Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
2-12-2025, 15:01
Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb


Azad edilmiş ərazilərdə daha 25 abidə inventarlaşdırılıb

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilən inventarlaşma işləri davam etdirilir. Görülən işlər nəticəsində Ağdam, Füzuli, Ağdərə və Xocalı rayonları ərazisində 16-ı arxeoloji, 9-u memarlıq abidəsi olmaqla ümumilikdə daha 25 tarix-mədəniyyət abidəsinin yeri müəyyən olunaraq inventarlaşdırılıb.
Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, inventarlaşma işləri zamanı sahə tədqiqatı işləri görülüb, abidələrin elektron xəritələri hazırlanıb, fotofiksasiya və dron çəkilişləri aparılıb, arxiv sənədləri araşdırılıb və digər mənbələr nəzərdən keçirilib.
İndiyədək işğaldan azad olunmuş ərazilərdə yerləşən 575 tarix-mədəniyyət abidəsinin inventarlaşma işləri başa çatdırılıb. Eyni zamanda, 402 tarixi, memarlıq və arxeoloji əhəmiyyət kəsb edən obyektin inventarlaşması həyata keçirilib və yeni aşkar edilmiş abidə kimi qeydə alınıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyul 2025-ci il tarixli 193 nömrəli Qərarı ilə həmin yeni aşkar edilmiş abidələrin 44-ü daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib. Bununla da Qarabağ və Şərqi Zəngəzurda dövlət qeydiyyatında olan tarixi abidələrin sayı 749-a çatıb.
Dövlət mühafizəsində olan 749 tarixi abidədən 130-da inventarlaşma işlərinin aparılması mümkün olmayıb. İnventarlaşdırılmayan abidələrin əksəriyyəti minalarla çirkləndirilən təhlükəli, yaşayış məntəqələrindən kənar, yüksək dağlıq və meşəlik ərazilərdə yerləşir.
30 ilə yaxın davam edən işğal müddəti tarixi abidələrin dağıdılmasına, vandalizmə uğramasına gətirib çıxarıb. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 68 abidə tamamilə dağıdılıb, 114 abidə böyük həcmdə və miqyasda dağıntıya məruz qalıb, digərlərinə isə müxtəlif dərəcədə ziyan vurulub
Dövlət Xidməti tərəfindən 434 abidəyə dəyən maddi zərərin məbləği hesablanıb. Ümumilikdə dəymiş zərər 700 milyon 154 min manat təşkil edir.






2-12-2025, 14:33
Rusiya Şahin Şıxlinskini ömürlük həbs edəcək?


Rusiya Şahin Şıxlinskini ömürlük həbs edəcək?

Rusiyada Ural bölgəsində Azərbaycan diasporunun keçmiş rəhbəri olmuş Şahin Şıxlinski barəsində aparılan üç cinayət işi üzrə istintaq tamamlanıb.
Rusiya mediasının yazdığına görə, məhkəmədə o, ən ağır cəza - ömürlük həbs cəzası ilə üzləşə bilər.
Məlumatda bildirilir ki, Şıxlinski ona qarşı irəli sürülən bütün ittihamları qətiyyətlə rədd edir və özünü təqsirli hesab etmir.
İstintaqla paralel onun oğlu Mutvalı Şıxlinski barədə də ayrıca cinayət işi açılıb. O, hüquq-mühafizə orqanı əməkdaşına “zor tətbiq etmədə” ittiham olunur. Bu maddə üzrə maksimum cəza 10 il azadlıqdan məhrumetmədir. Mutvalı Şıxlinski də ittihamları qəbul etmir.
Rusiya hüquq-mühafizə orqanları istintaqı tamamlayaraq materialları məhkəməyə təqdim edib. Yaxın günlərdə prosesin başlanacağı gözlənilir.
Xatırladaq ki, avqust ayında Moskvanın Basmannı Məhkəməsi “Azərbaycan-Ural” ictimai təşkilatının və Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini qiyabi həbs edib. O, Moskvada könüllü şəkildə təslim olub və oradan Yekaterinburqa aparılıb.
Yerli mətbuat yazır ki, Şahin Şıxlinskiyə qarşı Rusiya Cinayət Məcəlləsinin iki maddəsi üzrə cinayət işi açılıb.
O, Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqi) və 105-ci maddəsinin 2-ci hissəsi (qəsdən adam öldürmə) ilə axtarışa verilmişdi.
2-12-2025, 14:27
Azərbaycan Prezidentinin Protokol Xidməti yaradılıb


