Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO .....                        Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb .....                        Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ .....                        Pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı .....                        Bu dəfə Nəsimidə yanğın oldu .....                        Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO .....                        Qalmaqallı restoranın sahibi əvvəl də cəzalandırılıbmış - FAKT .....                        Azərbaycanda bayram günü otellərin dodaquçuqladan QİYMƏTLƏRİ .....                        Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə .....                       
Bu gün, 17:42
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO


Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qaradağ rayonunun Qobustan qəsəbəsində salınmış yeni parkın açılışında iştirak edib.
Bakı–Qazax magistral yolunun 60-cı kilometrliyində, yaşayış evlərinin qarşısında yerləşən yeni istirahət məkanının ümumi sahəsi 10 min 350 kvadratmetrdir. Qobustan qəsəbəsi sakinləri üçün sağlam və keyfiyyətli istirahət məkanı formalaşdırmaq, yaşayış mühitini daha da yaxşılaşdırmaq məqsədilə parkda geniş abadlaşdırma işləri aparılıb. Yaşıllaşdırma işləri çərçivəsində park ərazisində müxtəlif növ ağaclar, kol bitkiləri və güllər əkilib, qazon salınıb. Sakinlərin və xüsusən də uşaqların rahatlığı üçün ərazidə söhbətgahlar, uşaq oyun meydançaları quraşdırılıb, həmçinin işıq dirəkləri, oturacaqlar və zibil qabları yerləşdirilib.
Açılış tədbiri çərçivəsində xüsusi ağacəkmə aksiyası keçirilib. Leyla Əliyeva və IDEA könüllülərinin iştirakı ilə parkın müxtəlif hissələrində sərv ağacları əkilib.
Daha sonra Leyla Əliyeva parkdakı uşaqlara müxtəlif oyuncaqlar hədiyyə edib, onlarla birlikdə xatirə şəkilləri çəkdirib.









Bu gün, 17:36
Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb


Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb

Rusiyanın noyabrın 14-dəki hava hücumu nəticəsində Ukraynada Azərbaycan səfirliyinin binası da zədələnib. Səfirlik ərazisinin hasarı dağılıb, konstruksiyalar, xidməti avtomobillər, inzibati bina və konsulluq şöbəsi zədələnib.
Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov bildirib ki, səfirlik binasına dəyən ziyan aradan qaldırılıb:
"Diaspor olaraq hadisənin baş verdiyi ilk gündən səfirimizin və səfirlik işçilərinin yanındayıq. Bütün xərcləri Azərbaycan dövləti özü qarşılayaraq, dəyən ziyanı aradan qaldırıb. Dövlətimiz səfirliyimizə öz maddi və mənəvi dəstəyini göstərib. Bildiyiniz kimi, ərazidə böyük yanğın baş vermiş, texniki vasitələr, maşınlar zədələnmişdi. Kiyev meriyası tərəfindən məhz ərazinin təmizlənməsi, kommunal xidmətlər operativ şəkildə həyata keçirilib".
Bu gün, 17:27
Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ


Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında statistika sahəsində Anlaşma Memorandumu” təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana əsasən,1-ci hissədə göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, memorandum bu ilin oktyabrın 3-də Ankarada imzalanıb.
Bu gün, 17:23
Pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı


Pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı

Xəzər rayonunda oğurluq hadisələri qeydə alınıb.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birində ev sahibinin olmamasından istifadə edən naməlum şəxs pəncərədən içəriyə daxil olaraq 1200 manat dəyərində nağd pul və qızıl-zinət əşyaları oğurlayıb.
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 49 yaşlı R.Bayramov müəyyən olunaraq saxlanılıb.
Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxsin digər bir vətəndaşa məxsus avtomobildən 1500 manat dəyərində ehtiyat hissələri taladığı da məlum olub.
Araşdırma aparılır.
Bu gün, 17:13
Bu dəfə Nəsimidə yanğın oldu


Bu dəfə Nəsimidə yanğın oldu

Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

***

16:46

Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində çoxmərtəbəli binada mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Bu gün, 17:10
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi


Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

Biz – bu torpaq uğrunda həyat yoldaşlarını və övladlarını şəhid vermiş ailələr hər il Kəlbəcər şəhəri gününü xüsusi qürur və kövrəkliklə qarşılayırıq. Kəlbəcər bizim üçün hər qarışı şəhid qanı ilə yoğurulmuş müqəddəs bir əmanətdir.
“Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bu qədim diyar minilliklər boyunca türk mədəniyyətinin, atəşpərəstliyin, xristianlığın və VII əsrdən başlayaraq İslamın izlərini yaşadan saysız abidələri ilə Azərbaycan tarixinin canlı salnaməsidir. Bu torpaq üzərində 30 min ildən artıq yaşı olan yaşayış məskənləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbasının nümunələri və Tərtər çayı boyunca düzülmüş süni mağaralar mövcuddur. Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcər həm təbiəti, həm sərhədləri, həm də strateji mövqeyi ilə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Qədim yurdumuz işğaldan əvvəl 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsini özündə birləşdirən böyük yaşayış məkanı idi. 1993-cü ilin 2 aprelində Ermənistan ordusu tərəfindən işğal edilən Kəlbəcərdə yüzlərlə dinc sakin qətlə yetirildi, onlarla ailə əsir götürüldü və itkin düşdü. 53 mindən çox əhali isə öz doğma yurd-yuvasından didərgin salındı. Kəlbəcərə aid məktəblər, xəstəxanalar, klub və mədəniyyət evləri, muzeylər, tarixi abidələr, minlərlə ev və təsərrüfat dağıdıldı, sərvətlər talan edildi. Bütün bunlar yalnız kəlbəcərlilərin deyil, bu torpaq uğrunda canından keçən şəhidlərin ailələrinin də qəlbində dərin iz qoydu.
BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin azad olunmasını tələb edən 822 nömrəli Qətnaməsinin illərlə icra olunmaması, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və beynəlxalq qurumların susqunluğu bu haqsızlığın uzanmasına səbəb oldu.
Lakin 2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, Ordumuzun gücünü və Ali Baş Komandan İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Müharibənin ilk günlərindən etibarən Kəlbəcərin şimal hissəsinin strateji yüksəklikləri Ordumuzun nəzarətinə keçdi. Bu isə düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsini iflic etdi. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan Ordusu bu istiqamətdə Ermənistan ordusunun hərəkətini “demək olar ki, tamamilə məhdudlaşdırdı”. Bu uğurlar müharibənin gedişinə ciddi təsir göstərdi.
Şanlı Qələbəmiz nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanat Kəlbəcərin 25 noyabr tarixində Azərbaycana qaytarılmasının hüquqi əsasını yaratdı. Kəlbəcər işğaldan azad olunarkən qeyri-qanuni məskunlaşan ermənilərin evləri yandırması, əkin sahələrini, meşələri, bağları məhv etməsi bir daha erməni vandallığının bütün çılpaqlığını dünyaya nümayiş etdirdi.
Bu gün Kəlbəcər yenidən dirçəliş dövrünü yaşayır. 2020-ci ilin noyabrında təsis olunan “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçunun təltif edilməsi bu torpağın uğrunda can qoyan qəhrəmanların əməyinə verilən yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması isə bu diyarın dirçəlişinin rəsmi simvoluna çevrildi.
Bu gün Kəlbəcərin 2040-cı ilə qədər olan Baş Planı əsasında şəhər müasir konsepsiya ilə yenidən qurulur. Yaşayış fondunun iki dəfədən çox artırılması, 4 məktəb, 4 uşaq bağçası, xəstəxanalar, muzeylər, parklar, geniş yaşıllıq zonaları, yeni yollar və kommunikasiya xətləri Kəlbəcərin gələcəyini daha parlaq edir. Artıq şəhərdə yüzlərlə ailə üçün yaşayış kompleksləri tikilib, köçürülmə prosesinə start verilib. 81 ailənin Kəlbəcərə qayıtması, 524 ailəlik böyük məhəllənin inşası, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması, bu kəndlərə ümumilikdə minlərlə ailənin köçürülməsi biz şəhid ailələri üçün ən böyük sevincdir. Çünki şəhidlərimizin ruhu doğma yurdlara həyat qayıtdıqca daha çox şad olur.
Kəlbəcərdə aparılan böyük infrastruktur layihələr də dirçəlişin əsas dayaqlarıdır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 87 faizinin hazır olması, dünyanın ən uzun avtomobil tunellərindən biri olan Murovdağ tunelinin inşası, Kəlbəcər-Laçın yolunun çəkilişi artıq bölgənin inkişafını yeni mərhələyə çıxarır. Enerji infrastrukturu da tam bərpa olunur – Meydan, Çıraq-1, Çıraq-2, Soyuqbulaq, Aşağı Vəng, Nadirxanlı və digər Kiçik Su Elektrik Stansiyaları bölgəyə yeni nəfəs verir. Kəlbəcərin dünyaca məşhur brendi olan “İstisu” artıq yenidən Azərbaycan xalqına xidmət edir. Müalicə-istirahət kompleksi, otellər, SPA mərkəzi və 100 milyon şüşəlik istehsal gücünə malik mineral su zavodu bu diyarı regionun iqtisadi və turizm mərkəzinə çevirir.
Müzəffər Ali Baş Komandanın Kəlbəcərə etdiyi ardıcıl səfərlər isə bu torpağın bərpasına verilən diqqətin göstəricisidir. Dövlətimizin başçısı hər səfərində yeni obyektlərin açılışında, elektrik stansiyalarının işə düşməsində, yaşayış komplekslərinin açılışında iştirak edir. Bu, Kəlbəcərin dirçəlişinin şəxsən Prezident tərəfindən idarə olunduğunu nümayiş etdirir.
Biz şəhid ailələri üçün Kəlbəcərin bərpası yalnız bir rayonun yenidən qurulması deyil, bu şəhid övladlarımızın arzularının gerçəkləşməsi, onların qanı bahasına azad olunmuş torpaqda həyatın yenidən çiçəklənməsidir.
25 noyabr – Kəlbəcər şəhəri günü bizim üçün həm qürur, həm kədər, həm də gələcəyə sonsuz inam günüdür.

