“Qarabağ” güclü komandadır və asan rəqib deyil .....                        Son 10 gündə ikinci əfv fərmanı .....                        Sabah şansımız var - Qurban Qurbanov .....                        “Qiyamət Saatı”nın əqrəbləri dörd saniyə irəli çəkildi .....                        Bayden sükutu pozdu: Trampı tənqid etdi .....                        Azərbaycanda qəribə toy: gəlin onlayn qoşuldu - VİDEO .....                        Baş nazir Bakı buxtası ilə bağlı iclas keçirdi .....                        Ləğv edilən vəzifələrin yerinə bu ştatlar yaradıldı .....                        Sahibə Qafarova Əbu-Dabidə Forumunda .....                       
14-01-2026, 15:10
Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü - FOTO


Hikmət Hacıyev Qazaxıstan səfiri ilə görüşdü - FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstan səfiri Alim Bayellə görüşüb.
Bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər ötən il ərzində ikitərəfli əməkdaşlığın yekunlarını nəzərdən keçirib və yaxın perspektiv üçün planları müzakirə ediblər.
Alim Bayel qarşılıqlı səfərlərin yüksək dinamikasını əməkdaşlığın intensivliyinin mühüm göstəricisi kimi qeyd edib. Son üç il ərzində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana altı dəfə səfər edib, Prezident İlham Əliyev isə Qazaxıstanda beş dəfə səfərdə olub.
Qeyd olunub ki, 8 avqust 2025-ci il tarixində Azərbaycan və Ermənistan arasında uzun illər davam edən münaqişəyə son qoyulub. Sülh yolu ilə nizamlanmaya dair tarixi Bəyannamə imzalanıb. Qazaxıstan da sülh prosesinə öz töhfəsini verərək 2024-cü ildə Azərbaycan–Ermənistan danışıqları üçün platforma təqdim edib: “Rəmzi və praktiki əhəmiyyət daşıyan fakt ondan ibarətdir ki, 30 il ərzində ilk dəfə Azərbaycan ərazisindən Ermənistana buraxılan yük məhz Qazaxıstan buğdası olub. Tərəflər kommunikasiyaların bundan sonra da açılmasının vacibliyini qeyd ediblər. 2025-ci ilin əhəmiyyətli hadisələrindən biri Azərbaycanın Mərkəzi Asiya liderlərinin zirvə görüşləri formatına tamhüquqlu şəkildə qoşulması olub. Qazaxıstan bu prosesə hərtərəfli dəstək göstərib. Qazaxıstanın lideri Kasım-Jomart Tokayev Azərbaycan mətbuatına verdiyi şərhdə Azərbaycanın C5 + ABŞ formatında iştirakını görməkdən məmnun olacağını bildirib”.
Tərəflər birgə investisiya fondunun imkanlarından istifadə etməklə iqtisadi və sənaye kooperasiyasının gücləndirilməsinin zəruriliyini, nəqliyyat-logistika və enerji əməkdaşlığının bundan sonra da inkişaf etməsinin vacibliyini vurğulayıblar.
Həmçinin beynəlxalq və regional gündəliyə dair məsələlər müzakirə edilib. Qazaxıstanın və Azərbaycanın Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi arxitekturanın formalaşdırılmasında birlikdə fəal iştirak etməsi qeyd olunub.

14-01-2026, 15:06
Ukraynanın yeni müdafiə naziri təsdiqləndi


Ukraynanın yeni müdafiə naziri təsdiqləndi

Ukrayna Ali Radası ikinci cəhddə Mixaylo Fedorovu müdafiə naziri təyin edib.
Parlamentin 277 üzvü təyinatın lehinə səs verib, minimum tələb olunan say isə 266 nəfər olub. Bir gün əvvəl parlament üzvləri Fedorovun təyinatını rədd etmişdilər.
Fedorov 2019-cu ildən bəri Rəqəmsal Transformasiya Nazirliyinə rəhbərlik edirdi. O, bir gün əvvəl Baş nazirin birinci müavini və Rəqəmsal Transformasiya naziri vəzifələrindən azad edilib. Yanvarın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Fedorovun Müdafiə Nazirliyinə keçirilməsini və hərbi nazirliyə rəhbərlik edən Denis Şmıqalın Baş nazirin birinci müavini və Energetika naziri olmasını təklif edib.
14-01-2026, 15:00
Müdafiə Nazirliyi ilə Ombudsman birgə sənəd imzaladı


