Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
28-11-2025, 23:20
Zelenskinin partiyası Yermakın istefasını dəstəklədi


Zelenskinin partiyası Yermakın istefasını dəstəklədi

Ukraynada prezident Volodimir Zelenskinin administrasiya rəhbəri Andrey Yermakın istefa ərizəsini imzalamaq qərarı hakim “Xalqın Xidmətçisi” partiyası tərəfindən dəstəklənib.
Bu barədə Ali Radadakı fraksiyasının rəhbəri David Araxamia bildirib.
"Biz, bir komanda olaraq, Volodimir Zelenskinin qərarını dəstəkləyirik", - o, “Telegram” hesabında yazıb.
Qeyd edək ki, Zelenski bu gün Yermakın istefa verdiyini açıqlayıb.
28-11-2025, 22:55
70 kq qızılla saxlanılan polkovnik-leytenantın məhkəmə istintaqı başladı


70 kq qızılla saxlanılan polkovnik-leytenantın məhkəmə istintaqı başladı

İstanbul Hava Limanında 70 kiloqram qızılın qaçaqmalçılığı ilə əlaqədar saxlanılan polkovnik-leytenant Qəhraman Məmmədovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılmış cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə ittiham elan edilib.
İttihamda yazılır ki, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət etmiş polkovnik-leytenant Qəhraman Məmmədov və digər Azərbaycan vətəndaşı xarici ölkə vətəndaşları ilə sövdələşərək qabaqcadan əlbir olan bir qrup şəxs halında BƏƏ-dən Türkiyəyə daşınan xüsusilə külli miqdarda qızıl külçələrin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsində iştirak edib.
Diplomatik statusa malik vəzifə tutan Qəhraman Məmmədov əldə edilmiş razılığa əsasən, 22 noyabr 2024-cü il tarixində ABŞ-dan Türkiyəyə gəlmiş, həmin gün əvvəldən əlbir olduğu şəxs tərəfindən BƏƏ-dən gətirilərək İstanbul Beynəlxalq Hava Limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyulmuş, içərisində xüsusilə külli miqdarda qızıl külçələrin olduğu çantanı götürüb. O, diplomatik heyət üzvləri üçün nəzərdə tutulmuş imtiyaz və immunitetləri təsdiq edən diplomatik pasportdan və vəzifə səlahiyyətlərindən qulluq mənafeyinin qəsdən ziddinə istifadə etməklə, həmin hava limanında qızıl külçələri gömrük sərhədindən bəyan etmədən keçirib.
Daha sonra Qəhraman Məmmədov bu qızıl külçələri qabaqcadan əlbir olduğu həmin şəxsə təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10.391.970,08 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb.
Araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.
Qeyd olunan əməllərə görə, Qəhraman Məmmədova AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.
Bugünkü iclasda məhkəməyə sədrlik edən hakim Fikrət Əliyev tərəflərin razılığı ilə növbəti iclası təqsirləndirilən şəxsin ifadə verməsi ilə başlamağa qərar verib.
Proses dekabrın 15-nə təyin edilib.
Qeyd edək ki, Qəhraman Məmmədov ötən ilin noyabrında DTX tərəfindən tutulub, həmin vaxtdan bəri həbsdədir.
28-11-2025, 22:25
General Cavid Abdullayevə yeni vəzifə verildi


General Cavid Abdullayevə yeni vəzifə verildi

Dövlət Sərhəd Xidməti (DSX) rəisinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Cavid Abdullayevə yeni vəzifə verilib.
Bununla bağlı DSX-nin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Cavid Abdullayev Atçılıq Federasiyasının vitse-prezidenti təyin edilib.
28-11-2025, 22:17
Bu ölkədə müdafiə naziri istefa verdi


