Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi .....                        Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı .....                        Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi .....                        Yollarda duman olacaq - Xəbərdarlıq .....                        Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi .....                        Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI .....                        Hərbi prokurorluqda yeni təyinat .....                        Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb .....                        Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili tarixi nailiyyətdir .....                       
Bu gün, 18:06
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”


Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”

30 il erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altında saxladılar. 30 il bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından erməni caniləri tərəfindən ağır işğəngələrə məruz qalaraq, qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.
Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.
Lakin xalqımız heç bir zaman işğalla barışmadı. Ümummmilli Lider Heydər Əliyevin xalqımız üçün müəyyənləşdirdiyi siyasi kursun qayəsini də məhz bu amil təşkil edib. Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Sonrakı dövrdə həyata keçirilən kompleks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Möhtərəm Prezidentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yaradıldı.
Bu müddət ərzində dövlətimiz dəfələrlə danışıq yolu ilə, müharibə olmadan, qan tökülmədən ərazilərimizin geri qaytarılmasını təklif etmişdir. Lakin Ermənistan heç bir danışığa, BMT-nin bəyanatlarına məhəl qoymayaraq öz işğalçı əməllərindən əl çəkməmişdi. Hətta yeni ərazilər iddiasında olmuşdur.
Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Büdcədə hərbi xərclərin artması Silahlı Qüvvələrimizi daha da gücləndirirdi. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı.
2020-ci il sentyabr ayının 27-də Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutuldu. Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutuldu.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın bu əmrini gözləyirdi.
Azərbaycan xalqı “Dəmir yumrtuq” ətrafında sıx birtləşdi.“Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. 2020-ci il noyabrın 8-də müzəffər Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardı. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında belə ifadə etmişdir: “-Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi ərzində Azərbaycan əsgəri bir addım belə geri atmadı. Hər gün kəndlərimiz, şəhərlərimiz işğaldan azad edilirdi.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Müharibə zamanı müşahidə edilən gedişat bu cür düşünənlərin yanıldığını göstərdi. 2023-cü ilin sentyabrın 19-20-də Zəfər yürüşünün davamı olan antiterror əməliyyatı uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun yerində olduğunu, Ordumuzun gücünü bir daha nümayiş etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu.
Biz Şuşaya qayıtmaqla bu müqəddəs şəhərimizə yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” adlandırıb.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. 2021-ci il 31 may tarixində qəbul edilmiş Qanun Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin qorunmasının, bərpasının, öyrənilməsinin, inkişafının və təbliğinin hüquqi və təşkilati əsaslarını müəyyən edir. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılıb. Azərbaycan Respublikasının Prezidenti Prezident cənab İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilmişdir. 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən isə 8 Noyabr - Şuşa şəhəri günü kimi təntənəli şəkildə qeyd olunur. Qeyd edək ki, işğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
2025-ci il oktyabrın 1-dək işğaldan azad edilmiş ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 19 min 109 nəfərdən ibarət 4.826 ailənin qayıdışı təmin edilib.
İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38.304 nəfər təşkil edib.
Zəfərin mübarək, Azərbaycan.

Süleyman Cəfərov
Vətən Müharibəsi iştirakçısı,
“Xüsusi Təyinatlı Qüvvələrin şəhid ailələri və veteranları” İctimai Birliyinin Abşeron rayon sədri
Bu gün, 17:19
Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi


Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi

Şimali Kipr Türk Respublikasının yeni seçilmiş Prezidenti Tufan Ərhürman Ankaraya gedib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tufan Ərhürmanı rəsmi mərasimlə qarşılayıb.
19 oktyabrda keçirilən seçkilərdən sonra ŞKTR Prezidenti seçilən Tufan Ərhürman, Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə ilk beynəlxalq səfərini edib.
Ərhürman Ərdoğan tərəfindən Prezident İqamətgahında qarşılanıb.
İki lider mərasim meydanında yerlərini aldıqdan sonra Türkiyənin Dövlət Himni səsləndirilib.
Mərasimdə həmçinin tarix boyu qurulan 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər də yer alıb.
Qarşılama mərasimində iştirak edən nümayəndə heyətinin təqdimatından sonra Ərdoğan və Ərhürman Türkiyə və Şimali Kipr Türk Respublikası bayraqları qarşısında şəkil çəkdiriblər.
Bu gün, 17:10
Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı


Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı

Azərbaycan millisinin daha iki keçmiş futbolçusu Emre Kaplan və Murat Cem Akpınar müəyyən müddətə futboldan uzaqlaşdırıblar.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Onların adları mərc oyunlarında hallandığı üçün 45 günlük futboldan diskvalifikasiya ediliblər.
Emre Kaplan Azərbaycanın U-19, U-21, Murat Cem Akpınar isə U-17 millisində forma geyiniblər.
Qeyd edək ki, Azərbaycanın əsas millisinin sabiq futbolçusu Mert Çelik də eyni səbəbdən 45 günlük futboldan kənarlaşdırılıb.
Bu gün, 16:59
"Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025"
"Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025"

