Göygöldə dəhşətli qəza - 2 ölü, 2 yaralıGöygöldə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində 2 nəfər hadisə yerində ölüb, 2 nəfər isə ağır yaralanıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.