Təhminə Vəliyeva
Şəhid İlqar Vəliyevin həyat yoldaşı, Abşeron rayon sakini
Bu gün, 17:02
Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO


Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO

Sumqayıtda 28 kq narkotik vasitənin satışının qarşısı alınıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.
Onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin dövriyyəsində T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.

Bu gün, 16:54
Qalmaqallı restoranın sahibi əvvəl də cəzalandırılıbmış - FAKT


Qalmaqallı restoranın sahibi əvvəl də cəzalandırılıbmış - FAKT

Noyabrın 21-i, axşam saatlarında Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının yanmasına səbəb olduğu iddia edilən "Loft" restoranın havalandırma sistemi düzgün quraşdırılmayıbmış.
Bu, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin bina sakininin müraciətinə cavabında qeyd olunub.
"Sizin tərəfinizdən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 zəng mərkəzinə ünvanlanmış və baxılması üçün Dövlət Yanğın Nəzarəti Xidmətində 08.01.2024-cü il tarixli 3-18-5/1-58/2024 nömrəli müraciəti tərəfimizdən araşdırılıb. Araşdırma zamanı müraciətdə qeyd edilən Yasamal rayonu, M.Seyidov küçəsi bina 19A ünvanında yerləşən "Loft" adlı kafenin havalandırma sisteminin norma və qaydaların tələblərinə uyğun quraşdırılmadığı aşkar olunub. Kafenin cavabdeh şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması tələb edilib", - deyə sənəddə qeyd olunub.
Xatırladaq ki, hadisə nəticəsində 3 nəfər həlak olub, 20 nəfər isə tüstüdən zəhərlənib. Bina sakinlərinin iddiasına görə, "Loft"un rəhbərliyi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Həmçinin bir ay öncə hibrid maşınların elektrikdoldurma dayanacağını quraşdırıb və həmin dayanacağın generatorunu binanın zirzəmisinə yerləşdirib. Məhz generatorlar olan hissədə yanğın başlayıb.
Restoranın yerləşdiyi obyektin sahibi isə sakinlərin iddasını əsassız adlandırıb.

