Qatara daş atan yeniyetmələr polis tərəfindən müəyyən edildi .....                        Bu avtobuslarda da gedişhaqqı 60-70 qəpik oldu .....                        Ərdoğan da İrəvana getməyəcək? .....                        Qazaxıstanda Zakir Həsənova medal təqdim edildi .....                        Rüşvət alan meşə gözətçisi həbs olundu .....                        Zəfərin 5 illiyinə həsr olunan “Yaradan” filmi təqdim edildi .....                        Prezidentin qızları və gəlini minifutbol turnirində .....                        Həbsdən cəmi bir gün əvvəl... - FOTO .....                        ABŞ ona qarşı sanksiyaları ləğv etdi .....                       
10-10-2025, 17:19
Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu


Nəzrinin ölümünə görə həbs olunan həkimə hökm oxundu

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölümü faktı üzrə həbs olunan lor-cərrah Sənan Mehdiyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Sənan Mehdiyev 2 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsin 4 il 9 ay müddətə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, bu il yanvarın 12-də 1995-ci il təvəllüdlü Nəzrin Mansurlunun rinoplastika əməliyyatından sonra vəziyyətinin kəskin ağırlaşması səbəbindən yerləşdirildiyi xəstəxanada ölməsi faktı üzrə Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla həkim-otorinolarinqoloq Sənan Mehdiyevin yanvarın 3-də Nəzrin Mansurlunun üzərində rinoseptoplastika cərrahi-əməliyyatını qüsurlu icra etməsi səbəbindən sonuncunun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sənan Mehdiyevə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
10-10-2025, 17:06
Tramp administrasiyası Nobel qərarından qəzəblidir


Tramp administrasiyası Nobel qərarından qəzəblidir

Nobel Komitəsi siyasəti sülhdən üstün tutur.
Bunu ABŞ Prezidentinin mətbuat katibi və kommunikasiya direktoru Stiven Çun bildirib.
“Prezident Donald Tramp dünyada sülh sazişləri imzalamağa, müharibələri dayandırmağa və insan həyatını xilas etməyə davam edəcək. Nobel Komitəsi isə açıq şəkildə göstərdi ki, onlar üçün siyasət sülhdən daha vacibdir”, - deyə Çun sosial şəbəkədə yazıb.
Bu açıqlama Nobel Komitəsinin 2025-ci il Sülh Mükafatını Trampa təqdim etməməsindən sonra səsləndirilib.
"The New York Post" qəzeti isə Prezident Administrasiyasındakı mənbələrə istinadən yazır ki, Trampın 2026-cı ildə Nobel Sülh Mükafatını almaq şansı daha yüksək olacaq. Mənbənin sözlərinə görə, 2025-ci ildə bu mükafatın ona verilməsi gözlənilməz addım olardı, lakin onun son təşəbbüsləri, xüsusən İsraillə HƏMAS arasında əldə olunan atəşkəs beynəlxalq səviyyədə diqqət doğurub.
Qəzet, həmçinin xatırladır ki, Trampın tərəfdarları onun prezidentliyə qayıdışından sonra sülh prosesinə verdiyi töhfəni xüsusi vurğulayıblar, bəzi xarici liderlər isə onun Nobel mükafatına namizədliyini irəli sürüblər.
Bununla yanaşı, Trampın tənqidçiləri onun İrana qarşı hərbi zərbə əmrini, Qrenlandiyanın “birləşdirilməsi” ilə bağlı bəyanatlarını və Müdafiə Nazirliyinin adını “Hərbi Nazirlik” kimi dəyişdirməsini sülh prinsiplərinə zidd addımlar kimi qiymətləndiriblər.
10-10-2025, 17:00
İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir


İrəvanla Bakı “3+3” formatı ilə bağlı razılığa gəlməlidir

Rusiya 2025-ci ilin sonuna kimi “3+3” regional məsləhət platformasının dördüncü nazirlər görüşünün keçirilməsini dəstəkləyir. Hazırda onun işlənib hazırlanması istiqamətində işlər aparılır.
Bunu Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin Rusiya-Ermənistan Universitetinin (RAU) tələbələri ilə görüşündə deyib.
"Biz hazırda Ermənistanla Azərbaycan arasında əlaqə saxlayırıq, çünki burada prioritet məsələ var. Həm Ermənistan, həm də Azərbaycan tərəfi belə bir görüşə ev sahibliyi etməyə hazırdır. Onlar prioritet sırasını razılaşdırmalıdırlar və biz də təbii ki, hər cür köməklik göstəririk", - diplomat bildirib.
Səfirin sözlərinə görə, Türkiyə və İran tərəfləri ilə əlaqə saxlayan platformanın bütün iştirakçıları hesab edirlər ki, bu, faydalı və aktual formatdır və region dövlətlərinin özləri bölgənin problemlərinin həllində əsas rol oynamalıdırlar.
"Bu, bizim prinsipial mövqeyimizdir və tərəfdaşlarımız da bunu bölüşürlər. Əlbəttə, üçüncü ölkələrin iştirakı dəyərli ola bilər, lakin bu, reallıqların və regional oyunçuların özlərinin maraqlarının dərk edilməsinə əsaslanmalıdır", - diplomat bildirib.
O, həmçinin qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və ya Ermənistan-Amerika dialoqu çərçivəsində müzakirə olunan bir çox məsələlər istər-istəməz digər qonşu dövlətlərin maraqlarına toxunur və bu səbəbdən də “3+3” platforması çoxtərəfli dialoq üçün obyektiv axtarılan mexanizmə çevrilir.
Kopirkin qeyd edib ki, format işləyir, artıq üç görüş keçirilib. Tiflisin iştirakı ilə bağlı o qeyd edib ki, Gürcüstan əvvəlcə ekspertlər səviyyəsində maraq göstərib və tədbirlərdən birində iştirak edib, lakin sonradan uzaqlaşıb. Buna baxmayaraq, Rusiya səfiri vurğulayıb ki, platformanın bütün iştirakçıları Gürcüstan üçün qapının açıq qalması fikrində yekdildir.
Əvvəllər bildirilmişdi ki, “3+3” məsləhətçi regional platformasının növbəti görüşlərinin tərəflərin özlərinin müəyyən edəcəyi ardıcıllıqla İrəvanda və Bakıda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, “3+3” regional məsləhət platformasının sonuncu iclası 2024-cü ilin oktyabrında İstanbulda baş tutub.
10-10-2025, 16:54
Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT


Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni baş direktoru seçilib.
Xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov seçilib.
Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.
Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.

10-10-2025, 16:47
AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin


AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatır - Putin

Rusiya Prezidenti Vladimir Putin Moskva ilə Bakı arasındakı gərginliyi “dövlətlərarası böhran” kimi deyil, “emosiyaların böhranı” kimi qiymətləndirib.
O, bu barədə Düşənbədə mətbuat konfransında danışıb.
O qeyd edib ki, Azərbaycanla münasibətlərdə dövlətlərarası böhran olmayıb.
"Bu, emosiyaların böhranı idi və səbəbi də aydındır, biz təyyarə qəzasında insan itkisi ilə üzləşdik, məsələni araşdırmaq üçün zamana ehtiyac vardı”, - deyə Rusiya lideri bildirib.
Putinin sözlərinə görə, AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq başa çatmaq üzrədir, hazırda yalnız “detallar və incəliklər” üzərində iş aparılır.
“Əgər bizdə real böhran olsaydı, ticarət-iqtisadi əlaqələrdə artım müşahidə olunmazdı. Bu, emosional gərginlik idi, çünki çox ağır hadisə ilə, faciə ilə qarşılaşmışdıq”, – deyə o qeyd edib.
Dövlət başçısı əlavə edib ki, hadisə artıq arxada qalıb və münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyinə ümidlidir: “Ümid edirəm, biz bu səhifəni çevirmişik və bundan sonra irəliləyəcəyik.”
Putin vurğulayıb ki, Bakı ilə heç bir dövlətlərarası qarşıdurma yaşanmayıb, yaranan çətinliklər yalnız “emosional reaksiyadan” qaynaqlanıb.
10-10-2025, 16:38
Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA


Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA

16-20 noyabr tarixlərində ATƏT Parlament Assambleyasının (PA) Payız Sessiyası keçiriləcək. Toplantı Türkiyənin İstanbul şəhərində baş tutacaq.
İclasda üzv ölkələrin parlament nümayəndələri iştirak edəcək.
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan və digərlərinin də tədbirdə iştirak edəcəyi gözlənilir.
Azərbaycan parlamentinin deputatları də sessiyanın işində iştirak etmək üçün İstanbula səfər edəcək.
Bu barədə Milli Məclisin deputatı, ATƏT PA nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.
O vurğulayıb ki, heyətin üzvləri hələlik məlum deyil.
Azay Quliyev bildirib ki, tədbirdə iştirak edəcək erməni nümayəndələri ilə görüş nəzərdə tutulmur.
Qeyd edək ki, Milli Məclisdə ATƏT PA-nın nümayəndə heyətinə Qaya Məmmədov rəhbərlik edir. Üzvləri Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Azay Quliyev və Gülşən Paşayevadır.
10-10-2025, 16:29
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu


Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsi başa çatıb.
İkinci oyun günündə iki görüş təşkil olunub.
“Göygöl” evdə “Şəmkir”i 1:0 hesabı ilə məğlub edib. “Quba” isə doğma meydanda “Xankəndi”yə uduzub – 1:2.
Bununla II təsnifat mərhələsinin cütlükləri bəlli olub.

"Səbail" - "Şamaxı"

"Göygöl" - "Baku Sportinq"

"Karvan-Yevlax" - "Səki Siti"

"Qaradağ Lökbatan" - "İmişli"

"Qəbələ" - "Mingəçevir"

"Cəbrayıl" - "Şəfa"

"Zaqatala" – "Sumqayıt"

"Neftçi" - MOİK

"Xankəndi" - "Difai"

"Dinamo" - "Turan-Tovuz"

"Ağstafa Gəncləri" – "Kəpəz"

"Şimal" - "Şahdağ-Qusar"
10-10-2025, 16:19
Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü


Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
10-10-2025, 16:15
MDB-nin növbəti sammiti bu ölkədə olacaq


MDB-nin növbəti sammiti bu ölkədə olacaq

Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev sammitin genişləndirilmiş iclasında açıqlayıb.
Bu qərar əsas təşkilati məsələlərin müzakirə olunduğu iclasın qapalı hissəsində qəbul edilib: "Nümayəndə heyətlərinin başçıları qərara gəliblər ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək, həmsədrlik Tacikistan Respublikası və Özbəkistan Respublikasında olacaq", - Lebedev iclasda deyib.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin sammit Düşənbədə keçirilir.
10-10-2025, 16:07
Marketdə satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı


Marketdə satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib. İki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!