Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
13-10-2025, 16:12
İlham Əliyev Misirdə liderlərlə bir arada

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə bir sıra ölkələrin liderləri ilə görüşüb.
Görüşlər bu ölkədə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində baş tutub.
Belə ki, Azərbaycanın dövlət başçısı adıçəkilən sammitdə Pakistanın Baş naziri Şahbaz Şərif, İordaniya Kralı II Abdullah, Fələstin Prezident Mahmud Abbas, Macarıstanın Baş naziri Viktor Orban, Niderland Krallığının Baş naziri Dik Sxofla ilə də analoji görüşlər keçirib.
13-10-2025, 16:08
154 fələstinli məhbus Misirə gətirildi

154 fələstinli məhbus Misirə gətirildi

154 fələstinli məhbus deportasiya edilmək üçün Misirə gətirilib.
Bu barədə HAMAS-ın Məhbuslar Mediası Ofisi məlumat yayıb.
Qeyd edək ki, HAMAS-İsrail razılaşmasından sonra HAMAS 20 israilli girovu azad edib.
Əvəzində isə İsrail 250 fələstinli məhbusu azadlığa buraxıb.
Ümumilikdə isə 1900-dən çox fələstinli məhbusun İsrail tərəfindən sərbəst buraxılması nəzərdə tutulub.
13-10-2025, 15:53
Xəzərin sahilində suiti cəsədləri tapıldı

Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində Xəzər dənizinin sahilində 10-dan çox suiti cəsədi aşkarlanıb.
Cəsədlərin bir qismi çürümüş vəziyyətdə, digərləri isə ərazidə olan vəhşi heyvanlar tərəfindən parçalanmış halda olub.
Mövcud vəziyyətlə bağlı aidiyyatı qurumların nümayəndələri dərhal əraziyə baxış keçiriblər.
Xatırladaq ki, sonuncu dəfə suitilərin kütləvi ölümü 2022-ci ildə Dağıstanda Xəzər sahillərində qeydə alınıb.
13-10-2025, 15:48
Dərnəgül dayanacağının inşası bu ilin sonunadək başa çatdırılacaq

Bu ilin sonunadək Dərnəgül dayanacağının inşasının başa çatdırılması planlaşdırılır.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (ADY) tərəfindən həyata keçirilən layihə çərçivəsində sərnişinlər üçün müasir standartlara cavab verən infrastrukturun yaradılması nəzərdə tutulur.
Qeyd edək ki, cari ildə Bakı–Balakən–Bakı marşrutu yenidən bərpa edilib. Bununla yanaşı, ölkədaxili səyahət istiqamətlərinin artırılması məqsədilə 15 iyundan etibarən Bakı–Ağstafa xətti Qazaxa qədər uzadılıb və bu istiqamətdə ilk dəfə müasir qatarlar hərəkətə başlayıb.
2025-ci il il mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı olub, avqustun 30-da Bakı–Ağdam–Bakı marşrutu üzrə 32 ildən sonra sərnişin daşımalarına başlanılıb. Həmçinin 28 sentyabr 2025-ci il tarixindən etibarən xüsusilə bölgələrdə nəqliyyatın əlçatanlığının təmin edilməsi məqsədilə ilk dəfə regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlayıb. Müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə 2 dəfə sərnişinlərə xidmət göstərilir. Cari ildə Abşeron dairəvi dəmiryol marşrutu ilə də səyahət imkanları təkmilləşdirilib. Sentyabrın 15-dən qatarların hərəkət qrafiki optimallaşdırılıb, iş günləri reyslərin sayı 92-dən 104-ə çatdırılb. Hazırda Abşeron dairəvidə günlük sərnişin daşıma 42 min nəfəri ötüb.
13-10-2025, 15:37
İlham Əliyev Mahmud Abbasla görüşdü

İlham Əliyev Mahmud Abbasla görüşdü

Azərbaycan Prezidenti İlham Əliyev Misirdə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşüb.
Azərbaycan və Fələstin liderləri Şarm əl-Şeyxdə Qəzza ilə bağlı sammit çərçivəsində görüşüblər.
Qeyd edək ki, Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
13-10-2025, 15:33
Azərbaycan Yaxın Şərqdə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır

Prezident İlham Əliyev Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də bildirib.
“Bu, Azərbaycanın artan regional rolunun və qlobal xarici siyasətdə “orta güc” (middle power) kimi mövqeyinin göstəricisidir. Azərbaycan Yaxın Şərqdə sülh gündəliyi üzrə bütün tərəflər üçün arzuolunan tərəfdaşdır”, - o vurğulayıb.