Müdafiə Nazirliyi ilə Ombudsman birgə sənəd imzaladı

Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı arasında "Ombudsman institutunun fəaliyyəti və hərbi qulluqçuların hüquqlarının qorunması istiqamətində görülən işlər" mövzusunda, həmçinin insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması məqsədilə 2026-cı il üzrə birgə tədbirlər planı imzalanıb.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, cari il ərzində həyata keçirilməsi planlaşdırılan tədbirlərin keçiriləcəyi tarixlər, məkanlar və məsul şəxslər müəyyən edilib.
Plan çərçivəsində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növləri, birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif tədbirlər təşkil olunacaq.
Tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi və insan hüquqlarının təmin olunması vəziyyəti ilə bağlı görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr təqdim ediləcək və şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş fikir mübadiləsi aparılacaq.
14-01-2026, 14:55
Azərbaycanda bəzi ərzaq məhsullar bahalaşdı - RƏSMİ


Azərbaycanda bəzi ərzaq məhsullar bahalaşdı - RƏSMİ

2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayına nisbətən 105,2 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,4 faiz, qeyri-qida məhsulları üzrə 102,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 faiz təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,6 faiz təşkil edib.
2025-ci ilin dekabr ayında qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,4 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,8 faiz olub.
Ötən ilin dekabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmalarının, mal ətinin, balıq və balıq məhsullarının, südün, xamanın, qatığın, pendirin, kəsmiyin, yumurtanın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, göyərtinin, xiyarın, pomidorun, balqabağın, şirin bibərin, kartofun, şokolad məmulatlarının, ketçupun, mayonezin, arağın, ucuzlaşma isə limonun, portağalın, naringinin, bananın, kivinin, ağ kələmin, süfrə çuğundurunun, yerkökünün, sarımsağın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 102,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida məhsullarından daha çox bahalaşma geyimlərin, məişət cihazlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə taxtanın, sementin, qabların yuyulması üçün vasitələrin və təsərrüfat sabununun qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2025-ci ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,5 faiz təşkil edib. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
14-01-2026, 14:21
“Qafqaz-Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan”


“Qafqaz-Xəzər bölgəsində

geosiyasi rəqabət və Azərbaycan”


Milli Müdafiə Universitetinin Hərbi Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru Nurulla Əliyev və tarix elmləri doktoru, professor Pərvin Darabadinin “Qafqaz-Xəzər bölgəsində geosiyasi rəqabət və Azərbaycan” adlı monoqrafiyası ingilis dilində çap edilib. Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, səkkiz fəsildən ibarət olan kitabda üç minillik ərzində Azərbaycan ərazisində baş vermiş hərbi-tarixi hadisələr əhatə olunub. Əsər Qafqaz-Xəzər regionu üzərində nəzarət uğrunda çoxəsrlik geosiyasi rəqabətin tarixinin tədqiqinə həsr edilib.
Nəşrdə Qafqaz–Xəzər regionunun qədim və orta əsrlərdə geosiyasi və geoiqtisadi proseslərdə getdikcə artan rolunun məzmunu açıqlanır. Həmin dövrdə baş vermiş hərbi-siyasi hadisələr ətraflı tədqiq olunur və əsas rəqib qüvvələrin Avropa və Çindən, Hindistan və Orta Asiyadan uzanan ticarət yolları üzərində öz nəzarətini bərqərar etmək uğrunda apardıqları mübarizə işıqlandırılır. Bununla əlaqədar olaraq, Böyük İpək Yolunun əsas qollarından birinin – Xəzər dənizinin qərb sahili boyunca uzanan və hələ qədim zamanlarda şöhrət qazanmış məşhur Xəzərətrafı yolun son dərəcə mühüm hərbi-strateji və iqtisadi əhəmiyyəti ortaya qoyulur.

