Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
11-10-2025, 09:36
Bakı metrosunda ölüm


Bakı metrosunda ölüm

Bakı metropoliteninin "28 May" stansiyasında ölüm hadisəsi baş verib.
Qatarda halı pisləşmiş sərnişin stansiyada düşəndən az sonra vəfat edib.
Məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib.
70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.
11-10-2025, 00:43
Fransa 3 qolla qələbə qazandı


Fransa 3 qolla qələbə qazandı

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başa çatıb..
“Park de Prens” stadionunda oynanılan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Rəqibin heyətində qolları Kilian Mbappe, Adrien Rabyo və Floryen Toven vurublar.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edib.
Üç turdan sonra 1 xalı olan Azərbaycan millisi qrupda sonuncu yerdə qərarlaşıb.
Qeyd edək ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv qrupda 4-cü oyununu oktyabrın 13-də Polşada Ukraynaya qarşı keçirəcək.

****

22:43

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Parisdə keçirilən Fransa-Azərbaycan oyunu başlayıb.
“Park de Prens” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
Matçı norveçli FIFA referisi Rohit Saqqi idarə edir.
11-10-2025, 00:00
Gəncə terroru - 5 il


Gəncə terroru - 5 il

Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.
2020-ci ilin oktyabrın 11-də gecə saat 02.00 radələrində şəhərin mərkəzi düşmənin ballistik raket hücumuna məruz qalıb.
Belə ki, oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan ordusu Azərbaycanın yaşayış məntəqələrini intensiv atəşə tutmaqda davam edib. Ermənistan Gəncədə dinc sakinləri növbəti dəfə hədəf alıb. Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər yaralanıb. Daha sonra yaralananlardan biri də xəstəxanada vəfat edib.
Bundan başqa, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Gəncə şəhərinin atəşə tutulması ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Gəncənin raket atəşinə tutulması anı Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.
10-10-2025, 23:19
Pakistan Taliban liderini öldürüb?


Pakistan Taliban liderini öldürüb?

“Təhrik-e Taliban Pakistan” (TTP) qruplaşmasının lideri Nur Vəli Mehsud Əfqanıstanın paytaxtı Kabilə endirilən hava zərbələri nəticəsində zərərsizləşdirilib.
Bu barədə Pakistan mediası və xarici mənbələr yazıb.
Məlumata görə, Pakistan Hərbi Hava Qüvvələrinin oktyabrın 9-da axşam saatlarında Kabildə həyata keçirdiyi zərbə zamanı Abdul Haq meydanı yaxınlığında yerləşən “Land Cruiser” markalı avtomobil vurulub. Zərbədən sonra avtomobil alışıb və hadisə yerinin üzərində pilotsuz uçuş aparatı müşahidə olunub.
Lakin TTP-yə yaxın mənbələr yayılan məlumatı təkzib edib, Nur Vəli Mehsudun səsini əks etdirdiyi iddia olunan audioyazı paylaşıblar. Həmin səsdə Mehsud öldürülməsi barədə xəbərləri “propaqanda” adlandırır.
Əfqanıstan “Taliban” hərəkatının nümayəndəsi Zabihulla Mücahid partlayış faktını təsdiqləyib, lakin hadisənin təfərrüatları barədə açıqlama verməyib.
Pakistan müdafiə naziri Xavaca Asif Milli Assambleyada çıxışı zamanı bildirib ki, İslamabadın səbr kasası daşmaq üzrədir: “Kim terrorçuları gizlədirsə, cavab verməli olacaq. Əfqanıstan hakimiyyəti anlamalıdır ki, onların ərazisindən gələn terrorizm artıq qəbuledilməzdir.”
Nazir əlavə edib ki, gələn həftə Əfqanıstana rəsmi nümayəndə heyəti göndərilməsi planlaşdırılır və federal, həmçinin regional hakimiyyət orqanları bu məsələdə ordu ilə birlikdə hərəkət etməlidirlər.
10-10-2025, 23:13
Azərbaycan millisi məğlub oldu


Azərbaycan millisi məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyununa çıxıb.
B qrupunda yer alan millimiz Çexiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Karvina şəhər stadionunda keçirilən görüş meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-21 millimiz qrupda dördüncü görüşünü oktyabrın 14-də Bakıda Şotlandiya yığmasına qarşı keçirəcək.
10-10-2025, 22:53
Azərbaycan şahmatçıları Ermənistana qalib gəldilər