13-10-2025, 15:14
Naxçıvanda 143 nəfər qidadan zəhərlənib

Naxçıvanda 143 nəfər qidadan zəhərlənib

Naxçıvan Muxtar Respublikasında (MR) cari ilin ilk 9 ayı ərzində ümumilikdə 143 qida mənşəli zəhərlənmə faktı qeydə alınıb.
Naxçıvan MR Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, zəhərlənmələrin əksəriyyəti məişət şəraitində düzgün saxlanma və istifadə qaydalarına əməl edilmədən istehlak olunan qidalardan qaynaqlanıb.
13-10-2025, 15:06
İlham Əliyev Paşinyanla görüşdü - FOTO

İlham Əliyev Paşinyanla görüşdü - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Misirdə işgüzar səfərdədir.
Sammit Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində keçirilir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da Sammitdə iştirak edir.
İlham Əliyev Sammit çərçivəsində Nikol Paşinyanla görüşüb. Liderlərin görüşünü əks etdirən fotoşəkillər yayılıb.

13-10-2025, 15:03
Netanyahu Qəzza sammitinə gedəsi olmadı - YENİLƏNİB

İsrailin Baş naziri Benyamin Netanyahu Qırmızı dəniz sahilindəki Şarm əl-Şeyx kurortunda keçiriləcək Qəzza sammitində iştirak etməyəcək.
Bu barədə İsrail hökuməti məlumat yayıb.
"Baş nazir Netanyahunu ABŞ prezidenti Tramp bu gün Misirdə keçirilən konfransda iştirak etmək üçün dəvət edib. Baş nazir dəvətinə görə prezident Trampa təşəkkür edib, lakin iştirak edə bilməyəcəyini bildirib", - Netanyahunun ofisi bildirib.

***

13:28

İsrailin baş naziri Benyamin Netanyahu Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək Qəzza sammitinə qatılacaq.
Bu barədə Misir Prezident Administrasiyasının sözçüsü məlumat yayıb.
Məlumata görə, sammit bazar ertəsi Qırmızı dəniz sahilində keçiriləcək və tədbirə ABŞ prezidenti Donald Tramp, İsrail baş naziri Netanyahu və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında telefon danışığından sonra qərar verilib.
Misir Prezidenti Administrasiyası əlavə edib ki, Fələstin Prezidenti Mahmud Abbas da sammitdə iştirak edəcək.
Toplantının əsas məqsədi Qəzzada atəşkəsin möhkəmləndirilməsi, humanitar yardımın genişləndirilməsi və bölgənin təhlükəsizlik gələcəyi ilə bağlı razılaşmaların müzakirəsi olacaq.
12-10-2025, 20:47
Nurlanə Məmmədova Filologiya üzrə fəlsəfə doktoru   “ARPAÇAYDAN XƏZƏRƏ” KİTABININ POETİK FUNKSİYASI

Nurlanə Məmmədova

Filologiya üzrə fəlsəfə doktoru

“ARPAÇAYDAN XƏZƏRƏ”

