxalq Zirvə toplantılarının bunun bariz nümunəsi olduğunu vurğuladı.
O, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da inkişafı üçün əlverişli imkanların olduğunu deyərək, enerji, nəqliyyat sahələrində uğurlu əməkdaşlığa toxundu, Avropa İttifaqının regional nəqliyyat bağlantılarının yaradılması layihələrini yaxından dəstəklədiyini qeyd etdi.
Mariyana Kuyundziç Avropa İttifaqının ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.



16-10-2025, 13:21
Paşinyan Azərbaycandakı ermənilərdən danışdı


Paşinyan Azərbaycandakı ermənilərdən danışdı

"Azərbaycanda saxlanılan ermənilərlə bağlı hər gün işləyirik".
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 16-da jurnalistlərlə söhbətində deyib.
O, əmin edib ki, hakimiyyət konkret həll yollarına nail olmaq üçün hər cür səy göstərir.
“Bu nəticələr əldə olunmayana qədər mən onları elan etməyəcəyəm”, - o qeyd edib.
Paşinyan bəyan edib ki, Azərbaycan prezidenti ilə təmaslar dövri xarakter daşıyır, xüsusən avqustun 8-də imzalanan sənəd nəticəsində “sülhün bərqərar olmasından” sonra.
Baş nazir əlavə edib ki, konkret nəticələr olarsa, o da hesabat verəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!