Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
11-10-2025, 17:52
Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB


Yaxşı variantlar var - Zelenski-Tramp danışığı olub - YENİLƏNİB

Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı xüsusilə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub.
Bu barədə Ukrayna lideri öz Telegram kanalında bildirib.
"Prezident Trampı onun həqiqətən təmin etdiyi Yaxın Şərq üzrə uğur və razılaşmaya görə təbrik etdim və bu, güclü nəticədir. Əgər biz bu regionda müharibəni dayandıra bilsək, şübhəsiz ki, digər müharibələr də, o cümlədən Rusiya müharibəsi dayandırıla bilər", - Zelenski bildirib.
Prezident əlavə edib ki, Trampla söhbətdə Ukraynadakı hadisələrə də toxunulub. Konkret olaraq, Zelenski Ağ Ev rəhbərini Rusiyanın Ukraynanın enerji sektoruna zərbələri barədə məlumatlandırıb.
"Bizi dəstəkləmək istəyinizə görə minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən necə gücləndirmək barədə yaxşı variantlar, güclü ideyalar var. Bizə rusların əsl diplomatiya ilə məşğul olmağa hazır olması lazımdır. Buna güc yolu ilə nail olmaq olar. Təşəkkür edirəm, cənab prezident!", - Zelenski Trampa xitab edərək deyib.

***

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Vladimir Zelenski arasında telefon danışığı aparılıb.
Bu barədə Zelenskinin ofis rəhbəri Andrey Yermak Telegram-da bildirib.
Söhbətin mövzusu dəqiqləşdirilməyib.
Ukrayna lideri bir gün əvvəl Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın baş naziri Key Starmer və Almaniya kansleri Fridrix Merzlə danışıb.
Bundan başqa, Zelenski baş nazir Yuliya Svırıdenkonun başçılıq etdiyi nümayəndə heyətinin gələn həftə ABŞ-a səfər edəcəyini açıqlayıb. O qeyd edib ki, Vaşinqtonla Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, enerji sektorunun qorunması, sanksiyalar tədbirləri müzakirə olunacaq.
11-10-2025, 17:45
Ankarada Türkiyə-Suriya danışıqları aparılacaq


Ankarada Türkiyə-Suriya danışıqları aparılacaq

Türkiyə və Suriya təhlükəsizlik nümayəndə heyətləri oktyabrın 12-də Ankarada görüşəcək.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
Nümayəndə heyətlərinin tərkibinə hər iki ölkənin xarici işlər nazirləri, müdafiə nazirləri və Milli Kəşfiyyat xidmətlərinin rəhbərləri daxildir.
Danışıqlar təhlükəsizlik sahəsində əməkdaşlıq və cari hadisələri müzakirə etmək üçün keçirləcək.
11-10-2025, 17:10
Türkiyə polisi məşhur narkobaronu həbs edib


Türkiyə polisi məşhur narkobaronu həbs edib

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Don Vito təxəllüsü ilə tanınan narkobaron Abdulla Ayp Üstün və onun cinayətkar qrupunun maliyyə əməliyyatlarına cavabdeh olan Həsən Laləni həbs ediblər.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində yazıb.
Don Vitonun “CHROOKE” adlı cinayətkar qruplaşmaya rəhbərlik etdiyi, Həsən Lalənin isə həmin qrupun maliyyə işləri ilə məşğul olduğu açıqlanıb. Hər iki şəxs İnterpol tərəfindən beynəlxalq axtarışa verilib.


11-10-2025, 16:46
Qaradağdakı palçıq vulkanı üç fazada püskürüb


Qaradağdakı palçıq vulkanı üç fazada püskürüb

11 oktyabr 2025-ci il tarixində Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb.
Bu barədə AMEA nəzdində Respublika Seysmologiya Xidmət Mərkəzinin (RSXM) məlumatında bildirilib.
Məlumata görə, üç fazada qeydə alınan püskürmənin birinci fazası yerli vaxtla saat 08:27-də başlayıb və 08:37-ə qədər 10 dəqiqə davam edib.
İkinci faza püskürmə yerli vaxtla saat 08:39-da başlayıb və 08:51-ə qədər 12 dəqiqə davam edib.
Üçüncü faza püskürmə yerli vaxtla saat 09:02-də başlayıb və 09:06-ə qədər 4 dəqiqə davam edib.
Püskürmənin dərinliyi 4 kilometr, ümumi ayrılan enerji 2.19*10^7 coul olub.
Vulkan püskürməsi AMEA nəzdində RSXM-nin palçıq vulkanları ətrafında quraşdırılmış seysmik stansiyaları tərəfindən qeydə alınıb.
11-10-2025, 16:37
Ermənistanda kilsədə qətl hadisəsi