KİTABININ POETİK FUNKSİYASI

Müasir ədəbiyyatda differensiallaşma prosesi inkişaf nöqteyi-nəzərindən çoxşaxəli bir istiqamətdə davam edir. Janrlarda və üslublarda eynilikdən fərqliliyə keçid cəhdi bu prosesə müsbət təsirini göstərməkdədir. Fərqlilik eyni mövzunu çatdırma bacarığında və üslubda, ədəbi simanın təxəyyül gücündə üzə çıxır. İqtisadi-coğrafi baxımdan bölgələrin fərqli strateji mövqeyi olduğu kimi ədəbiyyatda da ədəbi simaların xarakterik yaradıcılıq xüsusiyyətləri var. Xüsusilə, böyüyüb boya-başa çatdığı, havasını udduğu əraziyə sevgi və bu sevgini ifadə etmək istəyi günümüzün aktuallığını qoruyub saxladığı situasiyadır. Azərbaycan Yazıçılar Birliyinin üzvü İbrahim Yusifoğlunun yeni nəşr olunan “Arpaçaydan Xəzərə” kitabı bu duyğuların təcəssümü ilə zəngindir. Kitab 2025-ci ildə “Şirvannəşr”də işıq üzü görüb. Kitabdakı şeirlərdə insan mənəviyyatını məşğul edən düşüncələr, Vətən məfhumunun izahlı tərənnümü, payız təravətini xatırladan duyğular əks olunur.
İbrahim Yusifoğlunun şeirlərində insan hissləri təbiətin gözəlliyi ilə uyğunlaşdırılır. Bu harmoniya zamanı dərdin təbiətə təsirini tərənnüm edən şair insan dünyasını Allahın bəxş etdiyi nemətləri məhv etdiyi üçün günahlandırır, cəmiyyəti gözəlləşdirmək funksiyasını icra etməli olan insanın quduzlaşmış hissiyyatı ilə mübarizə aparır. Bir insan kimi dünyaya mənfi təsirini deyən şairin “bu dünya mənlik deyilmiş”, “bu həyat mənimlə yola getmədi”, “alışa bilmirəm mən bu yollara” fikri ilə müxaliflik yaradaraq cəmiyyətə uyğunlaşa bilməyən “çağdaş insan” obrazını oxucusuna çatdırır. Şair özgəliklərə alışmayıb, öz şəxsi varlığını üstün tutur.
Kitabda təzadların ahəngindən formalaşan şeirlər çoxdur. Kədər və sevinc, nikbinlik və pessimistlik, kövrək notlar və fərəhli hisslər bir-birini əvəzləyir. Bu cəhətdən xəstəxana şeirləri taleyin acı gərdişinə etiraz motivinə köklənir. Tanrıdan gələn ağrıya dözən şair çətin anlarda ona həmdərd olan ürəyini onu tək qoyan insanlarla qarşılaşdırır. Bu üzləşdirmə zamanı qəlbdən boylanan Vətən, torpaq uğrunda canını qurban verən Şəhidlər, övladı üçün göz yaşı axıdan Şəhid anaları, Vətəni düşməndən azad edən İgidlər, Vətənin hər qarış torpağına bələd olan Dəli Dərviş xatırlanır. Yenə təzadlar başlanır: vətəni qoruyan oğullar və vətəni tərk edən gənclər, alınan torpaqlar və itirilən igidlər, Zəfər sevinci və anaların göz yaşı... Bunların poetik ifadəyə çevrilməsi insanların kimliyinin olduğu kimi tanıdılmasına xidmət edir və obyektiv qiymətləndirməni göstərir. Təzadlı dünyanın təzadlı insanlarına etirazı aşağıdakı misralarda reallığını tapır:
Qürbətlərə düşəndə
Vətəni səsləyirik.
Vətəndə olandasa
Bölünürük bölgələrə.
İbrahim Yusifoğlunun kitabında qocalıq mövzusuna da rast gəlirik. Bir tərəfdən bu tərənnüm insan ömrünün faniliyinə, digər tərəfdən həyatın sınağından keçən bir insanın uğuruna, müdrikləşmə yaşına işarədir. Qocalıq – gənclik qarşıdurmasında keçmişə həsrət qalan təcrübənin xatirələri canlanır, arzularla xatirələri, ümidlə reallığı qarşılaşdırır, “mən ölümün qonağıyam” deyən şair ömrün gur akkordu ilə son akkordunun ahəngini yaradır:
İnsantək yaşasa hər kəs həyatda,
Hələ gəncliyindən tapar ucalıq.
Ömrün müdrikləşən ahıl çağında,
Həmişə şərəflə yaşar qocalıq.

Tənhalaşma və zamanla dəyərlərin yerini başqa dəyərlərə ötürməsi motivi köhnə pencəklə ifadə edilir. İnsan taleyi ilə köhnəlmiş geyim arasında oxşarlığın qeyd edilməsi ilə şair metafora nümunəsi yaratmışdır. “Nimdaş pencəyə oxunan şeir”də əvvəlki illərə və hisslərə qayıdış poetik işlənmə baxımından uğurlu təsir gücünə malikdir. Son dayanacaqda yaşananları yada salıb xoş günlərə bağlılıq tamamlanma düşüncəsinə xidmət edir:
Bir vaxt geyilərdin ziyafətlərə,
Gözlər min heyrətlə sənə baxardı.
Yaman xoş gəlirdin şux afətlərə,
Duruşun, biçimin ürək yaxardı.

