Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
7-01-2026, 21:23
İşğaldakı kəndimizin ruhu yaşamaqdadır…

VI toplantı

İşğaldakı kəndimizin

ruhu yaşamaqdadır…


İnsan doğma torpaqdan ayrı düşə bilər, lakin torpaq insanın qəlbindən heç vaxt ayrı düşmür. Qərbi Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Gərd kəndinin sakinləri də bu həqiqəti bir yerə yığışmaqla təsdiqlədilər. Doğma kəndləri uzun illərdir işğal altında olsa da, Gərd camaatı birlik, yaddaş və milli ruhla “Gərd günü” və “Yeni il” adlı bayram mərasimini birlikdə qeyd etdilər. Gərd Kənd İcmasının rəhbəri, Bakı Dövlət Universitetinin dosenti Eldar Qarayev həmkəndlilərini “31Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibətilə təbrik edərək bildirdi ki, tədbirin əsas məqsədi, yalnız yeni ilin gəlişini qarşılamaq deyil. Bu mərasim, hər şeydən əvvəl, Gərd kəndinin tarixini, mədəniyyətini, adət-ənənələrini yaşatmaq, xüsusilə gənc nəsildə doğma yurda bağlılıq hissini gücləndirmək məqsədi daşıyır. “Gərd günü” anlayışı artıq sadəcə bir tarix deyil, bir yaddaş, bir kimlik və bir ümid rəmzinə çevrilib.

Bayram mərasimi səmimi və duyğulu bir atmosferdə keçdi. Tədbirdə kənd ağsaqqalları, ziyalıları, müəllimləri, gəncləri qonaq qismində iştirak etdilər. Bu il ali məktəblərə qəbul olmuş tələbələr də qonaq edildi və onlara hədiyyələr paylandı. Çıxış edənlər Gərd kəndinin tarixi keçmişindən, zəhmətsevər insanlarından, bu torpağın yetirdiyi ziyalılardan danışdılar. Xüsusilə vurğulandı ki, Gərd kəndi təkcə coğrafi məkan deyil, nəsildən-nəslə ötürülən mənəvi dəyərlərin daşıyıcısıdır.

Yeni ilin gəlişi ilə bağlı söylənən arzular da xüsusi məna daşıyırdı. Bu arzuların mərkəzində sülh, ədalət və ən əsası – doğma torpaqlara qayıdış ümidi dayanırdı. İştirakçılar bildirirdilər ki, işğal altındakı kəndlərini heç vaxt unutmayıblar və unutmayacaqlar. Gərd kəndi onların yaddaşında yaşayır, onların söhbətlərində, xatirələrində, övladlarına danışdıqları hekayələrdə daim yer alır.

Tədbirdə milli musiqilər səsləndi, köhnə xatirələr yad edildi, kəndlə bağlı video, fotoşəkillər və xatirələr bölüşüldü. Bu anlar bir daha göstərdi ki, zorla didərgin salınmış insanlar torpaqdan uzaq düşsələr də, mənəvi baxımdan heç vaxt məğlub olmayıblar. Əksinə, belə tədbirlər onların birliyini daha da möhkəmləndirir.

“Gərd günü” və “Yeni il” mərasimi bir daha sübut etdi ki, düşmən işğalla yalnız torpağı zəbt edə bilər, amma xalqın ruhunu, yaddaşını və ümidini əsla məhv edə bilməz. Gərd camaatı bu tədbirlə, həm öz aralarında birlik nümayiş etdirdi, həm də gələcəyə inam mesajı verdi.
İnanırıq ki, qarşıdan gələn yeni illər Gərd kəndi üçün qayıdış, yenidənqurma və dirçəliş illəri olacaq. O gün gələcək ki, “Gərd günü” doğma kəndin özündə, ata-baba torpağımızda qeyd ediləcək. Bu ümidlə yaşamaq və bu inancı gələcək nəsillərə ötürmək isə hər bir gərdlinin mənəvi borcudur.




Qafan Rayon İcmasının mətbuat xidməti
7-01-2026, 19:02
Sabah Azərbaycan Ermənistana neft göndərəcək


Sabah Azərbaycan Ermənistana neft göndərəcək

8 yanvar 2026-cı il tarixində Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək.
Daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton 92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton 95 markalı benzin daxildir.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
7-01-2026, 18:41
Kadırov da həbs edilsin! - Zelenskidən təklif


