Maduro istefa verməyə hazırdır - BİR ŞƏRTLƏ .....                        Zelenski xəbərdarlıq etdi: “...çox şey dəyişə bilər” .....                        İran vitse-prezidentinin həyat yoldaşı qəzada öldü .....                        Polad Bülbüloğlunun oğluna yeni vəzifə verildi .....                        Azərbaycan neft hasilatı barədə qərarı dəstəklədi .....                        Zelenskini bu şəxs əvəz edə bilər - AD AÇIQLANDI .....                        Cüdoçumuz Əbu-Dabidə medal qazandı .....                        Ukrayna üçün taleyüklü danışıqlar başladı .....                        Zelenskinin planı dəyişir .....                       
16-11-2025, 17:57
Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək


Azərbaycanlı hakim İngiltərənin oyununu idarə edəcək

FIFA referisi Kamal Umudlu UEFA-dan növbəti təyinat alıb.
O, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Slovakiya – İngiltərə qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.
Noyabrın 18-də Preşov şəhərində yerləşən “Tatran” stadionunda keçiriləcək D qrupunun görüşü Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
16-11-2025, 17:46
Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu


Çin gəmiləri Yaponiyanın ərazi sularına daxil oldu

Çin gəmilərinin bir neçəsi Yaponiyanın Şərqi Çin dənizində nəzarətində olan sulardan keçib.
Hadisə Yaponiyanın Baş naziri Sanae Takaitinin Tayvanla bağlı açıqlamalarından sonra Tokio ilə Pekin arasında gərginlik fonunda baş verib.
Noyabrın 16-sı səhər saatlarında Çinin dörd silahlı sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularına daxil olub. Yaponiyanın sahil mühafizə xidmətinin məlumatına görə, gəmilər bundan əvvəl mübahisəli Senkaku adalarının (Çin dilində adı – Dyaoyudao) ətrafında hərəkət ediblər.
Pekin isə öz nözbəsində bildirib ki, gəmilər mübahisəli sularda ərazi hüquqlarının qorunması çərçivəsində patrul xidməti həyata keçiriblər.
Bundan əvvəl Yaponiyanın Baş naziri bildirib ki, Tayvanla bağlı münaqişədə hərbi gücün tətbiqi Tokio tərəfindən "yaşama təhlükəsi yaradan vəziyyət" kimi qiymətləndirilə bilər və bu təsnifat Yaponiyaya müdaxilə üçün hüquqi əsas verər. Açıqlama tərəflər arasında diplomatik qalmaqala səbəb olub.
16-11-2025, 17:07
Konqoda səhiyyə mərkəzinə hücum - 20 nəfər öldürüldü


Konqoda səhiyyə mərkəzinə hücum - 20 nəfər öldürüldü

Konqo Demokratik Respublikasının Şimali Kivu vilayətində silahlı qrupun səhiyyə mərkəzinə hücumu nəticəsində kütləvi insan tələfatı yaşanıb.
Bildirilir ki, “Demokratik İttifaq Qüvvələri” (ADF) adlanan silahlı qrup Biambve bölgəsində yerləşən Biambve Səhiyyə Mərkəzinə silahlı basqın edib.
Hücum zamanı xəstəxanada olan 20 xəstə və onların müşayiətçiləri öldürülüb. Silahlı şəxslərin bir neçə palatanı yandırdığı, tibb avadanlıqlarını talayaraq ərazidən uzaqlaşdığı bildirilir.
Xatırladaq ki, ADF 1990-cı illərin sonlarında Uqandada hökumət əleyhinə qrupların birləşməsi ilə formalaşmış, 2002-ci ildə ordunun əməliyyatları nəticəsində Konqoya DR-na keçmiş və minlərlə mülki şəxsin ölümündə ittiham olunan silahlı təşkilatdır.
16-11-2025, 16:55
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərləndi


Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərləndi

Tovuz rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib.
1989-cu il təvəllüdlü V.Əhmədli, 1986-cı il təvəllüdlü R.Əhmədli, onların övladları 15 yaşlı D.Əhmədli və 12 yaşlı B.Əhmədliyə qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.
Onların pendirdən zəhərləndikləri güman edilir.
Faktla bağlı araşdırma aparılır.
15-11-2025, 22:01
Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ


Azərbaycanın “İbrahim Sazişləri”nə qoşulması GÜNDƏMDƏ

Qazaxıstanın “İbrahim Sazişləri”nə qoşulması region üçün yeni imkanlar açır və bu prosesdə Azərbaycan xüsusi əhəmiyyət kəsb edir.
Bunu ABŞ-nin "Foundation for Defense of Democracies (FDD)" adlı nüfuzlu analitik mərkəzi Mərkəzi Asiyada baş verən son geosiyasi dəyişiklikləri təhlil edərkən bildirib.
Məqalədə vurğulanır ki, Qazaxıstanın rəsmi şəkildə sazişə qoşulan ilk Mərkəzi Asiya dövləti olması regionun ABŞ və İsraillə yeni əməkdaşlıq formatlarına açıq olduğunu göstərir. Bu addım, həmçinin Özbəkistan və Azərbaycanın ehtimalı iştirakına siyasi cəhətdən təhlükəsiz presedent yaradır.
Mərkəz qeyd edir ki, Azərbaycan artıq İsraillə müdafiə və enerji sahələrində strateji tərəfdaşdır. Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya enerji tədarükündə Bakının rolu xüsusi olaraq ön plana çəkilir:
“Azərbaycan Xəzər qazının Avropaya diversifikasiya olunmuş marşrutlarla çatdırılmasında həlledici oyunçudur və bu, həm Avropanın enerji təhlükəsizliyini, həm də regiondakı sabitliyi gücləndirir”, – deyə mərkəz yazır.
Analitiklər hesab edir ki, Azərbaycanın “İbrahim Sazişləri” prosesinə qoşulması regional sabitliyə mühüm töhfə verə, həm siyasi, həm iqtisadi əməkdaşlıq imkanlarını genişləndirə, həm də ABŞ-ın Cənubi Qafqaz–Mərkəzi Asiya xəttində təsirini artırara bilər.
Analitiklərin qənaətinə görə, Qazaxıstan, Azərbaycan və Özbəkistanın mümkün iştirakı Müsəlman ölkələrinin İsraillə diplomatik münasibətlərini genişləndirməsi üçün təhlükəsiz model yarada bilər.
Amerikalı ekspertlər bildirirlər ki, bu proses həmçinin Bakı üçün diplomatik manevr imkanlarını artırır, eyni zamanda Türkiyə–İsrail–Azərbaycan üçbucağı daxilində yeni geosiyasi balans formalaşdıra bilər.
“İbrahim sazişləri” ilk dəfə 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Mərakeş arasında imzalanıb. Daha sonra Sudan və Misir də sənədə qoşulmuşdu.
15-11-2025, 21:55
Ukrayna ilə Rusiya razılığa gəldi


Ukrayna ilə Rusiya razılığa gəldi

Ukrayna və Rusiya arasında aparılan danışıqlardan sonra tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək və 1200 ukraynalı əsiri azad etmək barədə razılığa gəliblər.
Bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” səhifəsində məlumat verib.
"Ukrayna Prezidentinin göstərişi ilə mən bu yaxınlarda Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindəki tərəfdaşların vasitəçiliyi ilə mübadilə prosesinin bərpası və əsirlərimizin azad edilməsi ilə bağlı məsləhətləşmələr apardım", - deyə Umerov qeyd edib.
Danışıqlar nəticəsində tərəflər İstanbul razılaşmalarını aktivləşdirmək barədə razılığa gəliblər: "Söhbət 1200 ukraynalının azad edilməsindən gedir",-deyə Umerov vurğulayıb.
Tezliklə texniki məsləhətləşmələr keçiriləcək. Tərəflər bütün prosedur və təşkilati məsələləri yekunlaşdırmalıdır.
"Biz əsirlikdən qayıtması planlaşdırılan ukraynalıların Yeni il və Milad bayramlarını evdə - ailə süfrəsində, yaxınları ilə birlikdə qeyd etmələri üçün dayanmadan çalışırıq", - deyə Umerov vurğulayıb.
15-11-2025, 21:10
Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO


Azərbaycan deputatları Şimali Kipr prezidenti ilə görüşdülər - FOTO

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Lefkoşada səfərdə olan Azərbaycan-ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyevin rəhbərliyindəki nümayəndə heyətini qəbul edib.
Bu barədə ŞKTR Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, T. Erhürman nümayəndə heyəti ilə görüşməkdən duyduğu məmnuniyyəti ifadə edib. Cavanşir Feyziyev isə ŞKTR Prezidentini Respublika Günü münasibətilə təbrik edib.
Daha sonra T. Erhürman və nümayəndə heyəti qarşılqlı olaraq bir-birinə xatirə hədiyyəsi təqdim edib.