Heç nəyin dərdinə qalmazdın, vallah,
İşıq saçılardı düymələrindən
Xoşbəxt günlər idi o günlər, Allah,
Qəlbən öyünərdin əməllərindən.

Qocalığın payız, gəncliyin yaz fəsli ilə simvollaşdırılması poetik təfəkkürdə yenilik deyildir. Fəsillərin insan mənəvi dünyası, xarici görkəmi, ruhi vəziyyəti, sağlamlıq keyfiyyətləri ilə əlaqələndirilməsi bütün janrlarda əsas istifadə edilən priyomdur. Onun şeirlərində isə payız köhnəliyi, ömrün qəmli səhifələrini xarakterizə edir. Təbiətin dəyişməsi ilə insanın dəyişməsi iki cəhətdən assosasiya təşkil edir. “Payız havasıdı şair havası”, “Payız şeirləri yazacam daha”, “Nə yaxşı ki, ömrün payızı vardır” misraları yetkinləşmə anlayışına uyğundur. Digər tərəfdən ayrılıq motivi də əsasdır. Yarpaqların tökülməsi, yağan yağışların çoxalması – payız lövhələri kövrək notlardan xəbər verir.
İbrahim Yusifoğlunun məhəbbətdən bəhs edən şeirlərində sevgidən çox ruhi sarsıntılar, həsrət, iztirab və bu duyğulardan bezməyən aşiq vardır. “Mən çəkən dərdləri sən barı çəkmə”, “Şeir oxuyursan titrək bir səslə”, “Mənə bir məhəbbət şeiri oxu”, “Yubandım”, “Mənim şeirlərimin sonası olarsanmı”, “Yaralanmasın” şeirlərində şair obrazı daha qabarıq nəzərə çarpır və daxili hisslərini müraciət ünvanına gizli yolla deyil, sadə dillə reallığa söykənən həyati motivlərlə çatdırır. İdealizə edilmiş emosiyalar şeirlərin mətnindən uzaqdır:
Görən nə tapmısan şeirlərimdə,
Onların sevincdən kədəri çoxdu.
Elə sinəmdəki dərdlərimin də,
Qədəri varsa da, hədəri yoxdu.
(“Mən çəkən dərdləri sən barı çəkmə”)
Yaradıcı insanın mətnlərdən görsənən obrazı iki istiqamətdə tərənnüm edilir. Birinci istiqamət müəllifin özünü, həyatını, duyğularını, düşüncələrini əhatə edir. İkinci istiqamətdə isə şair başqa bir tanınmış şəxsiyyəti öz əsərinin obrazına çevirir. Nəsr və poeziyanın xüsusiyyətlərindən istifadə edib tarixi şəxsiyyətin cəmiyyətdə yeri və mövqeyini dəyərləndirmək və müəllif yanaşmasını ortaya qoymaq İbrahim Yusifoğlunun “Arpaçaydan Xəzərə” poemasında üzə çıxır. Əsər akademik İsa Həbibbəyliyə həsr olunub. Süjetin poeziyaya inteqrasiyası zamanı hiperbolik səciyyə yoxdur. Çünki onun məqsədi akademikin elm aləminə gəlmə yoluna nəzər yetirməkdir. Naxçıvanın Şərur rayonunun Danzik kəndindən Bakıya doğru istiqamət alan alimin həyat yolunu əhatə edən hadisələr – məktəb illəri, Universitet təhsili, müəllim kimi fəaliyyəti, Milli Məclisə seçkilər keçirilməsi – AMEA-da tamamlanır. Poemanın müəllim ata, müəllim qardaşla bağlı hissələrində şöhrəti dünyaya yayılan alimin yetişdiyi və kimliyini formalaşdıran mühiti diqqətə çatdırmaq əsas amildir. Tutduğu vəzifədə və elmi, mədəni, siyasi sahələrdə fəal iştirak edən ictimai xadimin təhsil illərinə qayıtmaq və cəmiyyətdə roluna diqqət çəkmək tarixi şəxsiyyətin faydalı əməyini təcəssüm etdirir:
Beləcə, ömrünü elmə bağlayır,
Arpaçay ruh verir duyğularına.
Xəzər də fərəhlə coşub çağlayır,
Alim övladının uğurlarına.