Kadırov da həbs edilsin! - Zelenskidən təklif

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-a Rusiyanın rəhbərliyindəki şəxslərə, xüsusən də Çeçenistan rəhbəri Ramzan Kadırova qarşı “Venesuela təcrübəsi” əsasında hərbi-siyasi əməliyyat keçirməyi tövsiyə edib.
Zelenski bunun Putini sülhə razılaşmağa razı salmaq üçün ciddi mesaj ola biləcəyini vurğulayıb.
O qeyd edib ki, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən nümayişkaranə şəkildə həyata keçiriləcək belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər.
“Məsələn, Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər”, — Ukrayna Prezidenti əlavə edib.
7-01-2026, 18:26
Ərdoğan qalmaqallı xəbəri təkzib etdi


Ərdoğan qalmaqallı xəbəri təkzib etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə getmək imkanı təklif etməsi ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə TRT məlumat yayıb.
"Bizə belə bir məlumat gəlməyib; belə bir şey olmayıb", - deyə Ərdoğan bildirib.
Xatırladaq ki, "The New York Times" (NYT) qəzeti 23 dekabrda Amerika hakimiyyətinin Maduroya ölkəsini tərk edib Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Venesuela liderinin "planı qəzəblə rədd etdiyini" bildirib.
7-01-2026, 17:54
Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI


Xaricdə döyüşmüş 6 nəfər SAXLANILDI

025-ci ildə dövlət sərhədini pozduqlarına görə 516, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində bildirilib.
Məlumata görə, il ərzində terrorçuluğa qarşı aparılmış mübarizə tədbirləri çərçivəsində xaricdə döyüşmüş 6 nəfər saxlanılıb, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 18, qaçaqmalçılıqla 8, qeyri-qanuni miqrasiya ilə bağlı 12 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
İl ərzində Dövlət Sərhəd Xidmətinin struktur qrumları tərəfindən, həmçinin digər hüquq mühafizə orqanları ilə birgə ümumilikdə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78457 ədəd psixotrop tərkibli və güclü təsiredici həbin, 128 milyon 255 min 862 manat dəyərində qaçaqmalın dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması, 24 ton 585 kiloqram narkotik xassəli bitki məhv edilib.
7-01-2026, 17:49
Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı


Astarada ağır yol qəzası - Ər-arvad xəsarət aldı

Astarada avtomobil mopedlə toqquşub.
Hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb. Astara sakini Eldar Şabanovun idarə etdiyi "Niva" markalı avtomobil rayon sakini 1980-cı il təvəllüdlü Muxtar Rəhimovun idarə etdiyi mopedlə toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və mopeddə olan həyat yoldaşı Bakı sakini 1987-ci il təvəllüdlü Lalə Aslanova xəsarət alıb.
Onlar Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.
Faktla bağlı araşdırma aparılır.
7-01-2026, 17:44
Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir


Ermənistan Azərbaycana qarşı təxribatı maliyyələşdirir

İtaliyada keçirilən Tour de Ski turniri zamanı sponsor loqotipini – “Azərbaycan” sözünü gizlətdiyinə görə cərimələnən erməni xizəkçi Mikael Mikaelyan bu addımı ilə "qürurlanıb".
Erməni xizəkçi Ermənistanın “Azadlıq Radiosu”na müsahibəsində bu addımı qəsdən atdığını deyib.
İdmançının sözlərinə görə, yarış forması ona startdan təxminən iki saat əvvəl təqdim olunub və sinə hissəsində ölkəmizin adını gördükdən sonra bu yazı ilə yarışa çıxmamaq qərarına gəlib.
“Adı bağladım və starta çıxdım. Münsiflər heyəti buna yarışdan sonra diqqət etdi. Onlar hisslərimi başa düşdüklərini bildirdilər, lakin Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) qaydalarına əsasən bütün sponsorların loqotipləri görünməlidir”, – deyə Mikaelyan qeyd edib.
Qeyd edək ki, FIS qaydalarına görə, rəsmi turnirlərdə sponsor loqotiplərinin gizlədilməsi qayda pozuntusu hesab olunur və bu hal cərimə ilə nəticələnir. Maraqlıdır ki, onun cəriməsini Ermənistan Xizək və Snoubord Federasiyası ödəyəcək.
Xatırladaq ki, o, bir müddət əvvəl yarış zamanı formasının üzərində yer alan “Azərbaycan” yazısını yapışqan lentlə bağlayıb. Bu hərəkətinə görə idmançı Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən cərimələnib.
7-01-2026, 17:40
DİN sürücülərə çağırış etdi


DİN sürücülərə çağırış etdi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində yol hərəkəti qaydalarına riayət olunmasının təbliği və təşviqi məqsədilə profilaktik tədbirləri davam etdirir.
Bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, budəfəki tədbir zamanı məhdudiyyətli görünmə şəraiti olmadığı halda arxa duman fənərlərindən istifadə edən sürücü saxlanılıb və ona qanunvericiliyin tələbi izah olunub:
"Bir daha hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, təhlükəsiz yol hər birimizin fərdi məsuliyyətidir!"
7-01-2026, 17:37
Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi


Prezident Nəsibə Zeynalovanın oğlunu təltif etdi

Prezident İlham Əliyev xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Cahangir Mütəllib oğlu Novruzovu təltif edib.
Sərəncama əsasən, Cahangir Novruzov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.
Qeyd edək ki, Cahangir Novruzov Azərbaycan Respublikasının Xalq artistidir.
O, hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının professoru olaraq, teatr bölməsində çalışır.
C.Novruzv məhşur Xalq artisti, mərhum Nəsibə Zeynalovanın oğludur.
Cahangir Mütəllib oğlu Novruzov 1954-cü il iyul ayının 31-də Bakı şəhərində Xalq artisti Nəsibə Zeynalova və A.Zeynallı adına Bakı musiqi məktəbinin muğam müəllimi Mütəllib Novruzovun ailəsində doğulub.



1976-cı ildə Mirzəağa Əliyev adına İncəsənət İnstitutunun rejissorluq fakültəsini, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfini bitirib. Diplom işi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında hazırladığı Georgi Xuqayevin "Sevgilimin anası" operettası olub. Eyni ildə təyinat alaraq həmin teatrda çalışmağa başlayıb.
1979-cu ildə S.Rəhman adına Şəki Dövlət Dram Teatrına quruluşçu rejissor vəzifəsinə təyin edilib. Bu teatrda həm rejissor, həm də aktyor kimi fəaliyyət göstərib. 1981-ci ildə isə SSRİ Mədəniyyət Nazirliyinin Mədəniyyət işçilərinin təkmilləşdirmə İnstitutunun rəhbər işçilər fakültəsinə qəbul olunub və eyni zamanda da Moskva Malaya Bronnaya teatrında RSFSR-in Xalq artisti professor A.Efrosun rəhbərliyi altında təcrübə keçməyə başlayıb. İki il ərzində bir çox əsərlərin quruluşlarında A. Efrosa assistentlik edib. 1984-cü ildə SSRİ Xalq artisti professor G. Tovstonoqovun yaradıcı laboratoriyasına qəbul olunub və hər il iki dəfə olmaqla 1988-ci ilə qədər Sankt-Peterburqda çalışmalara qatılıb. 1985-ci ildə Şəki Dövlət Teatrına baş rejissor vəzifəsinə təyin edilib. Orada çalışdığı illər ərzində Şəki teatrı Kazan, Daşkənd, Səmərqənd, Moskva və Praqa şəhərlərinə qastrol səfərlərində olub. 1986-cı ildə Çexoslovakiyada keçirilən "Çeşskaya Buduyovutsa" gənc teatrlar festivalında jüri heyətinin üzvü kimi iştirak edib. 1987-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyinin təşkil etdiyi M.F.Axundovun 175 illik yubileyinə həsr olunmuş teatr festivalında hazırladığı "Müsyö Jordan və Dərviş Məstəli Şah" əsəri mükafata layiq görülüb. 1988-ci ildə Parisdə keçirilən "Bovinyi" teatr festivalında fəxri jüri heyətinin üzvü olub. 1989-cu ildə Dövlət Musiqili Komediya Teatrına baş rejissor təyin olunub. 1990-cı ildə Gənc Tamaşaçılar Teatrının rus bölməsinə baş rejissor gətirilib. 1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təşkil etdiyi I Mono tamaşalar festivalında U.Şekspirin "Hamlet" əsərinin motivləri əsasında hazırlanmış "Olum ya Ölüm" tamaşası ilə birincilik qazanıb.
C.Novruzov 1995-ci ildən Türkiyə Cumhuriyyətində pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda Türkiyənin Adana şəhərində Çuxurova Universitetinin Dövlət Konservatoriyasının professoru olaraq, teatr bölməsində çalışır.
Cahangir Novruzov 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.
7-01-2026, 17:31
Prezident bu şəxsləri təltif etdi - SİYAHI


Prezident bu şəxsləri təltif etdi - SİYAHI

Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə bir qrup şəxs təltif edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, aşağıdakı şəxslər təltif ediliblər:

“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Novruzov Cahangir Mütəllib oğlu

“Şöhrət” ordeni ilə

Aşina Məsud Rüstəm oğlu

“Dostluq” ordeni ilə

Acar Ziya Zakir Musa oğlu

“Tərəqqi” medalı ilə

Alaferdov Akif Qədir oğlu

Kələntər Xəlil Əliməmməd oğlu

Kərimova Sevinc Kərim qızı

Pənahova Fəridə Fərhad qızı

Siracov Bəxtiyar Tahir oğlu

Zeynalova Xədicə Əbdülrəhim qızı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!