Monoqrafiyada orta əsrlərin erkən dövrlərində xalqların böyük köçləri, eləcə də ərəb, rus, səlcuq, monqol, qızılordalı və teymurilərin istilaları, eləcə də onların əsas strateji hədəflərini təşkil edən, o cümlədən Xəzər dənizinin istiqamətləri ilə üst-üstə düşən mühüm dünya ticarət yollarını ələ keçirmək uğrunda mübarizələr barədə məlumat verilir.
Monoqrafiyada 1918-1920-сi illərdə Qafqazda yaranmış hərbi-siyasi vəziyyətin və Qafqaz-Xəzər bölgəsində aparıcı dövlətlərin Antanta, Üçlü ittifaq və Sovet Rusiyasının geosiyasi mübarizəsinin təhlili aparılır. Ölkə ərazisində müstəqilliyin təmin edilməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər araşdırılır və Bakının azad olunmasında Qafqaz İslam ordusunun rolu göstərilir.
Tədqiqat işində müasir dövrdə Qafqaz-Xəzər regionunda geosiyasi mühitin qiymətləndirilməsi və aparıcı dövlətlərin bu regiondan keçən neft-qaz kəmərlərini, nəqliyyat dəhlizlərini və kommunikasiya xətlərini nəzarətdə saxlaması üçün istifadə olunan mübarizə üsulları, regionda geostrateji rəqabət və cərəyan edən geosiyasi proseslərin təhlili, burada aparıcı dövlətlərin məqsədləri, Ermənistan–Azərbaycan münaqişəsinin kəskinləşməsi kontekstində Cənubi Qafqazda baş verən hərbi–siyasi hadisələr, həmçinin Birinci Qarabağ müharibəsindən sonra aparıcı dünya dövlətlərinin Cənubi Qafqazda qlobal siyasi oyununun məzmunu açıqlanır. Vətən müharibəsinin nəticələrinin Cənubi Qafqaz regionu üçün geosiyasi nəticələri və postmüharibə dövründə regionda yeni qurulacaq təhlükəsizlik konfiqurasiyasının əsas konturları müəyyən edilir. Eyni zamanda, Azərbaycanın regionda yeni geosiyasi mühitin formaşlanması, təhlükəsizliyin təmin edilməsi və əməkdaşlıq formatının yaradılmasındakı rolu təhlil olunur.
Dərs vəsaiti ali humanitar məktəblərin və xüsusi təyinatlı hərbi tədris müəssisələrinin professor-müəllimləri, tələbələri və kursantları, dinləyicilər və beynəlxalq münasibətlər sahəsi üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

14-01-2026, 14:10

Bu layihə bizə

imkan verəcək ki..
.