Arpaçayı iki yerə bölən Danzik kəndi kimi İsa Həbibbəylinin fəaliyyəti də iki tərəfdən tərənnüm edilir: elmi və bədii. Keçid janrda alim və şair kimi ikilikləri reallaşdırma zamanı akademikin poeziyasından nümunələr poemaya daxil edilir. “Arpaçay əfsanəsi”nin poemada yer alması süjetin içində ideya bağlılığının qurulması üçün istifadə edilən uğurlu yanaşmadır. “Apardı sellər Saranı” xalq ruhunu ifadə edən bir misradır. Sevgilisinə qovuşa bilməyən Saranı aparan Arpaçayın aşıb-daşması əhvalatı İsa Həbibbəylinin qələmində əsl məhəbbətin rəmzi xarakteri daşıyır. O, iki sevən qəlbin nakam məhəbbətinə şahid olan Arpaçayın fəryadını, səsini fəlakətdən, qəmdən uzaqlaşdırıb təbiətin möcüzəsi kimi dəyərləndirməyi məsləhət görür:
Qəmli mahnı, kədər yükü sevmir ürək,
Arpaçaya
Əsrimizin təntənəsi əks olunan
Nəğmə gərək, nəğmə gərək!
İsa Həbibbəyli

İbrahim Yusifoğlu isə İsa Həbibbəylinin bu misralarındakı öyüdünü aşağıdakı şəkildə davam etdirir:
Arpaçayı! – gizlətmirik,
incimişdik biz də ondan.
Ancaq gördük günahsızdı,
Uzaqdı o nahaq qandan.
Böhtanlamış zaman onu,
Bulandırmış saf suyunu.
Dözəmmədi böhtanlara –
coşdu-daşdı,
başımıza oyun açdı.
İbrahim Yusifoğlu

Ümummilli Lider Heydər Əliyevin “Milli Elmlər Akademiyası Azərbaycan xalqının milli sərvətidir. Bunu qorumaq, saxlamaq ümummilli, ümumdövlət vəzifəsidir” sözləri İsa müəllimin əsas iş prinsipi olmuşdur. Köklü elm ocağının dayaqları üzərində Yeniləşən Akademiya islahatının aparılmasının labüdlüyü məsələsinə İbrahim Yusifoğlu poemada toxunmuş, elmi müstəvidə akademikin apardığı siyasətin nəinki AMEA-nın, eyni zamanda gənc nəslin sağlam mühitdə gələcəyin memarı kimi yetişməsinə şərait yaratdığını etiraf etmişdir.
Poemanın obyektivliyi onda üzə çıxır ki, müəllif elm adamının daxili və mənəvi keyfiyyətlərini deyil, Azərbaycan elminə töhfələrini qələmə almağa üstünlük verir. İsa Həbibbəyli şəxsiyyəti elmin əsası kimi təqdim edilir.
İbrahim Yusifoğlunun “Arapaçaydan Xəzərə” kitabı ədəbiyyat nümunəsi kimi fərqli müstəvilərdən dəyər məfhumunu özündə birləşdirən şeirlərdən ibarətdir. Onun şeirləri yalnız tərənnüm etmir, cəmiyyətdəki hadisələrə və bu hadisələrdən başlanğıcını götürən duyğulara münasibət bildirir. Kathleen McLuskienin “The values of literary studies” kitabında qeyd etdiyi kimi “ədəbiyyatın dəyəri özlüyündə təkrar bir mülahizədir. Hər hansı bir yazını ədəbiyyat adlandırmaq onun dəyəri haqqında artıq bir iddia deməkdir”. İbrahim Yusifoğlunun oxuculara təqdim etdiyi şeirləri və “Arpaçaydan Xəzərə” poeması bu iddianın formalaşmasını təmin edən poetik mətnlərdir. Onu da unutmamalıyıq ki, bir kitabın, bir əsərin dəyər ölçüsü zamanın dəyişməsinə də tabedir. Şairin yaradıcılığının yaşamağa davam etməsi məzmun baxımından oxucunun seçici yaddaşının, sənətkarlıq cəhətdən isə tənqidçinin estetik dəyərləndirməsinin nəticəsində reallığını tapır. Müəllifin yeni nəşr olunan bu kitabının aqibətinin diri kitabların sırasında olmasını diləyir, “hələ öz şeirimi yazmamışam mən” deyən şairə yeni yaradıcılıq uğurları arzulayırıq!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?

Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
Xəbər lenti
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO

Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov

All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!