Ermənistanda kilsədə qətl hadisəsi

Ermənistanda Kotayk rayonunun Çarentsavan şəhərində yerləşən kilsədə qətl hadisəsi yaşanıb.
Bıçaqlanan şəxs xəstəxanaya çatdırılsa da, özünə gəlmədən ölüb.
Onun niyə qətlə yetirildiyi ilə bağlı məlumat verilməyib. Araşdırma aparılır.
11-10-2025, 16:11
Türkiyə Qəzzaya əsgər göndərir - Parlament məsələyə baxacaq


Türkiyə Qəzzaya əsgər göndərir - Parlament məsələyə baxacaq

Türk əsgərlərinin “Qəzzanın güc bölmələri”ndə iştirakını nəzərdə tutan prezidentin qərar layihəsi ekspert qiymətləndirmələri başa çatdıqdan sonra Türkiyə parlamentinə təqdim olunacaq.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Ədalət və İnkişaf Partiyasının fraksiya sədri Abdulla Gülər ​​bildirib ki, artıq Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Xidməti məsələnin təfərrüatları üzərində işləyir.
O qeyd edib ki, əvvəlcə çərçivə və şərtlər hazırlanacaq - məsələn, qətnamənin müddəti, səlahiyyətlərinin xüsusiyyətləri və Qəzzadakı vəziyyətin xüsusiyyətləri.
Gülər ​​əlavə edib ki, bu ay müddəti bitən digər qətnamələr də (Suriya-İraq, Livan, Mərkəzi Afrika və Mali ilə bağlı) parlamentə təqdim olunacaq. Bütün şöbələr təhlillərini başa vurduqdan sonra sənəd parlament rəhbərliyinə göndəriləcək.
Bundan əlavə, Gülər ​​Türkiyənin “Fələstin xalqının tərəfində qaldığını” və bu istiqamətdə tələb olunan bütün lazımi təşəbbüslərin parlamentə gətiriləcəyini vurğulayıb.
11-10-2025, 15:52
Çox şadam ki, mən də azad olunmuş ərazilərə gəldim - İran səfiri


Çox şadam ki, mən də azad olunmuş ərazilərə gəldim - İran səfiri

"3 aydan artıqdır ki, Bakıya gəlib missiyama başlamışam. Həqiqətən bu, çox önəmli məsələdir ki, münaqişə nəticəsində itkin düşmüş şəxslərin vəziyyəti dəqiqləşsin və ailələri bilsinlər ki, onlara nə olub. Ailələr gözləyirlər ki, əzizlərinin taleyindən məlumat alsınlar".
Bu sözləri İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində keçirilən beynəlxalq konfrans iştirakçılarının Zəngilan səfəri zamanı deyib.
Səfir Azərbaycanı qələbə münasibətilə təbrik edib:
"Mən bu fürsətdən də istifadə edib bütün Azərbaycan xalqını təbrik edirəm ki, nəhayət 30 ildən sonra işğal olunmuş torpaqlar azad olundu və ölkənin suverenliyi bərpa olundu. Mən keçmişdə də Bakıda işləmişəm. 27 il öncə Göygöldə Qarabağa baxırdım. Belə fikirləşirdim ki, görəsən nə vaxtsa yenidən bu - indi azad olunan yerlərdə olacağam? Çox şadam ki, mənim bu arzum həyata keçib. Bir daha Azərbaycan xalqını və dövlətini bu böyük nailiyyətə görə təbrik edirəm".
11-10-2025, 15:37
Ceyhun Bayramov Hakan Fidanla müzakirə apardı


Ceyhun Bayramov Hakan Fidanla müzakirə apardı

Oktyabrın 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Telefon danışığı zamanı Yaxın Şərqdə vəziyyət və Qəzza üzrə razılaşmadan irəli gələn məsələlər müzakirə edilib. Türkiyənin bu əhəmiyyətli razılıqda oynadığı uğurlu vasitəçilik səyləri təqdir olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
11-10-2025, 15:22
Melaniya ilə Putin nə barədə razılaşıblar? - AÇIQLAMA