Dünyada baş verən qlobal iqlim dəyişiklikləri, onun nəticəsində yaranan su qıtlıqları bu sahəyə diqqətin artırılmasını tələb edir. O cümlədən şəhərləşmə mühitində yağış sularının idarə olunması, axıdılması və təkrar istifadəsi kimi məsələləri gündəmə gətirir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirənin keçirilməsinin çox böyük əhəmiyyət kəsb edir. Müşavirədə dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və onların əhəmiyyəti barəsində ətraflı danışıb və qeyd edib ki, ölkəmizdə həyata keçirilən çoxsaylı proqramların nəticəsində əsas infrastruktur məsələləri həll olunub. İlk növbədə bütün ölkə elektrik enerjisi ilə təchizat edilib. Hətta elektrik enerjisini ixrac edən dövlətə çevrilmişik. O cümlədən respublikamızda qazlaşma 96 faizə çatdırılıb. Hazırda respublika əhalisinin 96 faizi təbii qazla təchiz edilir. Bu da son 20 il ərzində aparılan infrastruktur layihələri arasında xüsusi yer tutan məsələdir. Qeyd olunmalıdır ki, vaxtilə qaz təchizatımız daxili tələbatı ödəməyə imkan vermirdi və qazı da xaricdən idxal edirdik. Lakin bu gün dünyanın 10-dan çox ölkəsi Azərbaycan qazı ilə öz enerji təhlükəsizliyini gücləndirir. Müşavirədə digər icra olunan infrastruktur layihələr barəsində də məlumat verilərkən qeyd olunub ki, ölkəmizdə avtomobil yollarının inşası geniş vüsət alıb. Bu gün respublikamızın hər yerində, o cümlədən işğaldan azad olunan torpaqlarımızda da magistral, kənd və şəhərlərarası yollar salınır, generasiya gücləri, ötürücü xətlər, körpülər, tunellər çəkilir, su təchizatı, qazlaşma yaxşılaşdırılır, yenidən qurulur.
Müşavirədə Prezident İlham Əliyev qeyd edib ki, ölkəmizdə içməli su və suvarma layihələri də həmişə hökümətin diqqət mərkəzində olub. “Bu, insanları narahat edən ən ciddi məsələlərdən biri idi. Onlar da tədricən öz həllini tapmışdır” – deyən dövlətimizin başçısının sözlərinə görə, bu gün bizim əksər şəhərlərimizdə içməli su, kanalizasiya layihələri icra edilib və bu proses hazırda da davam etdirilir.
Belə ki, ölkəmizdə son 20 il ərzində dörd böyük su anbarı inşa edilib. Onların potensialı 500 milyon kubmetrdən çoxdur. Xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. “Taxtakörpü” su anbarı imkan verir ki, Samur çayının sularını “Ceyranbatan” su anbarına yılsın və orada ehtiyat yaransın. O cümlədən “Ceyranbatan” su anbarı tamamilə yenidən qurulmuş və yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir.
Dövlətimizin başçısı müşavirədə Ermənistan tərəfindən törədilən su terroruna da toxunub. Cənab Prezident bildirib ki, hazırda azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edilir. Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb. Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir olunub. “Onların arasında, ilk növbədə “Sərsəng” su anbarını qeyd etməliyəm. Bu, nəinki azad edilmiş ərazilərdə, bütövlükdə ölkəmizdə ən böyük su anbarlarından biridir. Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. “Sərsəng” və “Suqovuşan” su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə “Suqovuşan” su anbarı, “Sərsəng” su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda “Köndələnçay” - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda “Xaçınçay” su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş “Zabuxçay” su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının – “Həkəriçay”, “Bərgüşadçay” su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.
Qeyd etməliyik ki, iqlim dəyişiklikləri yaşanan dünyada su mənbələri hər bir ölkə üçün çox önəmlidir. Məlumat üçün bildirək ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır. Bu su mənbələrinin üstünlüyü də odur ki, onların əksəriyyəti Azərbaycan ərazisində formalaşır. Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb. Bizim digər əsas su mənbələrimiz xaricdə formalaşır - Kür çayı, Araz çayı, Samur çayı. Əlbəttə ki, bu sahəyə olan diqqət bu həssas məsələni də nəzərə almalıdır. Ona görə də qeyd olunmalıdır ki, bizim su təhlükəsizliyimizlə bağlı olan bütün məsələlər sistem şəklində öz həllini tapır. Əgər vaxtında bu addımlar hökumət tərəfindən atılmasaydı, bu gün su təhlükəsizliyimizlə bağlı olan məsələlər çox ciddi problemlər yarada bilərdi. Cənab Prezidentdin də bildirdiyi kimi, burada əsas məqsəd əhalini və sənayeni, kənd təsərrüfatını dayanıqlı su ilə təmin etməkdir, su mənbələrini qorumaq, su anbarlarının potensialını artırmaq, uçotu tam yaratmaq və mövsüm gələndə suları yığmaqdır ki, sonra il boyunca onlardan istifadə edəkdir.
Müşavirədə vurğulanıb ki, Bakı və Abşeron yarımadasının içməli su problemləri uzun illər ciddi problem kimi mövcud olub. Bu istiqamətdə müəyyən işlər görülsə də məsələ tam həll olunmayıb və genişmiqyaslı və müfəssəl dövlət proqramının qəbul olunmasına böyük ehtiyac yaranıb. Ona görə də cənab Prezidentin göstərişi ilə hazırlanan proqramın əsas məqsədi, Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır. Artıq proqramın icrası üçün maliyyə mənbələri müəyyən edilib. Bu, iki mənbədən - həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər hesabına maliyyələşəcək.
“Proqram çox genişdir, çox konkretdir. Bütün vəzifələr orada qoyulub, nəzarət də təmin ediləcək, həm Hökumət tərəfindən, həm də Prezident Administrasiyası tərəfindən. İctimai nəzarət də əlbəttə ki, mütləq olmalıdır. Bu proqramın icrası mətbuatda geniş işıqlandırılmalıdır ki, Azərbaycan vətəndaşları, xüsusilə Bakı və Abşeronda yaşayan insanlar görsünlər, bilsinlər ki, nə vaxt hansı məsələ öz həllini tapır və yubanmalar da olmamalıdır. Tələsməmək üçün və bütün işləri keyfiyyətlə təşkil etmək üçün qərara gəldik ki, təxminən 10 illik proqramdır, yəni kifayət qədər vaxt var, ancaq bir gün də yubanma olmamalıdır” – deyən cənab Prezidentin vurğuladığı kimi, sözügedən proqramın icrası nəticəsində 30-a yaxın yeni su anbarları tikiləcək. Ölkə üzrə sayğaclaşdırma 100 faizə çatdırılacaq. O cümlədən əhalinin 95 faizi fasiləsiz içməli su ilə təmin olunacaq. Layihənin nəticəsi olaraq Bakının, Sumqayıtın, Abşeron rayonunun və 64 yaşayış məntəqəsinin su təchizatı böyük dərəcədə yaxşılaşacaq. 200 kilometrdən çox magistral kanallar və bir o qədər paylayıcı şəbəkə tikiləcək və yenidən qurulacaq.
Müşavirə toxunulan vacib məsələlərdən biri də yağış sularının idarə olunmasıdır. Çünki yağışlı havalarda bir çox küçə və prospektlərdə fəsadlar yaradır. Nəzərə alınmalıdır ki, hazırda kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir. Proqramın icrası nəticəsində bu, 95 faizə çatdırılmalıdır. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və bunun çox böyük faydası olacaq. O cümlədən Xəzər dənizinə axıdılan suların təmizlənməsi də olduqca vacibdir. Çünki yeganə dənizimizin çirklənməsinin əsas amillərindən biri də budur. Ona görə burada da lazımi əlavə tədbirlər görüləcək. Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi və potensialının genişləndirilməsi də gündəlikdə duran məsələdir.
Ölkəmizdə içməli su məsələsinə töhvə verəcək layihələrdən biri də duzsuzlaşdırma zavodunun inşa edilməsi məsələsidir. Belə ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək. Artıq bu prosesə start verilib. Bu layihə imkan verəcək ki, Bakıya və Abşeron yarımadasına gələn suların həcmi artırılsın.