Azərbaycan şahmatçıları Ermənistana qalib gəldilər

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatında 6-cı turun partiyaları keçirilib
Hesabat turunda kişi və qadınlardan ibarət Azərbaycan komandaları Ermənistan şahmatçılarıyla qarşılaşıb.
Kişi şahmatçılardan ibarət Azərbaycan komandası Ermənistana 2.5-1.5 hesabı ilə qalib gəlib. 6-cı turda Şəhriyar Məmmədyarov görüşü qalib kimi başa vurub. Rauf Məmmədov, Eltac Səfərli və Aydın Süleymanlı heç-heçəyə oynayıb. Bu qələbədən sonra Azərbaycan komandasının aktivində 9 xal var.
Qadın şahmatçılardan ibarət komandamız da 6-cı turda Ermənistan şahmatçılarını üstələyib. Ülviyyə Fətəliyeva və Gülnar Məmmədova rəqibi məğlub edib, Xanım Balacayeva və Gövhər Beydullayeva partiyanı heç-heçə ilə bitirib. 3-1 hesablı qələbədən sonra xanım şahmatçıların xalı 8-ə çatıb.
Qeyd edək ki, oktyabrın 11-i Avropa çempionatında istirahət günüdür. Qitə çempionatına oktyabrın 14-də yekun vurulacaq.
10-10-2025, 22:38
Fidandan Qəbələ görüşü barədə vacib açıqlama


Fidandan Qəbələ görüşü barədə vacib açıqlama

Türk Dünyasında yeni bir həmrəylik dövrü inşa etmişik
Bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O, üç gün əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci Zirvə Görüşü çərçivəsində Azərbaycanda səfərdə olduğunu xatırladaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türk Dünyasının inteqrasiyasını dərinləşdirmək istiqamətindəki iradəsini ən yüksək səviyyədə ifadə etdiyini vurğulayıb.
Nazir əlavə edib ki, bu mövqe Şimali Kipr Türk Cümhuriyyətinin də iştirakı ilə bir daha təsdiqlənib. Onun sözlərinə görə, TDT artıq institusional inkişafını böyük ölçüdə tamamlayıb, konkret layihələrə fokuslanıb, kommunikasiya istiqamətində mühüm addımlar atıb və iqtisadi əməkdaşlıq ölçüsünü daha da gücləndirib.
Fidan həmçinin Türk Dünyasında ortaq əlifbaya keçid istiqamətində atılan addımların əhəmiyyətli olduğunu bildirib.
10-10-2025, 20:31
Rəsmi Bakıdan Qəzzadakı atəşkəsə REAKSİYA


Rəsmi Bakıdan Qəzzadakı atəşkəsə REAKSİYA

Qəzzada atəşkəsin təmin olunması, girov və məhbusların azad edilməsi, humanitar yardımın Qəzzaya maneəsiz şəkildə çatdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində əldə edilmiş razılaşmanı alqışlayırıq.
Bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabındakı paylaşımında bildirilib.
“Ümid edirik ki, razılaşmanın bütün mərhələləri lazımı şəkildə həyata keçiriləcək və regionda ədalətli və davamlı sülhün təmin olunması üçün səylər artırılacaq. Bu nəticənin əldə olunmasına vasitəçilik edən Amerika Birləşmiş Ştatları, Türkiyə, Qətər və Misirin səylərini təqdir edirik”, – deyə paylaşımda qeyd olunub.
10-10-2025, 19:40
Putin Trampın xanımının məktubuna cavab verib


Putin Trampın xanımının məktubuna cavab verib

ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiya Prezidenti Vladimir Putinin onun məktubuna cavab verdiyini açıqlayıb.
Bu barədə o, oktyabrın 10-da Ağ Evdə çıxışı zamanı bildirib.
Melaniya Trampın sözlərinə görə, məktub Ukraynadan Rusiyaya aparılan uşaqlarla bağlı olub. O deyib ki, Vladimir Putin məktubuna yazılı şəkildə cavab verib və “birbaşa əməkdaşlığa hazır olduğunu” bildirib:
“Prezident Putin məktubuma cavabında həm Ukraynadan olan uşaqların Rusiyada yerləşdirilməsi barədə ətraflı məlumat verdi, həm də bu mövzuda mənimlə birbaşa işləmək istədiyini bildirdi.”
Birinci xanım vurğulayıb ki, son üç ay ərzində onun nümayəndələri ilə Rusiya tərəfi arasında bu məsələ üzrə daimi əlaqə saxlanılıb və bir neçə görüş keçirilib.
“Bizim nümayəndəmiz Putinin komandası ilə birbaşa işləyərək Ukrayna və Rusiya arasındakı ailələrin birləşdirilməsini təmin edib. Son 24 saatda səkkiz uşaq ailələri ilə yenidən görüşüb. Onlardan üçü döyüşlər nəticəsində ailələrindən ayrı düşmüşdü, daha beş nəfər isə sərhədin o tayında yaxınlarından təcrid olunmuşdu. Onların arasında kiçik bir qız da var idi, o, artıq Rusiyada ailəsi ilə görüşüb,” – deyə Melaniya Tramp əlavə edib.
ABŞ-ın birinci xanımı bildirib ki, Rusiya tərəfi “hazırkı vəziyyətlə bağlı obyektiv və ətraflı məlumat verməyə hazır olduğunu nümayiş etdirib”.
10-10-2025, 19:25
10 gündə 3 böyük sammit - Hikmət Hacıyevdən paylaşım


10 gündə 3 böyük sammit - Hikmət Hacıyevdən paylaşım

Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkəsində yazıb.
"1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - Prezidentin köməkçisi xatırladıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!