Bu gün, 16:50
Azərbaycanda bayram günü otellərin dodaquçuqladan QİYMƏTLƏRİ


Azərbaycanda bayram günü otellərin dodaquçuqladan QİYMƏTLƏRİ

Azərbaycanın bölgələrində fəaliyyət göstərən əksər mehmanxanalar Yeni il gecəsini şou-proqram ilə yaddaqalan etməyə hazırlaşırlar.
Yeni il bayramı yaxınlaşdıqca hotellər bir-bir hoteldə qalmaq və xüsusi əyləncəli proqram daxil öz qiymətlərini elan edirlər.
31 dekabr 2025 – 2 yanvar 2026-cı il tarixlərini əhatə edən (2 gecə 3 gün) qiymətlərə 2 nəfər üçün oteldə qalmaq, qidalanma, qala gecəsi, canlı musiqi, gündəlik əyləncə proqramları, hovuz, sauna, hamam və s. imkanlardan istifadə daxildir.
Otellərin qiyməti 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır.
İqtisadçı ekspert Natiq Cəfərli qiymətlərə münasibət bildirib.
O qeyd edib ki, turizm şirkətlərindən biri, 28 dekabr – 1 yanvar arası, yəni, 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edirlər:
"Adambaşı, ortalama, 750 dollar qiymət təklif olunur, qiymətə daxildir: aviauçuş, mehmanxanada gecələmə, səhər yeməyi əsasında qidalanma, sığorta, transfer qrup
Otellər 5 ulduzdur, siyahıda Cielo Hotel Lusail, Steigenberger Hotel & Residence Shaza Doha, City Centre Rotana Doha, Doubletree by Hilton Doha Old Town kimi gözəl otellər var. Yəni, 4 gücə 5 gün yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar, yəni 1275 manatdır.
Məsələn, Şamaxıda 2 gün qalsan, bayram keçirsən 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin, 2 gecə Şamaxı 950 manatmı, yoxsa 4 gecə Doha 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat".
Bir sıra hotellərin Yeni il münasibətilə qiymət təkliflərini təqdim edirik:

1. Shamakhi Palace Sharadil: 1980 manatdan başlayan qiymətlərlə

2. Qafqaz Tufandag Hotel: 1699 manatdan başlayan qiymətlərlə

3. Basqal Resort & Spa: 1660 manatdan başlayan qiymətlərlə

4. Shabran Wellbeing Resort: 1650 manatdan başlayan qiymətlərlə

5. Qafqaz Riverside Hotel: 1595 manatdan başlayan qiymətlərlə

6. Lankaran Springs Wellness Resort: 1500 manatdan başlayan qiymətlərlə

7. Marxal Resort & Spa: 1420 manatdan başlayan qiymətlərlə

8. Quba Macara Lake Park: 1380 – 2150 manat civarında

9. Lachin Resort: 1240 manatdan başlayan qiymətlərlə

10. Şah Əsəri Xankəndi: 960 – 1620 manat civarında

11. Şuşa Hotel: 950 manatdan başlayan qiymətlərlə

12. Chinar Health Hotel: 620 manatdan başlayan qiymətlərlə

Qeyd edək ki, qiymətlər hotelin imkanlarından və xidmətlərdən asılı olaraq dəyişə bilir. Yeni ili 3 ulduzlu otellərdə daha münasib qiymətlər ilə qarşılamaq mümkündür.
Bu gün, 16:43
Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə


Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə

Ağdam, Füzuli və Xocavənddə tikinti və bərpa xidmətləri üçün 3.2 milyon manatlıq müsabiqə elan edildi.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ Xocəvənd rayonunun Tuğ qəsəbəsi üzrə bir sıra obyektlərin bərpası ilə bağlı yeni satınalma elan edib.
2025/AT/00680/V1 nömrəsi ilə keçirilən müsabiqə məktəb, uşaq bağçası və qazanxana kimi qeyri-yaşayış binalarının təmir-bərpası, həmçinin kommunikasiya, yaşıllıq və abadlıq işlərinin satın alınmasını əhatə edir.
Layihənin ehtimal olunan dəyəri 3 225 963,20 AZN təşkil edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!