Melaniya ilə Putin nə barədə razılaşıblar? - AÇIQLAMA

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya prezidenti Vladimir Putinin oğurlandığı iddia edilən ukraynalı uşaqlarla bağlı məktubuna cavab verdiyini bildirib.
“Avqustda prezident Putin mənim məktubumu aldıqdan sonra çox şey baş verib. O, məktuba yazılı cavab verdi, mənimlə birbaşa əlaqə saxlamağa hazır olduğunu bildirdi və Rusiyada olan ukraynalı uşaqlarla bağlı ətraflı məlumat verdi. O vaxtdan prezident Putinlə mənim aramda ünsiyyət kanalı açılıb”, - Melaniya deyib.
ABŞ-ın birinci xanımı həmçinin Ukraynada tezliklə sülhün bərqərar olacağına ümid etdiyini bildirib.
Melaniya Tramp deyib ki, onun nümayəndəsi birbaşa Rusiya prezidentinin komandası ilə işləyir.
“Mənim nümayəndəm uşaqların ailələri ilə təhlükəsiz birləşməsini təmin etmək üçün birbaşa prezident Putinin komandası ilə çalışır”.
Daha əvvəl bildirilmişdi ki, Melaniya Tramp Putinə ünvanladığı məktubda Rusiya liderindən sülhü bərqərar etməklə uşaqları müharibədən qorumağı xahiş edib. Xanım Melaniyanın mesajını ABŞ prezidenti Donald Tramp Alyaskada keçirilən görüşdə Rusiya liderinə çatdırıb.
Tramp Putinin Melaniyanın məktubuna reaksiyasından danışarkən bildirib ki, Rusiya lideri ABŞ-ın birinci xanımından məktubu çox yaxşı qəbul edib.
Avqust ayında Tramp Melaniyanın məktubunun mətnini dərc edib. Melaniya məktub vasitəsilə Putini uşaqları qorumağa çağırıb. Onun sözlərinə görə, indi bunun vaxtıdır.
Sentyabrın 24-də Melaniya Tramp Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Ukraynanın birinci xanımı Yelena Zelenskaya ilə görüşüb. Prezidentlərin həyat yoldaşları ümumi dəyərləri və uşaqların müdafiəsini müzakirə ediblər.
Zelenskaya həmçinin Donald Trampın Alyaskada Vladimir Putinə verdiyi məktuba görə Melaniyaya təşəkkür edib.
11-10-2025, 15:13
Qazi “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı - TƏFƏRRÜAT


Qazi “TikTok”da mübahisə etdiyi şəxsi bıçaqladı - TƏFƏRRÜAT

Bakıda sosial şəbəkədə yaranan mübahisə ağır cinayətlə nəticələnib.
Masallı rayon sakini Elvin M. (ad şərtidir - red.) “TikTok”da yazılan bir şərh üstündə əvvəllər tanımadığı Rauf A. ilə mübahisə edib. Elvin məsələyə aydınlıq gətirmək üçün Raufla əlaqə saxlayaraq görüş təyin edib.
28 aprel 2025-ci il tarixində, axşam saatlarında Biləcəri qəsəbəsində görüşən gənclər əvvəlcə söhbət ediblər, sonra birlikdə Raufun evinə gediblər.
Qısa söhbətdən sonra ərazidən ayrılan Elvin bir qədər keçmiş, gecə saat 01:00 radələrində yenidən həmin evə qayıdıb. O, evə icazəsiz daxil olaraq çantasında olan bıçaqla Rauf A.-ya çoxsaylı zərbələr endirib.
Ağır yaralanan Rauf A. hadisədən sağ çıxıb. Elvin M. isə törətdiyi əməl barədə dərhal “102” xidmətinə zəng edib və polisə könüllü şəkildə təslim olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elvin M. qəsdən adam öldürməyə cəhd və mənzil toxunulmazlığını pozmaqda təqsirli bilinib. Məhkəmə qərarı ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, cinayəti törətməkdə ittiham olunan şəxs Vətən müharibəsi qazisidir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!