Paşinyan Qarabağ ermənilərinə çağırış etdi .....                        Paşinyan NATO baş katibinin müavinini qəbul edib .....                        Şahruddin əməliyyat olundu .....                        Kupyansk Rusiyanın nəzarətində qalır - Zaxarova .....                        Bəylər Eyyubova xüsusi imtiyaz verildi .....                        Yeni sədr kollektivə təqdim olundu .....                        Dövlət hesabına dərmanlar: Pozitiv siyahı mərhələli şəkildə artacaq .....                        Narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxundu .....                        Qubada ana və övladını avtobus vurdu .....                       
29-11-2025, 21:35
Zelenskinin planı dəyişir


Zelenskinin planı dəyişir

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Denis Şmıqala hərbi əməliyyatların gedişi və yenilənmiş prioritetləri nəzərə alaraq yeni milli müdafiə planı hazırlamağı tapşırıb.
Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
"Ukraynanın fundamental müdafiə sənədlərini, xüsusən də dövlətimizin müdafiə planını dəyişməyin vaxtı çatıb. Hərbi əməliyyatların gedişi göstərdi ki, prioritetlərin dəqiq nəyə görə yenilənməsi lazımdır. Biz razılaşdıq ki, Denis (Şmıqal – red.) dəyişikliklərlə bağlı ətraflı təkliflər hazırlayıb Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcək", - Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin bildirib ki, müdafiə naziri Nikolayev və Xerson vilayətlərindəki missiyaları barədə hesabat verib. Bundan başqa, görüşdə mühüm infrastrukturun qorunması və müvafiq resursların yerləşdirilməsi ayrı-ayrılıqda müzakirə edilib.
29-11-2025, 21:27
Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR


Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
Yeni radarlar və müşahidə kameraları hələki test rejimində işləyir.
Belə ki, poroses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Ödənişli yolda quraşdırılan bu radarlar ən müasir "ağıllı nəzarət sistemi" ilə işləyir. Yeni texnoloji qurğular adi sürət ölçən cihazlardan fərqli olaraq, bir-biri ilə real vaxtda məlumat mübadiləsi aparır. Bu isə o deməkdir ki, eyni yol xəttində ardıcıl yerləşdirilən radarlar arasında məsafə nəzarətə götürülür və sürücü həmin iki nöqtə arasında sürət həddini aşarsa, sistem bunu dərhal qeydə alır.
Ağıllı radarlar avtomobilin həmin marşrut boyu orta sürətini də hesablayır. Beləliklə, sürücülər yalnız radarın qarşısından keçərkən deyil, bütün hərəkət trayektoriyası boyunca müəyyən olunmuş maksimal sürət həddinə əməl etməlidirlər. Sistemin əsas məqsədi yol təhlükəsizliyini artırmaq və sürət həddinin süni şəkildə azaldılıb-artırılması ilə cərimələrdən yayınma hallarının qarşısını almaqdır.
Hazırda texniki vasitələr test rejimində sınaqdan keçirilir. Sınaq müddəti başa çatdıqdan sonra radarların tam funksional şəkildə işə düşəcəyi və qayda pozuntularının avtomatik olaraq qeydə alınacağı gözlənilir. Rəsmi qurum sürücülərə xəbərdarlıq edərək qeyd edir ki, yeni sistem təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub və hərəkət zamanı yol nişanlarına ciddi riayət edilməlidir.
Məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Qeyd edək ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları isə bu ilin yanvar ayında quraşdırılıb.
29-11-2025, 21:15
Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı


Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı

Ermənistan mediası Azərbaycan və Türkiyənin diaspor sahəsində əməkdaşlığı intensivləşdirməsindən narahat olub.
Erməni diasporuna bağlı media orqanları Fransada iki ölkənin güclənməsindən yazıb.
Məqalədə Fransa və digər ölkələrdəki erməni diasporunun parçalanma və koordinasiya böhranı yaşadığını bildirir.
Erməni mətbuatı xatırladır ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohumluq Əlaqələri Başqanlığının (YTB) nümayəndə heyəti ilə görüşüb. Heyətə YTB-nin sədr əvəzi Abdulgadi Turus rəhbərlik edib.
Görüşdə iki ölkənin diaspor təşkilatları arasında fəaliyyətin koordinasiyası, ortaq layihələrin icrası, təcrübə mübadiləsi və türkdilli xalqların dünyadakı diasporlarının əlaqələndirilməsi müzakirə olunub. Tərəflər vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasındakı yaxın münasibətlər bu sahədə birgə təşəbbüslər üçün möhkəm baza yaradır.
Məlumatda o da qeyd edilir ki, Şuşa Bəyannaməsinin müddəaları hər iki ölkəyə diaspor siyasətində daha geniş əməkdaşlıq imkanı verir. Uzunmüddətli proqramlar, birgə tədbirlər və dünya üzrə türk diasporunun həmrəyliyini gücləndirən layihələr gündəmdədir.
Erməni mətbuatı yazır ki, bu proseslər fonunda xüsusilə Fransada yerləşən erməni diasporunda gərginlik, fikir ayrılığı və təşkilati zəiflik nəzərə çarpır. Bir sıra erməni ictimai-siyasi fiqurları hökumətin siyasətini diaspor təşkilatlarının zəifləməsi ilə əlaqələndirir.
Nəşrlər bu vəziyyəti iki fərqli yanaşmanın nəticəsi kimi təqdim edir. Birincisi, Azərbaycan və Türkiyənin koordinasiyalı, strateji və ardıcıl diaspor fəaliyyəti erməni diasporunu parçalayıb. Həmçinin, Ermənistan hökumətinin siyasəti nəticəsində erməni diasporu zəifləyib.
Erməni KİV-ləri qeyd edir ki, hazırkı şəraitdə Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi, dünya siyasətində diasporların rolunun artdığı bir dövrdə, regiondakı balanslara təsir göstərən mühüm faktor kimi qiymətləndirilir.
29-11-2025, 20:44
Adil Şükürov baş məşqçi təyin edildi


