Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
15-01-2026, 18:28
Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA


Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinin məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları 1 №-li yataqxanasının binasında yanğınla bağlı ilkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda deyilir ki, yanğın barədə məlumat daxil olduqdan sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aidiyyəti struktur bölmələrinin nümayəndələri hadisə yerinə yollanıblar.
“İlkin araşdırma nəticəsində 13 məcburi köçkün ailəsinə ziyan dəydiyi müəyyənləşdirilib. Yanğın nəticəsində xəsarət alan olmayıb. Yaşayış sahələri tamamilə yararsız hala düşmüş ailələrin müvəqqəti yeləşdirilməsi və onlara dəyən maddi ziyanın müəyyənləşdirilməsi üçün tədbirlər görülür. Yararsız vəziyyətdəki yaşayış sahələrinin qısa zamanda təmir edilməsi nəzərdə tutulur”, - komitə qeyd edib.
15-01-2026, 18:20
Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan


Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan

Ermənistan blokadadan çıxır və əsas beynəlxalq logistika marşrutları üçün vacib bir mərkəzə çevrilir.
Bunu Ermənistanln xarici işlər naziri Ararat Mirzoyan "Facebook"da yazıb. O, TRIPP layihəsinin həyata keçirilməsi çərçivəsi ilə bağlı Ermənistan və ABŞ arasında birgə bəyanata istinad edərək yazıb:
"Oxuyun. Bu, həqiqətən yaxşı bir sənəddir. Bu, Ermənistan üçün yaxşıdır. Ölkəmiz blokadadan çıxır və əsas beynəlxalq logistika marşrutları üçün vacib bir mərkəzə çevrilir. Bu, ən yaxın qonşularımız və ümumiyyətlə bütün potensial faydalananlar üçün də yaxşıdır".
15-01-2026, 18:07
Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı


Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb.
Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib.
Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.
Qazın verilişinin gün ərzində bərpa olunması planlaşdırılır.
15-01-2026, 17:55
Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan


Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda keçiriləcək seçkilərdən danışıb.
Hakan Fidan keçirdiyi mətbuat konfransında Paşinyanın konstruktiv rolunu səmimi şəkildə dəstəklədiklərini bildirib.
“Bildiyiniz kimi, iyun ayının əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, mühüm addım olacaq. Lakin biz görürük ki, cənab Paşinyan hazırda ictimai rəy sorğularında öndədir. Biz onun bu məsələdə oynadığı konstruktiv rolu səmimi şəkildə dəstəkləyirik. Bu yanaşma, bu iradə qorunub saxlanmalıdır”,-deyə nazir bildirib.
15-01-2026, 17:49
Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib


Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib

Ötən il 540 nəfər Azərbaycana readmissiya olunub.
Bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Həmin şəxslər Avropa ölkələrindən readmissiya olunub.
Qeyd edək ki, sözügedən proses Azərbaycan Respublikasının imzaladığı və qüvvədə olan readmissiya sazişləri çərçivəsində həyata keçirilir.
15-01-2026, 17:42
Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat


Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Rövşən Əbülfəz oğlu Sadıxovun “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Digər Sərəncamla Nihad Xalid oğlu Qurbanov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub.
15-01-2026, 17:35
Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ


Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ

Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna edilən dəyişikliyi təsdiqləyib.
Sözügedən qanuna aşağıdakı məzmunda 13-2.3.6-1-ci maddəsi əlavə edilib:
“13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar;”.
Beləliklə, dəyişikliyə əsasən, sayt və sosial şəbəkələrdə kütləvi şəkildə yayımlandığı halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən məzmunların paylaşılması qadağan edilir. Buraya əxlaqsız ifadələr, nalayiq jestlər, eləcə də milli-mənəvi dəyərlərə və əxlaq normalarına zidd görüntülər daxildir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, bu qərar cəmiyyətin mənəvi təhlükəsizliyinin qorunmasına, ailə dəyərlərinin möhkəmləndirilməsinə və sağlam informasiya mühitinin formalaşdırılmasına xidmət edir:
“Xüsusilə bu dəyişiklik sosial şəbəkələrdə məsuliyyətsiz davranışların normaya çevrilməsinin qarşısını almağı hədəfləyir. Qəbul edilən dəyişikliklər uşaqların və gənclərin zərərli, aqressiv və mənəviyyata zidd məzmunlardan qorunmasına, onların sağlam düşüncə, davranış və dəyərlər əsasında formalaşmasına yönəlib.
Məqsəd gələcək nəslin etik, məsuliyyətli və hörmətə əsaslanan cəmiyyət mühitində yetişməsini təmin etməkdir”.
15-01-2026, 17:32
Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR


Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2026-cı il aprelin 1-dək veriləcək.
Əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;

- təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;

- pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.
Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.
15-01-2026, 17:28
1184 əcnəbi Azərbaycandan çıxarılıb


1184 əcnəbi Azərbaycandan çıxarılıb

Ötən il ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən Rusiya Federasiyası daxil olmaqla 140 ölkə vətəndaşı barədə ümumilikdə 23500 inzibati qərar qəbul edilib.
Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, 2025-ci il ərzində ölkə hüdudlarından inzibati qaydada kənara çıxarılma ilə bağlı 1884 qərar qəbul edilib.
15-01-2026, 17:13
Kəpənək xəstəliyi ilə mübarizəyə 1,3 milyon vəsait ayrıldı


Kəpənək xəstəliyi ilə mübarizəyə 1,3 milyon vəsait ayrıldı

Nadir dəri xəstəlikləri ilə mübarizə üçün 1,3 milyon manatlıq satınalma elan edilib.
Səhiyyə sahəsində sosial layihələrin icrası çərçivəsində "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi (PHŞ) yeni tender elan edib.
Satınalma ixtioz və bullyoz epidermoliz (kəpənək xəstəliyi) kimi ağır və nadir rast gəlinən dəri xəstəliklərindən əziyyət çəkən şəxslərin tibbi vasitələrlə təmin olunmasını nəzərdə tutur.
Bunun üçün 1.383.472,28 azn ayrılıb. Vəsait xüsusi qulluq tələb edən xəstələrin müalicə prosesinin effektivliyinin təmin olunmasına yönəldilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!