15-11-2025, 20:53
Şəkidə ofisiant müdirini öldürdü


Şəkidə ofisiant müdirini öldürdü

Şəkidə 50 yaşlı kişinin qətlə yetirilib.
Hadisə zamanı qətlə yetirilən 50 yaşlı Mehman Bayramov və cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Sədi Heydərov Turan qəsəbəsinin sakinləridir. M. Bayramov ailəli olub, S. Heydərov isə subaydır.
Məlumata əsasən, Mehman Bayramov qəsəbədə fəaliyyət göstərən kafeyə sahiblik edir və onu şəxsən özü idarə edirdi. Sədi Heydərov isə təxminən iki həftə əvvəl həmin kafedə ofisiant kimi işə qəbul olunmuşdu.
Hadisə elə M. Bayramovun kafesində baş verib. Müdir və ofisiant arasında yaranan mübahisə nəticəsində S. Heydərov üzərindəki kəsici alətlə M. Bayramova ağır xəsarətlər yetirib. Nəticədə kafedəki mübahisə 50 yaşlı kişinin qətlə yetirilməsi ilə başa çatıb.
15-11-2025, 19:51
Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir


Fransa Azərbaycan səfirliyinin vurulmasını pisləyir

Fransa 13-14 noyabr gecəsi Rusiyanın əsasən Ukraynanın paytaxtı Kiyevi, o cümlədən Azərbaycan səfirliyini hədəf alan kütləvi hücumlarını qətiyyətlə pisləyir.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.
“Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiyanın ilk növbədə Ukraynanın paytaxtı Kiyevi, onun enerji obyektlərini, yaşayış məntəqələrini, Azərbaycan səfirliyini və xəstəxananı hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralananların, o cümlədən uşaqların da olduğu kütləvi aviazərbələri qəti şəkildə pisləyir", - bəyanatda qeyd edilib.
Bildirilib ki, təxminən 430 pilotsuz uçan aparat və 18 raketin iştirak etdiyi bu irimiqyaslı zərbələr daha da eskalasiya təşkil edir və əlavə sübuta ehtiyac olarsa, Rusiyanın sülh istəyinin olmadığını nümayiş etdirir.
Fransa Ukrayna, onun xalqı və hakimiyyət orqanları, Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəy olduğunu bildirir. O, Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir. O, bütün tərəfdaşları ilə birlikdə Ukraynaya dəstəyini artırmaq və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək öhdəliyini davam etdirəcək.
15-11-2025, 19:30
Hitlerin yəhudi olmadığı təsdiqləndi


Hitlerin yəhudi olmadığı təsdiqləndi

Nasist Almaniyasının lideri Adolf Hitlerin qanı üzərində aparılan yeni genetik araşdırmanın nəticələri məlum olub.
Araşdırma tarixdə ən çox tədqiq olunan diktatorlardan biri haqqında indiyədək məlum olmayan bir sıra mühüm faktları üzə çıxarıb.
Araşdırmanın ən mühüm nəticələrindən biri Hitlerin etnik mənşəyi ilə bağlıdır. Mütəxəssislər qan nümunəsindən əldə edilən Y xromosomu məlumatını onun kişi xəttindən olan qohumunun DNA-sı ilə müqayisə ediblər. Tam uyğunluq əldə edilib və Hitlerin Yahudi mənşəli olması barədə 1920-ci illərdən bəri yayılan şayiələr elmi şəkildə təkzib olunub.
Testlər Hitlerin Kallmann sindromu adlı genetik pozuntuya sahib ola biləcəyini göstərib. Bu sindrom cinsi orqanların inkişafına təsir edir və bəzi hallarda cinsi orqanın kiçik olması kimi nəticələrə səbəb ola bilər.
Tarixçilər bu faktın Hitlerin demək olar ki, şəxsi həyatının olmaması və bütün enerjisini siyasətə yönəltməsi ilə bağlı uzun illərdir davam edən müzakirələrə müəyyən izah gətirdiyini bildirirlər.
Hitlerin DNA-sı poligenik analizdən keçirdilib. Araşdırmaya görə, Hitlerin genetik risk göstəriciləri çox yüksək (ən yüksək 1% qrupunda ) olub. Bu o deməkdir ki, Hitlerdə autizmə meyillilik, şizofreniya riski, bipolyar pozuntuya yüksək, diqqət çatışmazlığı və hiperaktivlik riski olub
Mütəxəssislər bildirirlər ki, bu göstəricilər diaqnoz deyil, yalnız genetik ehtimaldır və Hitlerin bu pozuntuların hər hansı birinə sahib olduğunu sübut etmir. Lakin tarixi davranış nümunələrinin anlaşılması baxımından diqqətçəkən material hesab olunur.
Hitlerin qan lekəsi olan parça 1945-ci ildə Berlin bunkeri ələ keçirildikdən sonra ABŞ zabiti tərəfindən ələ keçirilib və sonradan muzeyə verilib. Onilliklər sonra aparılan testlər onun həqiqətən Hitlerə aid olduğunu təsdiqləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!