Azərbaycan Prezidentinin Protokol Xidməti yaradılıb

Azərbaycanda yeni dövlət qurumu yaradılıb.
Bir müddət əvvəl Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti adlı yeni qurum formalaşdırılıb.
Ötən gün Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” adlı qərara dəyişiklik edib və Protokol Xidməti dövlət qurumlarının siyahısına əlavə edilib.
Digər qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin şöbə müdirləri hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin siyahısına daxil edilib.
Qərardan məlum olub ki, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin yaradılması barədə sərəncam bu ilin may ayında imzalanıb.
Qeyd edək ki, əvvəllər Prezidentin Protokol xidməti Prezident Administrasiyasının strukturuna daxil idi. Artıq rəsmi saytda bu qurumun adı çıxarılıb və ayrıca qurum olub.
Prezident Administrasiyasının strukturuna daxil olan zaman Protokol xidmətinin rəisi Arif Səmədov olub.
2-12-2025, 14:14
Türkiyədə məşhur futbolçu saxlanılıb


Türkiyədə məşhur futbolçu saxlanılıb

Türkiyə milli komandasının, “Fənərbaxça” və “Beşiktaş”ın sabiq oyunçusu Gökhan Gönül saxlanılıb.
12 nəfərlə birlikdə saxlanılan Gönül fond bazarında süni qiymət dalğalanmaları yaratmaqda şübhəli bilinir.
Araşdırma nəticəsində bu şəxslərin qiymətləri manipulyasiya edərək, qeyri-qanuni əməliyyatlar həyata keçirdikləri müəyyən edilib.
Bu ilin mayın sonuna qədər Türkiyənin U-21 millisinin baş məşqçisi işləmiş G.Gönül hazırda "Fənərbaxça" klubununda baş məşqçi Domeniko Tedeskonun köməkçisidir.
2-12-2025, 14:08
İçməli su şəbəkəsi yenilənir - 10 ayda 90 km-dən çox xətt çəkilib


İçməli su şəbəkəsi yenilənir - 10 ayda 90 km-dən çox xətt çəkilib

Bakı şəhərində içməli su və tullantı su şəbəkələrinin təmir-bərpa işləri aparılır.
Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, 8 Noyabr prospekti boyu müxtəlif küçələrdə magistral su kəmərləri dəyişdirilib, eyni zamanda müxtəlif rayon və küçələrdə (məsələn: Nərimanov, Suraxanı, Səbail və s.) su xətləri dəyişdirilib və ya yeni layihələr həyata keçirilib.
Bakı şəhərindən başqa Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində əhalinin su təchizatının yenidən qurulması layihəsi çərçivəsində şəbəkələrdə işlər aparılıb.
Yenilənmə və bərpa işləri, infrastrukturun modernləşdirilməsi əhalinin etibarlı su ilə təmin olunması, günün tələblərinə uyğunlaşdırılması baxımından vacibdir.
Xidmətdən verilən məlumata görə , Bakı və Abşeron yarımadası üzrə 2025-ci ilin 10 ayı ərzində 9.76 kilometr yeni magistral su xətti, 84.73 kilometr uzunluğunda su şəbəkələri çəkilib və ya yenilənib, 20.71 kilometrlik su ev birləşməsi verilib.
Həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 10 oktyabr 2024-cü ildə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
"Milli Strategiyanın icrası su ehtiyatlarının artırılmasını, keyfiyyətli içməli su və suvarma suyu ilə təminatın yaxşılaşdırılmasını, həmin sahədə idarəetmənin müasirləşdirilməsini, habelə beynəlxalq konvensiyaların tələblərinə riayət edilməsi istiqamətində əməkdaşlığın inkişafını nəzərdə tutur.
Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bir sıra işlər icra edir. İnfrastukturun təmkilləşdirilməsi, yeni şəbəkələrin qurulması prioritet olduğu kimi alternativ su mənbələrinin araşdırılması da əsas hədəflərdəndir. Belə ki, bu istiqamətdə dəniz suyunun duzsuzlaşdırılması, süni yağış texologiyasının tətbiqi, yağış sularının toplanaraq yenidən istifadəyə cəlb edilməsi və s. kimi pilot layihələrin tətbiqi nəzərdə tutulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qarşıya qoyulan məqsədlərə uyğun olaraq su balansının və ekoloji tarazlığın qorunması, su ehtiyatlarından dayanıqlı şəkildə istifadənin təmin olunması məqsədilə kompleks tədbirləri ardıcıl şəkildə davam etdirir”,- qurumun məlumatında bildirilir.
2-12-2025, 13:50
İranda vitse-prezidentin ailəsi qəzaya düşdü: xanımı öldü, uşaqları yaralandı