Bu ölkədə müdafiə naziri istefa verdi

Rumıniyanın müdafiə naziri Yonuts Moşteanu ali təhsilinə dair məlumatlarla bağlı yaranan qalmaqal fonunda istefa verib. Baş nazir İlie Bolojan bildirib ki, nazirin istefa ərizəsi qəbul olunub və müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icrası iqtisadiyyat, rəqəmsallaşma, sahibkarlıq və turizm naziri Radu Mirutsaya tapşırılacaq.
Y.Moşteanu sosial şəbəkədə açıqlamasında “təhsil məsələsinə dair müzakirələrin ölkənin gündəmini yayındırmaması üçün” vəzifədən getdiyini qeyd edib. O, qərarı barədə Rumıniya Prezidenti Nikuşor Dana, Baş nazir İlie Boločana və Rumıniyanın Xilas Birliyi (USR) Partiyasının rəhbərliyinə məlumat verib.
Y.Moşteanunun rəsmi tərcümeyi-halında Buxarestdəki Ateneum Universitetini bitirdiyi göstərilsə də, ali məktəb rəhbərliyi onun həmin universitetdə oxumadığını açıqlayıb. Daha sonra nazirin paytaxtdakı Bioterra Universitetində təhsil aldığı bəlli olub. Sənədlərə əsasən, o, 1995-ci ildə daxil olub, 2016-cı ildə buraxılış imtahanları verib, diplom isə 2018-ci ilə tarixlənib. 2015-ci ildən etibarən isə ali təhsil tələb edən vəzifələrdə - nəqliyyat nazirinin müşaviri və TAROM dövlət aviaşirkətinin idarə heyətinin üzvü kimi çalışıb.
Y.Moşteanu 23 iyunda müdafiə naziri təyin olunub. Bundan əvvəl USR partiyasından parlamentdə deputat və nəqliyyat nazirinin müşaviri olub.
Radu Mirutsanın müdafiə nazirinin vəzifələrini müvəqqəti icra etməsi üçün prezidentə təqdimat göndərilib.
28-11-2025, 21:46
71 yaşlı kişini maşın vurdu


71 yaşlı kişini maşın vurdu

Şəki rayonunun Turan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəsəbə ərazisində Aslan Ağaverdiyev idarə etdiyi KAMAZ markalı avtomobillə piyada, 71 yaşlı Silom Süleymanovu vurub. Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzanın təfərrüatları araşdırılır.
28-11-2025, 21:38
Kəlbəcərdə yanğın


Kəlbəcərdə yanğın

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.
Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

28-11-2025, 20:29
Ödənişli yolda radar quraşdırıldı


Ödənişli yolda radar quraşdırıldı

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
Ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları cari ilin yanvar ayında quraşdırılmışdı. Radarlar və xüsusi texniki vasitələrin quraşdırılmasına isə ötən həftədən başlanılıb. Quraşdırılan texniki vasitələr hazırda test rejimində işləyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Mirqiyas Kazımov bildirib ki, yolda radar və müşahidə kameralarının quraşdırılması işləri bir ay ərzində yekunlaşacaq. Proses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Mirqiyas Kazımovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yolboyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
28-11-2025, 20:03
Anar Əsədliyə ittiham elan olundu


Anar Əsədliyə ittiham elan olundu

Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Dövlət ittihamçısı təqsirləndirilənə ittiham aktını elan edib. İttihama görə, Anar Əsədli yüksək gəlir əldə etmək adı ilə tanışı Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. Söhbət, ümumilikdə 255 min manatın alınmasından gedir. Həmin puldan 23 manatı geri qaytarıb.
Anar Əsədli Etibar Nəsirovdan isə ümumilikdə 8 min 500 manat alıb. Həmin məbləğdən 3400 manat ödəniş edib. Təqsirləndirilən şəxs Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4250 manatını geri qaytarıb. Tamara Allahverdiyevadan isə ümumilikdə 78500 manat alıb. Dəyən ziyandan 17 min manat geri ödəniş edib.
Anar Əsədli özünü ittihamla təqsirli bilməyib.
Növbəti proses dekabrın 19-na təyin edilib.
28-11-2025, 19:54
Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşüblər


Türkiyə və Ermənistan rəsmiləri sərhəddə görüşüblər

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşləri zamanı əldə edilən razılaşmaların bir hissəsi olaraq, iki ölkənin müvafiq nazirliklərinin nümayəndələri 28 noyabr 2025-ci il tarixində Türkiyə ilə Ermənistan arasındakı Akyaka-Ahurik sərhəd keçid məntəqəsində və Ermənistanın Gümrü şəhərində görüşüblər.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı Qars-Gümrü dəmir yolunda daşımaların bərpası və bu istiqamətdəki texniki məsələlər müzakirə olunub.
28-11-2025, 19:35
Zelenskinin "sağ əli" istefa verdi


Zelenskinin "sağ əli" istefa verdi

Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak istefa ərizəsini ölkə başçısı Volodimir Zelenskiyə təqdim edib.
Bu barədə Zelenski ənənəvi axşam müraciətində bildirib.
"Ukrayna Prezidenti Administrasiyası yenidən işə salınacaq. Administrasiyanın rəhbəri Andrey Yermak istefa ərizəsi verib. İstəyirəm ki, heç bir şayiə və ya fərziyyə olmasın. Administrasiyanın yeni rəhbəri ilə bağlı sabah bu quruma rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağam", - deyə o bildirib.
Qeyd edək ki, son günlərdə Yermakın adı korrupsiya qalmaqalında hallanıb. Onun evində axtarış aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!