Adil Şükürov baş məşqçi təyin edildi

Adil Şükürov "Səbail" PFK-nın baş məşqçisi təyin olunub.
Mütəxəssislər 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.
Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.
A.Şükürov daha əvvəl "Kəpəz"in baş məşqçisi olub.
29-11-2025, 20:13
“Zelenskiyə qarşı kin saxlamıram” - Yermak


“Zelenskiyə qarşı kin saxlamıram” - Yermak

Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak istefasından sonra ilk dəfə açıqlama verib.
28 noyabrda vəzifədən azad edilməsinə baxmayaraq, prezident Volodimir Zelenskiyə qarşı heç bir narazılığı olmadığını bildirib.
“O, bu işdən əvvəl də mənim dostum idi, bundan sonra da dostum olaraq qalacaq. Ona qarşı kin saxlamıram”, - Yermak "Financial Times" nəşrinə deyib.
Keçmiş administrasiya rəhbəri ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planı üzrə danışıqlara da toxunub. Yermakın sözlərinə görə, onun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Cenevrədə amerikalı tərəfdaşlarla birlikdə mühüm dəyişikliklərə nail olub.
“Bizim rəhbərliyimiz altında sənəd 28 maddədən 19 maddəyə endirildi. Yeni variant Ukrayna üçün daha qəbulolunandır,” - Yermak vurğulayıb.
O bildirib ki, sənəddə hələ razılaşdırılması çətin olan bəzi məqamlar qalıb, lakin onların da razılaşdırılmasının mümkün olduğuna inanır.
Yermak əlavə edib ki, bütün təzyiqlərə baxmayaraq, prezident Zelenski ölkənin təhlükəsizliyinə və suverenliyinə zidd heç bir sənədi nə imzalayacaq, nə də təsdiq edəcək: “Prezident, təzyiqlər olsa belə, Ukraynanın maraqlarına uyğun olmayan heç nəyi qəbul etməyəcək.”
29-11-2025, 19:37
Özgür Özəl yenidən CHP lideri seçildi


Özgür Özəl yenidən CHP lideri seçildi

Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib.
O, seçkilərdə yeganə namizəd olub.
29-11-2025, 19:28
“Qarabağ” qələbə qazandı


“Qarabağ” qələbə qazandı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax”la qarşılaşıb.
“Azərsun Arena”da keçirilən görüş Qurban Qurbanovun komandasınln 2:0 hesablı qələbəsi ilə bitib. Qolları Emmanuel Addai və Nəriman Axundzadə vurub.

“Qarabağ” - “Karvan-Yevlax” - 2:0

Qol: Emmanuel Addai, 79, Nəriman Axundzadə, 89
29-11-2025, 19:02
Rusiya gəmiləri məhv edildi


Rusiya gəmiləri məhv edildi

Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” tipli dəniz dronları Qara dənizdə Rusiya Federasiyasının “kölgə donanması”na məxsus “KAIRO” və “VIRAT” adlı sanksiya altındakı iki neft tankerini vurub.
Bu barədə UNİAN məlumat verib.
Bildirilib ki, əməliyyat Ukrayna Təhlükəsizlik Xidmətinin Hərbi Qarşı Kəşfiyyatın 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi Dəniz Qüvvələrinin birgə fəaliyyəti nəticəsində həyata keçirilib.
29-11-2025, 18:51
Sabahın havası ilə bağlı xəbərdarlıq edildi


Sabahın havası ilə bağlı xəbərdarlıq edildi

Azərbaycanda noyabrın 30-da avtomobil yollarında gözləniləcək vəziyyət açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Belə ki, bəzi yerlərdə dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
29-11-2025, 18:23
Tramp Venesuelanın hava məkanını bağladı


Tramp Venesuelanın hava məkanını bağladı

ABŞ Prezidenti Donald Tramp Venesuela ilə bağlı müraciət edib.
Bu barədə ABŞ Prezidenti sosial media hesabında paylaşım edib.
“Bütün aviaşirkətlərə, pilotlara, narkotik satıcılarına və insan alveri ilə məşğul olanlara müraciət edirəm — Venesuela üzərində və onun ətrafındakı hava məkanını tam bağlı hesab edin”, - paylaşımda deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!