Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
28-11-2025, 16:48
Dayə işlədiyi evdən 60 min manatlıq qızıl oğurladı


Dayə işlədiyi evdən 60 min manatlıq qızıl oğurladı

Bakının Xətai rayonunda talama cinayəti baş verib.
Zərərçəkən polisə müraciət edərək evindən 60 000 manat dəyərində qızıl-zinət əşyasının qeyri-aşkar şəraitdə oğurlandığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla cinayət əməlini törətməkdə şübhəli bilinən 52 yaşlı Mənşurə Əliyeva müəyyən olunaraq tutulub. Araşdırmalarla həmin şəxsin dayə kimi çalışdığı evdən son 3 ay ərzində hissə-hissə qızıl-zinət əşyalarını oğurladığı məlum olub.
Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.

28-11-2025, 16:45
Beyləqanda 67 yaşlı qadın qətlə yetirildi


Beyləqanda 67 yaşlı qadın qətlə yetirildi

Beyləqanda qətl hadisəsi baş verib.
Hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.
Kənd sakini 1958-ci il təvəllüdlü Nazilə Mustafayevanın meyiti evində tapılıb. Onun boğularaq öldürüldüyü ehtimal olunur.
Araşdırma aparılır.
28-11-2025, 16:31
Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab


Azərbaycanda daha bir universitet bağlanır? - Nazirdən cavab

Naxçıvan Müəllimlər İnstitutunun fəaliyyətinin dayandırılması ilə bağlı iddialara aydınlıq gətirilib.
Bu barədə Naxçıvanda səfərdə olan elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, hazırda belə bir qərar yoxdur: "Azərbaycandakı mövcud qaydalara uyğun olaraq həm Naxçıvan Dövlət Universiteti, həm də Müəllimlər İnstitutu ali təhsil müəssisəsi kimi fəaliyyətlərini davam etdirirlər".
Qeyd edək ki, son günlər Naxçıvan Müəllimlər İnstitutunun bağlanacağı, bundan sonra Muxtar Respublikada yalnız Naxçıvan Dövlət Universitetinin (NDU) fəaliyyət göstərəcəyi ilə bağlı iddialar yayılıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli Fərmanına əsasən, Naxçıvan Politexnik Texnikumunun bazasında Azərbaycan Müəllimlər İnstitutunun Naxçıvan filialı yaradılıb. 2003-cü ildə ali təhsil ocağı müstəqil instituta çevrilib.
Universitetə ötən ilədək Azad Novruzov rəhbərlik edib. Onun Ali Məclisə deputat seçilməsindən sonra yerinə təyinat olmayıb. Universitetin 1 ildən artıqdır rektorsuz fəaliyyət göstərməsi onun ləğv ediləcəyi barədə iddiaları daha da gücləndirib.
Onu da qeyd edək ki, Naxçıvanda ötən il daha bir universitet bağlanıb. Belə ki, 2024-cü il sentyabrın 3-də özəl universitet ləğv olunduğunu elan edib.
28-11-2025, 16:24
Dekabrda hava çox da soyuq keçməyəcək


Dekabrda hava çox da soyuq keçməyəcək

Dekabr ayında havanın temperaturu noyabr ayına nisbətən azalır.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bu ilin dekabr ayında havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdirdır. Gecələr havanın temperaturu 7-12 dərəcə, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17 dərəcə, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).
Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 6-11 şaxta, gündüzlər 6-11 dərəcə, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-48 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 5-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, dağlarda gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).
28-11-2025, 16:20
Hikmət Hacıyev Brüsseldə NATO nümayəndələrilə görüşdü


Hikmət Hacıyev Brüsseldə NATO nümayəndələrilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının üzv ölkələrinin səfirləri ilə görüşüb.
Bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinə istinadən xəbər verir.
Görüşdə Türkiyə, Slovakiya, Almaniya, Kanada, Danimarka, Bolqarıstan, Latviya, Lüksemburq, Böyük Britaniya, Rumıniya, Litva, Belçika, Polşa, Fransa, Estoniya, İtaliya, İsveç və Finlandiya nümayəndələri, həmçinin NATO-nun siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə Baş katibinin müavini Boris Ruqe iştirak ediblər.
Görüşdə NATO Şurasının səfirlərinin Bakıya bu yaxınlardakı səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə aparılan danışıqlar vurğulanıb.
"Tərəflər Azərbaycan-NATO uğurlu tərəfdaşlığı, gələcək əməkdaşlıq perspektivləri, Azərbaycanın Alyansın fəaliyyətinə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfəsi, həmçinin regional təhlükəsizlik məsələləri və Azərbaycanla Ermənistan arasında sülh gündəliyi də daxil olmaqla geniş məsələləri müzakirə ediblər", - məlumatda vurğulanır.
28-11-2025, 16:08
Putin Orbanla görüşdü - Rusiya-ABŞ sammitinin yeri açıqlandı


Putin Orbanla görüşdü - Rusiya-ABŞ sammitinin yeri açıqlandı

Moskvanın Budapeştlə münasibətləri bütün çətinliklərə baxmayaraq inkişaf edir.
Rusiya Prezidenti Vladimir Putin bunu Macarıstanın Baş naziri Viktor Orbanla Moskvada keçirdiyi görüşündə bildirib.
O, Rusiyanın Orbanın Ukrayna məsələsindəki balanslı mövqeyindən xəbərdar olduğunu vurğulayıb.
Putin Rusiya ilə ABŞ arasında danışıqların Budapeştdə sammitə gətirib çıxara biləcəyi ehtimalını istisna etməyib.
Rusiya Prezidenti əlavə edib ki, Budapeştdə belə bir sammitin keçirilməsi ideyası Trampındır.
"O deyib ki, sizin də, bizim də Macarıstanla yaxşı münasibətlərimiz var. Ona görə də Tramp görüş yeri kimi Budapeştki təklif edib", - deyə Putin qeyd edib.
Orban öz növbəsində Ukrayna ilə bağlı danışıqlar üçün platforma təmin etməyə hazır olduğunu bildirib.
28-11-2025, 15:57
Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi


Cinayət Məcəlləsində edilən dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev rəqabət qanunvericiliyinin pozulması ilə bağlı vurulan ziyana görə Cinayət Məcəlləsindəki "xeyli", "külli miqdar" anlayışlarının həcminin dəyişdirilməsi, xüsusilə külli miqdar anlayışının əlavə edilməsini nəzərdə tutan dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında (hazırda bu məbləğ 4 min manatdan 8 min manatadək) cərimə ediləcək.
Qeyd edək ki, həmin cinayətə görə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası isə olduğu kimi saxlanılır.
Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə vurulan ziyan "xeyli miqdar" dedikdə 200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, "külli miqdar" dedikdə 500 min manatdan yuxarı, lakin 1 milyon manatdan artıq olmayan məbləğ, "xüsusilə külli miqdar" dedikdə isə 1 milyon manatdan yuxarı olan məbləğ başa düşülür.
Əvvəlki qanunvericiliyə görə isə "xeyli miqdar" dedikdə 10 min manatdan 50 min manatadək olan məbləğ, "külli miqdar" dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülürdü.
Bundan başqa, rəqabəti məhdudlaşdırmaya görə məsuliyyət qanunla yol verilən hallar istisna olmaqla rəqabəti məhdudlaşdıran üfüqi və şaquli sazişlərin bağlanması, bu cür uyğunlaşdırılmış hərəkətlərin edilməsi və ya hökmran mövqedən sui-istifadə etmə, xeyli miqdarda ziyan vurmaqla və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə yaranacaq.
28-11-2025, 15:52
Simonyan müharibə itkilərini gizlətməkdə ittiham olundu


Simonyan müharibə itkilərini gizlətməkdə ittiham olundu

Ermənistan parlamentinin sədri Alen Simonyanın 44 günlük müharibədə ölən və itkin düşənlərin sayı ilə bağlı açıqladığı rəqəmlər erməni cəmiyyətində müzakirələrə səbəb olub.
A.Simonyan rəqəmlərin mübahisələndirilməsilə razılaşmayıb.
"Bu rəqəmlər Ermənistanın İstintaq Komitəsindən götürülüb. Bəziləri bu rəqəmləri mübahisələndirməyə çalışır. Bilirəm ki, kimlərsə ermənilərin əzablarından istifadə edərək öz siyasi məqsədlərinə çatmağa çalışırlar", - deyə o bildirib.
Simonyanın sözlərinə görə, Baş nazir Nikol Paşinyan da parlamentdə bu rəqəmləri kiçik bir fərqlə qeyd edib.
"Fərq 1200 deyildi. Rəqəmlər yenidən dəyişə bilər, çünki 191 nəfər itkin düşüb. Allah qoysa, hamısı möcüzəvi şəkildə tapılar və geri qaytarılar", - deyə o qeyd edib.
Xatırladaq ki, dünən Alen Simonyan 2020-ci ildəki 44 günlük müharibədə 3833 nəfərin öldüyünü bildirib.
Müxalifətdən olan bəzi siyasətçilər Simonyanı rəqənləri azaltmaqda ittiham ediblər.
28-11-2025, 15:49
AYNA-ya yeni səlahiyyət verildi


AYNA-ya yeni səlahiyyət verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi dayanacaq məntəqələriylə əlaqədar səlahiyyətli qurum olacaq.
Bu, Prezident İlham Əliyevin "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanununun tətbiqi barədə Fərmanında əksini tapıb.
Fərmana əsasən, Şuşa şəhərinin ərazisi istisna olmaqla, müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə həvalə edilib.
28-11-2025, 15:34
Lavrov hara yoxa çıxmışdı?


Lavrov hara yoxa çıxmışdı?

Rusiya xarici işlər naziri Sergey Lavrov bir müddətdir mediada “yoxa çıxması” ilə bağlı səslənən suallara ironik münasibət bildirib.
Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putin arasında danışıqlar üçün Kremlə gələrkən jurnalistlər nazirdən “hara yoxa çıxmısınız?” deyə soruşublar.
Lavrov isə sualı zarafatla cavablandırıb: “Mən hələ də yoxam”.
Qeyd edək ki, son günlər bəzi xarici KİV-lər (The Economic Times və The Independent) Lavrovun ləğv edilən Putin–Tramp görüşü səbəbindən “qara siyahıya düşdüyünü” iddia edirdilər. Həmin məlumatlarda prezident Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında Budapeştdə keçirilməsi planlaşdırılan sammitin pozulmasının Lavrovun “siyasi mövqeyini zəiflədə biləcəyi” yazılmışdı.
Kreml bu məlumatları dəfələrlə təkzib edib. Putin jurnalistlərə açıqlamasında iddiaları “saxta” adlandırıb və Lavrovun ABŞ tərəfi ilə görüşə hazırlaşdığını bildirib: “Onun öz iş qrafiki var. Mənə məlumat verdi və nə ilə məşğul olacağını dedi”.
Prezidentin mətbuat katibi Dmitri Peskov da bəyan edib ki, Lavrov “iş başındadır” və “hər şey qaydasındadır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!