Xatirə İsmayılova
Abşeron RİH yanında İctimai Şuranın sədri,
şəhid Elçin Həsənlinin anası
14-01-2026, 08:52
14-01-2026, 00:50
Tehran küçələrində böyük izdiham


Tehran küçələrində böyük izdiham

İranın paytaxtı Tehranda minlərlə insan küçələrə axışıb.
Şəhərin müxtəlif yerlərində toplaşan böyük insan kütlələrinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda gecə saatlarında davam edən kütləvi yürüşlər və şüarlar əks olunur.
Bu fonda ABŞ Prezidenti Donald Tramp İranda etiraz edənlərə müraciət edib. O, iranlı etirazçılara aksiyaları davam etdirməyi və zorakılıqda iştirak edən şəxslərin adlarını yadda saxlamağı tövsiyə edib. Tramp bildirib ki, etirazçılar imkan daxilində dövlət institutları üzərində nəzarəti ələ almalı və onlara qarşı zorakılıq törədənlərin kimliyini sənədləşdirməlidirlər.
ABŞ prezidenti qeyd edib ki, İranda həlak olanların sayı ilə bağlı bir-birindən fərqli rəqəmlər eşidib. Onun sözlərinə görə, rəqəmlər nə olursa-olsun, hətta bir nəfərin ölümü belə qəbuledilməzdir. Tramp əlavə edib ki, yayılan məlumatlar doğrudursa, iranlılara qarşı son dərəcə amansız rəftar edilir.
Çıxışında “İranı yenidən böyük edək” ifadəsini işlədən Tramp bildirib ki, İran bir vaxtlar güclü ölkə olub və hazırkı vəziyyətin yaranmasına “rejimi ələ keçirən qüvvələr” səbəb olub. Onun sözlərinə görə, baş verənlər olduqca həssas mərhələdədir və bu proseslər təkcə İran üçün deyil, daha geniş miqyasda təhlükə yarada bilər.
14-01-2026, 00:37
Rza Pəhləvi ilə gizli görüş


Rza Pəhləvi ilə gizli görüş

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ötən həftəsonu İranın şah sülaləsinin nümayəndəsi şahzadə Rza Pəhləvi ilə görüşüb.
Bu barədə "Axios" portalı yüksəkvəzifəli ABŞ-li məmura istinadən xəbər verir.
Qeyd olunur ki, onların danışıqlarının mövzusu İslam Respublikasında hökumət əleyhinə etirazların eskalasiyası olub.
Söhbətin məzmunu məxfi olaraq qalır, lakin bu səviyyədəki görüş faktı Vaşinqtonun İrandakı vəziyyətə təsir göstərmək üçün alternativ yollar, o cümlədən köhnə elita nümayəndələrinin hakimiyyətə qayıtması ehtimalını axtardığını göstərə bilər.
Xatırladaq ki, Rza Pəhləvi 1979-cu ildə İslam inqilabı zamanı devrilmiş İran şahı Məhəmməd Rza Pəhləvinin oğludur.
14-01-2026, 00:33
Trampdan İranla bağlı mesaj: Hazır olun!


Trampdan İranla bağlı mesaj: Hazır olun!

Səudiyyə Ərəbistanı, Oman və Qətər ABŞ-ı İrana zərbə endirməməyə inandırmağa çalışırlar.
Bu barədə"The Wall Street Journal" qəzeti yazıb.
Məlumata görə, Vaşinqton yuxarıda adı çəkilən ölkələri belə bir ssenariyə hazır olmaları barədə xəbərdar edib.
Nəşrin məlumatına görə, qeyri-rəsmi söhbətlərdə bu ölkələrin nümayəndələri Ağ Evi İran hökumətini devirmək cəhdlərinin neft bazarlarında qarışıqlığa səbəb olacağı və bunun ABŞ iqtisadiyyatına zərər verəcəyi barədə xəbərdar edirlər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!