İranda vitse-prezidentin ailəsi qəzaya düşdü: xanımı öldü, uşaqları yaralandı

İranın vitse-prezidenti İsmayıl Sahab İsfahaninin həyat yoldaşı Germsar-Tehran magistral yolunda baş verən ağır yol qəzasında həlak olub.
İran KİV-nin məlumatına görə, vitse-prezidentin üç uşağı və qayınatası müxtəlif xəsarətlərlə Germsardakı tibb mərkəzinə aparılıb.
Qəzada ağır yaralanan Sahab İsfahaninin qızının dünən beyin ölümü keçirdiyi bildirilib.
İslam İnqilabının lideri Ayətullah Seyid Əli Xamenei İsmayıl Sahab İsfahaniyə başsağlığı mesajı göndərib.
2-12-2025, 13:20
Qafqazın ilk aqro-ekoturizm məkanı


Qafqazın ilk aqro-ekoturizm məkanı

Qafqazın ilk aqro-ekoturizm məkanı olan “Bio Garden” regionda ekoturizmin inkişafına töhfə verən nümunəvi layihə hesab olunur.
Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov Şəkidə yerləşən “Bio Garden” parkının turizm potensialından danışıb.
Onun sözlərinə görə, təsərrüfatda xarici turistlər üçün birbaşa meyvə-tərəvəz satışı həyata keçirilir. Bu isə həm turistlərin yerli məhsullara çıxış imkanını artırır, həm də bölgədəki sahibkarların gəlirlərinə əhəmiyyətli təsir göstərir.
Məlikov əlavə edib ki, layihə yerli kənd təsərrüfatı ilə məşğul olan sakinlərin maddi dəstəklənməsi və region iqtisadiyyatının canlandırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
2-12-2025, 12:45
Avropa da Zəngəzur dəhlizində MARAQLIDIR


Avropa da Zəngəzur dəhlizində MARAQLIDIR

Aİ ABŞ, Azərbaycan və Türkiyə ilə TRIPP layihəsində (Zəngəzur dəhlizi) mümkün iştirakla bağlı danışıqlar aparır.
Bunu Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Ali Komissarı Marta Kos deyib.
"Avropa İttifaqının öz təklifləri var və Türkiyə ilə Azərbaycanla məsləhətləşmələri davam etdirir. Layihə yalnız bir dəmir yolu hissəsini əhatə etdiyi üçün ABŞ-nin iştirakı xüsusilə vacibdir", - diplomat qeyd edib.
2-12-2025, 12:27
Sabah Bakıda yağış yağacaq


Sabah Bakıda yağış yağacaq

Dekabrın 3-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gecə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
2-12-2025, 00:50
Keçmiş rejissor müharibədə həlak oldu


Keçmiş rejissor müharibədə həlak oldu

Rusiyaya qarşı davam edən müharibədə məşhur əyləncə-səyahət proqramı “Orel və Reşka”nın keçmiş rejissoru Vasili Xomko həlak olub.
Bu barədə onun həyat yoldaşı Qalina Spivak Instagram səhifəsində məlumat yayıb.
Xomko ilə vida mərasimi dekabrın 5-də, cümə günü keçiriləcək.
“Orel və Reşka” Ukraynada çəkilən, səyahətlərə həsr olunmuş populyar televiziya proqramıdır. Layihə çərçivəsində ümumilikdə 24 mövsüm ərsəyə gətirilib. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra həm çəkilişlər, həm də artıq hazır olan buraxılışların nümayişi müddətsiz dayandırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!