12 noyabr 2025-ci il tarixdə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və Tovuz Rayon Mərkəzi kitabxanasının birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik ili" çərçivəsində "Kəlağayı Günləri - 2025" layihəsi üzrə Tovuz yazarlarından olan şairə Brilyant Atəşin "Nənəmin kəlağayısı" kitabının təqdimatı keçirilib. Kitabda şairin son illərdə yazdığı esseləri, şəhidlərimizə həsr etdiyi şeirləri, milli dəyərlərimizin tərcümanı olan kəlağayı haqqında şeirləri cəm olub.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclis İctimai Birliyinin sədri, Kəlağayı ev Muzeyinin direktoru şair, publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirdi ki, Vətənə, ilahi sözə ləyaqətli xidməti olan, el-obasının sevinci, qəmi ilə nəfəs alan Brilyant Atəşin bu kitabında son illərdə yazdığı şeirlər toplanıb. Doğulduğu, boya-başa çatdığı, müəllim kimi şərəfli işlə məşğul olduğu ərazinin söz mühiti onun yaradıcılığını cilaladığını vurğulayıb.
Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimova öz çıxışında bildirdi ki, milli dəyərlərimizin təbliğatı mədəniyyətimizin inkişafına yaxşı təsir edir. Bu yöndə tədbirlər keçirilməyi çox vacibdir

Tədbirdə Nazim Əhmədoğlu, Zəkiyyə Musaqızı, Vaqif Qədirzadə, Lətif Əzizoğlu və digər şairlər, şəhid Cilingir Nəbiyevin anası Xatirə xanım Məmmədova da çıxış edərək qeyd etdilər ki, Brilyant xanım milli ruha, milli kökə, milli mənəvi dəyərlərə bağlı, onlara xüsusi önəm verən, yaşadan, mənəvi saflığı insanın ali xisləti kimi təqdim edən Azərbaycan qadınıdır. Bu kitabına “Nənəmin kəlağayısı” adınının verməsi də təsadüfi deyil. Min illərin yadigarı namus, qeyrət, abır-həya rəmzi kəlağayını vəsf edən şeirlərində əsas meyar milli baş örtüyümüzün ötürdüyü mənəviyyat dərsləridir.
Sonda Güllü Eldar Tomarlı qeyd edib ki, milli qadın geyimlərinin bir qolunu təşkil edən
kəlağayımızın geniş təbliğ etməkdə məqsədimiz onun əzəlki şan - şöhrətini özünə qaytarmaq, tarixi, istehsalı, istifadəsi haqqında gənc nəsli maarifləndirmək, beynəlxalq səviyyədə çatdırmaqdır.
Bu layihəyə Kəlağayı Ev Muzeyindən başladıq, Bakı Xətai Sənət Mərkəzində, bu gün də Tovuzda qeyd olunur. Sonra Gəncə, Qazax, Cəlilabad, Bərdə, Sumqayıt və digər bölgələrimizdə qeyd olunacaq.

Kəlağayımız 2014- cü ildə Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Uneskonun Qeyri Maddi- mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.
Beləliklə, Noyabrın 26 Kəlağayı Günüdü. Bu münasibətlə 26 Noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında final konsertimiz- "Kəlağayı Bayramı" nı qeyd edəcəyik.



Güllü Eldar Tomarlı Tovuz rayon mərkəzi kitabxanasının direktoru Güldərən İbrahimovaya və tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Bu gün, 16:58
Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi


Prezidentinin köməkçisi icra başçısını kollektivə təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
Elvin Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

Bu gün, 16:55
Yollarda duman olacaq - Xəbərdarlıq


Yollarda duman olacaq - Xəbərdarlıq

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, noyabrın 14-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün, 16:35
Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi


Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi

Prezident İlham Əliyev Vergi Məcəlləsində və "Gömrük tarifi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Yenilənmiş qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinin sənaye parkındakı həmin fəaliyyətdən əldə etdiyi mənfəət - 2025-ci il yanvarın 1-dən 6 il müddətinə vergidən azad edilib.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı əmlakına görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə əmlak vergisini ödəməkdən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti həmin fəaliyyət prosesində istifadə etdiyi sənaye parkındakı torpaqlara görə 2025-ci il yanvarın 1-dən 6 il müddətinə torpaq vergisini ödəməkdən azad olunub.
Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 14 il müddətinə gömrük rüsumundan azad edilib. İndiyə qədər bu müddəti 10 il idi.
Bu gün, 16:20
Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI


Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI

Qarabağ bölgəsinin zəngin turizm potensialı bölgənin Azərbaycanın əsas turizm zonalarından birinə çevrilməsinə imkan verir. Orta müddətli dövrdə işğaldan azad edilmiş əraziləri daxili turizm üçün əlçatan və keyfiyyətli turizm destinasiyasına çevirmək, perspektiv imkanlardan effektiv istifadəyə nail olmaq əsas strateji baxış olaraq müəyyən edilib.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın XII məqsədi üzrə “Turizm sektorunun perspektiv inkişaf imkanlarından effektiv istifadəyə nail olmaq” müəyyən edilib. Qeyd edilən məqsədə üzrə Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişaf etdirilməsi üçün bir sıra istiqamətlər müəyyən olunub. Bunlar işğaldan azad edilmiş ərazilərdə strateji çərçivənin müəyyənləşdirilməsi, institusional inkişaf, turizm destinasiyalarının inkişafı, turistlər üçün zəruri infrastruktur layihələrinin icrası, turizm məhsullarının inkişafı, turizm və rekreasiya zonalarının formalaşdırılması, turizm əhəmiyyətli tədbirlərin keçirilməsi, marketinq və kommunikasiya tədbirlərinin həyata keçirilməsi əsas istiqamətlərdir.
Qeyd edilib ki, Daşaltı və Tuğ kəndləri, Hadrut və Suqovuşan qəsəbələrinin və Şuşa şəhərinin turizm inkişaf konsepsiyaları hazırlanıb, azad edilmiş ərazilərin mədəni irsi araşdırılmış və mədəni turizm yönümlü inkişafı qiymətləndirilib.
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər çərçivəsində 2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb. Bundan əlavə, Daşaltı, Tuğ və Hadrutda turizm infrastrukturunun yaradılması üzrə layihələr hazırlanmışdır.
Dövlət Turizm Agentliyi tərəfindən Füzuli rayonundan başlayaraq “Zəfər Yolu” turizm marşrutu üzrə səfər proqramı hazırlanıb.
Ölkəmizin təmsil olunduğu bütün beynəlxalq tədbirlərdə, onlayn platformalarda Qarabağın turizm potensialı geniş şəkildə marketinq və kommunikasiya tədbirləri keçirilir, beynəlxalq ictimaiyyətə tanıdılır.
“Yolumuz Qarabağa” platforması üzərindən fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün icazənin müddəti 5 gündür. Həmçinin Şuşa, Suqovuşanla yanaşı, Laçın, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətinə də fərdi avtomobillərlə səfər etmək mümkündür.
Bununla yanaşı işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etməsi təmin edilib. 2025-ci ilin iyulun 23-dən etibarən xarici ölkə vətəndaşlarının da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə müvafiq icazə almaqla həm fərdi nəqliyyat vasitələri ilə, həm də qrup halında Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər etmələri təmin olunub.
Bu gün, 16:16
Hərbi prokurorluqda yeni təyinat


Hərbi prokurorluqda yeni təyinat

Hərbi prokurorluqda yeni təyinat olub.
Bu barədə Hərbi prokuror Bəhruz Əhmədov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Azər Vaqif oğlu İbrahimov Hərbi prokurorun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bu gün, 16:09
Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb


Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb

2025-ci il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxış edən Prezident İlham Əliyev ölkənin ictimai, siyasi, elmi və mədəni inkişafı ilə bağlı bir sıra mühüm məsələlərə toxundu.
Bu əlamətdar tədbirdə cənab Prezidentin xüsusi vurğuladığı mövzulardan biri Qərbi Azərbaycana qayıdış və tarixi həqiqətlərin bərpası olub.
Bunu Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.
Prezident alimlərə və elmi müəssisələrə çağırış edərək bildirdi ki, Qərbi Azərbaycanın həqiqətlərini əks etdirən nəşrlərin sayı artırılmalı, araşdırmalar genişləndirilməli, kitablar, broşürlər, sərgilər və digər materiallarla beynəlxalq ictimai rəyə təsir gücləndirilməlidir.
Bu çağırış, şübhəsiz ki, Qərbi Azərbaycan İcmasının qarşısında yeni hədəflər müəyyənləşdirir. İcma olaraq biz indiyədək Qərbi Azərbaycanın tarixi ilə bağlı həqiqətləri üzə çıxarmağa çalışmışıq. Lakin Prezidentin verdiyi bu dəstək və mesajdan sonra fəaliyyətimizi daha da gücləndirəcək, indiyə qədər tanınmayan tarixi mənbələri də işıqlandırmağa çalışacağıq. Bununla bağlı xüsusi komissiya yaradılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!